şənbə günü, 21 noyabr 2026
     

Etno-milli müxtəliflik, multikulturalizm və azərbaycançılığın vəhdəti...

Image


Çoxmillətli Azərbaycan bütün zamanlarda tolerantlıq, multikulturalizm dəyərlərinə önəm verilən ölkə olub. Müxtəlif konfessiyaların, mədəniyyətlərin qovuşduğu Azərbaycan azərbaycançılıq ruhunun hökm sürdüyü məkandır. Azərbaycançılıq müxtəlif mədəniyyətliliyə qucaq açan bir siyasətdir, ideologiyadır, həyat tərzidir. Etnik cəhətdən mədəni müxtəlifliyə sahib olan respublikamız bütün xalqlara doğma ana qucağıdır.
Bilirik ki, Azərbaycan ərazisi qədim türklərin vətənidir. Burada eyni zamanda da tarixən başqa xalqlar da yaşayıb. Onlar ayrı-ayrı dövrlərdə müxtəlif səbəblər üzündən Azərbaycana gəlib, yaxud köçürülüb, sonradan geri qayıtmaq istəməyib.  
"Multikulturalizmə giriş" tədris vəsaiti olduqca qiymətlidir. Müxtəlif müəlliflərin məqalələri, fikir və tezisləri əsasında tərtib edilən "Multikulturalizmə giriş" dərsliyində Azərbaycan mühiti tarixi ardıcıllıqla ifadə olunub. 
"Multikulturalizmə giriş"də bir sıra məsələlər işıqlandırılıb. Onlardan biri də etnik-milli müxtəliflik və multikulturalizm məsələsidir ki, Azərbaycan alimləri bu barədə davamlı çıxışlar edir, məqalələr yazır. Əslində, bunlar Azərbaycandakı mühitlə, sağlam münasibətlərlə tənzimlənən məsələlərdir ki, alimlər bunu tədqiqata cəlb edib və onu gündəmə gətirib. 
Azərbaycanın polietnik təkamülünə baxış və onun tolerantlıq ənənələri haqqında yazılan "Multikulturalizmə giriş" vəsaitində qeyd edilir ki, Rusiya imperiyasının müstəmləkə siyasəti: köçürmə, ruslaşdırma, xristianlaşdırma, ölkədə demoqrafik dəyişikliklər diqqətdən qaçmayıb. Qeyd edilir ki,  Azərbaycanda millətlərarası münasibətlərin demokratik prinsiplər əsasında tənzimlənməsi, müasir dövrdə Azərbaycan Respublikasının millətlərarası münasibətlər siyasətinin məqsəd və vəzifələri, prinsipləri və əsas istiqamətləri, hüquqi bazası, müstəqil Azərbaycanın milli siyasəti-azsaylı xalqların hüquq və mədəni irsinin qorunmasında atılan addımlar, Azərbaycanın polietnik təkamülünə baxış və onun tolerantlıq ənənələri mövcuddur: "XX əsrin əvvəllərində görkəmli etnoqraf Vəliyev (Baharlı) göstərmişdi ki, Azərbaycan etnoqrafik muzeydir. Hazırda Azərbaycan Respublikası məkanında 80-dən çox azsaylı xalq yaşayır. Bu azsaylı xalqlar qafqazdilli, irandilli, türkdilli qruplara aid olub, ölkə əhalisinin etno-konfessional tərkibinə daxildir. Onların sırasında udiləri, ingiloyları, xınalıqları, qırızları, buduqları, tatları, talışları, rusları, ləzgiləri, yəhudiləri və digərlərini göstərmək olar. Bu azsaylı xalqların bir hissəsi Azərbaycanın köklü əhalisi olub, başqa bir hissəsi isə tarixin müxtəlif mərhələlərində baş verən sosial-siyasi proseslərin nəticəsi olaraq ölkə torpaqlarında məskunlaşmışlar. Azsaylı xalqlardan, alban soylarından olan udilərə diqqət yetirərək göstərmək lazımdır ki, müasir udilərin birbaşa əcdadları sayılan utilər haqqında e.ə. V əsrdə yaşamış qədim yunan müəllifi Herodot özünün "Tarix" əsərində məlumat verib. E.ə. I əsrdə yaşamış Strabon da "Coğrafiya" əsərində Qafqaz Albaniyasında yaşamış 26 yerli alban soyunun arasında udilərin adını göstərib. Udilər əsasən Qafqaz Albaniyasının Uti və Arsax vilayətlərində yaşamışlar. Alban soylarından olan ingiloylar da diqqəti çəkir ki, onlar Qafqaz Albaniyasının Kambisena vilayətində yaşamış, erkən orta əsrlərdə xristianlıq Qafqaz Albaniyasında yayılarkən, udilər kimi xristianlığı qəbul etmişlər. İslamaqədərki dövrdə Azərbaycanda konfessional durum özünün rəngarəngliyi ilə seçilmiş, ölkənin cənub torpaqlarında əhali əsasən zərdüştlüyə və xristianlığın nestorian məzhəbinə sitayiş etsələr də, Qafqaz Albaniyasında əhalinin cüzi hissəsi politeist dinlərə itaət etsə də, böyük hissəsi xristianlığın diofizit və monofizit məzhəblərini qəbul etmişdi. Ərəb xilafəti dövründə islamın yayılması Azərbaycanın bütün bölgələrində eyni zaman ölçüsündə baş vermişdi. Zərdüştlüyün və bütpərəstliyin geniş yayıldığı ərazidə, Azərbaycanın cənub torpaqlarında, daha sonra Mil, Muğan, Kaspi sahillərində, Kür və Araz çayları boyunu əhatə edən ərazilərdə islam dini sürətlə yayılmışdı. Lakin Arsax, Uti, Kambisena vilayətlərində yaşayan əhali xristian kitab əhli olduğu üçün ərəblər onların dini etiqadına dözümlə yanaşmışlar. Paralel olaraq Qafqaz Albaniyasını Bizansdan uzaqlaşdırmaq məqsədilə VIII əsrin əvvəllərindən etibarən (704-cü il) Alban kilsəsini iyerarxik baxımdan monofizit erməni kilsəsinə tabe etdirmişlər. Belə ki, Ərəb xilafəti xristianlara qarşı münasibətdə Sasanilərin yürütdüyü siyasəti davam etdirir və nəticədə 704-cü il hadisələrindən sonra Alban kilsəsinin erməni kilsəsindən asılı vəziyyətə düşməsi əhalinin öz dilindən, tarixi yaddaşından uzaqlaşmasına səbəb olur və Qafqaz Albaniyasının Arsax, Uti bölgəsinin əhalisi konfessional-mədəni assimilyasiyaya-qriqoryanlaşmaya məruz qalır. Kambisena əyalətinin əhalisi ingiloylar isə İberiya ilə həmsərhəd olduğu üçün gürcü  pravoslav kilsəsinə üz tutur və gürcüləşirlər. Tarixin faciəvi dönüşü ölkə əhalisinin ayrı-ayrı bölgələrinin etno-konfessional inkişafını müxtəlif səmtlərə istiqamətləndirmiş və eyni soya, kökə, tarixə malik əhali konfessional amil əsasında bir-birinə yadlaşmış və "din ayrı qardaş" aforizmi söz lüğətimizə daxil olub".
"Multikulturalizmə giriş"də yazılır ki, Azərbaycan xalqının tarixən yaşadığı konfessional təkamülü ona polikonfessional mədəniyyət çalarları gətirib. Tədqiqatçıların qeyd etdiyinə görə, ölkə ərazisində zərdüştlük, xristian, islam abidələri qorunub saxlanır. Azərbaycan Respublikasının şimal-qərb, cənub-qərb bölgələrində qorunub saxlanan alban xristian abidələri xalqımızın tarixi yaddaşı üçün bir sübutdur ki, Azərbaycan torpaqları yalnız Azərbaycan tarixinə məxsusdur.
Yazılana görə, əcdadlarımızın yaşadığı tarixi yol multikultural ənənələrin yaranması üçün zəmin olub, Azərbaycan xalqında tarixən konfessiyalara olan tolerantlıq mədəniyyətini formalaşdırıb: "Ölkə əhalisinin etnik alloxton qrupuna aid etnoslardan olan ermənilər II Tiqranın apardığı işğalçı siyasətindən başlayaraq fasilələrlə ölkənin bir-sıra bölgələrində cüzi sayda məskunlaşsalar da, Rusiya imperiyasının apardığı köçürmə siyasəti nəticəsində XIX əsrin birinci otuzilliyində ermənilər İran və Osmanlı dövlətlərindən kütləvi şəkildə Şimali Azərbaycan torpaqlarına köçürülmüşlər. 
XIX əsrin ortaları, XX əsrin əvvəllərində Rusiya imperiyasının Şimali Azərbaycanda apardığı müstəmləkə siyasətinin tərkib hissəsi olan köçürmə siyasəti nəticəsində ölkə əhalisinin etnik nomenklaturasında demoqrafik dəyişikliklər baş verdi. Belə ki, XIX əsrin birinci otuzilliyində Türkmənçay və Ədirnə müqavilələri bağlandıqdan sonra Rusiya imperiyası işğal etdiyi Azərbaycanın şimal torpaqlarında özünün siyasi hakimiyyətini bərqərar etmək, işğal etdiyi müsəlman ölkəsində konfessional dayaq yaratmaq məqsədilə əhalinin 90%-dən çoxunun müsəlman olduğu ölkənin etnik nomenklaturasında xristian elementinin çəki yükünün artırılmasını əsas götürüb, qeyri-köklü xristian etnosları ölkəyə köçürməyə başladı. Bu siyasətin mahiyyəti vətən torpaqlarını imperiya coğrafi çərçivəsində əridib, burada yadelli, yaddilli, yaddinli etnosları yerləşdirib, bölgədə özünə sosial dayaq yaratmaq idi. Köçürmə siyasətini apararkən Rusiya hakim dairələri ermənilərə böyük ümidlər bəsləmiş və hakimiyyətin bu mövqeyini P.D.Sisianov belə izah etmişdi ki, ermənilər xristian olduqları üçün öz şəxsi mənafeləri naminə rus hökumətinə sədaqətlidirlər və Rusiya dövlətinin yeni ərazilərdə hökmranlığının bərqərar olmasını görmək istəyirlər. Nəticədə 1828-1830-cu illər ərzində İran və Osmanlı dövlətlərindən 120 minə yaxın erməni Şimali Azərbaycan torpaqlarına köçürülür və onlar əsasən İrəvan, Naxçıvan, Ordubad, Qarabağ torpaqlarında yerləşdirilir. Azərbaycan tarixinin sonrakı mərhələlərində də ermənilərin ölkəyə köçməsi davam etmiş və XX əsrin əvvəlləri üçün onların çəki yükü ölkə əhalisinin etnik nomenklaturasında 32.65%-ə çatmışdı, halbuki, XIX əsrin birinci otuzilliyində erməni-qriqoryanların çəki yükü Şimali Azərbaycan əhalisinin 9 %-ni təşkil edirdi ki, onların əksəriyyəti qriqoryanlaşmış albanlardan ibarət idi.
Köçürmə siyasəti aparan Rusiya ölkə əhalisinin tərkibinə yeni etnoslar da gətirdi - almanları və rusları".
Vəsaitdə qeyd edilir ki, XIX əsrin birinci rübündə Azərbaycanın şimal torpaqlarını işğal edən Rusiya imperiyasının apardığı müstəmləkə siyasətinin əsas istiqamətlərindən biri işğal olunmuş əraziyə xristian etnosları köçürmək və xristian elementinin çəki yükünü ölkə əhalisinin etno-konfessional nomenklaturasında artırmaq idi. Materiallarda vurğulanır ki, yadelli xristian etnoslardan ilk olaraq almanlar Azərbaycanın şimal torpaqlarına köçürülmüş və onların koloniyaları salınıb. Yazılana görə, alman-kolonistlər ölkənin sosial-iqtisadi sahəsinə qərb elementlərini daxil edə bilmiş, kənd təsərrüfatında üzümçülük, şərabçılıq, tütünçülük kimi sahələr, süni mineral suların hazırlanması onların adı ilə bağlı olub: "Şimali Azərbaycanda məskunlaşan almanlar Rusiya imperiyasının apardığı müstəmləkə siyasətinin tələblərinə cavab verməsələr də, ölkənin sosial-iqtisadi, mədəni və elm sahələrinə qoşulmuş, Azərbaycan tarixində özünəməxsus iz qoymuş, ölkədə multikultural mühitin inkişafına təsir göstərmişlər.
1899-cu ildə alman memarı İ.Eyxlerin layihəsi ilə alman qotika üslubunda tikilmiş Kirxa kapitalist Bakısına Qərb memarlığı mədəniyyətini gətirərək, Şərq-Qərb dünyalarını yaxınlaşdırıb. Bu dövrdə Azərbaycanın multikultural ənənələrə yaxınlaşması özünü başqa sahələrdə də göstərib. Bakı nefti ilə milyonlara sahib olan Nobellər Nobel mükafatını təsis edərək bəşəriyyətə Qərb-Şərq sivilizasiyalarının vəhdətini nümayiş etdirib".
"Multikulturalizmə giriş"də o da vurğulanır ki, imperiya çərçivəsinə daxil etdiyi bütün xalqlara velikorus mövqeyindən yanaşan Romanovlar Rusiyası XX əsrin əvvəllərində sosial-siyasi kollaps dövrünə qədəm qoyduqda konfessional cəhətə varmayaraq, özünün qeyri-rus təbəələrinə birtərəfli münasibət göstərmiş və bu baxımdan almanlar istisna təşkil etməmişlər. Yazılanlara görə, XX əsrin əvvəllərində ölkə əhalisinin tərkibinə qatılan almanların sayı 15.990 nəfərə, çəki yükü isə ölkə əhalisinin etnik nomenklaturasında 0,41 %-ə çatmışdı.
Vəsaitdə xristianlaşdırma siyasətinə də toxunulub. Bildirilənə görə, Azərbaycan torpaqlarını özünün müstəmləkə sisteminə qatan Rusiya siyasi hakimiyyətini bölgədə bərqərar etmək məqsədilə işğal etdiyi ərazidə mövcud islam sistemini pozmaq və əsas vasitə kimi götürdüyü xristian elementini artırmaq üçün müstəmləkə siyasətinin tərkib hissəsi olan xristianlaşdırma siyasətini məqsədyönlü olaraq aparıb: 
"Belə ki, müsəlman ölkəsində Rusiya hakimiyyətini möhkəmlətmək məqsədini əsas tutan mütləqiyyət yaddilli, yaddinli, yadtəbiətli əhalinin assimilyasiyaya uğramasında mütləq vasitə dini, xristianlığın yayılmasını götürmüşdü. Belə ki, Rusiya imperiyasının hakim dairələrinin fikrincə, ölkənin köklü əhalisi yadelli işğalla barışmayacaq və bu barışmazlığın dayaq nöqtəsi də islam dini idi...". 
Ölkəmizdəki etno-milli müxtəliflik indiyə qədər də özünü qoruyub saxlayır. Bu müxtəlifliyi, bu ahəngi pozan qüvvələrə isə Azərbaycanda müsbət yanaşılmır. Respublikamızda bütün xalqlar, millətlər qardaş kimi yaşayır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ