Cümə günü, 20 noyabr 2026
     

Məktəbəqədər təhsil sistemində azərbaycançılıq tərbiyəsi...

Image


Azərbaycançılıq milli ruhumuzdur, dövlətçiliyə, xalqa, mənəviyyatımıza sahiblik anlayışıdır. Dövlətdən, ailədən cəmiyyətə, cəmiyyətdən təhsil-tərbiyə məkanlarına qədər böyük bir sistemi əhatə edən azərbaycançılıq övladlarımızın sidq ürəkdən bağlı olmalı olduğu bir məfhumdur. Bilirik ki, məktəbəqədər təhsil, təlim-tərbiyə anlayışı dövlətimiz üçün olduqca vacib bir məsələdir. Dövlətimiz bu sahəyə ciddi dəstək verir.
Bu istiqamətdə görülən, həyata keçirilən işlər saysız-hesabsızdır. Məktəbəqədər təhsillə bağlı qanunvericilik aktları, təlimatlar çoxdur. Diqqətçəkən məqamlardan biri odur ki, qanunvericilik aktlarında da, təlimatlarda da, digər vəsaitlərdə də uşaqların azərbaycançılıq ruhunda, dövlətə, dövlətçiliyə bağlı şəkildə tərbiyələndirilməsi vurğulanır. Məktəbəqədər təhsil hər bir uşağın həyatında xüsusi rol oynayır və həyatının ilk pillələrindən başlayaraq Vətənə, xalqa, azərbaycançılığa bağlı şəkildə böyüyürlər. Bu gün tam mübaliğəsiz deyə bilərik ki, məktəbəqədər təhsil müəssisələrində azərbaycançılığın təbliği olduqca yüksək səviyyədə həyata keçirilir. Bağçaya gedən istənilən uşaq Azərbaycanın dövlət himnini əzbər bilir, bayrağımızı, gerbimizi tanıyır, sevir, milli, dini kimliyimiz haqqında təsəvvürlərə sahibdir. Bu da o deməkdir ki, məktəbəqədər təhsil sistemi öz üzərinə düşən işin öhdəsindən gəlməyi bacarır. Qeyd edək ki, məktəbəqədər təhsillə bağlı dövlətin həyata keçirdiyi tədbirlər öz bəhrəsini verir.
2 oktyabr 2012-ci ildə Azərbaycan Respublikasının baş naziri Artur Rasizadənin imzaladığı "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarında yer alan müvafiq bəndlərin xeyli hissəsində uşaqların azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyə edilməsi əks olunub. Azərbaycançılıq mənəviyyatımızın, şüurumuzun, qəlbimizin şah əsəridir desək, səhv etmərik.
Məlumdur ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunub. Bu sənədi təhsilimizin inkişafında yeni mərhələnin başlanğıcı hesab etmək olar.
Mütəxəssislər vurğulayır ki, bu mühüm dövlət sənədində məktəbəqədər təhsilin inkişafına xüsusi diqqət yetirilib. Strategiyanın məqsədi ölkədə səriştəli təhsil verənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemi yaratmaqdır.
Strategiyada da məktəbəqədər təhsillə bağlı maraqlı fikirlər yer alıb.
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun məktəbəqədər təhsillə bağlı mətbuatda gedən fikirlərinə əsaslanaraq bu sahədə görülən işlərlə bağlı məsələlərə diqqət yetirmək yerinə düşər.
M.Cabbarov bildirir ki, insanlar yazı və oxunun nə olduğunu bilmədikləri bir zamanda belə uşaqların tərbiyəsinə xüsusi diqqət yetirirdi: "Tarixən Azərbaycan ailəsində uşağa, onun tərbiyəsinə münasibət milli-etnik və mədəni dəyərlərimiz əsasında formalaşıb. Uşağın dünyaya gəlməsi hər bir evə sevinc, fərəh gətirən, ailə bağlarını möhkəmləndirən mühüm amil kimi dəyərləndirilib. Övladının ağıl, kamal sahibi olması, bir sənətə yiyələnməsi, ləyaqətli insan olaraq formalaşması hər bir valideynin həyat amalını təşkil edib, uşağın tərbiyəsində başlıca istiqamətə çevrilib. Əslən azərbaycanlı, Şərq aləmində böyük filosof və alim kimi məşhurlaşan Nəsirəddin Tusi "Əxlaqi-Nasiri" əsərində "uşaq" anlayışı, onun təlim-tərbiyəsi, şəxsiyyət kimi formalaşması üçün aparılmalı işləri üç nisbi mərhələyə ayırır: "Uşaq doğulanda ilk növbədə ona yaxşı bir ad qoymaq lazımdır. Daha sonra onu tərbiyə etməyə, nizam-intizama öyrətməyə başlamaq lazımdır. Elm dalınca getsə, əvvəlcə əxlaq dərsi vermək, sonra isə hikmət nəzəriyyəsinə keçmək lazımdır".
Alim uşağı valideynin bağçasında ağaca bənzədir və inanır ki, valideyn övladı necə yetişdirərsə, o cür də bar verər. O, uşaqların tərbiyəsi ilə yanaşı, həm də onların elmə, yaxud peşəyə yiyələnməsini, habelə ünsiyyət bacarıqlarının inkişafını da təmin etməyi valideynin əsas vəzifəsi hesab edir. Elmi-pedaqoji araşdırmalar göstərir ki, insan ömür boyu öyrəndiyinin böyük bir hissəsini altı yaşına qədər mənimsəyir. Məhz bu dövrdə uşağın idraki və fiziki inkişafının təməli qoyulur. Bu təməlin nə qədər möhkəm və düşünülmüş olması şəxsiyyətin gələcək inkişafını təmin edir və onun həyat fəlsəfəsini, cəmiyyətə baxışlarını müəyyənləşdirir. Tərbiyə ümumbəşəri anlayış olsa da, hər bir xalqı səciyyələndirən öz milli, mənəvi xüsusiyyətləri: ana dili, dini, tarixi, ədəbiyyatı, incəsənəti, mədəniyyəti, adət və ənənələri var. Bütün bunlar həmin xalqın milli mənəviyyatını təşkil edir, böyüməkdə olan nəslin tərbiyəsində böyük rol oynayır. Ümumiyyətlə, insan tərbiyəsi, onun getdikcə kamilləşməsi, cəmiyyət üçün dəyərli şəxsə çevrilməsi hər bir dövrdə filosofların, pedaqoq-alimlərin tədqiqat obyekti olmuş, tərbiyəetmə fəaliyyətinə insanın dünyaya gəldiyi ilk günlərdən, hətta ana bətnində olarkən başlanmasının vacibliyini tutarlı faktlarla sübuta yetirmişlər. Uşaqların erkən vaxtlarından tərbiyə olunmasını həyata keçirən xüsusi müəssisələrin olmadığı bir dövrdə bu vacib məsələ bilavasitə ailələrdə yerinə yetirilib.
Zaman ötdükcə insanların məşğulluğunun getdikcə artması məktəbəqədər müəssisələrin yaradılması zərurətini meydana çıxarıb. Məktəbəqədər təhsil müəssisələrinin tarixi ondan başlayıb ki, XIX əsrdə Almaniyada Fridrix Frebel 3-7 yaşlarında uşaqların idraki, fiziki və sosial baxımdan inkişafını təmin edən oyunlardan ibarət kurikulum tərtib edib. Bu kurikulumun tətbiqində əsas məqsəd uşaqları məktəbə hazırlamaqdan ibarət idi. Təhsil işçiləri belə təhsil proqramlarının faydasını müşahidə etdikcə məktəbəqədər tərbiyə işi tədricən İngiltərə, Kanada, Birləşmiş Ştatlarda da tətbiq edilməyə başlandı. Sonralar bu, təhsilin ayrılmaz hissəsi kimi bütün dövlətlər və cəmiyyətlər tərəfindən qəbul edildi".
M.Cabbarovun bildirdiyinə görə, Azərbaycanda məktəbəqədər təhsilin tarixi 1907-ci ildən başlanıb. O qeyd edir ki, məhz həmin ildə ilk dəfə olaraq Bakının Bayıl qəsəbəsində Alisa Radçenko tərəfindən uşaq tərbiyə müəssisəsi təşkil edilib. Burada uşaqların fiziki, bədii, əxlaqi və əqli inkişafı əsas hədəf kimi müəyyənləşdirilmişdi. Nazir vurğulayır ki, sonrakı dövrlərdə məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsi genişləndirildi və Azərbaycanın müxtəlif şəhər və rayonlarında yeni məktəbəqədər təhsil müəssisələrinin təşkilinə başlandı: "Bununla belə, etiraf etmək lazımdır ki, keçmiş sovet dönəmində ümumtəhsil məktəbləri ilə müqayisədə məktəbəqədər təhsilin inkişafına, onun təkmil infrastrukturunun yaradılmasına nisbətən az diqqət yetirilmişdi. Bölgələrdə müasir, birtipli layihə ilə tikilən müəssisələr xeyli azlıq təşkil edirdi.
İnkarolunmaz faktdır ki, ölkəmizdə məktəbəqədər müəssisələrin inkişafı Azərbaycanın müstəqillik illərinə təsadüf edir. Hazırda Azərbaycan Respublikasında 111090 uşağı əhatə edən 1677 məktəbəqədər təhsil müəssisəsi, o cümlədən 537 uşaq bağçası, 1110 körpələr evi-uşaq bağçası, 25 körpələr evi, 5 məktəb-bağça, sağlamlıq imkanları məhdud uşaqlar üçün 4 xüsusi uşaq bağçası, eyni zamanda 12 müəssisədə 19 xüsusi təhsil qrupları, 4 sanator tipli məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Respublikamızda təhsilin bütün sahələrinə, o cümlədən məktəbəqədər təhsilə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir, xüsusi dövlət proqramları həyata keçirilir. Məktəbəqədər təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması, təhsilin müasir tələblər səviyyəsində qurulmasının təmin olunması istiqamətində kompleks tədbirlər yerinə yetirilir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)" çərçivəsində 37 yeni məktəbəqədər təhsil müəssisəsi inşa edilərək istifadəyə verilib, 52 məktəbəqədər təhsil müəssisəsində əsaslı təmir işləri aparılıb, 184 müəssisə müvafiq avadanlıqlarla, o cümlədən oyuncaq və idman avadanlıqları, texniki vasitələrlə təchiz olunub. Eyni zamanda bütün məktəbəqədər təhsil müəssisələri müxtəlif təlim vəsaitləri ilə təmin edilib. Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin, habelə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına əsasən, paytaxtda və onun qəsəbələrində 174 məktəbəqədər müəssisə əsaslı təmir olunub, 34 müəssisədə əsaslı təmir işləri gedir. Respublikanın digər şəhər və rayonlarında 1 yeni məktəbəqədər təhsil müəssisəsi inşa edilib, 41 müəssisədə əsaslı təmir işləri aparılıb".
Nazir vurğulayır ki, dövlət məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, özəl sektorun da inkişafı böyük əhəmiyyət kəsb edir. Nazir deyir ki, yeni qəbul olunmuş "Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında" Qanuna əsasən, 2014-cü il yanvarın 1-dən başlayaraq 10 il müddətinə məktəbəqədər təhsil müəssisələri Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad edilir. Bu isə uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılması ilə yanaşı, bu sahənin inkişafının təkcə dövlət sərmayələri ilə deyil, həmçinin, özəl sektorun iştirakının stimullaşdırılması yolu ilə təmin etmək məqsədi daşıyır: "Məktəbəqədər təhsil Avropada yüksək ictimai əhəmiyyət kəsb etməklə sosial xidmətlər qrupuna məxsusdur və Avropa İttifaqının siyasətinin prioritetlərindən biridir. Avropa İttifaqının üzvləri olan dövlətlər 3 yaşadək olan bütün Avropa uşaqlarının üçdə birinin və bütün 3-6 yaşlı uşaqların 90 faizinin keyfiyyətli məktəbəqədər təhsillə əhatə olunmasını hələ 2010-cu ilədək vəzifə olaraq qarşıya qoymuş, 2020-ci ilədək isə uşaqların məktəbə hazırlıq təhsilinə cəlbolunma göstəricisinin yüksəldilməsini təklif etmişlər".
Nazirin vurğuladığına görə, tədqiqatlar göstərir ki, məktəbəqədər təhsil müəssisələrində tərbiyə almış uşaqlar istər idraki, emosional, istərsə də fiziki baxımdan ümumi təhsil müəssisələrində təhsilə daha hazırlıqlı olur. Burada uşaqlara kiçik problemlərin həllinə nail olmaq üçün müstəqil şəkildə çalışmaq, idraki və emosional, habelə fiziki fəaliyyətdə olmaq öyrədilir: "Məktəbəqədər təhsil müəssisələrinə sosial bacarıqlar və davranış problemləri ilə gələn uşaqlarda bir müddət sonra bunların aradan qaldırıldığı müşahidə edilir. Sirr deyil ki, bütün cəmiyyətlərdə insanlar müxtəlif səbəblərdən fərqli sosial təbəqələrə mənsub olur. Bu da dünyaya gələn körpələrin müxtəlif maddi, intellektual səviyyəli ailələrdə formalaşmasına gətirib çıxarır. Bəzən ailənin müəyyən maddi çətinlikləri olmasına baxmayaraq, valideynlər övladlarının fiziki, psixi baxımdan sağlam inkişafı, tərbiyəsi və təhsilinə xüsusi qayğı ilə yanaşır. Bəzən də təəssüflə qeyd etmək lazımdır ki, əksinə proses baş verir. Uşaqların qidalanmasına, gigiyenasına kifayət qədər diqqətin ayrılmaması, onların təhsilinin lazımi səviyyədə təşkil edilməməsi, həkim nəzarətindən kənarda qalması uşağın inkişafında müxtəlif ciddi problemlər yaradır. Belə sosial fərqliliyin uşağın sağlamlığına və şəxsiyyət olaraq tərbiyəsinə mənfi təsirlərini aradan qaldırmaq üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların cəlbi faizini yüksəltmək ciddi vəzifə kimi gündəmdə dayanır.
Məktəbəqədər təhsil dövlətə nə verir? Bu təhsil dövründə uşaqların fiziki, sosial və idraki inkişafının düşünülmüş şəkildə təşkili onun bütün gələcək taleyinə öz təsirini göstərir. Mütəxəssislər hesab edir ki, mükəmməl məktəbəqədər təhsil yalnız təhsilin növbəti mərhələsində uşağın nailiyyət göstəricilərinin yüksəldilməsi baxımından əhəmiyyətli olmayıb, həm də öz sosial, iqtisadi ehtiyaclarını təmin edən vətəndaşın formalaşdırılmasında böyük rol oynayır. Belə vətəndaşları olan dövlətdə isə kasıblığın səviyyəsi aşağı düşür, cinayətkarlıq azalır. Bu da insanların maddi rifahını və təhlükəsizliyini təmin edir. Bütün göstərilənlər dövlətin və dövlətçiliyin qüvvətlənməsinə xidmət edir".
(Ardı var)
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ