şənbə günü, 03 oktyabr 2026
     

Milli-mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmiş dahi sənətkar...

Image


Gah çıxaram göy üzünə, seyr edərəm aləmi,
Gah enərəm yer üzünə, seyr edər aləm məni...
Qul Nəsimi

2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi ilə bağlı yubileyin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilir:

"Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. ...Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür"...

Doğrudan da Dədə Ələsgər möcüzələrlə dolu yaradıcılığının dərinliyinə, rəngarəng çalarına, poetik dəyərinə görə Azərbaycan-Türk ədəbi irs xəzinəsində, İslam və təsəvvüf dünyasında Mövlana, Yunus Əmrə kimi dühalarla yanaşı duran, haqlı olaraq aşıq poeziyasının zirvəsi hesab edilən cahanşümul dini-fəlsəfi-poetik dühadır. Aşıq Ələsgər şəxsiyyətinə və yaradıcılığına verilən dəyərlərin onun tədqiqatı ilə məşğul olan bütün folklorşünaslarımız, ələsgərşünaslarımız tərəfindən birmənalı olaraq etiraf, təsdiq və qəbul edilməsi, bu yaradıcılığı sevən, başa düşən, xüsusilə onun sufi mahiyyətini dərindən anlayan hər kəs üçün şübhə doğurmayan, danılmaz bir həqiqətdir!

Hörmətli oxucu! Möcüzəli, sirli-sehrli, dərin mənalar kəcb edən Aşıq Ələsgər yaradıcılığını təhlil etmək, ona peşəkarlıqla qiymət vermək, əlbəttə, ədəbiyyatşünasların, ilk növbədə, ələsgərşünasların öhdəsinə düşür. Mən isə Dədə Ələsgər möcüzəsinə bağlanan, bütöv yaradıcılığını sevən, onu daim, təkrar-təkrar heyranlıqla mütaliə edərək, hər dəfə özünə yeni bir sirr kəşf edən həvəskar oxucu kimi bəzi fikirlərimi sizinlə bölüşmək istədim.

Bütövlükdə, Dədə Ələsgər Sözü, poeziyası alnına Tanrının möhür qoyduğu kamil insan təxəyyülünün, təfəkkürünün ifadə edə biləcəyi sirli, müəmmalı, sehrli, gözəlliklə, nurla, hikmətlə, müdrikliklə nəfəs alan möcüzəli bir şeir dünyasıdır.

Həyatında Aşıq Ələsgər yaradıcılığının heç olmasa bir qoşmasını oxumuş, ürəyi poeziya ilə döyünən hər bir insanın bu xəzinəyə biganə qalmayaraq onun dərinliklərinə can atacağına, baş vurmaq cəhdinə əminəm. Çünki Aşıq Ələsgər yaradıcılığı gözəlliklə (bu qeyri-adi sözün geniş, tam fəlsəfi mənasında), müdrikliklə, bəşər idrakının kamilliyi ilə çalxalanan dərin, sirli-sehrli, müəmmalı, möcüzəli, tilsimli bir ümmandır! Bu ümmanın dərinliklərinə baş vurduqca hətta poeziyanı az-çox bilən, onu sevən insan Ələsgər dühasının düşüncə, fikir tərzinin poetik-fəlsəfi ifadəsini bütövlüklə başa düşmək qarşısında aciz qalır. Keçən əsrin birinci yarısında yaranıb bu günə qədər inkişaf edən, Dədə Ələsgər fenomeninin, sirrlərlə dolu yaradıcılığının sehrini açmağa, təhlil və tədqiq etməyə yönələn ələsgərşünaslıq, korifey ədəbiyyatşünaslarımız H.Əlizadə, M.H.Təhmasib, H.Araslı, Ə.Axundov, Y.Qarayev, İ.Ələsgər, H.İsmayılov və bir çox başqalarının ciddi tədqiqatlarına baxmayaraq hələ də bu əzəmətli xəzinənin müəmmalarını, sirlərini bütövlüklə aşkar edə bilməmişdir.

Dədə Ələsgər dühası başdan ayağa Sözlə bağlı olduğundan, yaradıcılığının bütün sirləri, müəmmaları, möcüzələri Sözlə ifadə edildiyindən, ruhu İlahi sözlə yoğrulmuş, butası İlahi məkanında verilmiş, taleyi İlahi qələmi ilə yazılmış fövqəl-sənətkar olduğundan, Azərbaycan ədəbi söz dünyasında, poetik düşüncə nəhrində özünəlayiq zirvə tutduğundan yazımı sözə aid fikirlərlə davam etmək istərdim:

Dahi Nizami Gəncəvi deyirdi:

Dünyaya sözdü şərəf, gör ki, nədir qiyməti,
Danışmaqla, yazmaqla itməz qədir, qiyməti!...

Söz - yalnız səslərin, hərflərin əmələ gətirdiyi kəlmə kimi deyil, ilahi varlığın verdiyi vəhylərin sirli bir kəlamı, anlamı kimi insanları kamilliyə, müdrikliyə çağıran bir hikmətdir. Söz insanın amalının, düşüncə və əqidəsinin göstəricisidir. Söz - deyənin, oxuyanın və duyanın qəlbinin dərinliyinin ən həssas nahiyəsindən süzülür, qəlblərə hakim olur, düşüncələrin əbədi sahibinə çevrilir. Ta müqəddəslərimizdən başlayaraq onların verdiyi ilahi qüdrətə sahib olan dahilərimizin, korifeylərimizin, saz-söz sənətkarlarımızın bizlərə qoyub getdiyi Söz irsi kimi. O Söz ki, bütün dövrlərdə xalqın dilinə müdrik bir hakim, onun yol göstərəni olub.

Bəli, bədii sözə hökmran olan Aşıq Ələsgər “poetik düşüncə nəhri”nin “ilahi suyu”ndan içib “Tanrının söz vergisini almış, varlığını əbədiyyət ümmanında əridən” nadir Söz xiridarlarındandır.

Göyçə aşıq məktəbinə, Göyçə folkloruna, Dədə Ələsgər yaradıcılığına zaman-zaman verilən qiymətlər, təhlillər, dərin, sanballı tədqiqatlar Aşıq Ələsgərin Dədə epitetinə sözün əsl mənasında layiq olduğunu, onu Haqq Aşığı, Sufi Mürşid, Övliya kimi, mənsub olduğu ali sufi mərtəbənin göstəricisi kimi qeyd etməyi, sufi baxış çərçivəsindən yanaşmağı lazım bilirlər və onun şeirində kökləri ilə türk Tanrıçılığına bağlanan və ondan qaynaqlanan türk sufizmi ilə İslam və onun müqəddəs kitabı “Qurani-Kərim” vəhdətində axtarmağı təlqin edirlər.

Tədqiqatçıların gəldiyi nəticələr göstərir ki, Aşığın vergili şəxsiyyət olmağını və bu verginin texnologiyasını ilahiyyət və müqəddəslik məkanında - sakral dünya ilə təmasın və sakral informasiya daşıyıcılığının yollarında, - Peyğəmbərlərə verilən - İlahi vəhy, Övliyalara verilən - Həvalə və Şairlərə verilən - İlham - yollarında axtarmaq lazımdır. Bir çox tədqiqatçılar doğru olaraq, Aşıq Ələsgəri şairlikdən bir pillə yuxarı, XII əsrin məşhur mütəfəkkir-şairi, türk dilində sufizm ədəbiyyatının ilk yaradıcılarından olan Əhməd Yəsəvi alimliyi ilə ölməz Türk - təsəvvüf filosofu, şairi Yunis Əmrə “şairliyini birləşdirən və bütövlükdə fəlsəfəni və poeziyanı, fikri və sənəti, dini və təriqəti özündə ehtiva edən” bir “qutsal şəxsiyyət”, övliya kimi təqdim edirlər.

Ürfan elmində, Allahı tanımaq və ona qovuşmaq ideyasının kökü dörd sufi mərhələ - Şəriət, Təriqət, Mərifət və Həqiqət ilə bağlıdır.

Hörmətli oxucu, örnək üçün sizi bu mərhələlərin - insanın ruhi-mənəvi saflaşmasını işarələyən “sufi mərtəbələri”n Aşıq Ələsgərin “Gərəkdi” rədifli ustadnaməsinin iki bəndindəki misralarında necə yer aldığını müşahidə etməyə dəvət edirəm:

...Xalqa həqiqətdən mətləb qandıra,
Şeytanı öldürə, nəfsin yandıra,
El içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdi...

...Arif ola, eyham ilə söz qana,
Naməhrəmdən şərm eyləyə, utana,
Saat kimi meyli haqqa dolana
Doğru qəlbi, doğru yolu gərəkdi...

Diqqətli müşahidə ilə 1-ci bəndin ilk, "Xalqa həqiqətdən mətləb qandıra" və 2-ci bəndin üçüncü, "Saat kimi meyli haqqa dolana" misralarının "həqiqət", 1-ci bəndin ikinci, "Şeytanı öldürə, nəfsin yandıra", 2-ci bəndin dördüncü, "Doğru qəlbi, doğru yolu gərəkdi" misralarının "təriqət", 1-ci bəndin üçüncü, "El içində pak otura, pak dura", 2-ci bəndin ikinci, "Naməhrəmdən şərm eyləyə, utana" misralarının "şəriət" və nəhayət, 1-ci bəndin dördüncü, "Dalısınca xoş sədalı gərəkdi" və 2-ci bəndin birinci, "Arif ola, eyham ilə söz qana" misralarının "mərifət" kateqoriyalarına aid olduqlarının şahidi oluruq.

Aşıq Ələsgər yaradıcılığı hikmətlə nəfəs alan müdriklik xəzinəsidir. Onun bu gün əlimizdə "İstər" rədifli hikmətlə nəfəs alan bir qəzəli var. Əruz biliciləri, qəzəlsevərlər etiraf edirlər ki, artıq elə bir mötəbər ürfan məclisi yoxdur ki, bu qəzəl orada səsləndirilməsin. Bu qəzəl elə bir möhtəşəm şeirdir ki, o, poetik gücü ilə qəzəliyyatın zirvəsi olan Füzulinin qəzəlləri səviyyəsində dayanıb. Bu qəzəlin beytlərində fəlsəfə, din, lirika, tariximiz, adət-ənənələrimiz, gözəl, şirin, səlis dilimiz, elm, ürfan var və onun hər beytinin açıqlaması, xırdalanması xeyli vaxt tələb edir. Qəzəlin bir beytində zahidə, insanlara Allah, Peyğəmbər və Qurani-Kərim adından yol göstərən din xadiminə müraciətlə

Demə, zahid, mənəm alim, oxuram əntə-sübhani,
Siratdan istəyən keçmək, xudadan pərü bal istər.

deyərək, cənnətlə cəhənnəm arasında tükdən nazik, qılıncdan iti olan sirat körpüsündən keçmək üçün, Qurani-Kərimi oxumaq, əzbər bilmək, onun kəlamlarını insanlara çatdırmaq heç də bəs etmir, yalnız sənin bü dünyada gördüyün xeyirxah işlər, əməllərin sənə qol-qanad verib o körpü üzərindən keçirə bilər.

Aşıq Ələsgər gözəllik aşığı, aşiqi, şairi idi. O gözəlliyə Tanrının bəxş etdiyi ilahi, müqəddəs varlıq, saflıq, səmimilik, paklıq, sözün mənəvi mənasında ucalıq məfhumu kimi yanaşırdı. Aşığın ilk şeirlərindən olan “Köynəyinə” rədifli qoşmasında dediyi:

Sinən Kəbə, köynək Kəbə örtüyü,
İzin versən, sürtəm üz köynəyinə.

misraları söylədiyim fikri poetik, obrazlı şəkildə olduqca parlaq, qabarıq şəkildə sübut edir.

Gözəllik vurğunu olan Aşıq Ələsgər bütöv poeziyasında, o cümlədən, lirikasında qadın gözəlliyini tərənnüm edərkən xalqımızın milli-əxlaqi, tərbiyəvi adət-ənənəsinə sadiq qalaraq, heç vaxt onlardan kənara çıxa biləcək epitetlərə yol verməmişdir. Onun məşhur “Çərşənbə günündə, çeşmə başında” misrası ilə başlayan qoşmasında bir gözələ vurulan aşiq onun nişanlı olduğunu bilərkən “Sındı qol-qanadım yanıma düşdü” deyərək ağır olsa da, ata-babalarımızdan miras qalmış adətimizə uyğun olaraq fikrindən daşınmışdır.

Aşıq Ələsgərin bədii, obrazlı düşünmə tərzi, poetik təxəyyülü onun lirikasında daha qabarıq şəkildə özünü büruzə verir. O qadın gözəlliklərini tərənnüm edərkən, bəzən klassik bənzətmələrdən istifadə etsə də, çox zaman yalnız onun özünəməxsus bədii obrazlı düşünmə tərzi ona qədər poeziyada işlənməyən yeni bənzətmələr tapıb, kəşf edib uğurla o gözəllikləri öz poetik zirvəsinə yüksəltməsinə imkan vermişdir. Aşığın Həcər xanımı vəsf etdiyi "Düşərmi" rədifli qoşmasındakı əvəzsiz bənzətmələr kimi:

Həcər xanım, qaşın, gözün təhrində
Xətt yazsam, Quranda ayə düşərmi?!
Götürsən niqabı məh camalından,
Hüsnün nuri-təcəllaya düşərmi?!...

Qamətin mələkdi, hüsnün pəridi,
Könül gözlərinə çox müştəridi.
Camalın şoxundan cismim əridi,
Zülfündən üstümə saya düşərmi?!...

Bu cür bənzətmələr içərisində birisini xüsusi qeyd etmək istərdim. Xalqımızın ən çox sevdiyi Novruz bayramıyla bağlı onun mənsub olduğu mart ayında qeyd edilən adət və ənənələrimizin, dörd müqəddəs çərşənbənin insanların qəlbində yaratdığı xoş ovqat, əhval-ruhiyyə, mənəvi hisslər və duyğular gözəlliyini dərindən duyan Dədə Ələsgərə Tanrı nəsib etmiş ki, "Getmə amandı" qoşmasının bir bəndində

...Camalın göyçəkdi bayram ayından,
Görən doymaz qamətindən, boyundan.
Layiq deyil qurban kəsim qoyundan,
Sənə qurban canım, getmə, amandı...

belə bir ilahi misranı söyləmiş olsun:
Camalın göyçəkdi bayram ayından!

Zəngin poeziyamızda gözəlliklə bağlı çoxsaylı inci nümunələrinin mövcudluğunu nəzərə alaraq, bayram ayının gözəlliklərini görmüş və duyan bir insan kimi tam cəsarət və məsuliyyətlə deyə bilərəm, nə Dədə Ələsgərə qədər, nə ondan sonra poeziyamızda qadın gözəlliyini tərənnüm edən belə bir güclü bənzətmə, epitet deyilməmişdir!

Bu gözəllik epitetini Aşıq Ələsgər "Dolanır" rədifli qoşmasında başqa cür ifadə edir:

Camalları bənzər bayram ayına.

Dədə Ələsgər şerinin yalnız bircə misrasında hansı hikmətlər, duyğular, hisslər, sirli gözəlliklər gizləndiyinin, o dühanın hansı möcüzəli gücə malik olduğunun şahidi olduq!

Bu dediklərimizlə bərabər, Aşıq Ələsgər əsl insan gözəlliyini ilk növbədə onun mənəvi dünyasında axtarır. Mənəvi gözəlliklə fiziki gözəlliyin vəhdətindən, harmoniyasından məmnun olan, ilham alan Aşıq “Gözələ” müxəmməsində

Gözəlliyi cəm veribdi
Xaliqü sübhan gözələ!

söyləyir.

Aşıq Ələsgər qadın gözəlliklərini vəsf edərkən elə bədii obrazlar yaratmağa nail olur ki, sanki rəssamın ilhamla işlədiyi bir mənzərə qarşısında dayanıb onu heyranlıqla seyr edirsən. “Sarı könək” rədifli qoşmasındakı

Yel vurdu, ürbəndi atdı üzündən,
Elə bildim doğdu ay, sarı köynək.

misralarında bu ecazkar mənzərə yaradan obrazlı bənzətmə çox uğurlu və olduqca poetikdir.

Ümumiyyətlə Ələsgər şeirinin hər birində obrazlı bənzətmələr, ifadələr və eyhamlar, bədii tapıntılar, mənalı məcazlar onun poetik qüdrətindən, dilə, sözə hakimliyindən, özünəməsus dərin təxəyyül, düşünmə tərzindən xəbər verir. Bir neçə misal gətirək. Aşığın “Eyləmişəm” rədifli qoşmasının bir bəndində,

Ala gözlüm, səndən ayrı düşəli,
Hicranın qəmiylə kef eyləmişəm.
Ah-vay ilə günüm keçib dünyada,
Qəm satıb, dərd alıb nəf eyləmişəm.

istifadə etdiyi “Hicranın qəmiylə kef etmək”, “Qəm alıb dərd satmaq” kimi obrazlı, eyni zamanda təzadlı bədii ifadələr ayrılığın, onun insan qəlbində yaratdığı qəmli, kədərli hisslərin, duyğuların təsir gücünü yüksək poetik bir zirvəyə qaldırır.

Aşıq Ələsgər üçün sevgi, məhəbbət müqəddəs hisslərdir. Sağlığında məhəbbətinin varlığından zövq alan, nəcib hisslər keçirən, ona itaət edən Aşıq Tanrı dərgahında da sevgisinin xəyali təmasından məmnun qalır, ruhu şad olur:

Ələsgərəm, yandım eşq ataşında,
Gözüm qaldı kirpiyində, qaşında.
Qazdır məzarımı çeşmə başında,
Sal sinəm üstündən yol, incimərəm.

Yazıb-oxumaq savadı olmamağına baxmayaraq güclü hafizəsi və yeni şeylər öyrənmək marağı Aşıq Ələsgərə zəngin bilik əldə etməyə imkan yaratmışdır. O dövrünün ziyalıları və din xadimləri ilə söhbətlər aparar, savadı olan dost-qohumlarına, mollalara tarixi, bədii və dini kitablar, xüsusilə Qurani-Kərimi oxutdurub, saatlarla onları dinləyərmiş. Aşıq Ələsgərin şeirlərində rast gəldiyimiz “Şəninə dastan yazıram, Rüstəmin dastanı kimi”, “Ürəyim bir Kərəmə, bir Şeyx-Sənana yanır”, “Səxavətdə misli Hatəm, səddə İsgəndər kimidi”, “Qəlbdən yas tuturam Məcnuna, Fərhada bu gün”, “Hüsndə Yusifsanı, kamalda Loğman kimidi”, “Hər yana kağız dağıldı, Süleyman fərmanı kimi”, “Min yaşasın İsmayılı, nərəsi Heydər kimidi”, “Erkək yan-yana kəsildi, Minanın qurbanı kimi” misralar, ayrı-ayrı şeirlərində Firdovsi, Nizami, Nəsimi, Füzuli, Hafiz kimi şairlərin adlarının çəkilməsi, “Onlar da yazdığı, ayə, məndədi” söyləməsi dediyimizə sübutdur.

Aşıq Ələsgərin məclislərində iştirak etmiş müasirlərinin -  qocaların və şəyirdlərinin dediklərinə görə, onun fitri istedadı, vergili şəxsiyyəti, dinləmək yolu ilə əldə etdiyi biliklər və güclü hafizəsi onun, məclislərdə bədahətən şeir söyləməsinə, onları yadında saxlamasına və şəyirdlərinə öyrətməsinə, deyişmələri zamanı heç bir sual qarşısında aciz qalmamasına, bu deyişmələrdə bütün rəqiblərinə qalib gəlməsinə inkan vermişdir. Haqqında söylənilən xatirələrdən, dastan və rəvayətlərdən məlum olur ki, Aşığın qarşı-qarşıya söhbət elədiyi insanların fikrindən keçənləri oxumaq və baş verəcək bir çox hadisələri əvvəlcədən yuxuda görmək qabiliyyəti də bir möcüzə idi. Şeirlərinin birində söylədiyi

Oxuram inna-fətəhna,
Mətləb allam yuxuda.
Şahi-Mərdan nökəriyəm,
Dərsimi pünhan verir.

misraları Aşıq Ələsgərin bu cür möcüzəli xüsusiyyətlərə malik olmasının etirafı kimi qəbul etmək olar.

Aşıqlıq sənətinə böyük məsuliyyətlə yanaşan Dədə Ələsgər özündən sonra böyük bir aşıq məktəbi qoyub getmişdir. Göyçədə adları bəlli olan 170-dən artıq aşığın çoxu Aşıq Ələsgərin sənət şəcərəsinin üzvləri olmuşlar. Olduqca təvazökar olan Aşıq, apardığı məclislərdə heç vaxt özünü təbliğ etməz, Qurbanidən, Abbas Tufarqanlıdan, Xəstə Qasımdan, Ağ Aşıqdan, ustadı aşıq Alıdan və başqa sənətkarların şeirlərindən oxuyar, öz şeirlərini isə yalnız məclis əhlinin xahişi və tələbi ilə ifa edərmiş. Bununla da dahi sənətkar yüksək təvazökarlıq nümunəsi göstərərək, aşıqlıq sənətinin kredosunu, “nizamnaməsini”, əsl aşıqlıq sənətində vacib olan tələbləri yuxarıda örnək gətirdiyimiz "Gərəkdi" rədifli şeirində

Aşıq olub, tərkü-Vətən olanın,
Əvvəl, başda pür kamalı gərəkdi.
Oturub-durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdi.

Xalqa həqiqətdən mətləb qandıra,
Şeytanı öldürə, nəfsin yandıra,
El içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdi...

söyləyərək, bu meyarlara ilk növbədə özü riayət edər, şəyirdlərinə nümunə, yol göstərər, onları "danışdığı sözün qiymətin bilməyə", arif olmağa, "naməhrəmdən şərm eyləməyə", "haqqa dolanmağa", "doğruluğa" çağırar, yönəldər və onları bu yüksək insani, mənəvi, ürfani keyfiyyətlər ruhunda tərbiyə edərdi.

Dinimizin qanun-qaydalarına həmişə ləyaqətlə əməl edən, həqiqəti, təriqəti, şəriəti, mərifəti dəqiq bilən, hər zaman Tanrıya ibadət edən Aşıq, xalqının hər bir fərdini İslam qayda-qanunlarına uyğun müsəlman görmək istəyirdi. Aşıq Ələsgər üçün müsəlman - ən nəcib, mənəviyyatı yüksək, Qurani-Kərimin buyurduğu insani keyfiyyətləri və əməlləriylə cavab verən insandır:

Mən istərəm, alim, mömin yüz ola,
Meyli haqqa doğru, yolu düz ola,
Diliylə zəbanı üzbəüz ola,
Ələsgər yolunda can qurban eylər.

“Kəbə qıblam, dinim - Məhəmməd dini”, - deyərək, müsəlman olması ilə fəxr edən Dədə Ələsgər bütün dinlərə dərindən hörmət etmiş, Quranı dərindən biməklə, ona riayət və itaət etməklə bərabər İncil, Zəbur və Tövrata da müqəddəs kitablar kimi münasibət göstərmişdir.

Qeyd etdiyimiz kimi Aşıq Ələsgər çox güclü hafizəyə, müşahidə qabiliyyətinə malik bir sənətkar olduğundan ətrafda baş verən hadisələrə, insanların düşüncə və əməllərinə sanki yazımızın epiqrafına rəğmən görünəcəkli məsafədən, “göy üzündən” baxar, müşahidə, seyr edər, onların olduqca düzgün poetik mənzərəsini çəkər, qiymət, dəyər verər, mənalandırardı. Yer üzündə isə o öz möcüzəli, vergili şəxsiyyəti, sirli-sehrli, müəmmalı, hikmətli sözü və şeiri ilə, ecazkar sazı və sənəti ilə ətrafındakı insanları heyran qoyardı.

Ələstidən “bəli” deyən sübhana baş endirir,
Məhəmmədə tabe olan Qurana baş endirir.
Özü birdi, adı minbir, Vəhdəhu əl-laşərik,
Əhli-mömin görə bilməz, pünhana baş endirir.

Ölməyincə bu sevdadan çətin dönəm, usanam,
Həqiqətdən dərs almışam, şəriətdən söz qanam.
Şahi-Mərdan sayəsində elm içində ümmanam,
Dəryaların qaydasıdı, ümmana baş endirir.

Aşıq Ələsgərin yaradıcılığında yüksək insani keyfiyyətlər, namus, qeyrət, mərdlik, dostluq, saflıq, düzlük və s. xüsusi yer tutur. Aşıq “Dost dostdan inciyər, qəlbində dönməz”, “Dost odur ki, dosta yalan satmasın” deyərək, əsl dostluğun dərin, möhkəm, saf köklərə bağlı olduğunu ön plana çəkir. Dostluqda bir müqəddəslik görən Aşıq Ələsgər “Olacaqdır” rədifli qoşmasında

Ya dost olma, ya zəhmətdən incimə,
Dost yolunda boran, qar olacaqdır.

deyərək, Aşıq dostluğun qarlı-boranlı, enişli-yoxuşlu yolları olduğunu, bu yollarda çəkilən zəhmətdən incimək olmaz fikrini təlqin edir.

Aşıq “Sini-sin” təcnisində isə

Dost bağında bülbül qonmuş a dala,
Nazlı dilbər zülfün töküb a dala.
Mərd istər ki, çörək verə, ad ala,
Namərd gözlər mərd iyidin sinisin.

mərdlə namərdi qarşı-qarşıya qoyaraq, mərdin alicənablığını, səxavətini, xeyirxahlığını tərənnüm edir, namərdin isə “mərdin sinisinin dibini yalayan” olduğunu ikrah hissi ilə söyləyir.

Aşıq Ələsgər ədəbiyyatımızda yeganə poeziya dühasıdır ki, Azərbaycan klassik və aşıq yaradıcılığının bütün formalarında ən yüksək meyarlara cavab verən şeir nümunələri qoyub getmişdir. Onun yaratdığı dildönməz formasında dediyi “Bax-bax” rədifli şeiri isə ədəbiyyatımızda bəlkə də yeganə örnəkdir. Aşığın dodaqdəyməz və təcnisləri isə aşıq şeirinin zirvə məqamıdır. Dilimizi gözəl bilən, onun geniş imkanlarından bacarıqla istifadə etməyi bacaran Dədə Ələsgər şeirin ən çətin forması olan təcnislərdə yüksək meyarlı poetik nümunələr yaratmışdır. Dahi sənətkar bütün təcnislərində cinas sözlərlə fikrin, məna ilə məzmunun üzvi qaynağına, vəhdətinə böyük uğurla nail ola bilmişdir. Sözümüzün təsdiqi üçün onun "Nədi adı" rədifli dodaqdəyməz təcnisinə müraciət edək:

Şəriətlə təriqəti seçənlər,
Təriqətlə həqiqətin nədi adı?
Hansı şah haqq ilə ilqar eylədi,
Nə incidi, nə ah çəkdi, nə dadı?

İstəyirsən seyr edəsən Sinanı,
Şər işlərdən saqın, saxla sinanı.
Sədət gətdi sini içində si nanı,
Dildə qaldı nə ləzzəti, nə dadı!

Ələsgər də eşq içində qaladı,
Şirin canın ataşına qaladı.
Ər iyidin canı getsə, qala adı,
Nakəslərin dəhr içində nə də adı!

Dədə Ələsgər irsinin yüksək fəlsəfi, əxlaqi, ürfani tutumunun, mahiyyətinin əhəmiyyətini görkəmli yazarlarımız böyük sevgi və ehtiramla qeyd etmişlər. Bu irs onu, xalq yazıçımız Mirzə İbrahimovun dediyi kimi “Azərbaycan və dünya ədəbiyyatının klassik simaları ilə yanaşı duran dahi söz ustadı səviyyəsinə yüksəltmişdir”. Xalqımızın sevimli şairi Səməd Vurğun isə "Hansı mövzuya əl atıram, hansı daşı qaldırıram altında Dədə Ələsgərdən bir nişanə görürəm" deyərək, onun özündən sonra aşıq poeziyasının bütün formalarında nə dərəcədə geniş, rəngarəng yaradıcılıq nümunələri qoyub getdiyini qeyd etmişdir. Bəxtiyar Vahabzadənin “Ələsgər şeirinin hikmətinə, dərinliyinə səcdə edirəm”, Məmməd Arazın “sözün qüdrətini ən uca nöqtəyə qaldırıb, oradan əsrinə baxmış” sözlərini deyən görkəmli şairlərimiz bu məktəbdən öyrəndiklərini etiraf etmişlər.

Dədə Ələsgər irsi sirləri hələ tam açılmamış möcüzəli bir poeziya ümmanı kimi, tədqiqatçılar, ələsgərşünaslar qarşısında sonsuz üfüqlər açır, yaradcılıq zövqü aşılayan imkanlar yaradır. Uğurlar diləyirəm bu çətin, eyni zamanda çox şərəfli işə baş qoyan, ömür sərf edən hər bir yaradıcı insana!

150 illik yubileyi ilə bağlı Ulu öndər Heydər Əliyevin göstətişi ilə Dədə Ələsgərin Göyçədə, anadan olduğu Ağkilsə kəndində qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır və daim yaşayacaqdır.

Allah Dədə Ələsgərə rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun!

Ələddin ALLAHVERDİYEV
Professor, Moskva.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı deni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ