çərşənbə günü, 07 oktyabr 2026
     

Cənublu şairlərimiz ölməz Şəhriyar və Səhənd yaradıcılığı ədəbi dilimizin böyük mühafizəçisidir...

Image


Güney Azərbaycanın zaman-zaman boğulan səsi Məhəmmədhüseyn Şəhriyar, Bulud Qaraçorlu Səhənd və daha neçə-neçə görkəmli şairin şeirləri ilə yenidən doğuldu. Səsimizi, dilimizi öz əsərlərində Şəhriyarlar, Səhəndlər, Savalanlar, Sönməzlər yaşatdı, yaşatdılar ki, əbədi xəzinəmiz, əbədi istinad yerimiz, milli kimlik pasportumuz olan ana dilimiz yaşasın, nəsillərdən-nəsillərə keçsin.

Ana dilli poeziyadan, ədəbiyyatdan danışarkən gözümüzün önündən neçə-neçə güneyli şair və yazıçı keçir, onların hər birinin yaradıcılığını xəyali də olsa vərəqləyirik. Bu ədəbi simaların hər biri barədə növbəti saylarımızda ayrıca yazılar təqdim edəcəyik. Bu dəfə Güney Azərbaycan ədəbiyyatının iki nəhəng simasından, bu tayda da çox sevilən, şeirləri dillər əzbərinə çevrilən ustad Şəhriyarın və Səhəndin ana dilli poeziyamızın inkişafında, dilimizin mühafiəzində xüsusi rol oynayan yaradıcılığından danışacağıq.

Ustad Şəhriyarın “Heydər babaya salam” poeması Güney Azərbaycanın dünyadakı və türk ellərindəki səsinə çevrilməklə yanaşı, həm də anamızın dilində yazılan çox unikal bir əsərdir. Bu əsər yazıldığı gündən indiyə kimi dil gözəlliyinə, tarixiliyinə və saysız poetik məziyyətlərinə görə çox aktualdır.

Heydərbaba, dağın, daşın, sərəsi
Kəklik oxur, dalısında fərəsi,
Quzuların ağı, bozu, qərəsi,
Bir gedəydim dağ-dərələr uzunu,
Oxuyaydım "Çoban, qaytar quzunu"…

Dilimizin bütün gözəlliyi, şəhdi-şirəsi, incəliyi bu beş misrada özünü elə ifadə edib ki, adam məftun olmaya bilmir.

Şəhriyar poeziyasında milli təmayül çox güclüdür və bu özünü şairin poetik dünyasında çox əhatəli şəkildə göstərir. Şəhriyar Azərbaycandilli şeirin o qədər nəhəng təmsilçisidir ki, onun yaradıcılığı nəinki güneyli, eləcə də qüzeyli şairlərə böyük təsir göstərib. Şəhriyar Azərbaycan dilinə qarşı molla rejiminin qoyduğu qadağalara hər zaman öz şeirləri ilə etiraz edib.

Şəhriyarın ürəyi də səninki tək yaralıdır,

Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan!

Bu, şairin harayıdır, bu gün də bu haray aktualdır, xalqımızın içində, ürəyində alovlanan bir duyğudur.

Ustad Şəhriyarın “Türkün dili” şeiri də ana dilimizin mühafizəsində önəmli rol oynayıb:

Türkün dilitək sevgili, istəkli dil olmaz,
Ayrı dilə qatsan bu əsil dil əsil olmaz.
Öz ləfzini farsa, ərəbə qatmasa şair,
Şerin oxuyanlar, eşidənlər kəsil olmaz…

Şəhriyarın şeiriyyəti Güney Azərbaycanın zaman-zaman himninə, mayakəna çevrilib. Çox təəssüf ki, bəzən fars dilində yazdıqlarına görə onun “fars ədəbiyyatına” xidmət etdiyini də deyənlər olur. Amma bir məqamı əsas götürmək lazımdır ki, Şəhriyar Azərbaycan-türk şairidir, onun şeirləri milli ədəbiyyatımıza, milli dilimizə xidmət edib, dilimizin yaşadılmasına mühüm töhfə verib.

Filologiya elmləri doktoru, professor, Şəhriyarşünas Elman Quliyev “Şəhriyar poeziyası və milli təmayül” kitabında yazır: “…Şəhriyar yaradıcılığı Azərbaycan xalqının tarixi gerçəklik, həyati baxış və gələcək arzu və istəklərini əks etdirmək baxımından xüsusi olaraq xarakterikdir. Onun sənət dünyası sirr və möcüzələr dünyasıdır. Şəhriyarın hər cür qadağalar şəraitində mənsub olduğu xalqın cəsarətli təəssübkeşi kimi tanınması, o cümlədən yaradıcılığında bənzərsiz sənətkarlıqla bu halın ifadəçisinə çalışması, onun sənətinin sirr və mö’cüzəsinin ən başlıca göstəricisidir. XIX əsrdən başlayaraq Cənubi Azərbaycan ədəbiyyatında özünü göstərən keyfiyyət dəyişiklikləri sonrakı əsrdə yeni bir mərhələyə qədəm qoydu. Xüsusi olaraq Azərbaycan dilinin ədəbi dil normalarına uyğun tənzimlənməsində dövrün söz sənətkarlarının böyük xidmətləri olmuşdur. Keçən əsrin 50-ci illərində İranda siyasi rejim dəyişmələrinin təzyiqlərinə baxmayaraq, Şəhriyarın bu yolda xüsusi hünər göstərən sənətkarlardan biri kimi tanınması təsadüfi olmamışdır. M.Şəhriyar Cənubi Azərbaycanda təkcə doğma dilimizin təəssübkeşi kimi yox, həm də bu dilin Cənubi Azərbaycanda yeni ən’ənə halına çevrilməsində xidməti olan sənətkardır. Şəhriyar yaradıcılığının milli dəyərlərindən danışarkən ilk növbədə onun vətənpərvərlik mövqeyini əks etdirən əsərlərindən bəhs açmaq lazımdır…”

Şəhriyarın təpədən-dırnağa hünərli bir Azərbaycan oğlu olduğu onun hər bir misrasında özünü ifadə edir. Şəhriyar dahi Azərbaycan şairidir və onun sözünün işığı güneyli şairlərin yeni ədəbiyyat nümunələri yaratmasına ciddi təkan verir.

Ömrünün sonuna qədər ürəyi qüzey Azərbaycan, Bakı həsrətilə  döyünən Şəhriyara, bütün Azərbaycanın, türk dünyasının fəxri Şəhriyara çox təəssüf ki, Azərbaycanın bu tayına gəlmək nəsib olmadı, ustadın özü gəlməsə də, sözü, sorağı, məktubları gəldi, şeirləri, poemaları kitablaşdı, əl-əl dolaşdı, könüllərdə əbədi taxt qurdu.

Gözüm aydın, görürəm sevgili qardaşlarımı,
Basmışam bağrıma öz doğma qarındaşlarımı.
Açmışam qollarımı xəlqimlə üzük həlqəsi tək,
Salmışam həlqəyə qiymətli üzük qaşlarımı…

Böyük şairin “Gözüm aydın” şeiri xəyalı bir səyahətin, lakin doğma vüsal arzusunun bir inkasıdır ki, Şəhriyar hər zaman qüzey Azərbaycandakı qardaşlarını bağrına basmaq istəyib…

M.H.Şəhriyarın poeziyası, sözü, güneylilərin milli qeyrət simvollarından birinə çevrilən ədəbi xəzinəsi tükənməzdir və bu xəzinəni daşımağa kitablar belə çatmaz, necə ki, indiyə qədər saysız kitablara bu xəzinəni sığışdırmağa çalışıblar. Şəhriyar o taylı, bu taylı Azərbaycanımızın oğludur və anamızın dilini müdafiə edən dahi sənətkardır…

Şəhriyardan Səhəndə…

Bu tay Azərbaycanda da çox yaxşı tanınan Səhəndin (Bulud Qaraçorlu Səhənd) söz dünyasından da danışmaq istəyirik. Güney Azərbaycanda ana dilli poeziyamızın çox gözəl örnəklərini yaradan Səhəndin “Seçilmiş əsərləri” Prezident İlham Əliyevin  “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamına əsasən 2006-cı ildə Bakıda nəşr olunub. Bundan başqa, şairin neçə-neçə əsərləri kitab halında çap edilib.

“Şah dağım, çal papağım, el dayağım şanlı Səhəndim!

Başı tufanlı Səhəndim!”. Ustad Şəhriyarın misralarıdır Səhəndə həsr olunub. Təxəllüsünü başı qarlı, ətəyi güllü-çiçəkli, qəlbi dağlı Səhənd dağından götürən Bulud Qaraçorlu ədəbiyyatımızın sözün həqiqi mənasında yıxılmaz dağı olub.     

Filologiya elmləri doktoru, professor Esmira Fuad məqalələrindən birində Səhənd barədə  belə yazır: “B.Q.Səhənd yaradıcılığının zirvəsi olan “Sazımın sözü” poemalar silsiləsini son illərdə şairin həyat və yaradıcılığını ciddi şəkildə araşdıran Fikrət Süleymanoğlu “Səhəndin şah əsəri” adlı mükəmməl ön sözvə şərhlər yazaraq “Dədəmin kitabı” adı ilə nəşr etdirib, əsər haqqında ədəbiyyatşünasların qənaətlərinə də yeri gəldikcə istinad edərək obyektiv fikirlərini sərgiləyib”.

Anadan doğulandan belə
Özüm də bilməyə-bilməyə.
Dil açıb danışdığım dildə
Danışmağım da yasaq imiş, yasaq!

Dilimizi qadağan etmək istəyənlərə bir poetic hayqırtır bu. Səhəndin yaradıcılığında xalqımızın milli azadlıq hərəkatı, milli vicdan, milli təəsübkeşlik kimi hisslər əhəmiyyətli yer tutur. Ən ağır illərdə Səhənd ana kitabəmiz olan “Kitabi-Dədə Qorqud”u nəzmə çəkməklə məşğul olur və bu poetic irsi təbliğ edir, dilimizin, mədəniyyətimizin bu ölməz abidəsini yaşadır. Dil çox böyük mədəni və tarxi hadisədir və dili yaşatmaq, onu gözləyən təhlükələrdən mühafizə etmək vəzifəsi Şəhriyar, Səhənd kimi böyük şairlərin üzərinə düşüb. Bu səbəbdən də Səhəndin qələmindən “Dədəmin kitabı”, “Sazımın sözü” süzülüb. “İlk məktəb ana qucağıdır” deyən şair ana dilimizin yaşaması uğurunda nə qədər mücadilələr verib, nə qədər şairi ana dilimizdə yazmağa təşviq edib, həvəsləndirib. Bu gün onun yüzlərlə ardıcılı ana dilli poeziyamızın keşiyində dayanıb.

Mən azadlıq cəbhəsində bir fədai əsgərəm
Bir azadlıq istəyirəm, bir də azad bir Vətən!

Şair deyir ki, azad Vətən olarsa ana dili də azad olar, xalqın düşüncəsi də buxovlanmaz. Azadlıq aşiqi Səhənd Güney Azərbaycan ədəbiyyatının, poeziyasının Şah dağıdır, Səhəndidir, Savalanıdır, ucalığıdır.

Güney Azərbaycanın böyük oğlu Səhəndin Bakı sevdalı şeirləri də çoxdur…

Bakıdan gül dər mənə,
Sal suya, göndər mənə
Şadlıq göndərənməsən,
Göndər qəm-kədər mənə.

Bakıdan Təbrizə, qüzeydən güneyə qəm-kədər yox, sevgi-sevinc göndərərik ustad, dəstək göndərərik, həmrəylik göstərərik. Ana dil, azad Vətən istəyini, arzusunu əmanət etdiyiniz gənc nəsil həm dilimizə, həm mədəniyyətimizə sahib çıxır, həm də azad Vətən uğrunda meydanlarda mücadilə verir…Sizin sözünüz, şeiriniz o gənclərə, güyenli qardaş-bacılarımıza bir yol xəritəsidir, sağlığınızda dilimizin-sözümüzün keşiyində durmağınız bir örnəkdir, əbədi bir örnək…

Ustad Şəhriyarın da, ustad Səhəndin də güney Azərbaycanda dilimizin mühafizəsində oynadıqları rol danılmazdır və bu gün də onların ardıcılları bu yoldadır…

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ