şənbə günü, 21 noyabr 2026
     

"Gülüstan" və "Türkmənçay" faciələri də azərbaycançılıq ideyasını inkişafdan saxlaya bilmədi...

Image


Azərbaycanı bütöv, yaraları sağalmış vəziyyətdə görmək böyük səadətdir. İllərdir, əsrlərdir Azərbaycan torpaqlarına yağılar göz dikir, bizim olanı bizdən qoparmaq istəyirlər. Lakin bədəni parçalasalar da, ruhu öldürə bilmirlər. Yüzilliklər boyu xalqımızın başına çox faciələr gəlib, çox ağrı-acılar yaşamışıq, amma sınmamışıq. Düşmən qarşısında ruhumuzu diri saxlamaqla xalq olaraq yaşamışıq, yaşayırıq, yaşayacağıq da. Azərbaycan xalqının, dövlətinin tarixinə bəzi faciələr, qara ləkələr salınıb.
Onlardan biri də "Gülüstan" və "Türkmənçay" sülh müqavilələridir ki, bir xalqı, bir torpağı ikiyə bölüb. "Gülüstan" 203, "Türkmənçay" isə 188 il əvvəl bağlanıb. Tariximizin ən faciəli səhifələrindən biri kimi yada salınır.
Məlumdur ki, o xalqlar özünü xoşbəxt hesab edir ki, onun bəlli vətəni, ölməz ana dili, möhtəşəm mədəniyyəti, tarixi, sivilizasiyamızın ilk çağına bağlanan kökü var. Azərbaycan xalqı belə xalqlardandır. Azərbaycan xalqı tarixin müxtəlif dönəmlərində fərqli adlar daşısa da, genində, canında, ruhunda azərbaycanlı, Azərbaycan türkü şərəfini, kodunu gəzdirib. Məlumdur ki, azərbaycanlılar-Azərbaycan türkləri əsasən indiki İran adlanan ərazidə (Cənubi Azərbaycan), Şimali Azərbaycanda, İraqda, Türkiyədə, Gürcüstanda, Rusiyada, eləcə də bir sıra digər dövlətlərdə yaşayır. Ana dili Azərbaycan dili adlanan türk xalqıyıq biz. Tarixin hansı dövründə izimiz axtarılsa, orada varıq. Dilimizlə, mədəniyyətimizlə, söz sənətimizlə, döyüşkən igidlərimizlə, şah-sultan babalarımızla, xanım-xatın analarımızla tarixi bəzəyənlərdən, onu şərəfləndirənlərdən olmuşuq həmişə.
Azərbaycan xalqının varlığı, bütövlüyü, milli məfkurə uğrunda mücadilə verməyi bacarması bütün yüzilliklərdə özünü göstərib. Xalqımız tarix boyu ən ağır imtahanlara çəkilib, xoşbəxtlikdən hər zaman da bu sınaqdan üzüağ, alnı açıq çıxıb. O, düşmənilə döyüşdükcə, torpaqlarını qoruduqca, daha güclü, daha əzmkar olmağı bacarıb. Başına gələn bütün bəlalarda xalqımız bir olub, düşmənə qarşı bərabər döyüşüb. Xalq şairi Zəlimxan Yaqub demişkən: "xalqımız yumruq kimi birləşməyi bacarıb". Bu, Azərbaycan xalqının ən müsbət keyfiyyətidir. Xalqımızın mənəvi, ruhi birliyi, həmahəngliyi onu ən ağır situasiyalardan qalib çıxarıb.
Azərbaycançılıq deyilən məfhumu elə milli ruhumuzu, mənəviyyatımızı yaşadan, onu ölməyə qoymayan soydaşlarımız yaradaraq yaşadıb. Azərbaycan xalqı böyük xalqdır. Bu nə pafos xatirinə deyilən sözdür, nə də xalqımızın tarixdəki rolunu şişirtməyə cəhd. Həqiqət bundan ibarətdir ki, tarixdə bir neçə imperiya yaradıb böyük torpaqlara sahib olan, ərazisinin sınırları böyük-böyük torpaqları əhatə edən, çeşidli xalqları qucayan bir xalqdır Azərbaycan xalqı.
Şah İsmayıl Xətai dövründə möhtəşəm bir dövlət idi Azərbaycan. Cənubi-Şimali Azərbaycan bir idi onda. 1813-cü ilə qədər vahid dövlətimizin birliyi mövcud olub. Lakin Rusiya və Qacarlar arasında gedən müharibə torpaqlarımızın parçalanmasına səbəb olub. Xalqımız bu müqaviləni indiyə qədər vahiməli bir yuxu kimi xatırlayır, bu məşum günü tariximizə yazanların ruhunu yamanlayır. 1813-cü ildə anamız Azərbaycanın bağrına köz basıb onu iki yerə parçaladılar. Araz çayının cənubu Qacarlarda qaldı, şimalı isə Rusiya İmperiyasının tabeliyinə keçdi. Xalq şairi Bəxtiyar Vahabzadə demişkən:
Öz sivri ucuyla bu lələk qələm
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı,
Ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın.
("Gülüstan" poeması)
Tarixi mənbələrdə qeyd edilir ki, Gülüstan sülh müqaviləsi 1813-cü ilin 12 oktyabr tarixində Rusiya İmperiyası ilə Qacar dövləti arasında imzalanıb. O, tarixi Azərbaycan ərazisini Rusiya ilə İran arasında bölən birinci müqavilədir. 1813-cü ilin 12 oktyabrında Gülüstan kəndində birinci Rusiya-İran müharibəsinin qurtarmasını bildirən 11 maddədən ibarət müqavilə imzalanır. Bu müqavilə tarixə imzalandığı yerin adı ilə "Gülüstan müqaviləsi" kimi daxil olur. Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə Ratişşev imzalayıb. Bu sülh müqaviləsinin şərtlərinə əsasən, Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə, yerdə qalan bütün xanlıqlar (Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verilir. 1828-ci il fevralın 10-da isə İngiltərənin səfiri MakDonaldın vasitəçiliyi ilə Təbriz yolunun üstündə yerləşən Türkmənçay kəndində I Nikolay ilə Fətəli şah arasında sülh müqaviləsi imzalandı. Bu, Qacarlarla ruslar arasında müharibənin sonu oldu. Nəticədə isə böyük məmləkət tikə-parça edildi, əti dırnaqdan, ananı baladan ayırdılar. Araz çayına göz yaşları qarışdı. Ağladı ayrı düşən ulusuna, elinə Araz çayı. Azərbaycan gözəlləri boy-boya verib sızıldadılar.
Arazı ayırdılar,
Qum ilə doyurdular.
Mən səndən ayrılmazdım,
Zülm ilə ayırdılar.
1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqaviləsi nəticəsində azərbaycanlıların yaşadığı əsas torpaqlar iki fərqli dövlət arasında bölünsə də, bugünkü azərbaycanlılar vahid etnik qrup təşkil edir. Bizə düşmən olan imperiyalar nə qədər birləşib bizə zor tətbiq etsələr də, xalqımızı, torpaqlarımızı bölsələr də, bizi xalq kimi məhv edə bilmədilər. Qanı qanımızdan, canı canımızdan, dili dilimizdən, dini dinimizdən olan Qacarlarla ruslar birləşib torpaqlarımızı böldülər. Tarix kitablarında Azərbaycan xalqının bölünməsi -"Gülüstan" və "Türkmənçay" faciələri sülh hadisəsi kimi qeyd edildi. Bu şeylər kitablarda, sənədlərdə, kağızlarda etibarlı sayıldı. Xalqımızın gen yaddaşında, şüurunda, mədəniyyətində, mənəviyyatında, ədəbiyyatında bir işğal, bölünmə faktı kimi yaşadı. "Gülüstan"la, "Türkmənçay"la torpaqlarımızı böldülər, xalqlarımızı ayırdılar, amma ruhi, milli-mənəvi, soykök bağlılığımızı sarsıda bilmədilər. Ürəklərimiz bir-birinə qırılmaz tellərlə bağlı olduğu üçün hər zaman qəlbimizin dərinliyində ölməz sevgi, qovuşmaq ümidi gəzdirdik.
Ağalar bilmədi birdir bu torpaq,
Təbriz də, Bakı da Azərbaycandır.
Bir elin ruhunu, dilini ancaq
Kağızlar üstündə bölmək asandır.
Biz azərbaycanlıyıq, azərbaycançılıq məfkurəsini yaddaşımızda, qanımızda yaşatmışıq həmişə. "Gülüstan"dan, "Türkmənçay"dan üzü bu yana Azərbaycan xalqı neçə dəfələrlə ayağa qalxıb milli mənsubiyyətini, dilini, mədəniyyətini əzmək istəyənlərə öz əzmkarlığını nümayiş etdirib. Bu həm Azərbaycanın cənubunda, həm də şimalında yaşanan olaylar olub. Bağır xanın, Səttarxanın, Şeyx Məhəmməd Xiyabaninin, Seyid Cəfər Pişəvərinin, Abdullah Kazım Şəriətmədarinin (İran İslam İnqilabının banisi-Cənubi Azərbaycan tarixini öyrənən alimlərimizdən aldığımız məlumata görə, sözügedən inqilab onun tərəfindən hazırlanıb, lakin hakimiyyətə başqası gəlib-İ.S) uğrunda mübarizə apardığı ideologiya elə azərbaycançılıq idi. Onlar Azərbaycanın güneyini azad, müstəqil, dilini işlək görmək, ana dilində məktəblərin açılmasını, qəzet-jurnal, kitab nəşrinin olmasını istəyirdilər. Azərbaycan mədəniyyətinin əyalət səviyyəsindən çıxıb ali məqamda təqdim edilməsini ortalığa gətirirdi bu şəxsiyyətlər. İran rejiminə "xalqımı buxovdan azad etməlisən" mesajlarını verirdi o liderlər, xalq qəhrəmanları. "Gülüstan", "Türkmənçay" sülhünün xalqımızın faciəsi olduğu deyilirdi.
Tarixçi alimlər hesab edir ki, Qacarlarla Rusiya arasında müharibə baş verməsəydi, Azərbaycan xalqının nə özü, nə də torpaqları bölünəcəkdi. Tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı mətbuata açıqlamasında bildirib ki, xalqımızın milli faciəsi olan "Gülüstan" və "Türkmənçay" müqavilələri bağlanmasaydı, indi Azərbaycan ərazisi, Azərbaycan xalqı bir idi. Alimin sözlərinə görə, bütün azərbaycanlılar eyni vətənin vətəndaşı olacaqdı.
Alimin bildirdiyinə görə, dünyada Azərbaycan xalqı qədər faciələrlə üzləşən, bölünməyə məruz qalan, torpaqları parçalanan çox az sayda xalq mövcuddur. O xalqların da çoxu hansı torpaqdan gəldiyini, vətənini, ana dilini, mədəniyyətini unudub yeni mədəniyyətləri, dili, əxlaq tərzini mənimsəyib. Başqa bir xalqın adını daşımaqdan qürur duyur.
Alim bildirir ki, Azərbaycan xalqı 203 il bundan əvvəl bölünsə də, yenə milli mənliyimizi, ana dilimizi, folklorumuzu, tariximizi unutmamışıq. M.Zülfüqarlı deyir ki, toyumuz milli ənənələr çərçivəsində, bayramımız da eyni qaydada keçirilir. İran adlanan ərazidə (Cənubi Azərbaycan), Şimali Azərbaycanda, İraqda, Türkiyədə, Gürcüstanda, Rusiyada, eləcə də bir sıra digər dövlətlərdə yaşayan azərbaycanlılar öz ana dilini unutmur. Bu da bir xalq kimi bizə nəsib olan xoşbəxtlikdir.
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun əməkdaşı, filologiya elmləri namizədi, şairə-publisist Qiymət Məhərrəmli bizimlə söhbətində Azərbaycan xalqının tarix boyu öz milli kimliyinə sadiq qaldığını dedi: "Azərbaycan xalqının tarixdə vahid dövləti olub. Özü də bir neçə dəfə xalqımız bir dövlət, bir bayraq altına yığışa bilib. Xalqımızın milli ideologiyasının yaranmasında yalnız ziyalılar, aydınlar, siyasət və dövlət xadimləri iştirak etməyib. Qəlbi, zehni işıqla dolan, lakin savadı olmayan nənə-babalarımız da bu gün azərbaycançılıq adlandırdığımız ideologiyaya xidmət edib. Onlar tərbiyə etdiyi övladlarına ana torpağı, ana dilini, milli folkloru, adət-ənənələri sevdirə bilib. "Torpaq əmanəti, yurd əmanəti, dil əmanəti" nəsihətini davamçılarına yaxşı mənimsədib. Bu gün azərbaycançılıq varsa, demək, o, iki-üç əsr əvvəl yaranmayıb, xalqımız mövcud olandan o da olub. Lakin bu sevginin adı başqa cür olub.
Azərbaycan torpaqlarının bölünməsi faktı bir azərbaycanlı kimi hamımızı yandırır, narahat edir. Amma bu eyni zamanda bizdə bir sevindirici ovqat yaradır ki, yurdumuz bölünsə də, xalqımızın ürəyi bölünməyib, ruhu zədələnməyib, dilimiz, mədəniyyətimiz məhv olmayıb. "Gülüstan" və "Türkmənçay" müqavilələrindən sonra Şimali Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə edib. Cənubi Azərbaycanda isə bir neçə dəfə azadlıq uğrunda mübarizə baş verib. Bu da o deməkdir ki, xalqımız nə qədər əzilsə də, döyülsə də, babalarımızdan əmanət qalan ruhunu qoruyub saxlaya bilir. Adətən işğallar xalqların mübarizə əzmini birdəfəlik qırır. Bizim isə, "Gülüstan" müqaviləsinin üstündən 203 il keçməsinə baxmayaraq, hələ də mübarizəmiz davam edir. Hələ də ümid edirik ki, taleyimizə qara ləkə salan bu əhdnamələrin etibarsız olduğunu dünyaya sübut edəcəyik. Cənubi Azərbaycanda yaşayan soydaşlarımız dünyanın dörd bir yanına səpələnərək bütöv Azərbaycan harayı çəkir. Təbii, biz də səsimizi onların səsinə qoşuruq".
Azərbaycançılıq ideologiyasının artıq mütəşəkkil, şüurlara, beyinlərə nüfuz edən işıqlı bir ideologiya halına gəldiyini deyən Q.Məhərrəmli hesab edir ki, Azərbaycan xalqı bu ideologiyanın daha da inkişaf etdirilməsi üçün təbliğat aparmalıdır: "Tarix bizə dönə-dönə ibrət dərsi verib. Bəzən düşmənlə döyüşdə udmuşuq, bəzən də uduzmuşuq. Amma heç zaman milli qürurumuz əyilməyib. Biz bir azərbaycanlı kimi tarix səhnəsində yaşamışıq. Formalaşan azərbaycançılıq ideologiyası, milli birliyimiz, dilimiz hər zaman yenilik kimi təbliğ edilməlidir. İnsan yeni saymadığı şeyi təbliğ etməkdə maraqlı olmur. Məktəblərdə şagirdlərə, universitetlərdə tələbələrə öyrətmək lazımdır ki, sən böyük bir xalqın nümayəndəsisən və sən ana dilini, mədəniyyətini, mənəviyyatını yaşatmağa borclusan. Dövlətinin sarsılmaz olması, dövlətçiliyinin qorunması, milli maraqlarımız hər bir azərbaycanlının maraqları ilə üst-üstə düşməlidir. Azərbaycanlı, harada yaşayırsa yaşasın, milli ideologiyanın təbliğatçısı olmalıdır. Bilməlidir ki, heç bir tarixi faciəmiz bizi sarsıtmamalıdır. Əksinə, bu kimi məsələlər bizi vahid milli ideologiya ətrafında birləşdirməlidir".
Alimlərin fikrində böyük həqiqət var. Tarixi faciələrimizdən sarsılmamalıyıq, onlardan nəticə çıxarmalıyıq ki, məkrli düşmənin toruna düşməyək. Azərbaycançılıq ideyası, bu vahid ideologiya ətrafında birləşməliyik ki, tarixi faciələrimizin vurduğu yaraları sağalda bilək. Xalqımız azərbaycançılıq ruhunda yaşayır, azərbaycançılıq millətin həyat tərzinə çevrilib.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ