şənbə günü, 21 noyabr 2026
     

UNESCO-nun "Əlamətdar günlər" təqvimində Azərbaycandan neçə fakt var...

Image


Bu gün UNESCO-nun qatı ermənipərəst mövqe tutmasına baxmayaraq, zamanında Azərbaycanla yaxından əməkdaşlıq edib. Ermənilərin mövqeyini müdafiə edən UNESCO-nun mövcud mövqeyinin yaranması onun rəhbərliyində təmsil olunanlarla bağlıdır. 

Məlumdur ki, noyabrın 7-dən 22-dək Parisdə keçirilən UNESCO-nun  Baş Assambleyasının 42-ci sessiyası zamanı Şarl Aznavur və Sergey Paracanovun anadan olmasının 100 illiyinin YUNESKO-nun 2024-2025-ci illər üçün Xatirə Tarixləri Təqviminə daxil edilməsi qərara alınıb.

Ermənistan Xarici İşlər Nazirliyinin Media və İctimai Diplomatiya Departamentinin bildirdiyinə görə,  1998-ci ildən Ermənistan Respublikasının təqdim etdiyi 25 yubiley UNESCO-nun "Əlamətdar tarixlər" təqviminə daxil edilib.

Erməni tərəfi UNESCO-da yubileyləri, adı təqvimə daxil edən 25 şəxsdən danışır. 

Azərbaycanın nə qədər görkəmli şəxsiyyəti UNESCO-nun "Əlamətar tarixlər" təqvimi siyahısında yer alıb? 

Bu suala aydınlıq gətirməsi üçün Mədəniyyət Nazirliyinə sorğu göndərdik. Yazımız çapa hazırlanan müddətə qədər nazirlikdən cavab ala bilmədik. Ümid edirik ki, Mədəniyyət Nazirliyi sorğumuzu qeydə alıb cavab verəcək. 

Təbii ki, bu, dərin araşdırma tələb edən bir məsələdir, bu istiqamətdə bəzi araşdırmalar apardıq. Bir neçə görkəmli azərbaycanlının yubileylərinin "Görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri ilə bağlı Proqramına" daxil edildiyini müşahidə etsək də, sözün düzü, araşdırmalar zamanı hansısa azərbaycanlının məhz UNESCO-nun "Əlamətdar günlər" təqvimində (Kalendarğ pamətnıx dat ÖNESKO ) yer aldığını görmədik. 

UNESCO-nun Azərbaycan Respublikası tərəfindən qeyd edilən tarixi hadisələrin və görkəmli şəxsiyyətlərin yubileylərinə qoşulduğu siyahını əldə etdik və araşdırmamızda ondan və başqa məlumatlardan istifadə etdik. 

Maraqlıdır ki, ilk dəfə UNESCO-da Azərbaycan muğamlarını təmsil edən musiqiçi məhz Bəhram Mansurov olub. 1992-ci ildə UNESCO tərəfindən görkəmli tarzən Bəhram Mansurovun ifasında muğamlar disk şəklində buraxılıb. 

Azərbaycanın xalq yazıçısı, dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi UNESCO-nun "2014-2015-ci illər üzrə Görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri ilə bağlı Proqramına daxil edilib".

Məlum olduğu kimi, Molla Pənah Vaqifin 300 illik yubileyi 2016–2017-ci illərdə UNESCO-nun yubileylər proqramı çərçivəsində "2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı"-na daxil edilib.

2022-ci ildə UNESCO-da Fikrət Əmirov, Hacı Zeynalabdin Tağıyevin yubileyləri qeyd edilib.

Qeyd edək ki, Parisdə keçirilən UNESCO-nun 41-ci Baş Konfransı çərçivəsində Azərbaycanın iki tarixi şəxsiyyəti – mesenat H.Z.Tağıyevin anadan olmasının 200 illiyi və bəstəkar Fikrət Əmirovun 100 illiyi UNESCO-nun "2022-2023-cü illər üzrə yubileylər proqramına" salınıb və bu yubileylərin UNESCO səviyyəsində beynəlxalq miqyasda qeyd edilməsi təsdiq edilmişdi.

UNESCO-nun Azərbaycan Respublikası tərəfindən qeyd edilən tarixi hadisələrin və görkəmli şəxsiyyətlərin yubileylərinə qoşulduğu siyahı da araşdırmamız zamanı qarşımıza çıxdı. 

1995-ci ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin (Muhammed ibn Süleyman) anadan olmasının 500 illik yubileyi, 1998-ci ildə epik Azərbaycan əfsanəsi Kitab-i Dədə Qorqud Dastanının 1300 illik yubileyi, 2001-ci ildə Nəsirəddin Tusinin anadan olmasının 800 illik yubileyi, 2002-ci ildə Mirzə Kazım-Bəyin anadan olmasının 200 illiyi, 2005-ci ildə akademik Yusif Məmmədəliyevin anadan olmasının 100 illiyi, 2006-cı ildə xalça dizaynerin və rəssamı Lətif Hüseyn Kərimovun anadan olmasının 100 illiyi, 2008-ci ildə Şərqdə ilk operanın 100 illik yubile3yi: "Leyli və Məcnun", 2008-ci ildə geoloq Musa Əliyevin anadan olmasının 100 illik yubileyi, 2008-ci ildə yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 100 illiyi, 2009-ci ildə rəssam Səttar Bəhlulzadənin anadan olmasının 100 illik yubileyi, 2013-cü ildə Üzeyir Hacıbəylinin "Arşın mal alan" (1913) musiqili komediyasının 100 illik yubileyi, 2013-cü ildə şairə Məhsəti Gəncəvinin (12ci əsr) nailiyyətlərinin 900 illik yubileyi, 2013-cü ildə filosof və şair Seyid Yəhya Bakuvi (Şirvani) (ca.1390s-1463) vəfatının 550-ci ildönümü,  2014-cü ildə musiqişünasızlıq Maqased al-Alhan adlı toplusunun 600 illik yubileyi (c.1414) (Azərbaycan Respublikası və Türkiyənin dəstəyi ilə), 2014-cü ildə filosof və alim Əhməd Əl-Bərdicinin vəfatının 1100-cü ildönümü (834-914), 2015-ci ildə "Kitabi-Dədə Qorqud" eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illik yubileyi (Azərbaycan, Türkiyə, Qazaxıstan və Türkmənistanın YUNESKO üzrə milli komissiyaları və daimi nümayəndəliklərinin təşkilatçılığı və Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə), 2017-ci ildə böyük Azərbaycan şairi Nəsiminin ölümünün 600-cü ildönümü (1369-1417) (Qazaxıstanın, İranın və Türkiyənin dəstəyi ilə), 2017-ci ildə Cənabi Qafqaz regionunda Alman koloniyalarının 200-cü ildönümü (Şvab Almanlarının Azərbaycana və Gürcüstana miqrasiyası) (Almaniyanın dəstəyi ilə, Azərbaycan və Gürcüstan) kimi hadisələr Azərbaycan adına UNESCO-nun "Görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri ilə bağlı Proqramına" daxil edilib. 

Bildirək ki, 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub. Yəni məsələ ilə bağlı bu kimi faktlarla tanış olduq. Əsas məlumatı isə aidiyyəti qurumdan almaqla əldə edə bilərik. Ümid edirik ki,  Mədəniyyət Nazirliyi məsələyə aydınlıq gətirəcək…Bizə təqdim edildikdən sonra nazirliyin açıqlaması ilə də sizi tanış edəcəyik. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16 qırıcısını vurduğunu iddia edir – Pentaqondan açıqlama...

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ