Cümə günü, 20 noyabr 2026
     

Azərbaycanda ailə institutu və azərbaycançılıq...

Image


Biz öz ənənələrimizə sadiq qalanda, dədə-babalarımızın yolu ilə gedəndə daha gözəl oluruq. Yad, yabançı ənənələrin xalqımızın ailə dəyərlərinə yamaq edilməsi böyük təhlükədən xəbər verir. Məlumdur ki, Azərbaycan xalqını başqa xalqlardan fərqləndirən, ayıran bir sıra cəhətlər var ki, onlara başqa xalqlarda rast gəlinmir.
Bir neçə məsələ var ki, onlar bizim üçün çox müqəddəsdir və əsrlərdir öz dəyərini, çəkisini qoruyur. Azərbaycan xalqı üçün minillər boyu qudsal sayılan, heç zaman məzmun və formasını dəyişməyən ailə dəyərləridir ki, necə var elə də yaşayır. Bizdə genetik olaraq bir keyfiyyət formalaşıb-ailə dəyərlərinə mühafizəkar yanaşmaq. Bu çox vacib və müsbət haldır ki, cəmiyyət, ictimaiyyət və dövlət bu məsələdə prinsipial mövqe tutur. Bilirik ki, XX əsrin sonu, XXI əsrin əvvəlləri cəmiyyətimizdə müəyyən qüvvələr meydana çıxdı, onlar öz eybəcər dəyərlərini yaymaqda maraqlı oldu. Bu qüvvələr sağlam düşüncənin, ailənin, normal münasibətlərin tərəfində duran qüvvələr olmadığı üçün böyük təhlükə mənbəyi kimi narahatlıq doğurmağa başladı. Təbii, onların yaydığı, təbliğ etdiyi eybəcərliklər bəzi Avropa ölkələrində norma kimi qəbul edilsə də, bizim ölkədə qəbuledilməzdir. Milli ailə dəyərlərimizin Avropa eybəcərliklərindən qorunmasında dövlət siyasəti əsas rol oynayır. Azərbaycançılıq ruhunu dövlət siyasətinə çevirən Azərbaycan dövləti ailə institutuna xüsusi diqqət yetirir. Bu sahədə qəbul olunan dövlət proqramlarında, qanunvericilik aktlarında ailə dəyərlərinin müqəddəs olduğu vurğulanır. Azərbaycanda tarixi inkişaf yolu keçən ailə modeli mövcuddur və bu ailə modeli müasir gənclərə ən dəyərli örnəkdir.
Sosioloqlar qeyd edir ki, müasir Azərbaycan ailəsinin qorunması üçün ənənəvi ailə modeli gündəlik təbliğ olunmalıdır. Ailə dəyərlərimizin Avropa eybəcərliklərindən qorunması üçün dövlət çox mühüm işlər görür və bu gün də xalqımızın əsas hissəsi milli adət-ənənəyə, ülviliyə söykənən ailə dəyərlərimizi qorumaqda israrlıdır. Azərbaycanlılar ailəyə yad nəfəsin toxunmasının hər zaman əleyhinə olub. Xalqımız durduqca ailənin mühafizəsi məsələsi də öz aktuallığını qoruyacaq.
Sosioloqların araşdırmaları göstərir ki, zəngin keçmişə malik Azərbaycan xalqının tarixi qədər qədim dəyərləri də var. Bu dəyərlərə hər zaman sadiq olan xalqımız onları müqəddəs bilib və qorumağa çalışıb. Bu gün bizim vətənə, torpağa, ailəyə, böyüklərə, valideynlərimizə olan sevgimiz məhz buradan qaynaqlanır. Ailə - bu ali söz özündə çox böyük bir mənanı, hadisəni birləşdirir. Mənəvi-emosional hisslər əsasında birləşən insanların ümumi maraqlarını ifadə edən bu institut, eyni zamanda, sağlam cəmiyyətin və güclü dövlətin təməlini təşkil edir. Ailənin gücü və cazibəsi, mahiyyəti onun sosial birlik, kiçik sosial qrup və sosial institut kimi xarakterizə edilməsi ilə bağlıdır. Ailə cəmiyyətimizin gələcək fərdinin formalaşdığı mühitdir. Bu mühit nə qədər sağlam və möhkəm olarsa, cəmiyyətimiz bir o qədər yenilməz olar. Ailə insan şəxsiyyətini mədəniyyətə qovuşduran, uşağa insan davranışının normalarını, qaydalarını mənimsədən, onun sosiallaşmasını təmin edən ilk məktəbdir. Sağlam cəmiyyətdə ilk növbədə bütün bəşəri xüsusiyyətləri, dəyərləri, mədəni və estetik kriteriyaları özündə cəmləşdirən sağlam ailə modeli olmalıdır. Azərbaycan cəmiyyəti dünyaya özünün əsrlərdən bəri sınaqdan çıxmış, etibarlı və dayanıqlı təməl üzərində formalaşan ailə modelini tam olaraq təqdim edə bilir. Ailə dəyərlərimiz, ailə institutumuz bu gün də, əvvəlki illərdə olduğu kimi, möhkəm və sağlamdır. Tarixən xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genefondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayan və xalqımızın gələcək varislərinə bəxş etdiyi ailə institutu öz səviyyəsini, çəkisini qorumaqdadır. Azərbaycan xalqının, ictimaiyyətinin ailə təməlini qoruması ata-babalarımızdan qalma bu mirasın əbədiliyini saxlamaqdır. Ailədə azərbaycançılıq ideologiyasının oynadığı roldan danışan mütəxəssislər deyir ki, azərbaycançılıq özündə ən ülvi dəyərləri birləşdirir, bu dəyərlərdən də biri müqəddəs ailə məfhumudur. Tədqiqatçıların sözlərinə görə, Azərbaycanda ənənəvi ailə institutunun daha da inkişaf etməsi, formalaşması, gənc ailələr arasında təbliğ olunmasında azərbaycançılıq prinsiplərinə üstünlük verilməlidir. Yurdunu, vətənini, xalqını, genetik yaddaşını sevən adam, onun qorunmasını istəyən şəxs mütləq ənənəvi ailə modelindən uzaqlaşmayacaq. Ekspertlər deyir ki, sağlam təməl üzərində qurulmayan ailə nə dövlətə, nə də xalqa bir fayda verə bilir. Ailə sağlam olmalıdır ki, onun ərsəyə gətirdiyi övladlar da dövlətə ürəkdən, sədaqətlə xidmət edə bilsin. Qloballaşma, həmçinin, inteqrasiya proseslərinin geniş, həm də sürətlə vüsət aldığı bir zamanda dəyərlərin dəyişməsi, formadan-formaya keçməsi məsələsi getdikcə aktuallığını artırır. Dünyanın bir parçası olan Azərbaycan xarici vətəndaşların sıx-sıx gəlib getdiyi bir ölkədir. Təbii ki, başqa ölkələrdən gələn insanlar özlərilə müxtəlif xarakterlər, zərərli vərdişlər də gətirə bilir. Bu da sözsüz ki, bizim ailə prinsiplərilə kökündən ziddiyyət təşkil edən haldır. Bəzən görürsən ki, hansısa bir xarici vətəndaş bizim üçün xarakterik olmayan nəyinsə təbliğatını aparmağa cəhd göstərir. Bu məsələ dövləti də, mütəxəssisləri də ciddi narahat edir. Qeyd edək ki, dövlətin bu istiqamətdə apardığı məqsədyönlü siyasət ailələrimizi Avropanın, Qərbin zərərli, eybəcər təsirlərindən qorumağa yönəlib. Ümumiyyətlə, sosioloqlar dəyişməyən dəyərlər sisteminin cəmiyyətdə geniş təbliğ edilməsinə tərəfdardır. Tədqiqatçıların fikrincə, Azərbaycanın milli ailə dəyərləri, ailə institutu başqa xalqlara və dövlətlərə bir örnək modeli kimi təqdim edilməlidir. Onların bildirdiyinə görə, Azərbaycan xalqı bütün əsrlərdə öz ailə dəyərlərinə sahib çıxmağı bacarıb. Bu da onunla bağlıdır ki, əsası əcdadlarımız tərəfindən qoyulan bu ailə institutunun təməli möhkəm olduğundan, xalqımız, hətta sovet illərində belə, ənənəvi ailə sistemini qorumağa müvəffəq olub.
Hüquqşünaslar vurğulayır ki, Azərbaycan dövlətinin ailə münasibətlərinə öz xüsusi münasibəti var. Dövlətimiz ailə dəyərlərimizin qorunması istiqamətində böyük işlər aparır. Azərbaycan Respublikasının Konstitusiyasında və qəbul edilən müvafiq sənədlərdə bu məsələ çox ətraflı şəkildə işıqlandırılıb. Yəni dövlətimizin ailəyə və onun qorunmasına böyük dəyər verməsi göz önündədir. Azərbaycanda ailə qadın və kişinin ittifaqı, sevgi-məhəbbəti sayəsində qurulur. Ənənəvi ailə modeli sayılan bu forma bizim xalqa xas xüsusiyyətlərdən biridir. Azərbaycan ailəsində kişi və qadın münasibətləri, əks cinslərin birləşməsi qəbul olunan bir qaydadır. Bizim ölkəmizin nə rəsmi, nə də mənəvi qanunları əks cinslərin evlənməyindən başqa ikinci bir evlilik, ailə modeli tanımır. Milli ailə dəyərlərimizin Avropa eybəcərliklərindən qorunmasında dövlət siyasəti olduqca məqsədyönlü şəkildə aparılır. Bu siyasət Azərbaycan ictimaiyyətinin maraqlarını müdafiə edir. Bu məsələdə dövlətimizin və ictimaiyyətin maraqları üst-üstə düşür. Təəssüflər olsun ki, bu gün bir sıra Avropa dövlətlərində eyni cinslilərin ailə qurması, evlənməsi kimi qeyri-ənənəvi tendensiyalar irəli sürülür. Acı da olsa deməliyik ki, artıq bəzi ölkələrin konstitusiyalarında bu mənfi halla bağlı dəyişikliklər də edilib. Artıq bəzi dövlətlərin qanunvericiliyində ailə ittifaqını nəzərdə tutan maddədən "qadın və kişi" sözü çıxarılaraq, onun əvəzinə iki şəxs arasında nikahın tanınması qeyd edilir. Bu qanunlara görə, cinsi azlıqların nümayəndələri heç bir maneə ilə üzləşmədən evlənə bilir. Təbii ki, bu cür hallar Azərbaycan cəmiyyəti və dövləti tərəfindən qəbuledilməzdir. Bu mənfi tendensiya artıq Avropada yaxşı bir hal kimi qəbul edilir. Hətta bəzi dövlətlərdə münasibətlərini rəsmiləşdirən cinsi azlıqların nümayəndələrinə icazə verilir ki, onlar övladlığa uşaq götürsün. Bu şəraiti onlara yaradırlar. Cinsi azlıqların nümayəndələrinin övladlığa qəbul etdiyi uşağın gələcək taleyi necə olacaq? Onun ailə, qadın və kişi münasibətləri haqda təsəvvürü yaralı olmayacaqmı? Bu uşaq böyüyəndə kimə "ata", kimə "ana" deyəcək? Görürsünüz necə zərərli bir məsələ meydana çıxıb. Buna yaxşı baxmaq olmaz. Qloballaşma dalğasının insanların, cəmiyyətlərin, xalqların, dövlətlərin üzərinə hücuma keçdiyi bir vaxtda bu kimi eybəcər halların meydana gəlməsi Azərbaycan dövlətindən və ictimaiyyətindən güclü dirəniş, mühafizə qabiliyyəti tələb edir. Azərbaycanda ənənəvi ailə modelimizin zərərli təsirlərdən qorunması üçün mütəmadi təbliğat aparılmalıdır. Dövlətin bu barədə yürütdüyü siyasət daim gündəmdə olmalıdır. Hər məktəbli gələcəyin bir atası və bir anasıdır. Milli ailə ənənəsini qorumaq üçün öncə uşaqlar milli ab-havada yetişdirilməlidir. Qızlara ailənin müqəddəsliyi, oğlanlara möhkəmliyinin sirləri öyrədilməlidir.
Psixoloqların sözlərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də bu sahədə gördüyü işlər çoxdur. Vurğulanır ki, komitə tərəfindən mütəmadi olaraq valideynlərlə uşaqlara milli-mənəvi dəyərlərin qorunub saxlanması və ailə mədəniyyəti, nəsillərarası münasibətlərin qorunması mövzusunda, eyni zamanda, valideyn-uşaq münasibətləri, ailədə yaranan problemlər və onların həlli yolları, müəllim və valideyn arasında qarşılıqlı əlaqənin qorunması istiqamətində mühazirələr keçirilir. Avropa özünün yeni cəfəng ailə siyasətini önə çəkir, təbliğ edir. Bu bizə lazım deyil. Azərbaycanda 50-60 il bir yerdə ömür sürən qadın və kişilərin ailə bağlılığı gənclərə təlqin edilməlidir. Ailə irsinin qorunub saxlanmasında hər iki valideynin üzərinə yük düşür. Həm ata, həm də ana bu prosesdə aktivlik nümayiş etdirməli və münasibətlər birtərəfli olmamalıdır. Bir sıra mütəxəssislər deyir ki, ailəmizi qorumaq istəyiriksə, Qərbin bir sıra mədəniyyətlərilə təmasda olmaqdan imtina etməliyik. Azərbaycan dövləti Azərbaycan ailəsinin zərərli xarici təsirlərdən qorunmasını təmin edən güclü siyasət həyata keçirir. Bu siyasətin təməl prinsipləri azərbaycançılıqla, dəyərlərimizlə sıx vəhdət təşkil edir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ