Cümə günü, 20 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Məktəbəqədər təhsil sistemində azərbaycançılıq tərbiyəsi
Tarix: 28.05.2016 / 01:48
Bölmə: Layihə
II yazı
Azərbaycançılıq milli ruhumuzdur, dövlətçiliyə, xalqa, mənəviyyatımıza sahiblik anlayışıdır. Dövlətdən, ailədən cəmiyyətə, cəmiyyətdən təhsil-tərbiyə məkanlarına qədər böyük bir sistemi əhatə edən azərbaycançılıq övladlarımızın sidq ürəkdən bağlı olmalı olduğu bir məfhumdur. Bilirik ki, məktəbəqədər təhsil, təlim-tərbiyə anlayışı dövlətimiz üçün olduqca vacib bir məsələdir. Dövlətimiz bu sahəyə ciddi dəstək verir.
Tədqiqatçılar qeyd edir ki, müasir Azərbaycan uşağı inkişaf etmiş, tarixinə, ədəbiyyatına, qəhrəmanlarına vurğun nəsil kimi yetişdirilir. Məktəbəqədər təhsildə bu kimi məsələyə ciddi önəm verildiyini qeyd edən mütəxəssislər deyir ki, məktəbəqədər təhsillə bağlı proqramlarda azərbaycançılıq, uşaqların vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi yer ayrılıb. Məktəbəqədər təhsilin azərbaycançılıq ruhunda qurulması prosesi olduqca sürətlə gedir.
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun yerli mətbuatda gedən fikirlərinə görə, məktəbəqədər təhsil uşaqların yüksək səviyyədə formalaşmasına dayaq olur: "Təhsil haqqında" Qanunda Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək təhsilin əsas məqsədlərindən biri kimi önə çəkilir. Qanunda məktəbəqədər təhsilin ilk və vacib pillə olmaqla ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründə intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə və həyati bacarıqlara yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, şəxsiyyət kimi formalaşmasını, məktəb təliminə hazırlığını, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etməli olduğu göstərilir, məktəbəqədər təhsilin inkişaf etdirilməsi əsasən 3 səbəbdən vacib hesab edilir:
1. Aparılmış tədqiqatlara görə, uşaqların erkən yaşdan təhsilinə qoyulan sərmayə iqtisadi və sosial baxımdan daha yüksək faydalılıq əmsalına malikdir. Başqa sözlə, tədqiqatlar göstərir ki, bu yaş dövründə uşağın inkişafına xərclənən vəsait sonradan dəfələrlə artıq gəlir gətirir.
2. Məktəbəqədər təhsil valideynlərə daha artıq dərəcədə dəstək olmaqla qadınların məşğulluq göstəricilərinə xüsusilə müsbət təsir edir.
3. Məktəbəqədər təhsil vasitəsilə uşaqlar arasında bərabərlik imkanlarının yaradılması sonradan cəmiyyətin müxtəlif sosial təbəqələri arasında fərqlərin azalmasına gətirib çıxarır.
"Təhsil haqqında" Qanunda fasiləsizlik, vəhdətlik, dinamiklik təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qeyd edilib. Qanuna görə, mövcud təhsil standartları, tədris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dialektik qarşılıqlı əlaqənin təmin olunması və onun insanın bütün həyatı boyu ardıcıl davam etməsi vacib məsələ olaraq irəli sürülüb. Bununla belə, respublikada məktəbəqədər yaşlı uşaqların təhsil müəssisələrinə cəlbi 14,8 faiz təşkil etdiyindən, bu yaşda uşaqların 80 faizindən çoxu davamlı və ardıcıl təhsil imkanından kənarda qalır. Halbuki, Təhsil Nazirliyi tərəfindən aparılmış milli qiymətləndirmə tədqiqatları da sübut edir ki, bir ildən artıq uşaq bağçasına getmiş uşaqlar ibtidai təhsilin sonunda uşaq bağçasına getməmiş uşaqlardan ana dili fənni üzrə 4%, riyaziyyat fənni üzrə isə 5% daha yüksək nəticə göstərmişlər. Ona görə məktəbəqədər təhsil müəssisələrindəki təlim-tərbiyə prosesi ailələrdəki eyni prosesin, ibtidai təhsil isə məktəbəqədər təhsil və məktəbə hazırlıq təliminin davamı kimi vahid sistemdə birləşməlidir. Yalnız bu halda uşağın psixoloji və mənəvi cəhətdən məktəb təliminə hazır olmasından danışıla bilər. Belə bir sistemin qurulması, heç şübhəsiz, ibtidai təhsilin keyfiyyətinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərə bilər.
Məktəbəqədər təhsil sahəsində mövcud problemlərin artıq yüksək səviyyədə tanınmasının nəticəsidir ki, bu təhsil növü Azərbaycan dövlətinin təhsil siyasətində prioritet sahə hesab edilib. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında ölkə üzrə azyaşlı uşaqların məktəbəqədər təhsilə cəlbolunma səviyyəsinin orta Avropa göstəricisi səviyyəsinə çatdırılması əsas məqsəd kimi təqdim edilir. Buna nail olmaq üçün isə məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, onların şərait və təchizatının yaxşılaşdırılması, habelə bu sahədə müxtəlif tipli, məsələn, icma və ailə tipli müəssisələrin yaradılmasına xüsusi önəm verilir.
Konsepsiyada göstərilən bu məqsədlərdən çıxış edərək Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" sənədində məktəbəqədər təhsilin inkişafına yönəlmiş bir sıra hədəflər öz əksini tapıb:
- qabaqcıl beynəlxalq təcrübə əsasında məktəbəqədər təhsil üzrə pedaqoji və idarəetmə heyətinin müstəqil sertifikatlaşdırma (lisenziyalaşdırma) sisteminin yaradılması;
- erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması;
- məktəbə hazırlıq təhsilinin (1 il) icbariliyinin təmin olunması.
Məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyi ilə birbaşa tabelik münasibətlərinin olmamasına baxmayaraq, son 10 ayda Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində məktəbə hazırlıq qruplarının yaranmasını dəstəkləyən addımlar atılıb, bu qruplara cəlb edilən uşaqların vaxtından əvvəl I sinfə müsahibəsiz qəbul olunması barədə qərar qəbul olunub.
Strategiya sənədində eyni zamanda məktəbəqədər təhsil üzrə kurikulumun tətbiqinin sürətləndirilməsi zəruri hesab edilib. Kurikuluma əsasən, məktəbəqədər təhsil uşağın ətraf aləmlə harmoniyasını təmin etməyə, xeyirxah hisslər oyatmağa, əməkdaşlığa və müsbət özünütəsdiqə nail olmaq baxımından əhəmiyyətlidir. Məhz bu dövrdə uşaqlarda ətraf aləm haqqında ilkin təsəvvürlər, təfəkkür elementləri formalaşır, ətraf aləmin hadisələri, sadə qanunauyğunluqları arasında qarşılıqlı əlaqələri müəyyənləşdirmək və əldə edilmiş bilikləri müstəqil tətbiq etmək bacarıqları yaranır.
Məktəbəqədər təhsilin proqramı (kurikulumu) müasir dünya təcrübəsinə uyğun yeni baxış və yanaşmalar əsasında hazırlandığından, onun etibarlılığını, nəzərdə tutulan nəticələrin reallaşmasına hansı səviyyədə təminat verəcəyini sınaqdan keçirmək üçün həmin proqramın (kurikulumun) pilot qaydasında tətbiqi məqsədilə respublikanın 15 pilot şəhər və rayonunda məktəbəqədər təhsil müəssisələrinin pedaqoji işçiləri üçün təlimlər keçirilib. Bu təlimlərdən 3093 tərbiyəçi keçib".
Nazir vurğulayır ki, bununla yanaşı, məktəbəqədər təhsil müəssisələrində işin keyfiyyətinin yüksəldilməsi məqsədilə bir sıra pilot layihələr həyata keçirilib. Nazir bildirir ki, Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı) arasında bağlanmış maliyyələşdirmə sazişi çərçivəsində təsdiq olunan Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihədə nəzərdə tutulmuş "Məktəbə hazırlığın inkişaf etdirilməsi" komponenti çərçivəsində "Qısamüddətli təlim qruplarında məktəbə hazırlıq" və "Valideynlərin maarifləndirilməsi" proqramları altı pilot rayonda - Bakı şəhərinin Xətai, eləcə də Lənkəran, Quba, Füzuli, Şamaxı, Göygöl rayonlarının uşaq bağçalarında tətbiq edilib. Bu layihələrə 626 uşaq və 950 valideyn cəlb olunub.
Nazir bildirir ki, 2011-ci ildən 2014-cü ilin mart ayınadək davam edən 5 yaşlıların məktəbə hazırlığı işinin tənzimlənməsi üzrə BP şirkətinin maliyyə dəstəyi ilə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi tərəfindən Şəmkir rayonunun beş kəndinin uşaq bağçalarında "İcma nəzdində məktəbə hazırlıq qruplarının təşkili" layihəsi həyata keçirilib: "Bununla yanaşı, Avropa Birliyinin maliyyə dəstəyi ilə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi və Azərbaycana Birgə Yardım Təşkilatı tərəfindən 2012-ci ilin yanvar ayından Sumqayıt şəhəri, Siyəzən, Biləsuvar və Lənkəran rayonlarında 17 özünədəstək qrupunda "Sosial Hüquqların İnkişafı - həssas təbəqədən olan və məktəbəqədər təhsilə cəlb olunmayan uşaqlar üçün icma əsaslı strategiyalar" layihəsi həyata keçirilib. Bu layihə məktəbəqədər təhsilə cəlb olunmayan 3-6 yaşlı uşaqların təhsil və inkişaf istiqamətli xidmətlərdən istifadə etməsini, eyni zamanda yerli məktəbəqədər təhsil müəssisələrində innovativ pedaqoji texnologiyaların tətbiq olunmasına yardım edilməsini və pedaqoji heyətin məktəbəqədər təhsilin kurikulumu üzrə hazırlanmasını nəzərdə tutur. Layihənin səmərəli həyata keçirilməsi məqsədilə həmin qruplar Təhsil Nazirliyi tərəfindən müxtəlif metodik və təlim vəsaitləri ilə təmin olunub. YUNİSEF-in dəstəyi ilə 2013-cü ilin yay aylarında Şabran, Gədəbəy və Yardımlı rayonlarında məktəbəqədər yaşlı uşaqlar üçün on həftəlik məktəbə hazırlıq qrupları təşkil edilib. Bu qruplara 2163 uşaq cəlb olunub. Təhsil Nazirliyi həmin qrupları zəruri təlim vəsaitləri ilə təmin edib. Bu gün ölkəmizdə məktəbəqədər təhsil sahəsində görülmüş müsbət işlərlə yanaşı, bir sıra həllini gözləyən problemlər də mövcuddur. Bu problemləri 3 əsas hissəyə ayırmaq olar: məzmun, kadr və infrastruktur. Məktəbəqədər təhsilin kurikulumunun tətbiqi üzrə müəyyən işlər görülsə də, obyektiv və subyektiv səbəblərdən bir sıra çətinliklər mövcuddur.
Təbii ki, bu problem pedaqoji kadr hazırlığı ilə bilavasitə əlaqədardır. Bu sahədə aparılan işlər zamanın tələbinə cavab vermir. Məktəbəqədər təhsilin kurikulumunun məqsəd və vəzifələrinin həyata keçirilməsi peşəkarlıq baxımından ciddi problemləri olan bu kadrların potensial imkanlarının fövqündədir. Hazırda respublikanın məktəbəqədər təhsil müəssisələrində 14614 pedaqoji kadr çalışır. Lakin son illərdə onların ixtisas artırması, kurikulumun tətbiqi və müasir təlim texnologiyaları baxımından təkmilləşməsi müəyyən mənada unudulub. Respublikanın kənd rayonlarında orta və qeyri-ixtisas təhsilli şəxslərin məktəbəqədər təhsil müəssisələrində pedaqoji kadr kimi işlə təmin olunması problemin daha da dərinləşməsinə gətirib çıxarır. Bildiyimiz kimi, peşəkar müəllim olmadan ən yüksək səviyyədə hazırlanmış kurikulumun belə uğurlu tətbiqindən söz gedə bilməz. İnfrastruktura gəldikdə isə, respublika üzrə yaşayış məntəqələrindən 75,5%-də məktəbəqədər təhsil müəssisəsinin olmaması, mövcud müəssisələrin əksəriyyətinin əsaslı təmirə ehtiyacının olması, maddi-texniki bazanın zəifliyi, 354 məktəbəqədər təhsil müəssisəsində məcburi köçkün ailələrinin məskunlaşması ölkə üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların cəlbolunma göstəricisinin aşağı düşməsinə səbəb olub. Göründüyü kimi, bu problemlərin aradan qaldırılması istiqamətində həlledici addımlar atmağın vaxtı gəlib çatıb. Cəmiyyətin müxtəlif xarakterli problemlərinin həllində aparıcı rol oynayan Heydər Əliyev Fondu bu gün də dəyərli təklif və təşəbbüslə təhsil sisteminə öz töhfələrini verir. Heydər Əliyev Fondu tərəfindən məcburi köçkünlər üçün salınan 83 qəsəbədə 50 uşaq bağçası tikilib. Eyni zamanda, Bakı şəhərində 11 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir olunub, 7 yeni uşaq bağçası inşa edilərək istifadəyə verilib.
Məlumat verildiyi kimi, 2014-cü il fevralın 24-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun yeni layihəsinin - məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı keçirilib. Proqram ölkəmizin bütün bölgələrində uşaq bağçalarının genişmiqyaslı tikintisi, yenidən qurulması və əsaslı təmirinin dəstəklənməsini nəzərdə tutur".
Nazir vurğulayır ki, 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin qısa müddət ərzində uğurla icra olunduğu kimi qeyd olunan layihənin köməyi ilə məktəbəqədər təhsil infrastrukturunun müasirləşdirilməsinə, məktəbəqədər təhsilin səviyyəsinin yüksəlməsinə, mövcud problemlərin tam aradan qaldırılmasına nail olunacağına əminliyi ifadə etmək vacibdir: "Bu layihənin əhəmiyyəti ondan ibarətdir ki, onun uğurla həyata keçirilməsi gələcək nəsillərimizin təhsil nailiyyətlərinə müsbət təsir göstərəcək, cəmiyyətin bütün təbəqələrini əhatə edəcək və nəticə etibarilə ölkəmizin sosial-iqtisadi inkişafı üçün böyük töhfələr verəcək".
Azərbaycanda məktəbəqədər təhsilin bütün tərəfləri nazirin fikirlərində əks olunub. Azərbaycançılıq uşaqların qəlbində özünə əbədi yuva qurub. Müşahidələrimiz də göstərir ki, məktəbəqədər təhsil müəssisələrində uşaqların azərbaycançılıq ruhunda tərbiyəcinə xüsusi diqqət yetirilir. 28 May - Respublika Günü, 15 iyun - Qurtuluş Günü, 17 Noyabr - Milli Dirçəliş Günü, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü yüksək səviyyədə qeyd edilir. Uşaqlar vətənə, torpağa, bayrağa aid şeirlər söyləyir, müxtəlif səhnələr göstərir, bayrağımıza, dövlətimizə sevgi ifadə edirlər. Vətənpərvərlik ruhunun, azərbaycançılığın tərənnümü uşaqların həyat tərzinə çevrilib. Çünki onlar sırf azərbaycançılıq ruhunda böyüyür.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
- RƏSMİ AÇIQLAMA...
20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı
20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu
- Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...
20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq
20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI:
DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS
20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib
20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb
20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...
20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı
- körpülər vuruldu...
20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi
- sonra ondan üzr istəyirəm...
20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...
20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi
20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…
20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib
20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır
– nəzarət gücləndirilə bilər...
20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi
20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir
20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq
- YENİ QAYDA...
20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...
20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər
- Ombudsmandan təklif...
20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...
20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır
20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı
– nələrin baş verəcəyini görəcəyik…
20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...
20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir
20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi
- FOTO
20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə -
yalnız ərazi güzəşti qarşılığında…
20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi -
Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir
20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
- FOTO
20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi
20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür
- Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...
19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri
19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…
19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir
- Rusiyadan gələn izaha cavab...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ