şənbə günü, 21 noyabr 2026
     

Müasir azərbaycançılığın böyük ideoloqu...

Image


Azərbaycan dövlətinin qurucusu, xilaskarı Heydər Əliyev deyirdi ki, bizim hamımızı birləşdirən azərbaycançılıq ideyasıdır. Həqiqətən də belədir. Azərbaycançılıq müasir zamanda insanlarımızı daha çox maraqlandırır və uşaqdan böyüyə hər kəs bu ideyanın gücünə, qüdrətinə sevgi bəsləyir. Azərbaycan xalqı birliyə, bərabərliyə meylli xalqdır.
Bilirik ki, tarixən xalqımız parçalanıb, torpaqlarımız yadellilər arasında bölüşdürülüb, amma bununla belə, heç bir vasitə xalqımızın ruhunu öldürə bilməyib. Bu da məlumdur ki, Azərbaycan xalqının bəzi övladları müxtəlif zamanlarda ölkəni tərk etmək məcburiyyətində qalıb. Bu əsasən Azərbaycanda sovet hakimiyyətinin ilk illərində baş verib. Bu quruluşa isti münasibəti olmayanlar respublikanı tərk edib. Tədqiqatçılar yazır ki, XX əsrin sonunda miqrantların sayının sürətlə artması və onların institutlaşması sosioloq alimləri bəşəriyyətin inkişaf ssenarilərindən biri kimi "dünyanın diasporlaşması" haqqında mübahisələr açmağa sövq edib. Həqiqətən miqrasiya prosesi bu və ya başqa şəkildə dərinləşməkdə və yeni-yeni formalar almaqda, diasporların rolu və təsir gücü isə sürətlə artmaqdadır.
Tədqiqatçılar qeyd edir ki, xaricdə yaşayan azərbaycanlılar tərəfindən Azərbaycan diasporu formalaşıb.
Politoloq Arzuman Muradlının sözlərinə görə, Azərbaycan diasporunun formalaşması kifayət qədər uzun bir tarixi əhatə edir: "Onun ilkin addımları barədə məlumatın azlığına baxmayaraq, tədqiqatçı alimlərimiz bir sıra tarixi mənbələrə əsasən bəzi faktları aşkara çıxarmağa müvəffəq olmuşlar. Əldə olunan elmi nəticələrə görə, Azərbaycan diasporunun təşəkkül və formalaşma tarixi bir neçə mərhələyə bölünür. Lakin biz bu yazıda xarici ölkələrə səpələnmiş azərbaycanlıların diaspor kimi təşkilatlanmasında müstəsna xidmətləri olan Heydər Əliyevin hakimiyyət illərinə nəzər salırıq. Alimlərimiz SSRİ-nin süqutundan sonra Avropa ölkələrində azərbaycanlıların yeni nəsillərinin məskunlaşmasını diasporun təşəkkülünün son mərhələsi kimi qiymətləndirir. Yaxın tarixdən məlumdur ki, SSRİ-də dissident hərəkatının, azad fikrin genişləndiyi bir dövrdə - 1969-cu ildə ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladı. O, respublikanın həyatında, ictimai şüurun, milli özünüdərkin təşəkkülündə yeni bir mərhələnin təməlini qoydu və zaman-zaman azərbaycançılıq ideyasını milli ideologiyanın əsas fəlsəfəsinə çevirməyi bacardı. Heydər Əliyev ölkənin ictimai həyatının bütün sahələrində sürətli inkişafa aparan köklü islahatlara yol açdı. Azərbaycan qısa vaxt ərzində iqtisadi göstəricilərinə, intellektual potensialına görə SSRİ miqyasında ön sıralara çıxdı. Heydər Əliyevin apardığı islahatlar yalnız iqtisadi sahəni əhatə etmirdi. Bu köklü dəyişikliklər elm və təhsildə, mədəniyyətdə də böyük sıçrayışlarla nəticələndi. Azərbaycanda elmin inkişafının stimullaşdırılması istiqamətində bir çox mühüm addımlar atıldı. Heydər Əliyev elmə, mədəniyyətə, ədəbiyyata xüsusi diqqət və qayğı göstərirdi. Azərbaycanın bir çox elm və mədəniyyət xadimlərinin, ədib və şairlərinin həyat və yaradıcılığında özünü göstərən bu diqqət respublikada azad fikirli ziyalıların təqibinə birdəfəlik son qoydu. Təsadüfi deyil ki, məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1969-cu ildən Sovet İttifaqı dağılana kimi Azərbaycanda bir nəfər də olsun dissident qeydə alınmayıb. Ümummilli lider Heydər Əliyev təbiətən demokratik ruhlu bir şəxsiyyət olduğundan, ayrı-ayrı bədii əsərlərdə, elmi monoqrafiyalarda sovet quruluşunun ünvanına yönəldilmiş tənqidlərə olduqca dözümlü münasibət bəsləyir və cəmiyyətin müxtəlif sahələrində təzahür edən çatışmazlıqların üzə çıxarılmasına imkan yaradırdı. O xüsusilə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasını, xalqımızın tarixinin obyektiv araşdırılmasını, həqiqəti ortaya çıxaran əsərlərin yaradılmasını daha çox diqqətdə saxlayırdı".
Politoloq yazır ki, XX əsrin 70-ci illərindən başlayan iqtisadiyyat, mədəniyyət, elm və təhsil sahələrində inkişaf, mənəvi mühitin sağlamlaşdırılması bütövlükdə ölkədə milli özünüdərk prosesinin təkamülünə də böyük təkan verdi. Keçən əsrin 70-80-ci illərində Heydər Əliyevin qətiyyət, müdriklik və cəsarətini xalqın tarixi yaddaşının qorunmasına, mədəniyyətimizin tərəqqisinə, Azərbaycanın bütün dünyada tanınmasına yönəltdiyini qeyd edən politoloq deyir ki, həmin dövrün mövcud siyasi reallıqları diaspor problemi ilə milli-ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verməsə də, dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqəsinə xidmət edəcək imkandan səmərəli istifadə edilirdi: "Xarici ölkələrlə mədəni əlaqələrin qurulmasi, bədii tərcümə işinin genişlənməsi, xaricdə yaşayan həmvətənlərimizlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin ("Vətən" cəmiyyəti) yaradılması soydaşlarımızın birliyinin və Vətənlə ayrılmaz tellərlə bağlanmasının mühüm addımlarından biri idi. Eyni zamanda, respublikamızın hərtərəfli inkişafı onlarda milli qürur hissi oyadır, ata yurduna maraq və bağlılığı artırırdı. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının elmi və intellektual potensialının gücləndirilməsinə diqqət və qayğısı sayəsində yüzlərlə azərbaycanlı gənc SSRİ-nin ən nüfuzlu elm ocaqlarında təhsil almaq imkanı qazanıb. Məhz onun düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində keçmiş SSRİ məkanının 50-dən çox böyük şəhərinin 170-dən artıq ali təhsil ocağında elm, iqtisadiyyat, mədəniyyət, istehsalat və digər sahələri əhatə edən və Azərbaycanda zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən çox mütəxəssis hazırlanıb. Bu kadrların bir çoxu yenidən Azərbaycana qayıdıb respublikanın inkişafına öz töhfələrini versələr də, onların bir qismi təhsil aldıqları şəhərlərdə məskunlaşırdılar. Bir sözlə, 70-80-ci illərdə sovet dövlətində gedən respublikalararası inteqrasiya prosesləri, gənclərin Azərbaycandan kənarda digər respublikalarda təhsil almaq imkanı azərbaycanlıların təbii miqrasiyasına təkan verirdi. Respublikamızdan kənarda əmək fəaliyyətinə başlayan həmin mütəxəssislər bir tərəfdən həmvətənlərimizin mütəşəkkilliyinin güclənməsinə, digər tərəfdən elm və mədəniyyətimizin inkişafına əhəmiyyətli yardım göstərirdi. 80-ci illərin əvvəllərində Heydər Əliyevin Moskvada sovet dövlətinin rəhbərlərindən biri kimi fəaliyyəti dünya azərbaycanlıları arasında milli təfəkkürün güclənməsində xüsusi rol oynayıb. Bu gün xarici ölkələrdə azərbaycanlı adını şərəf və ləyaqətlə daşıyan neçə-neçə dünya şöhrətli alim, ziyalı, incəsənət xadimi, iş adamı var və onlar yaşadıqları ölkələrin ictimai-siyasi həyatında bu gün də yaxından iştirak edirlər.
Ötən əsrin 80-ci illərinin sonlarında SSRİ məkanında cərəyan edən hadisələr imperiyanın sərhədləri çərçivəsində demokratik düşüncə tərzinin genişlənməsinə və milli azadlıq hərəkatlarının güclənməsinə zəmin yaratmış oldu. Azərbaycanda milli oyanış daha geniş vüsət almışdı. Erməni işğalçılarının ölkəmizin ayrılmaz parçası olan Dağlıq Qarabağın ərazisinin qəsb edilməsinə yönəldilmiş terror-təxribat aksiyaları xalqımızın milli özünüdərk hissinin güclənməsinə yeni bir təkan oldu.
1990-cı il 20 Yanvar faciəsi Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk edilib. Bu faciə harada, hansı ölkədə yaşamasından asılı olmayaraq, özünü azərbaycanlı sayan bütün insanları vahid qüvvə kimi birləşdirdi. Heydər Əliyev imperiya ağalarının təqib və təzyiqlərinə baxmayaraq, mürəkkəb vəziyyətdə vətəndaş mövqeyi və Vətən təəssübkeşliyi nümayiş etdirərək 20 Yanvar qırğını ilə bağlı Moskvada etiraz səsini ucaltdı. Onun verdiyi bəyanat çökməkdə olan sovet imperiyasını lərzəyə gətirdi. Məhz bundan sonra faciənin şokundan ayılan dünya azərbaycanlıları ayağa qalxdı və xalqın siyasi iradəsini bəyan edən dahi azərbaycanlının səsinə səs verərək ölkənin, xalqın taleyi üçün tarixi məsuliyyət daşımaq qüdrətində olan yeganə siyasi xadim və milli lider ətrafında sıx birləşməyə başladılar. Lakin həmin məqamda respublikamızda bu imkandan istifadə edilmədi və nəticədə mövcud problemlər daha da dərinləşdi. Sonralar bu tarixi məqamları dəyərləndirərkən Heydər Əliyev deyirdi: "Yaxın və uzaq tarix göstərir ki, bütün bu hücumlara Azərbaycan xalqı cavab verməyə qadir idi. Əgər o zaman xalqı vahid, sarsılmaz qüvvə kimi bir araya toplayan milli qürur və oyanış hisslərindən konstruktiv istifadə olunsaydı, biz bu gün Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olmazdıq". Usta siyasətçi milli həmrəyliyin və birliyin dövlət quruculuğunda və onun inkişafında müstəsna əhəmiyyət daşıdığını çox gözəl bilirdi. Xüsusilə Azərbaycanın imperiyadan qopub müstəqilliyə doğru getdiyi dönəmdə bu daha çox vacib idi. Məhz buna görə də Heydər Əliyevin təşəbbüsü ilə hələ 1991-ci ildə Naxçıvan Ali Məclisində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi haqqında qərar qəbul olundu və bu tarixi günün bütün ölkə ərazisində bayram kimi qeyd olunması ilə bağlı Azərbaycan Milli Məclisi qarşısında məsələ qaldırıldı".
A.Muradlının bildirdiyinə görə, 1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə bütün Azərbaycan vətəndaşlarının-dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin azadlığını və müstəqilliyini dəstəkləyən insanların vahid Azərbaycan dövlətçiliyi ətrafında birləşdirilməsi üçün ciddi iş aparılmağa başlandı.
Politoloqun qeyd etdiyinə görə, Heydər Əliyev azərbaycançılıq ideyasına tamam yeni bir məzmun verərək onu Azərbaycanın milli etnik xüsusiyyətlərinə, müasir dövrün tələblərinə və dünyanın hazırkı dönəminə uyğunlaşdırdı. Azərbaycançılıq ideologiyası məhz Heydər Əliyevin həyata keçirdiyi ardıcıl siyasi xətt olaraq mükəmməl ideoloji bir təlim kimi ölkənin dövlət siyasətinə çevrildi: "Məhz bu dövrdə azərbaycanlıların həmrəyliyi və birliyi ideyası artıq bütün dünyaya səpələnmiş soydaşlarımızın düşüncələrinə hakim kəsildi və dövlət siyasətinin prioritetlərindən birinə çevrildi. Yaşadıqları ölkələrdə soydaşlarımızın təşkilatlanması, azərbaycanlı icmalarının fəaliyyətinin genişlənməsi, tarixi Vətənlə-müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin güclənməsi istiqamətində çox böyük işlər görüldü. Heydər Əliyev azərbaycançılığı bütöv bir xalqın-bütün dünyada yaşayan azərbaycanlıların, Azərbaycanla hər hansı şəkildə bağlılığı olan bütün soydaşlarımızın və həmvətənlərimizin milli birlik simvoluna və milli ideologiyasına çevirdi. Ümumən bu mövzuda söhbət açılanda, istər-istəməz, gözlərimiz önündə ulu öndərin xarici ölkələrə səfərləri zamanı mütləq bu ölkələrdə yaşayan azərbaycanlı icmalarının nümayəndələri ilə görüşləri canlanır. Ümummilli lider Heydər Əliyev hələ sovetlər dönəmindən yaxşı bilirdi ki, diasporlara müasir düzəndə ciddi əhəmiyyət verilməsinin mühüm məqamlarından biri ondan ibarətdir ki, onlar mövcud olduqları ölkələrə ciddi təsir göstərə bilir. Onlar bu ölkələrin demoqrafik, etnik və konfessional strukturunu dəyişirlər. Diasporlar təkcə öz adət-ənənələrini, mənəvi dəyərlərini, dillərini qorumur, həm də yaşadıqları yerdə cəmiyyətə yad olan dəyərlərini aşılayırlar. Diasporların ölkələrin təkcə daxili yox, həm də xarici siyasətinə təsir gücü artır, çünki əhəmiyyətli maliyyə resurslarına malik böyük transmilli diasporlar bir qədər əvvəl onlara doğma olan, müntəzəm əlaqədə olduqları ölkələrin maraqlarına fəal şəkildə lobbiçilik edirlər.
Erməni alimləri nahaq demirlər ki, "diasporlar dünyanı idarə edirlər, beynəlxalq normaları müəyyənləşdirirlər, hökumətləri və dövlətləri formalaşdırırlar və hətta qarşıya dünya hakimiyyəti yaratmaq vəzifəsi qoyurlar...". Bu mənada mübaliğəsiz qeyd etmək olar ki, son yarım əsrlik bir tarixi mərhələdə dünyada gedən proseslər diasporların iqtisadi və hətta ideya hökmranlığı altında baş verir.
Bu dövlət siyasətinin yaradıcısı və əsas icraçısı Heydər Əliyev dövlət başçısı kimi xarici ölkəyə elə ilk səfərə yollandığı Fransada, iş qrafikinin gərgin olmasına baxmayaraq, Avropada söz sahibi olan bu dövlətin azərbaycanlı vətəndaşları ilə çox maraqlı bir görüş keçirdi. Heyrət və sevinc dolu baxışlarla müstəqil Azərbaycanın dövlət başçısını dövrəyə alan və sanki Azərbaycan müstəqilliyinin gerçək olduğuna arxayınlaşmaq üçün ciddi cəhdlə onun, məhz Azərbaycan Prezidentinin əlini sıxmağa şans arayır, bunu qazanandan sonra isə bir çoxlarının, bəlkə də həsrəti uzun çəkənlərin gözündən sevinc yaşları gilələnirdi. Vətən həsrəti bilməyənlər, çəkməyənlər belə bu mənzərədən təsirlənməyə bilməzdi. Heydər Əliyev bu görüşlərdə sözü o yerə gətirirdi ki, o yerdə bu Vətənin taleyi həll olunurdu və bu missiyda bu nisgillilərin payı daha çox ola bilərdi. Ulu öndərin siyasi ritorikadan uzaq və gerçək mənzərəni canlandıran nitqi içində azacıq vətəndaşlıq hissi olan bir azərbaycanlını belə rahat buraxa bilməzdi və buraxmırdı da. Onun bir lider olaraq verdiyi tövsiyələr, diaspor quruculuğu istiqamətində, heç şübhəsiz, öz işini görürdü. Sonra bu səpkili görüşlər Türkiyədə, İranda, İngiltərədə, bir sözlə, bütün xarici səfərlərdə Prezident protokolunun əsas bəndlərindən birinə çevrilirdi...".
Heydər Əliyev vurğulayırdı ki, Azərbaycan müstəqillik əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olub. "Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir-"deyə bildirirdi.
Bəli, azərbaycançılıq məfkurəsi dünya azərbaycanlılarını bir yerə toplamaq gücündə, əzmində olan bir ideologiya olaraq özünü tam olaraq doğruldub.
Təbii, bu ideologiyanın bütöv bir xalqı əhatə etməsi Heydər Əliyevin uğurlu siyasətinin nəticəsi olub. Bu gün azərbaycançılıq dövlət siyasətinə çevrilib və hər bir azərbaycanlı bu siyasətdən bəhrələnə bilir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ