Cümə günü, 14 avqust 2026
     

Cənublu musiqiçi Əli Səlimi tək cənubludurmu? - “Ayrılıq”, ”Sizə salam gətirmişəm”...

Image


Elə bir azərbaycanlı tapılmaz ki, bütün dünyada məşhur olan “Ayrılıq” və ”Sizə salam gətirmişəm” mahnılarını, o gözəl musiqi incilərini eşitməsin, sevməsin, alqışlamasın. “Sizə salam gətirmişəm” musiqi əsəri bütün dünyada Cənubi və Şimali Azərbaycanın səsinə çevrilib, harada bu mahnı səslənirsə, orada gözlər qarşısında o taylı-bu taylı vahid Azərbaycan, bütöv Azərbaycan xalqı canlanır.

Qoç Nəbinin Həcərindən,
Səttarxanın hünərindən,
Behrənginin (Şəhriyarın) şəhərindən,
Dan ulduzlu səhərindən
Sizə salam gətirmişəm!

Bu mahnının mətni Valeh Mahmud Dəstpuşa aiddir, musiqisi isə yazımızın qəhrəmanı, görkəmli bəstəkar, musiqiçi Əli Səlimiyə məxsusdur. Əli Səliminin bu əsəri bütün dünyaya yayılıb. Bu əsərin uzaq-uzaq ellərdə Azərbaycanın səsinə çevrilməsində heç şübhəsiz, görkəmli müğənnimiz, Azərbaycanın əməkdar artisti Yaqub Zurufçunun əməyi danılmazdır. Əli Səliminin digər populyar mahnısı “Ayrılıq” əsərinin də taleyində Y.Zurufçunun oynadığı rolu hər kəs bilir.

Azərbaycan Bəstəkarlar İttifaqının fəxri üzvü, Cənubi Azərbaycan bəstəkarı, incəsənət xadimi, şairi Əli Səlimi Bakıda doğulub, özü də məşhur “Kubinka” məhəlləsində. Atasi Ərdəbil şəhərindən Bakıya köçmüşdü. Onun atası Ərdəbil yaxınlığındakı Mehmandost kəndindən, anası Məşədi Cəvahir isə Bakının Pirşagı kəndindən idi. Məlumatlara görə, Əli Səlimi tar məktəbini xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun sinfində bitirib. 1930-cu illərin əvvəlində Əhməd Bakıxanov bu istedadlı tələbəsinə yol açır və onu Azərbaycanın orkestr və ansambllarına istiqamətləndirir. 1938-ci ildə Əli Səliminin atası (eləcə də tarzən Adil Axundzadə – Tehran radiosunun solisti və tanınmış xanəndə Mustafa Payan – Tehranın məşhur xanəndəsi) məcburiyyət qarşısında Ərdəbilə köçməli olurlar.

Əli Səlimi özü ilə Ərdəbilə, Güney Azərbaycanın bu tarixi şəhərinə böyük istedad, ilham aparır və həyatını ata-baba şəhərinin musiqisinə həsr edir. Əsli Cənubi Azərbaycandan olan Səlimi Bakıda doğulsa da, sonradan yenidən öz yurduna dönür. Əlbəttə, onun geri qayıdışında müsbət tərəflərdən biri o idi ki, Ə.Səlimi Güney Azərbaycan incəsənətinə, musiqinə, bəstəkarlıq məktəbinə böyük töhfə verə bildi, verdi. Neçə-neçə musiqiçinin yoluna işıq tutdu, onları sənətə gətirdi. Güneydə milli musiqi sənətinin, milli bəstəkarlıq məktəbinin formalaşmasında ustad bəstəkarın ayrıca yeri var.

“Gül Ərdəbil”, “Ayrılıq”, “Sizə Salam Gətirmişəm”, “Savalan”, “Heydər Baba”, “İlqar”, “Bahar gəldi”, “Ağlama”, “Gözüm ana”, “Gül açdiı”, “Lalə”, “Yaşa məhəbbət”, “Ana laylası”, “Haqq yolu”, “Gözəl qız”, “Sənin sözün”, “Yalan dünya”, “Ay dolandı”, “Ana Vətən” və başqa onlarla musiqi əsərinin müəllifi Əli Səlimin “Azərbaycan”, “Koroğlu” kimi musiqi əsərləri də var ki, bu gün onlar güneyli sənətkarların ifasında xüsuisi yer tutur.

Əli Səliminin qəlbi o tay, bu tay Azərbaycanla döyünürdü. Bakı, Ərdəbil, Təbriz sevdalı sənətkarın əsərləri bu tayda da çox populyardır. Bir sıra mənbələrdə böyük Azərbaycan müğənnisi, SSRİ xalq artisti Rəşid Behbudovla Əli Səliminin görüşündən bəhs edən məlumatlar var. Dərc edilən məlumatlarda bildirilir ki, 1961-ci ilin sonu və 1962-ci ilin əvvəllərində Rəşid Behbudovun İran səfəri yaddaqalan, maraqlı hadisələrlə zəngin idi. Yazılanlara görə, belə hadisələrdən biri İranda baş verir. İranda böyük müvəffəqiyyətlə keçən konsertlərdən birindən sonra əslən Bakıdan olan ölməz bəstəkar Əli Səlimi dünyalar qədər sevdiyi müğənnini evinə dəvət edir. Dəvəti qəbul edən Rəşid Behbudov bəstəkarın qonağı olur. Maraqlı söhbətlər zamanı Əli Səlimi yenicə bəstələdiyi "Sizə salam gətirmişəm" mahnısını sənətkara göstərir. Rəşid mahnını çox bəyənir və tezliklə ifa edəcəyinə söz verir. Bəstəkarın həyat yoldaşı Əli Səlimiyə işarə edərək onu yan otağa çağırır. Bir qədər sonra həmin otaqdan xanımın həzin səslə, tarın müşayəti ilə oxuduğu başqa bir mahnının səsi gəlir. Rəşid elə ilk notlardan bu mahnıya vurulur və onlara qoşulub zümzümə etməyə başlayır. Mahnı bitdikdən sonra müğənni Əli Səlimidən bunun kimin mahnısı olduğunu soruşur.

Əli Səlimi bildirir ki, Rəcəb İbrahimi "Ayrılıq" adlı gözəl bir şeir yazmışdı. Mən də bir neçə gün bundan əvvəl həmin şeirə mahnı bəstələdim. Rəşid bəstəkara irad tutur ki, bəs nəyə görə "Ayrılığ"ı mənə təklif etmirsən. Əli Səlimi cavabında izah edir ki, qorxuram "Ayrılığ"ı oxumağa icazə verməsinlər. Sənə də baş ağrısı olmasın. "Sizə salam gətirmişəm"i oxusan mənə dünyanı vermiş olarsan. Rəşid bəstəkarın da, onun xanımının da kövrəldiyini görüb qətiyyətlə bildirir ki, tezliklə hər iki mahnını mənim ifamda eşidəcəksiniz. Bakıya dönəndən sonra sevimli sənətkar həqiqətən də hər iki mahnını - "Sizə salam gətirmişəm" və "Ayrılıq" mahnılarını ifa edərək lentə yazdırır.

Gözəl əsərləri ilə ürəkləri fəth edən görkəmli bəstəkar, musiqiçi Əli Səlimi 22 aprel 1997-ci ildə həyata vida edib. Lakin bəstəkarın dünya şöhrətli əsərləri bu gün də yaşayır, sevilir. Məlumatlara görə, 2007-ci il dekabr ayının ortalarında Ərdəbil şəhərində incəsənət mərkəzi tərəfindən tədbir keçirilib. Bu tədbirdə böyük bəstəkar Əli Səliminin bəstələdiyi mahnılar səsləndi. Eyni zamanda Ərdəbildə Əli Səliminin xatirəsinə həsr olunmuş ilk Azərbaycan muğam festivalı keçirilib. Güney Azərbaycanın musiqi həyatını canlandıran, ora gözəlliklər qatan Əli Səlimi bütöv Azərbaycanın görkəmli musuqiçi oğlu kimi yaddaşlarda yaşayır. Əlbəttə, onun bəstələdiyi “Ayrılıq” manhısı bu xalqın 200 illik ayrılığını dərindən ifadə edir...Onu da vurğulayaq ki, mahının ilk ifaçısı bəstəkarın xanımı Fatma Qənnadi olub. Mətnin müəllifinə gəlincə, bu bir varinatda Rəcəb İbrahimi kimi gedib, başqa bir variantda isə Fərhad İbrahimidir. Əlbəttə, gün gələcək onun da əbədi arzusu gerçəkləşəcək. O, xalqımızı öz musiqisi ilə milli birliyə səsləyib. Bu musiqilərdən xalq çox şey öyrənib.

Əli Səliminin bəslədiyi bəstələrin əksəriyyəti vətənpərvərlik ruhunda yazılıb və bu, ölməz Vətən oğlunun xalqına böyük xidmətdir.

İradə SARIYEVA
P.S. Yazıda bəstəkar barədə yazılı məlumatlardan istifadə olunub.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

13.08.2026 / 12:48
Ata valideynlik hüququndan könüllü imtina etdi - Ali Məhkəmədən SON QƏRAR...

13.08.2026 / 12:36
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

13.08.2026 / 12:24
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər

13.08.2026 / 12:10
Paşinyan Alen Simonyana yeni vəzifə verdi…

13.08.2026 / 11:52
Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

13.08.2026 / 11:34
Hörmüz boğazı sözdə Trampın, praktikada SEPAH-ın nəzarətindıdir... Müəmma...

13.08.2026 / 10:19
Putin ilk dəfə Kuril adalarına səfər edib…

13.08.2026 / 10:08
Özgür Özəlin toxunulmazlığının götürülməsi prosesi başladı...

13.08.2026 / 10:05
İran ABŞ-ı təkzib etdi - Hörmüz şərtlərimiz qəbul edilənə qədər açılmayacaq…

13.08.2026 / 09:45
DYP piyadalara müraciət etdi...

13.08.2026 / 09:10
ABŞ Latın Amerikası müttəfiqlərini BCM-dən çıxmağa çağırdı

13.08.2026 / 07:27
ABŞ ordusu İraqdan çıxır…

13.08.2026 / 07:18
The Intercept və Mətbuat Azadlığı Fondu (FPF) Trampı məhkəməyə verdi - vəzifədən şəxsi mənfəəti üçün istifadə…

13.08.2026 / 07:05
ABŞ vətəndaşlığı üçün “doğum turizmi” çiçəklənir? - Dövlət Departamenti hərəkətə keçdi

12.08.2026 / 23:34
"Raket və dronlarımızın 75%-dən çoxunu istifadə etməmişik" - İranlı general ABŞ-a meydan oxudu...

12.08.2026 / 22:19
İran Məkkə sazişınə qoşula biıər?

12.08.2026 / 22:09
Zaxarova Zelenskinin İrəvandakı bəyanatından hələ də qıcıqlanır

12.08.2026 / 21:53
Fransa müstəmləkələri ilə bağlı Bakıdan önəmli təşəbbüs - BMT yenidən müdaxilə etməlidir...

12.08.2026 / 21:35
Rusiya ilə Britaniya arasında birbaşa toqquşma risqi - Gerasimov ingilis həmkarının zənglərinə cavab vermir...

12.08.2026 / 21:12
Naxçıvan möcüzəsi - blokadadan regional nəqliyyat-tranzit mərkəzinə qədər...

12.08.2026 / 20:34
Tramp bütün dünyaya elan etdi - ABŞ ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdi...

12.08.2026 / 20:20
Bugünkü Günəş tutulmasının hesablaması dəccalizmin tezliklə bitəcəyini xəbər verir

12.08.2026 / 19:25
Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər yaxalandı

12.08.2026 / 19:12
Xocavənddə buldozer minaya düşüb, 2 nəfər yaralandı...

12.08.2026 / 18:58
Putin orduya Qərb ölkələrinə cavab vermək əmri verdi - gəmiləri ələ keçirin!...

12.08.2026 / 18:44
Türkiyə parlamentinin "PKK qanunu" kağız üzərində qala bilər...

12.08.2026 / 18:24
Ukraynanın dron hücumundan sonra Novorossiyskdəki taxıl terminalı fəaliyyətini dayandırdı

12.08.2026 / 18:15
XIX əsr Qarabağ memarlığının nadir nümunələri - Ağdamın Abdal-Gülablı kəndində Kərbəlayi Səfixan Qarabağinin məscid və hamam kompleksi...

12.08.2026 / 17:58
Ukrayna Rusiyanın Novorossiyskdəki hərbi dəniz bazasını da vurdu...

12.08.2026 / 17:46
Türkiyədə F-16 qırıcısı qəzaya uğradı...

12.08.2026 / 17:35
İran Hörmüzün açılmasına görə ABŞ-a yeni tələblər qoydu...

12.08.2026 / 17:04
Süriyadakı rus bazaları barədə razılaşma ilə eyni vaxtda Əsədə ölüm hökmü çıxarıldı...

12.08.2026 / 16:53
Tramp NATO Zirvəsindən "İranı vurun" əmrini bu səbəbdən verdi - qurulmuş plan...

12.08.2026 / 16:46
Naxçıvan Zəngəzur dəhlizinin açılmasında ən vacib rollardan birini oynayır - Yunus Oğuz

12.08.2026 / 16:41
Ermənistan və İran arasında müəmmalı "TRIPP anlaşması"...

12.08.2026 / 16:25
Naxçıvanda ictimai nəqliyyat yeniləndi - 72 elektrikli avtobus...

12.08.2026 / 16:17
Prezident bölgənin gələcək siyasi-iqtisadi xəritəsini elan etdi!

12.08.2026 / 16:11
Ermənistanda yeni konstitusiya ilə bağlı məsələ hərəkətə gəldi...

12.08.2026 / 15:42
Vergi hüquqpozmalarının sayı sürətlə artır...

12.08.2026 / 15:26
Naxçıvanın imkanları TRIPP marşrutunu bütövləşdirir...

12.08.2026 / 15:09
Ukrayna Qara dənizdə qazax nefti daşıyan tankerlərə hücumları dayandırdı - neft nəhəngindən Trampa zəng...

12.08.2026 / 14:54
Qars-İqdır-Naxçıvan dəmiryolu “dəhlizlər diplomatiyasında” önəmli yer tutur...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ