Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1 dekabr 2021-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan miniatür sənətinin ən nadir və nəfis nümunəsi olan “Vərqa və Gülşa” miniatür əlyazması kitabında yer alan 71 illüstrasiyanın Azərbaycanda ilk dəfə, tam kitab halında nəşr edildiyi nümunənin təqdimatına həsr olunan tədbir keçiriləcək.
Tədbir saat 18:00-da başlayacaq.
İradə SARIYEVA