şənbə günü, 10 oktyabr 2026
     

Azərbaycan bəstəkarlarından Olimpiya Oyunlarına dəstək...

Image


Firəngiz Əlizadə: "Bəstəkarlar, musiqiçilər, musiqişünaslar Birinci Avropa Olimpiya Oyunları ilə bağlı tam səfərbər olunub"

Bütün Azərbaycan iyun ayının 12-dən 28-nə qədər paytaxtımızda keçiriləcək "Bakı-2015" Birinci Avropa Olimpiya Oyunlarının həyəcanını yaşayır. Sevindirici hal ondan ibarətdir ki, respublikamızda bütün sferalar Olimpiya Oyunlarının uğurla keçməsi, ölkəmizin ad-sanının ucalması, dünyadakı müsbət imicinin daha yüksək səviyyədə təqdim olunması naminə birləşib.
Bəli, mübaliğəsiz deyə bilərik ki, Azərbaycan dövləti, xalqı ellikcə bu Oyunların bayrama çevrilməsi ovqatına köklənib. Azərbaycan dövləti 2012-ci ildən bəri, yəni Avropa Olimpiya Komitəsi dünyada ilk dəfə keçiriləcək bu Oyunlara Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı qərar qəbul etdikdən sonra hazırlıqlara başlayıb. Hazırlıq çərçivəsində böyük işlər görülüb. Onu da qeyd edək ki, son illər Azərbaycanda müasir idman infrastrukturu yaradılıb və rəsmi məlumatlara görə, Azərbaycanın bölgələrində 40-dan çox Olimpiya İdman Mərkəzi yaradılıb. Bakı şəhərində isə yaradılan və əsaslı şəkildə təmir edilən bütün idman obyektlərimiz ən yüksək standartlara cavab verir. Əlbəttə, ölkəmiz bu yarışa güclü şəkildə hazırlaşır və 50 ölkədən 6 mindən çox idmançı, 2 min jurnalist gözləyir. Bilirik ki, artıq "Bakı-2015" Birinci Avropa Olimpiya Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün tədbirlər həyata keçirilir. Aprelin 26-da isə Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verib. Bildiyimiz kimi, Bakıda birinci Avropa Oyunlarının məşəli alovlandırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki mərasimdə iştirak edərək Olimpiya Oyunlarına xeyir-dua veriblər. Olimpiya ənənəsinə uyğun olaraq, məşəllə estafet qədim od məbədi olan Atəşgahdan başlayıb. Birinci Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq, Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək. Məlumatımıza görə, artıq olimpiya məşəli Naxçıvan ərazisindən keçməklə şərəfinə təntənəli mərasim də təşkil olunub.
Qeyd etdiyimiz kimi, Azərbaycanda Birinci Avropa Olimpiya Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün bütün ictimai qurumlar, dövlət təşkilatları, sənətkarlar, qələm adamları birləşib, hərə öz sahəsində Oyunlara dəstək verir.
Azərbaycan musiqiçilərinin də bu sahədə gördüyü və görəcəyi işlər çoxdur. Yaradıcı adamların "Bakı-2015" Birinci Avropa Olimpiya Oyunlarına dəstək verməsi təbii ki, müsbət haldır. Bilirik ki, hələ 2012-ci illə "Eurovision" mahnı yarışması Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilərkən Azərbaycan ictimaiyyətinin birliyini gördük. Bu mahnı yarışmasının gedişində ölkə musiqiçilərinin də əməyi, göstərdiyi fəallıq unudulmaz oldu. Bu da faktdır ki, respublikamızda keçirilən idman yarışlarında, beynəlxalq turnirlərdə Azərbaycan bəstəkarlarının əsərlərindən, mahnılarından istifadə edilir və musiqi müşayiətini yerli musiqiçilər həyata keçirir.
İyunun 12-nə bir neçə həftə qalıb və hər yerdə idman həyəcanı hiss olunur. Bu ərəfədə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, görkəmli musiqiçi Firəngiz Əlizadə ilə əlaqə saxladıq. Məqsədimiz Bəstəkarlar İttifaqı üzvləri olan musiqiçilərin, ümumiyyətlə, ölkənin musiqi ictimaiyyətinin Birinci Avropa Olimpiya Oyunlarına hansı töhfələr verəcəyini öyrənmək idi.
Firəngiz Əlizadə "Bakı-Xəbər"ə bildirdi ki, Bəstəkarlar İttifaqı bu Oyunlarla bağlı təbliğat kampaniyası başlanan gündən bu işdə aktiv fəaliyyət göstərir və musiqiçilər böyük ruh yüksəkliyi ilə möhtəşəm idman tədbirinə öz töhfəsini verməyə çalışır: "Bilirsiz ki, dövlət əhəmiyyətli bütün tədbirlərdə Azərbaycan musiqiçiləri iştirak edir. Keçirilən hər bir mərasimdə musiqidən istifadə edilir. Aprelin 26-da Atəşgahda Birinci Avropa Olimpiya Oyunları ənənəsinə uyğun olaraq məşəlin yandırılması mərasimində də musiqimiz səsləndirildi, bu mərasim musiqinin müşayiəti ilə keçirildi. Bizim bəstəkarlar, musiqiçilər, musiqişünaslar bir nəfər kimi Birinci Avropa Olimpiya Oyunları ilə bağlı tam səfərbər olunub. İlk gündən biz bu Oyunları dəstəkləmişik, dəstəkləyirik, çalışırıq ki, bizim iştirakımız vacib olan hər bir yerdə görünək. Artıq Birinci Avropa Olimpiya Oyunlarına həsr edilən tam yeni mahnılar yazılıb, bu mahnılar idmanı tərənnüm edir. May ayında bu mahnılardan ibarət konsert keçiriləcək. Bu Oyunlarla bağlı bizim musiqişünaslar idman və musiqi mövzusunda məqalələr hazırlayır, onlar çap olunacaq. Artıq bununla bağlı onlara tapşırıq vermişik. Elə bir bəstəkar, musiqiçi yoxdur ki, ona iş tapşıraq, amma o boyun qaçırsın, hamı bu işə can yandırır, ortada çox maraqlı, dəyərli ideyalar var. Birinci Avropa Olimpiya Oyunlarının açılış və bağlanış mərasimi də musiqinin müşayiəti ilə baş tutacaq. Dediyim odur ki, bu Oyunların keçirilməsi barədə qərar qəbul edildikdən sonra bilavasitə bu işdə iştirakımız olub. "Foks" qrupu dəvət ediləndə biz də orada olmuşuq, ideyalar irəli sürmüşük və artıq o ideyaların hamısı yavaş-yavaş həyata keçirilir".
İlk dəfə ölkəmizdə keçirilən Birinci Avropa Olimpiya Oyunlarının mötəbər bir yarış olduğu öz yerində. Belə Oyunların tarixi əhəmiyyəti çox böyükdür. Nəzərə alaq ki, bu Oyunlar ilk dəfə bizim ölkəmizdə keçirilir və ənənəsi yoxdur. Oyunların öz himninin yazılıb-yazılmadığını da F.Əlizadədən soruşduq. O bildirdi ki, bununla bağlı sifariş almayıblar: "Biz himnin yazılması ilə bağlı sifariş almamışıq. Amma məşəlin alovlandırılması mərasimi üçün xüsusi olaraq musiqi yazıldı. Onu da deyim ki, "Bakı-2015" Birinci Olimpiya Oyunlarının müxtəlif şəhər və ölkələrdə təqdimatı da Azərbaycan musiqisinin müşayiəti ilə keçib. Biz bu kimi vacib tədbirləri, hadisələri musiqi vasitəsilə təbliğ edirik. Təqdimat mərasimlərində idmançılar çıxış etmir ki, bunu musiqiçilər təbliğ edir. Azərbaycan musiqisi, mədəniyyəti insanları bu Oyunlara cəlb edir və bu da Oyunların parlaq şəkildə keçirilməsinə bir töhfə olur. Bir məsələni deyim ki, Bəstəkarlar İttifaqı olaraq bu Oyunların təbliği ilə bağlı keçirilən tədbirlərdə yalnız həyatda olan bəstəkarların əsərləri ilə, yeni musiqilərlə iştirak etmirik, Üzeyir bəydən tutmuş, Fikrət Əmirova qədər hamısının əsərləri yeni oranjemanda təqdim edilir. "Koroğlu" operasından üverturası da, Fikrət Əmirovun "Azərbaycan kapriççiosu" həmişə səslənir. Gənclər də bu işə ciddi yanaşır. Bəstəkarların əsərlərinin, mahnılarının oranjemanını gənclər həyata keçirir. Bu gün Firudin Allahverdi, Vüqar Camalzadə, Cəmil Əmirov və başqaları bu işlə məşğul olur. Bir məqamı da deyim ki, Birinci Avropa Olimpiya Oyunlarının təqdimat mərasimində caz və muğam mütləq səsləndirilir. Muğam Festivalı keçirdik, bu festivalda da yeni səslər tapdıq. Onları da bu işə cəlb edirik. Sözümün canı odur ki, bu iş kollektiv işdir və hamımızın məqsədimiz eynidir. Biz hamımız Azərbaycan naminə bir iş görürük. Bir məsələni də deyim ki, Azərbaycanda çox istedadlı gənc bəstəkarlar var. Bu Oyunlarla bağlı onlar bir az da fəallaşıb".
Gördüyümüz kimi, artıq Azərbaycanın musiqi ictimaiyyəti də Birinci Avropa Olimpiya Oyunlarına ciddi dəstək verir. Qarşıdan gələn idman bayramının Azərbaycana uğur gətirəcəyinə inamımız böyükdür.






VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ