Cümə günü, 20 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
"Azərbaycan multikulturalizmi" fənni dünya universitetlərində həm də azərbaycançılıq təbliğatıdır...
Tarix: 18.06.2016 / 02:06
Bölmə: Layihə
Azərbaycan multikulturalizmi dünyada ən mütərəqqi model kimi qəbul edilir. Multikulturalizmin Azərbaycan modelinin alternativi olmadığı dəfələrlə ən yüksək səviyyədə vurğulanıb. Bu da məlumdur ki, multikulturalizm ölkəmizdə azərbaycançılığın vacib hissəsi kimi mövcuddur.
15 may 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılan Azərbaycan Beynəlxalq Multikulturalizm Mərkəzi azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqivistik müxtəlifliyin qorunmasını təmin edən, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdan, mövcud multikultural modelləri təbliğ və təşviq edən qurumdur.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən redaksiyamıza daxil olan məlumata görə,
Azərbaycan multikulturalizmi Çində də təqdim olunub.
Məlumatlara görə, 5-25 may tarixlərində Çində bu ölkənin Ticarət Nazirliyinin, Azərbaycan Təhsil Nazirliyinin və Çinin Ninqbo Politexnik Universitetinin (NPU) birgə təşkilatçılığı ilə "Bir cığır, bir yol üzərində inkişaf etməkdə olan ölkələrdən müəllimlər üçün seminar" təşkil olunub. Qeyd edilənə görə, Azərbaycan, Özbəkistan, Gürcüstan, Nigeriya, Panama və Misirdən nümayəndələrin iştirak etdiyi seminara Bakı Slavyan Universitetinin Azərbaycan multikulturalizmi kafedrasının müdiri Ülviyyə Abbasova da qatılıb. Kafedra müdiri Ningbo Politexnik, Renmin və Pekin Xarici Dillər universitetlərində Azərbaycanla bağlı təqdimatda "Multikulturalizm Azərbaycanda həyat tərzi" adlı mühazirə ilə çıxış edib. Azərbaycanın Pekindəki səfirliyinin dəstəyi ilə təşkil olunan mühazirənin məqsədi qədim sivilizasiya məkanlarından olan Çin ictimaiyyətini Azərbaycanın multikulturalizm mühiti, bu istiqamətdə həyata keçirilən dövlət siyasəti haqqında məlumatlandırmaq, iki ölkənin müvafiq sahədə əməkdaşlıq imkanlarını nəzərdən keçirməkdir. Mühazirə zamanı qeyd olunub ki, multikulturalizm hazırda Azərbaycanda alternativi olmayan həyat tərzidir: "Müxtəlif dinlərə və fərqli etnik mənşəyə mənsub insanların dinc şəraitdə birgə yaşamaları, etnik və mədəni müxtəliflik multikulturalizmin Azərbaycan modelinin üstün cəhətidir. Multikulturalizmin Azərbaycanda dövlət siyasəti kimi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Akademik Kamal Abdullayevin də qeyd etdiyi kimi, ümummilli lider Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Prezidentin Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunması bunun bariz nümunəsidir".
Ü.Abbasova çıxışında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihəsi əsasında Azərbaycandakı multikulturalizm dəyərlərinin dünyanın 13 müxtəlif universitetində bir fənn kimi tədris olunduğunu, sözügedən qurumun Azərbaycanda xarici tələbələr üçün mütəmadi olaraq beynəlxalq multikulturalizm yay və qış məktəbləri təşkil etdiyini vurğulayıb.
Ü.Abbasovanın təşəbbüsü ilə adıçəkilən universitetlərin rəhbərliyi ilə keçirilmiş görüşlərdə ölkələrimizin təhsil, mədəni və multikulturalizm sahəsində əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı mühazirələrin, müəllim və tələbə mübadiləsinin təşkilinin faydalı olacağı diqqətə çatdırılıb. Təqdimatda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ideya müəllifliyi ilə hazırlanan və Azərbaycandakı tolerantlıq mühitindən bəhs edən film nümayiş olunub, müəllim və tələbələrin sualları cavablandırılıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən aldığımız digər məlumat isə Azərbaycan multikulturalizm modelinin İndoneziyada yüksək səviyyədə təbliği ilə bağlıdır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İndoneziyanın Cokyakarta şəhərində də ölkənin ən tanınmış təhsil ocaqlarından olan Qacah Mada Universitetinin mədəniyyətşünaslıq fakültəsində bu semestr "Azərbaycan multikulturalizmi" fənni tədris olunub. Fənni tədris edən Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Həbib Zərbəliyev mərkəzin mətbuat xidmətinin əməkdaşları ilə görüşərək fənnin tədrisinin yekun nəticələri, görülmüş işlər, Azərbaycan multikulturalizminin daha geniş miqyasda təbliği və təşviqi istiqamətində perspektivlər haqqında danışıb. Verilən məlumata görə, H.Zərbəliyev universitetdə "Azərbaycan multikulturalizmi" fənninin tədrisi üçün əlverişli şərait yaradıldığını qeyd edib: "İndoneziyanın Cokyakarta şəhərindəki Qacah Mada Universitetində "Azərbaycan multikulturalizmi" fənninin tədrisi bu il fevralın əvvəlində başladı. Dərslərdə bakalavr pilləsi üzrə 25 tələbə iştirak edirdi. Proqram üzrə dərslərin mövzusu slaydlarla, interaktiv metodla şərh edilirdi. Tələbələr dərsə çox ciddi yanaşır və böyük maraq göstərirdilər, çünki bu fənni özləri seçmişdilər. Növbəti dərslərimizin biri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müəyyənləşdirdiyi kimi, Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuşdu. Bu əvvəlcədən fakültənin rəhbərliyi ilə razılaşdırılmışdı. Dərsdə Ermənistanın Azərbaycana təcavüzü, Xocalı soyqırımının səbəbləri və nəticələri haqqında ətraflı məlumat verildi, videosüjetlər nümayiş etdirildi. Mənim dəvətimlə dərsdə İndoneziyada "Xocalıya ədalət" kampaniyasının fəal təbliğatçısı olan İmas Xoirun Nisa Fuciati Rahim də iştirak edirdi. O, tələbələrə Xocalı faciəsinin dəhşətləri haqqında danışdı və "Xocalıya ədalət" kampaniyası çərçivəsində son illər ərzində gördüyü işlər barədə məlumat verdi. Tələbələrin faciə ilə bağlı sualları cavablandırıldı. Sonra tələbələr çıxış edərək məsələyə münasibətlərini və Azərbaycanla həmrəy olduqlarını bildirdilər. Dərsin sonunda onlara Xocalı soyqırımı ilə bağlı hazırladığımız materiallar, bukletlər paylandı.
Bəzən başqa qruplardan da gəlib könüllü şəkildə dərslərdə iştirak edənlər olurdu. Bəzən tələbələrlə könüllülərin birgə sayı 50-dən artıq olurdu. Mayın sonunda tələbələrin tədris müddətindəki fəaliyyəti qiymətləndirildi və onlara kursu bitirdiklərinə dair sertifikatlar təqdim olundu. Kursu bütün tələbələr müvəffəqiyyətlə başa çatdırdı".
Fənnin tədrisindən əlavə, professor H.Zərbəliyev Cokyakarta şəhərindəki Ahmad Dahlan Universitetinin dəvətilə bu universitetin dil, mədəniyyət və kommunikasiya fakültəsinin tələbə və müəllimlərinə "Azərbaycanda dil və mədəniyyət və multikulturalizm siyasəti" mövzusunda mühazirə oxuyub. Mühazirə ətrafında geniş müzakirə olub, tələbə və müəllimlərin daha çox Azərbaycanda dini vəziyyət, tolerantlığın mənbəyi və multikulturalizm siyasəti ilə bağlı sualları cavablandırılıb.
Professor bildirib ki, belə birdəfəlik mühazirələr silsilə şəklində bir neçə dəfə təşkil olunub: "Cokyakartadakı Ekspo Mərkəzində min nəfərdən artıq professor-müəllim heyəti, tələbə və valideynin iştirak etdiyi tədbirdə "Azərbaycan və İndoneziya sufi ədəbiyyatında tolerantlıq", Cokyakarta Dövlət Universitetinin dəvətilə bu universitetin magistrant və dissertantları üçün "Azərbaycan və İndoneziyada multukulturalizm: kontekst və çağırışlar" mövzusunda məruzələrlə çıxış etdim. Mühazirədən sonra dinləyicilərin sualları cavablandırılıb və mühazirə ətrafında müzakirələr aparılıb".
May ayında H.Zərbəliyev Cokyakarta Dövlət Universitetinin dəvətilə bu universitetin sosiologiya fakültəsinin tələbələrinə də "Azərbaycan multikulturalizmi" mövzusunda mühazirə oxuyub. Mühazirədən sonra tələbələrin multikulturalizmlə və ümumən Azərbaycanla bağlı suallarını cavablandırıb. İndoneziyada fəaliyyət göstərdiyi müddət ərzində professor şəxsi təşəbbüsü ilə Cokyakarta şəhərindəki İnklüziv Multikultural Məktəbin rəhbərliyi ilə görüşüb. Məktəbin rəhbərliyinə Azərbaycan multikulturalizmi, dövlətimizin multikulturalizm siyasəti barədə ətraflı məlumat verib və sonra məktəbin fəaliyyəti ilə tanış olub. Rəhbərlik Azərbaycan məktəbləri ilə əlaqə yaratmağın faydalı olduğunu bildirib və gələcəkdə bu sahədə əməkdaşlıqla bağlı razılıq əldə olunub. Professorun bildirdiyinə görə, Azərbaycan multikulturalizminin tarixi, inkişafı, perspektivləri ilə, ölkə rəhbərliyinin multikulturalizm siyasəti və Azərbaycanın multikultural ölkə modeli kimi bu sahədə əldə etdiyi uğur və nailiyyətlərlə tanış olan qarşı tərəf Cokyakarta şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İndoneziya filialının açılmasına böyük maraq göstərir: "Bununla bağlı Cokyakarta Dövlət Universitetinin Mərkəzlə danışıqları artıq yekunlaşıb. Bu yaxınlarda adıçəkilən universitetin nəzdində BBMM-in İndoneziya filialı fəaliyyətə başlayacaq. Gələcəkdə isə mərkəzi qərargahı İndoneziya olmaqla regionun digər ölkələri- Avstraliya, Malayziya və Sinqapurda da BBMM-in nümayəndəlikləri açılacağı gözlənir. Bununla bağlı hazırda danışıqlar davam etdirilir".
Ümumiyyətlə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ölkə daxilində də maraqlı tədbirlər keçirir. Xeyli müddət əvvəl
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi "Terror multikulturalizmə qarşı" layihəsini ictimaiyyətə təqdim edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, "Terror multikulturalizmə qarşı" layihəsi maraq doğurur. Məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondu və Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) birgə dəstəyi ilə həyata keçiriləcək uzunmüddətli layihə çərçivəsində ölkəmizdə, eləcə də Avropa ölkələrində silsilə beynəlxalq elmi-praktiki konfranslar, simpoziumlar və forumların keçirilməsi, televiziya proqramları, videoçarxlar və filmlərin çəkilməsi, kitablar, broşürlər, bülletenlər, tarixi sənədlərin xarici dillərdə nəşri nəzərdə tutulur. Layihənin məqsədi zaman-zaman erməni ekstremistləri tərəfindən Azərbaycan ərazisində yaşayan həmvətənlərimizə- müxtəlif etnik köklərə mənsub Azərbaycan xalqlarına qarşı törədilən terrorun tarixi, miqyası, acı nəticələri və bundan sonra bu terrorun qarşısının alınması istiqamətində birgə əməkdaşlığın perspektivləri ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaqdır.
Məlumata görə, BBMM-də alim və mütəxəssislərin iştirakı ilə keçirilən iclasda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev çıxış edərək sözügedən layihəni mühüm siyasi-elmi aksiya kimi səciyyələndirib: "Multikulturalizm asanlıqla əldə olunan bir dəyər deyil. Bunun üçün əsrlər lazım olur, sınaqlardan keçmək lazım gəlir. Əsrlərlə yaşı olan Azərbaycan multikulturalizminin formalaşma mərhələsində qarşılaşdığı maneələrdən biri erməni terrorudur. Erməni terroru dini və etnik müxtəlifliyi özündə ehtiva edən Azərbaycan multikulturalizminə ən böyük təhlükələrdən biridir. Əslində bu gün Azərbaycanı narahat edə bilən heç bir erməni təxribatı yoxdur.
Biz ermənilərin bütün təxribatlarına qarşı həmişə sözümüzü deyirik və deyəcəyik. Amma, hər halda, bəzi məsələlərdə adda-budda yox, məqsədyönlü şəkildə müxtəlif qurumlarla əl-ələ verərək birgə təşəbbüslə fəaliyyət göstərmək lazımdır".
Gördüyümüz kimi, Azərbaycan multikulturalizmi bütün dünyada maraqla qarşılanır və hər bir xalq, dövlət ondan yararlanmağa çalışır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
- RƏSMİ AÇIQLAMA...
20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı
20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu
- Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...
20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq
20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI:
DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS
20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib
20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb
20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...
20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı
- körpülər vuruldu...
20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi
- sonra ondan üzr istəyirəm...
20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...
20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi
20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…
20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib
20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır
– nəzarət gücləndirilə bilər...
20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi
20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir
20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq
- YENİ QAYDA...
20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...
20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər
- Ombudsmandan təklif...
20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...
20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır
20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı
– nələrin baş verəcəyini görəcəyik…
20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...
20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir
20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi
- FOTO
20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə -
yalnız ərazi güzəşti qarşılığında…
20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi -
Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir
20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
- FOTO
20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi
20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür
- Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...
19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri
19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…
19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir
- Rusiyadan gələn izaha cavab...
19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...
19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb
19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...
19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...
19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa
- Şok səbəblər...
19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi
- 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...
19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib
- FOTO
19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib
- niyə?
19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT
19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...
19.11.2026 / 18:43
Putindən sərt mesajlar
- Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...
19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI
- Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə
19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri
19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü
19.11.2026 / 18:21
Şəhid adı əbədidir...
19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...
19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər
19.11.2026 / 18:01
İranın ağası və... dığası
- YUNUS OĞUZ yazır
19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi
19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur”
- İddia...
19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib
19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib
- FOTO
19.11.2026 / 16:55
Çində tarixi görüş
- Putin, Tramp və Cinpin nələri müzakirə etdi...
19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı -
enerjinin gücü budur bax...
19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb -
"məhdud zərbələr"...
19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)
19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı
19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" -
qatil Monte Melkonyana kino çəkildi...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ