şənbə günü, 21 noyabr 2026
     

AYB-də mənzil mübahisəsinin kökləri...

Image


  • Tural Turan: "Təbii ki, bu problemin kökündə ədalətsiz bölgü dayanır" 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) 21 nəfəri evlə təmin etməsi ev alanları və onların yaxın ətrafını razı salsa da, içi AYB işçiləri qarışçıq narazılıq edənlərin sayı çoxdur. Narazılar iddia edirlər ki, AYB-nin ev verdiyi adamlar arasında yazıçı, şair olmayan, ədəbiyyatla məşğul olmayanlar da var. 

Əsas iddialar isə ondan ibarətdir ki, ev alanların çoxunun 2-3 evi var. AYB aparatının işçilərinə ev verilməsi narazılığın miqyasını bir az da genişləndirib. Hazırda sosial şəbəkələrdə, mətbautda bu məsələ müzakirə olunur və ev alanlarla ev almayanlar arasında qarşılıqlı ittiham, qarğış baş alıb gedir. Bundan başqa, "kirayədə yaşayanlar bir tərəfdə qaldı, evi olanlara ev verildi" iddiası da geniş yayılıb. Bir neçə tanınmış yazar ev bölgüsünü ədalətsiz hesab edir. Yazar Aləmzər Sadıqqızının sözlərinə görə, adı ev alanlar siyasında olsa da, son anda çıxarılıb (yanlışlıqla Aləmzər xanımın adı ev alanlar siyahısında gedib-Ə.T). 

Qeyd edək ki, tanınmış nasir, ziyalı Əliabbas Anara açıq məktub yazıb və xanım ədəbiyyat adamları Sevil Gültən, Aləmzər Sadiqqızı və Təranə Vahidin evlə təmin edilmələrinə kömək etməsini istəyib. "...İndi isə mən deyirəm: Anar olduğunuzu həm də ondan bilərəm ki, adıçəkilən üç yazıçı xanımımızın mənzil söhbətinə yenidən qayıtmağa bir vəsilə olasınız!" deyə Əlabbas yazıb.  

Görkəmli şair-nasir Zahid Sarıtorpaq da ev bölgüsündən çox narazıdır. O bu barədə fikirlərini FB statusunda ifadə edib: "AYB yenə mənzil paylayıb. Layiq olanları təbrik edirəm. 

Mənim kimilərini həmişə görməzdən gəldilər... və susdum... İllər uzunu susdum. Əziyyətlərə qatlaşıb heç kimə şikayət etmədim, ədəbiyyatla məşğul oldum. 80-ci illərdə M.Qorki adına ədəbiyyat institutunu bitirənlərə H.Əliyevin tapşırığıyla mənzillər veriləndə yada düşmədim. Yenə susdum. Bakıda kirayələrdə yaşamağa davam etdim. 35 ildir AYB üzvüyəm. Beş il də idarə heyətinin üzvü olmuşam. 1989-cu ildə evdən ötrü verdiyim ərizəni çox sonralar xəbər tutdum ki, "itiriblər". 2000-ci ilin ortalarında yenə ərizə verdim. Nə isə... Övladlarımı kirayələrdə böyütdüm. Məcbur olub rayonda ev tikəsi oldum. Bu üzdən maddi ehtiyaclara görə ömrümün 12 ilini Rusiyanın şaxtasında-soyuğunda çörək qazanmaqla keçirdim. Mənim adımdan saxta zəmanət düzəldib AYB-a üzv seçilən (bu barədə sonralar xəbər tutdum), Bakıda evi olan, ədəbi mühitdə tanınmayan, təmsilyazan, düşük birisinə mənzil pulu (?) verdilər (9 mənzili satıb pulunu 36 nəfər arasında bölmüşdülər), yenə mən yada düşmədim. 66 yaşım var. Günü bu gün də oğlumun öz gücünə Masazırda inşa etdiyi evdə, onun himayəsində yaşayıram. AYB -da da gözəl bilirlər ki, mən ədəbiyyatla məşğulam. Şeirlərim öz yerində, son on ildə altı roman nəşr etdirmişəm. Hələ üzə çıxarmadıqlarım da var. Təvazökarlıqdan uzaq olsa da romanlarımla bağlı elmi araşdırma aparılır. Üzünü belə görmədiyim, yazılarıma dəyər verən insanlar var ki, mətnlərimlə bağli doktorantlıq işi yazırlar... Onlarla xarici müəlliflərin əsərlərini dilimizə çevirmişəm. Yəni doğrudan da bunlardan AYB rəhbərliyinin xəbəri yoxdur? Nəyə görə haqqa göz yumurlar? Heç olmasa, vikipediyama göz yetirsinlər. Sonrakı ədəbi nəslin içində çox istedadlı yazarlar var ki, vəziyyətləri dilə gətiriləsi deyil. Yaxşı, məni görmürsünüz, bəs onları? Bəs onlar necə olsun?..."

AYB sədrinin müavini Rəşad Məcid Yazıçılar Birliyinin üzvlərinə və aparat işçilərinə ev verilməsi ilə bağlı yaranan narazılığa münasibət bildirib. O, mətbuata "Azərbaycan Yazıçılar Birliyinin (AYB) aparat işçiləri üçün nəzərdə tutulan ev növbəsi mövcuddur. Evlər bölünərkən bu nəzərə alınıb və Birliyin növbədə olan əməkdaşlarının da hüquqları – uzun illər növbədə olmaları nəzərə alınıb.

Düzdür, mən də arzu edərdim ki, bütün ehtiyacı olanlar mənzillə təmin olunsun. Amma təəssüf ki, bu mümkün deyil. Ev arzulayanların sayı mövcud evlərdən qat-qat çoxdur"-deyə bildirib.

Məlumat üçün bildirək ki, 2013-cü ildə də AYB yazarların mənzillə təmin edilməsi istiqamətində addım atmışdı. O dövrdə 9 mənzilin pulu 36 yazar arasında bölünmüşü. İndi olduğu kimi həmin dövrdə də bölgünün ədalətsiz aparıldığı iddia edilirdi. 

AYB-də mənzil mübahisəsinin kökləri nədən qaynaqlanır?   İndiyə qədər bir neçə mübahisə olub. Niyə ev məsələsi bu qədər mübahisəyə səbəb olub? 

  • "...Ədalətli yanaşma sərgilənməyib" 

AYB üzvü, gənc şair Tural Turan "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, indiyə qədər bu prosesdə şəffaflıq olmayıb və narazılığın da kökündə qeyri-şəffaflıq dayanır. "Təbii ki, bu problemin kökündə  ədalətsiz bölgü dayanır. Mən 5 ildir deyirəm ki, DTX orada araşdırma aparmalıdır. Çünki quruma ayrılan pullar dövlət vəsaitidir. İndiyə qədər dövlətin ayırdığı pullarla bağlı ictimaiyyətə hesabatlar verilməyib. 

İndiyə qədər AYB üzvlərinə ədalətli yanaşma sərgilənməyib. Hamı ev gözləyirdi, evsiz olanların, kirayədə yaşayanların arzusu evlə təmin olunmaq idi. Daha acınacaqlı durumda yaşayanlar vardı. Yenə də Əlisa Nicata ev verilmədi. Halbuki, bu gün ev alanların əksəriyyəti Əlisa Nicatın təxminən bir il əvvəl yaşadığı problemlə bağlı hay-küy qaldırmışılar, vətənşüvənlik edirdilər və sair. Onların hamısı öz mənafeləri üçün idi. Orada bir-iki nəfər vardı ki, ev almağa haqqı çatır. Bunu da ona görə ediblər ki, "biz ədalətli bölgü aparmışıq" desinlər. Halbuki, orada 10-15 il ev gözləyənlər. Siyahıda adı olan 21 nəfərin bir çoxunun adını yazıçı kimi ilk dəfədir eşidirdim. Onlar ədəbiyyatda yoxdurlar. Görünür, Anarın sürücüsü peşəkar oxucu olduğuna görə ev alıb. Sonuncu dəfə AYB-yə gedəndə məndə belə bir fikir formalaşdı ki, AYB-ni Anar yox, katibəsi idarə edir. Bütün işləri o düzüb-qoşur, bütün işlərdə aktivlik göstərən odur, Anar sadəcə fonda qalıb"-deyə T.Turan qeyd etdi.

T.Turan əlavə etdi ki, şəfafflıq və ədalətli münasibət bərqərar olunmayınca bu istiqamətdə mövcud olan problemlər səngiməyəcək.     

Əli TURABOV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16 qırıcısını vurduğunu iddia edir – Pentaqondan açıqlama...

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ