şənbə günü, 21 noyabr 2026
     

Azərbaycan körpüləri... Azərbaycançılıq daşıyıcıları kimi...

Image


Körpülər insanları birləşdirir, dostluq, ülfət yaradır. Birlik, həmrəylik simvolu olan körpülər dünya insanlarını bir-birinə qovuşdurur. Tarixən dünyanın diqqət mərkəzində olan, sosial-iqtisadi, siyasi cəhətdən böyük əhəmiyyət kəsb edən vətənimiz sülh, əminamanlıq, qardaşlıq diyarı olaraq tanınır.
Azərbaycançılıq ruhunun gözəlliyinin bir elementi də qonaqpərvərlik, insanpərvərlikdir. Azərbaycan hələ keçən əsrlərdən başqa dövlətlərdə yaşayan xalqların marağını çəkib. Bu üzdən də Şərqlə Qərbin birləşdiyi Azərbaycana üz tutublar. Tarixən karvan yollarının üstündə olub məmləkətimiz. Onu da vurğulayaq ki, Azərbaycan memarlığının, arxitekturasının incilərindən sayılan qədim körpülər qonaqların istifadəsində olub. Azərbaycan tarixində, eləcə də dünya tarixində adı olan körpülərimiz çoxdur. Bu körpülərin üstündən qəhrəmanlar da, qaniçənlər də, tacirlər də keçib, alimlər də, kasıb da, varlı da körpülərdən adlayıb. Azərbaycanın qədim körpüləri arasında hicran körpüləri də var, vüsal, ümid və dostluq körpüləri də. Bu körpülər o tayla bu tay arasında vasitə olub.
Azərbaycanın qədim körpüləri çoxdur. Azərbaycan memarlığının ən qiymətli incilərindən olan bu körpülər tarixdə əhəmiyyətli rol oynayıb.
Bilirik ki, Azərbaycanın qədim keçmişinə bağlı olan körpülər tarixi mədəniyyətimizin mühüm bir hissəsini təşkil edir. O da məlumdur ki, qədim zamanlardan üzü bəri tarixən Azərbaycanın mühüm ticarət mərkəzlərindən olan Dərbənd, Şamaxı, Gəncə, Bərdə, Ərdəbil, Qəbələ, Naxçıvan, Təbriz və s. kimi şəhərlərin karvan yolları üstündə bir çox körpülər salınıb.
"Azərbaycan" portalında qeyd edilir ki, Azərbaycandakı körpülər forma, quruluş və tikintisinə görə bir-birindən kəskin şəkildə fərqlənir: "Qədim körpülərdən günümüzə qədər gəlib çıxan nümunələr bunu təsdiq edir. Həmin körpülərə Cəbrayıl rayonu ərazisində, Araz çayının üstündəki 11 və 15 aşırımlı Xudafərin körpülərini, Qazax rayonunda Xramçay üzərindəki Sınıq körpünü, Gəncə çayı üzərindəki Gəncə körpülərini, Əlincə çayı üzərindəki Naxçıvan körpülərini misal göstərmək mümkündür".
Portalda Xudafərin körpüləri haqqında verilən məlumata görə, bu körpü 1027-ci ildə Şəddadi hökmdarı Məhəmməd oğlu Fəzl (Fəzl ibn Məhəmməd) tərəfindən Araz çayı üzərində inşa olunub. Yazılanlara görə, unikal memarlıq abidəsi olan körpüdə Azərbaycan memarlıq məktəbinin üslubu izlənməkdədir. O da vurğulanır ki, Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilib. Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb. Körpüdən bir qədər aralı daha bir körpü də var ki, bu körpü də Xudafərin adlanır. İkinci körpü 11 gözdən ibarət olub və XIII əsrdə, Elxanilər dövründə inşa edilib. Hazırda həmin körpünün yalnız 3 aşırımı salamatdır. Hər iki körpü İpək yolunun üzərində yerləşir.
Portalda Sınıq körpü haqqında verilən məlumata görə, Qazax rayonundakı bu körpü Azərbaycanın orta əsrə aid olan nadir memarlıq incilərindən sayılır. Bu körpü Bakı-Qazax-Gürcüstan sərhədi yolunda, Xramçayın üzərində salınıb. Körpü beş nəhəng dayaq üzərində dayanıb. Hər iki sahil dayaqlarının içində karvansara var. Tarixi mənbələrdə bir çox alimlərin, səyyahların əsərlərində, yol qeydlərində bu abidə haqqında fikirlər var. Rus şairi A.S.Qriboyedov Tiflisdən İrana gedəndə bu körpüdən keçmiş və onun gözəlliyinə valeh olub. Körpünün neçənci ildə və kimin tikdirdiyi barədə dəqiq məlumat yoxdur. Bəzi alimlər onun XI-XII, bəziləri isə XVII əsrdə tikildiyini deyir.
Elm aləminə məlumdur ki, bu körpünü XVII əsrdə çar Rostom əsaslı təmir etdirib. Sınıq körpüdən 95 metr aşağıda vaxtilə başqa bir körpü də olub. Həmin körpünün sol və sağ sahil bünövrələri hələ də qalmaqdadır. Sınıq körpü həmin körpü uçduqdan sonra, XII əsrdə tikilib.
Gəncə körpüləri haqqında verilən rəsmi məlumatda isə bildirilir ki, bir zamanlar Gəncə çayının üzərində salınmış üç körpü Gəncəni ayrı-ayrı hissələrə ayırırdı. Yazılanlara görə, 1939-1940-cı illərdə aparılan tədqiqatlar zamanı Gəncə körpülərinin dağınıq dayaqları aşkar edilib. Lakin bu üç körpü ilə bərabər, haqqında elmi ədəbiyyatda məlumat verilməyən və Gəncədən 5 km şimal-şərqdə yerləşmiş qədim Gəncəni sağ və sol sahilə ayıran Gəncəçayda salınmış iki körpü də mövcud idi. Körpülərdən birincisi dağıldıqdan sonra ikinci körpü də yerin əlverişli olması nəzərə alınaraq, burada tikilib. Bu körpülərin hər biri XII əsrdə inşa olunub ki, onlardan ikisindən bu gün də istifadə edilir.
"Azərbaycan" portalında Əlincəçay körpüləri barədə də məlumat verilir. Tədqiqatçıların verdiyi bilgiyə görə, əzəmətli qədim körpülərdən biri də Naxçıvan ərazisindəki Əlincə çayı üzərindədir. Həmin körpüdən Ərəfsə və Ləkətan kənd sakinləri bu gün də istifadə edir. Körpülər tikilərkən dayaqların möhkəmliyinə xüsusi fikir verilib. Ovulmanın qarşısını almaq məqsədilə körpülər üçün çay vadisinin əsasən düz və dar keçidini seçmişlər. Həmin dar keçidə malik, bir dayağı hündür qaya, digər dayağı sahildəki özülə birləşən körpünün möhkəmliyinə söz ola bilməz.
Naxçıvanın bu günədək qalan, XV-XVI əsrə aid olan Əlincə körpüsü bir aşırımlı tağ şəkilli, su səthindən 5 m hündürlükdə, qabariti 2 m olan tarixi bir qurğudur. Körpünü lay şəkilli, asan yonulan daşdan tikiblər. Əlincə körpüsünün tağ hissəsinin daşları yonulmuş, qalan hissəsi isə qismən yonulan daşlardır.
Ordubad rayonunda Aşağı Aza kəndində olan qədim körpülərdən biri Gilançayın üzərindəki Aza körpüsüdür. "Azərbaycan" portalında yazılır ki, Hindistanı və Çini Qara dəniz sahilləri və Avropa ölkələri ilə birləşdirən mühüm ticarət-karvan yolu üstündə yerləşən Aza körpüsünün Böyük İpək Yolu ilə əlaqədar olduğu ehtimal edilir: "Buradan quru meyvələr, sənətkarlıq malları, ipək ixrac olunurdu. Tarixi hadisələr nəticəsində dəfələrlə dağıdılmış, sonra təmir edilib".
Portalda Behrud körpüsündən də söhbət açılır. Qeyd edilənə görə, Behrud körpüsü Behrud kəndinin yaxınlığında Gilançay üzərindədir. Üç aşırımlıdır. XVII əsrin sonu XVIII əsrin əvvəllərində tikildiyi ehtimal edilir. Behrud kəndi inşaat texnikasının müstəsnalığını, memarlıq simasını saxlayıb.
Düylün çayı körpüsündən də yazan tədqiqatçılar bildirir ki, başqa bir körpü Çənənəb kəndinin 12 km-də Düylün çayının üzərindədir. XIX əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur. Yüksək inşaat texnikası səviyyəsində tikilmiş körpü milli memarlıq səviyyəsini və möhkəmliyini qoruyub saxlayıb.
Gilançay körpüsü də Naxçıvanda yerləşir. Məlumatlara görə, Dər kəndindəki Gilançay üzərindəki körpü də yonulmuş daşdan, beştağlı tikilib. Culfa və Ordubad şəhərlərini birləşdirir. Eni 3,5 m-dir. Körpü inşa edilərkən yerləşdiyi ərazi nəzərə alınıb, tağları arasındakı məsafə müxtəlif ölçüdə tikilib. 3 orta dalğakəsən var. Dər körpüsü XVIII əsrə aid edilir.
Tovuz rayonunda yerləşən Sultan körpüsü də qədim zamanlardan bizə miras qalan abidədir. "Azərbaycan" portalında qeyd edilir ki, Tovuzun qədim tarixi abidələri sırasında da Sultan körpüsü Axıncı adlanan çayın üzərindən qoyulub və kəndə gedən yol həmin körpüdən keçir. Deyilənə görə, tikintisi zamanı möhkəmliyini və müqavimətini artırmaq üçün yumurtalardan istifadə olunub. Hazırda yeni körpü inşa edilib və istifadədədir.
Tağlı körpüsü haqqında da mənbələrdə bilgilər var.
Məlumatlara görə, keçmiş mühəndis tikililərindən dövrümüzə qədər qorunub saxlanan abidələr içərisində mühüm tarixi-memarlıq əhəmiyyətinə malik olanlardan biri də Tağlı körpüdür. XIX əsrdə Quba qəzasında 7 körpü olub. Amma onlardan yalnız Tağlı körpü günümüzə qədər qorunub saxlanıb. Körpünün salınması zərurəti XVIII əsrin sonlarında, XIX əsrin əvvəllərində yaranıb. 1851-ci ildə Qudyalçayda dirəklər üzərində taxta körpü tikilib. Lakin bu körpünün ömrü uzun olmayıb. Bu səbəbdən onun yerində yeni körpü salmaq zərurəti yaranıb. Yeni körpünün tikintisinə 1894-cü ildə başlanıb.
Tarixdə adı keçən Top körpüsü də qiymətli sərvətlərimizdəndir. Məlumatlara görə, XII əsrə aid Top kəndindəki Top körpüsü Zəngilan ərazisindədir. Bu nadir memarlıq kompleksi orta əsrlər Azərbaycan körpüsalma sənətinin bariz nümunələrindəndir. Zəngilandakı digər Hacıalılar kəndindəki körpü XIX əsrə aiddir.
Sınıq, Laləzar və Hacı Bədəl körpüləri isə Qubadlıda olub. Araşdırmalara görə, Qubadlı ərazisində ən qədim körpünün Qarakişilər kəndində Sınıq körpü olduğu söylənir. Digər iki körpü - Laləzar və Hacı Bədəl körpüsü tarixin bir qədər sonrakı dönəmlərində inşa edilib. Maraqlı arxitekturası və qəribə taleyi olan Laləzar körpüsü 1867-ci ildə tikilib. Laləzar körpüsü Bərgüşad çayının üzərində altı oval, üstü düz formada salınıb.
Hacı Bədəl körpüsü XIX əsrin nişanəsidir. Bu körpünü Dəmirçilər kəndinin sayılıb-seçilən el ağsaqqallarından olmuş Hacı Bədəl şəxsi vəsaiti hesabına tikdirib. Körpünün son dərəcə maraqlı arxitekturası var.
Azərbaycanda əsrlər boyu körpü tikintisinə böyük önəm verilib və sevindirici haldır ki, ənənə bu gün də davam etdirilir. Qeyd etdiyimiz kimi, körpü dostluğu, ümidi, birliyi, qonaqpərvərliyi ifadə edir. Naxçıvandakı "Ümid" körpüsü dövrümüzün həm müasir memarlıq abidəsi, həm siyasi, iqtisadi, strateji əhəmiyyəti olan bir amildir.
28 may 1992-ci il tarixi xalqımızın yaddaşında silinməz izlər buraxıb. Müasir tədqiqatçılar bildirir ki, bu tarix dili, dini, mənəviyyatı, ruhu bir olan iki xalqı bir-birinə qovuşdurmaq, yurddan-yurda, könüldən-könülə körpü salmaq və ən nəhayət, ağır blokada vəziyyətində boğulan bir diyarın - Naxçıvanın nəfəs alması, mənfur düşmən önündə əyilməməsi və yaşaması baxımından özündə bir çox mətləbləri birləşdirir. 1992-ci ildə Azərbaycan-Türkiyə sərhədində salınan, şərti və rəmzi adı "Ümid körpüsü" olan həyati layihənin reallaşması xalqımıza böyük ümidlər bəxş etdi. Bəzi tədqiqatçılar bu əhəmiyyətli körpünü "Könül körpüsü" də adlandırır. Tarixçilər yazır ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının xalqlarımızın tarixi qələbəsi sayılan Türkiyə-Azərbaycan birliyində körpü rolunu oynaması, qardaşlığımızın və dostluğumuzun əbədi nişanəsi olması məsələləri üzərində dayanmaq lazımdır.
Tarixçilər yazır ki, keçən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvan üçün olduqca çətin məqamlar idi. Tarixçilər qeyd edir ki, köhnə iqtisadi mexanizmin dağılması, yenisinin isə yaranmaması öz mənfi təsirini bütün istehsal sahələrində göstərdiyindən, əhalinin düçar olduğu maddi-sosial böhran dərinləşmişdi. Dəmir yolunun fasilələrlə işləməsi və 1992-ci ilin aprel ayının 14-dən tamamilə dayanması, 1991-ci ilin dekabr ayından muxtar respublikaya qazın verilməməsi, elektrik enerjisinin tamamilə kəsilməsi sosial partlayış üçün zəmin yaratmışdı.
Həmin dövrdə Azərbaycan Respublikasının sabiq Prezidenti, mərhum Heydər Əliyevin naxçıvanlıların köməyinə yetməsi böyük tarixi xidmətdir. Tarixçilər yazır ki, Türkiyə və İranla ardıcıllıqla aparılan danışıqlar nəticəsini verdi. Bu zaman qəbul edilən qərarlar tarixi Türkiyə-Azərbaycan birliyinin bərpasına və blokadada boğulan muxtar respublika üçün nəfəs yolunun tapılmasına xidmət edirdi.
Qeyd edilir ki, 1991-ci il oktyabr ayının 29-da Azərbaycanla Türkiyə arasında, Sədərək rayonu ərazisində Araz çayı üzərində salınmış müvəqqəti körpünün açılışı oldu. Açılış mərasimində Heydər Əliyev, Türkiyə hökumət dairələrinin nümayəndələri, Bakıdan gəlmiş Azərbaycanın elm və mədəniyyət xadimləri çıxış etdilər. Bu mühüm əhəmiyyətli hadisədən sonra Naxçıvan-Türkiyə əlaqələri yeni mərhələyə qədəm qoydu. Qardaş ölkə Heydər Əliyevin ciddi cəhdləri və siyasi səyləri nəticəsində faciədən və məşəqqətdən xilas olmağa çalışan muxtar respublikaya maddi və mənəvi dəstəyini, dostluq və qardaşlıq missiyasını, hər zamankı kimi, yenə də şərəflə yerinə yetirməyə başladı.
Bu həyati tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Türkiyə Respublikası hökumətinin dəvəti ilə 1992-ci ilin mart ayının 22-dən 25-nə qədər qardaş ölkədə rəsmi səfərdə oldu. Türkiyə Respublikasının o vaxtkı baş naziri Süleyman Dəmirəl və Heydər Əliyev Ankarada Türkiyə Respublikası tərəfindən Naxçıvan Muxtar Respublikasına maliyyə, iqtisadi və texniki yardım göstərilməsini nəzərdə tutan birgə əməkdaşlıq protokolu imzaladılar. 1992-ci il may ayının 28-də Süleyman Dəmirəl 60 millət vəkili və 40-dan çox nüfuzlu kütləvi informasiya vasitələri nümayəndələri ilə birgə Araz çayı üzərində uzunluğu 288 metr, eni 12 metr, ümumi smeta dəyəri 5 milyon manat olan yeni körpünün - "Ümid körpüsü"nün açılışını etmək üçün Naxçıvana gəldi. S.Dəmirəl Naxçıvan Hava Limanında bütün dünyanın diqqətini Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığına yönəldərək dedi: "Azərbaycan özünün ədalətli mübarizəsində tək deyil. Biz dünyanın Azərbaycan haqqında həqiqətləri bilməsi üçün özümüzdən asılı olan hər şeyi edirik və edəcəyik. Sizi əmin etmək istəyirəm ki, Türkiyə həmişə Azərbaycanla olub və olacaq. Biz kədəri və sevinci birlikdə bölüşəcəyik".
Həmin tarixi görüşdə Heydər Əliyev deyib: "...Bu gün arzu və ümidlərimizin körpüsü açılır. 70 ildən artıq idi ki, bu günü gözləyirdik və arzularımız həyata keçdi".
Mənbələr onu da yazır ki, Heydər Əliyev "Ümid körpüsü"nün Türkiyə Cumhuriyyəti ilə Azərbaycan Respublikası arasında iqtisadi, mədəni, insani əlaqələrin genişlənməsinə və inkişaf etməsinə, qardaş xalqların bir-birinə yaxınlaşmasına xidmət etdiyini nəzərə alaraq, 9 iyun 1992-ci il tarixli qərarla Sədərək-Dilucu körpüsünü Türkiyə Cumhuriyyəti ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında rəsmi sərhəd-keçid qapısı elan etdi. Tarixçilər qeyd edir ki, fəaliyyət göstərdiyi dövrdə bu körpü iki qardaş xalqı bir-birinə daha sıx birləşdirməklə yanaşı, hər iki tərəfdən insanların həyat səviyyəsinin yaxşılaşmasına da böyük töhfə verdi.
"Ümid körpüsü" 20 əsrin sonlarına yaxın salındı və yüksək səviyyədə açılışı oldu, bütün məqamlarda insanlara fayda qazandırdı. Azərbaycandakı bütün sərhəd-keçid körpüləri insanları uğura qovuşdursun!
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ