şənbə günü, 21 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Heydər Əliyev azərbaycançılığın, dövlətçiliyin memarı kimi...
Tarix: 11.05.2016 / 01:42
Bölmə: Layihə
Heydər Əliyev və azərbaycançılıq bir-birilə sıx vəhdətdədir. Heydər Əliyev Azərbaycan dövlətinin qurucusu kimi olduqca böyük işlər görüb və müstəqil Azərbaycan dövlətinin formalaşmasında, əzəmətli, qüdrətli olmasında hədsiz zəhmət çəkib. Haqlı olaraq qeyd edilir ki, müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir.
Tarixçilər qeyd edir ki, Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən XX əsr ziyalılarının əsərlərində milli ideya kimi türkçülüklə paralel olan azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə saldı, ümummilli ideya, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırdı. Tədqiqatçılar yazır ki, bu zaman iki cəhət əsas götürüldü: Azərbaycan Demokratik Cumhuriyyətinin dövlətçilik ənənələrinə tarixən düzgün yanaşıldı; Azərbaycan ziyalılarının ana dili uğrunda əsrin önlərindəki fikir mücadilələri əxz olundu.
Tarixçilərin vurğuladığına görə, hakimiyyətdə olduğu bütün dövrlərdə Heydər Əliyev Azərbaycan dilini milli mənliyin baş məsələsi kimi diqqət mərkəzində saxlayıb. Tarixçilər vurğulayır ki, hələ 1978-ci ildə, totalitar ideologiyanın təzyiqi altında Heydər Əliyev böyük cəsarət göstərərək Azərbaycan dilini dövlət dili kimi Azərbaycan SSR-in yeni Konstitusiyasına daxil edib. Bu barədə Heydər Əliyev deyirdi: "Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə, Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük".
Tarixçilər bildirir ki, Heydər Əliyevin azərbaycançılıq təlimində dövlətçiliyimizin və ideoloji düşüncəmizin tarixi ənənələri səylə nəzərə alınır. Bununla belə, onun konsepsiyasında tarixiliklə müasirliyin nəzəri vəhdəti əsas yer tutur ki, bu da həmin təlimin gələcəyə yönəlməsini təmin edir. Onun dünya azərbaycanlılarının birinci qurultayındakı nitqi (10 noyabr 2001-ci il) azərbaycançılığın tarixi proqram sənədidir. Buradakı əsas müddəalara nəzər salaq:
"Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir".
Bir sıra tarixçilər Heydər Əliyevi azərbaycançılıq ideyasının, məfkurəsinin banilərindən biri kimi xarakterizə edərkən yanılmır. Təbii, azərbaycançılıq dünya azərbaycanlılarını, eləcə də respublikamızda yaşayan başqa xalqları özündə birləşdirir.
Dini Quramlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri, politoloq Mübariz Qurbanlı yazır ki, Heydər Əliyev azərbaycançılıq ideyasının banisidir: "...Azərbaycançı düşüncə hətta SSRİ kimi böyük imperiyanın dünyadan təcridolunma şəraitində xalqları həm cismani, həm də öz təbliğat maşını vasitəsilə mənəvi əsarətdə saxladığı illərdə də aktuallığını itirməmişdir". M.Qurbanlı qeyd edir ki, 70 illik sovet işğalı dövrü yaşadığımız təbəddülatlar göstərdi ki, ölkədə müxtəlifliklər arasında birlik sosial sifariş olmaqla yanaşı, onun təmin edilməsi lider şəxsiyyətlərin qətiyyəti, xalqın maraqları və mənafelərinə sadiqliyindən irəli gəlir: "Ulu öndər Heydər Əliyev hələ SSRİ dövründə ölkəyə rəhbərlik etdiyi illərdə xalq üçün taleyüklü olan çox çətin bir missiyanı yerinə yetirmişdi. O, ictimai səviyyədə, çətinliklə də olsa, mövcudluğunu qoruya bilmiş azərbaycançı məfkurəni dövlət səviyyəsinə qaldırıb işğalın vurduğu zərbələrin təsiri altında müvazinətini itirmiş xalqla onun maddi-mənəvi tarixi arasında varislik əlaqələrini dirçəldib möhkəmləndirmişdir. Təsadüfi deyil ki, Azərbaycan cəmiyyətində bir ideologiya ilə paralel, Heydər Əliyev şəxsiyyəti də birlik və həmrəyliyin simvoluna çevrilmişdir. Çünki məhz bu tarixi şəxsiyyətin bəsirəti sayəsində hələ SSRİ dövründə azərbaycançılığın mədəni, siyasi-ideoloji və sosial-iqtisadi əsasları yaradılmışdır.
Məlumdur ki, tarixi şəxsiyyətlər, o cümlədən liderlər xidmətlərinin miqyasına görə fərqli səviyyədə qəbul olunur. Elələri var ki, mənsub olduğu xalqın hüdudlarını aşa bilmir, yalnız öz doğma vətənində hörmətlə yad edilir, elə simalar da var ki, onlar zaman və məkan anlayışına sığmayaraq öz xalqının təkcə sevimlisinə yox, həm də idealına çevrilir. Ulu öndər Heydər Əliyevin bütün sahələrdə qurucu istiqamət üzrə təşəbbüskar aktivliyi, strateji hədəflərə doğru qətiyyətli irəliləyişi, Azərbaycanın perspektivləri üçün yorulmaz fəaliyyəti onu başqaları üçün də örnək simaya çevirdi.
Azərbaycançı düşüncənin inkişafında və yayılmasında göstərdiyi xidmətlər, ümumiyyətlə, bənzərsiz liderlik keyfiyyətləri ilə yanaşı, bir siyasi ideoloq və strateq olaraq da Heydər Əliyev Azərbaycan coğrafiyasına, yalnız bir zamana sığmayan milli və milli olduğu qədər də bəşəri şəxsiyyət kimi qəbul edilir. Ulu öndər Azərbaycan SSR-in rəhbərliyinə gələrkən çox fərqli - millilikdən get-gedə uzaqlaşan, iqtisadiyyatı tənəzzülə uğrayan və mərkəzdən tam asılı bir idarəçilik mexanizmi mövcud idi. Məhz Heydər Əliyevin atdığı uzaqgörən addımlar, gələcək perspektivə hesablanmış işlər Azərbaycanı fərqli məcraya yönəltdi. Xalq iqtisadi, mədəni və mənəvi tənəzzüldən qurtuldu.
İmperiya siyasətinin müstəmləkə torpaqlarına yalnız xammal bazası kimi yanaşdığı, istehsal müəssisələrinin yaradılmasına hər cür maneçilik törədildiyi vaxtda sovet rejiminin analoji addımı bu dəfə Heydər Əliyevin Azərbaycan təəssübkeşliyi, xalqın maraqlarını özündə əks etdirən qəti və uzaqgörən strategiyası qarşısında iflasa uğradı. Belə ki, ötən əsrin 70-ci illərinin sonu, 80-ci illərinin əvvəllərində əsası qoyulmuş və inşa edilmiş müəssisələr Azərbaycanı yalnız aqrar ölkə və xammal bazası rolu oynayan müstəmləkə çərçivəsindən çıxaraq SSRİ-nin güclü iqtisadiyyata malik sənaye mərkəzlərindən birinə çevirmişdir. Ümummilli lider həmin dövrü belə səciyyələndirirdi: "O illər biz müstəqilliyimizdən məhrum olsaq da, Azərbaycan xalqımızın, millətimizin daxili potensialını hərəkətə gətirərək inkişaf etmiş, böyük nailiyyətlər əldə etmiş və müstəqilliyi elan edərkən böyük iqtisadi və intellektual potensiala malik olmuşdur. Azərbaycanın müstəqil dövləti onun böyük iqtisadi və intellektual potensialı üzərində qurulub". Bunlar azərbaycançılığın formalaşmasının sosial-iqtisadi əsaslarını təşkil edən xidmətlərin bir nümunəsi idi".
M.Qurbanlı vurğulayır ki, xalqımızın ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin təməlini qoymaqla müqəddəs bir missiyanı gerçəkliyə çevirib: milliliklə dövlətçiliyi bir-birinə qovuşdurub, onların sarsılmaz vəhdətini təmin edib. Dünyadakı hər bir xalqın arzusunda olduğu bu əlçatmaz ideal Azərbaycan adlı məkanda da reallaşıb: "Məhz müstəqil Azərbaycan dövləti üçün qürur hissi, onun hadisələrlə zəngin tarixi üçün qürur hissi, Azərbaycan millətinin dünya tarixinə töhfə verməyə hazır olması Heydər Əliyevi bu sözləri söyləməyə ruhlandırmışdır: "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam".
Bu kontekstdə azərbaycançılıq dövlət siyasətinin strategiyası olaraq Azərbaycan cəmiyyətinin bu gününün və gələcəyinin müasir ideoloji qavranması ilə sıx birləşir. Azərbaycançılıq milli ideologiyanın əsası kimi müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların üzvi surətdə birliyini təcəssüm edir. O, milli maraqları ifadə edən güclü dövlət hakimiyyətinə və yüksək milli intizama, formalaşan milli özünüdərkə əsaslanır, ən müxtəlif sosial təbəqələrdə anlaşma axtarır, millətin və dövlətin öz potensialından irəli gələn daimi, lakin qeyri-radikal islahatçılığı təbliğ edir. Azərbaycançılıq xalqımızın iztirabları ilə yoğrulmuş tarixi dəyərdir, real müstəqilliyə nail olunması, vahid, bölünməz Azərbaycanın qorunması və möhkəmləndirilməsi üçün açardır. Bu gün azərbaycançılıq milli həyatın, konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi, ölkədə yaşayan bütün millət və etnik qrupların qardaşlığının, qarşılıqlı əlaqə və qarşılıqlı təsirinin tarixi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizələrinin tarixi təcrübəsidir.
Beləliklə, azərbaycançılıq ideologiyası etnik yox, siyasi və vətəndaşlıq xarakteri daşıyır, yalnız müstəqil Azərbaycanın vətəndaşlarına münasibətdə deyil, Azərbaycanın müstəqil dövlətçilik ideyasını əziz tutanlara münasibətdə də birləşdirici funksiyasını yerinə yetirir.
Nəticədə Heydər Əliyevin Dünya Azərbaycanlılarının I Qurultayında dediyi kimi, millətin və dövlətin vəhdəti və bölünməzliyi ideyası əsas götürülür. Heydər Əliyev demişdir: "Azərbaycançılıq - öz milli mənsubiyyətinin saxlanması, milli-mənəvi dəyərlərin saxlanması, eyni zamanda onların ümumbəşəri dəyərlərin sintezi, inteqrasiyası ilə zənginləşməsi, hər bir insanın inkişafının təmin edilməsi deməkdir". Günümüzdə etnokonfessional zənginliyi özündə yaşadan və birləşdirən ideoloji baxışlar sistemi kimi azərbaycançılıq məfkurəsi müstəqil Azərbaycan dövlətinin ana xəttini təşkil edir. Təsadüfi deyil ki, ulu öndər siyasi hakimiyyətə qayıdışının ilk günündə etdiyi çıxışda azərbaycançılığı dövlət idarəçiliyi fəlsəfəsində əsas tezis kimi irəli sürmüşdür: "Azərbaycan Respublikasının ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bu məfhumları rəhbər tuta bilsək və bunu əməli surətdə həyata keçirə bilsək, biz Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik. Bu bizim əsas vəzifələrimizdən biridir".
Dövlət müstəqilliyinin ilk illərində bir tərəfdən ayrı-ayrı şəxslərin şəxsi və qrup mənafeləri, bir tərəfdən hakimiyyətdə olan şəxslərin səbatsızlığı, səriştəsiz idarəçiliyi və digər tərəfdən də ölkəni, xalqı birləşdirəcək xarizmatik liderin və vahid ideologiyanın olmaması müstəqil həyata yenicə qədəm qoymuş Azərbaycan Respublikasının gələcək mövcudluğunu təhlükə qarşısında qoyurdu. Müdriklərin belə bir deyimi var: "Ağıllı insanlar qarşıya çıxan çətinliyi dəf etmək üçün öncə onu yaradan səbəbləri aradan qaldırır". Böyük ideoloq və strateq kimi Heydər Əliyevin tarixən mövcud olan və müxtəlif formalarda - məişət, ədəbiyyat, mədəniyyət, ictimai münasibətlər və s. müstəvidə təzahür edən azərbaycançılığın ayrı-ayrı komponentlərini birləşdirib bu ideologiyanı müstəqil Azərbaycanın dövlət idarəçiliyinin ana xətti və elmi-nəzəri əsasına çevirməsi təkcə dövlətçilik deyil, bəşəri dəyərlər baxımından da uzaqgörən addım idi. Çünki azərbaycançılıq təkcə ölkə daxili üçün deyil, həm də dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan artıq soydaşımızı birləşdirəcək, onların müstəqil Azərbaycana doğma ocaq kimi baxmalarına səbəb olacaq məfkurə, Heydər Əliyevin simasında zəngin dövlətçilik təcrübəsinə malik liderin öz xalqı, dövləti qarşısında göstərdiyi əvəzsiz xidmətdir. Azərbaycançılıq məfkurəsini cəmiyyətdə sabitlik, əminamanlığı təmin edib dövlətçiliyin stabil əsaslar üzərində tərəqqisinə geniş üfüqlər açmaqla yanaşı, digər tərəfdən öz humanist və bəşəri mahiyyəti ilə xarakterizə etmək olar. Nəzərə alsaq ki, burada həm də ayrı-ayrı din, dil və mədəniyyət daşıyıcılarına nəinki toxunulmazlıq hüququ verilir, hətta azlıq və çoxluq təşkil etməsindən asılı olmayaraq, bərabər miqyasda hörmət, ehtiram göstərilir, bu ideologiyanın humanist və bəşəri mahiyyətini aydın təsəvvür etmək olar. Qürur hissi ilə deyə bilərik ki, bu gün azərbaycançılıq məfkurəsi multikultural münasibətlərin hakim olduğu Azərbaycan cəmiyyətində və ictimai-siyasi münasibətlərin qeyri-müəyyənliyi ilə diqqəti cəlb edən beynəlxalq aləmdə öz orijinallığı ilə seçilir.
Hər iki məfhum bir-birilə üzvi vəhdət təşkil edən ideologiya və həyat norması kimi ölkədaxili ictimai-siyasi və sosial-mədəni münasibətlərin tənzimləyicisi və hərəkətverici qüvvəsi qismində çıxış edir, ziddiyyətlər və təlatümlər burulğanında siyasi maraqların diktəsi altında hərəkət edən Qərblə Şərqin qovşağında qərar tutmuş Azərbaycanın alturist düşüncədən qaynaqlanan, bəşəri dəyərlərə ciddi önəm verən, mənəviyyatı və humanist prinsipləri bütün maraqların fövqündə saxlayan davranış tərzində öz aydın ifadəsini tapmışdır".
10 may Azərbaycan xalqının böyük oğlu, müasir dövlətçiliyimizin memarı, azərbaycançılıq ideyasının, məfkurəsinin banisi Heydər Əliyevin anadan olmasının 93-cü ili tamam oldu. Xalqımız Heydər Əliyevin xatirəsini hər zaman uca tutur və onun bizə əmanət qoyub getdiyi dövlətçiliyi, ana dilimizi, milli birliyimizi, azərbaycançılığı göz bəbəyi kimi qoruyur.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
- RƏSMİ AÇIQLAMA...
20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı
20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu
- Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...
20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq
20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI:
DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS
20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib
20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb
20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...
20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı
- körpülər vuruldu...
20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi
- sonra ondan üzr istəyirəm...
20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...
20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi
20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…
20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib
20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır
– nəzarət gücləndirilə bilər...
20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi
20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir
20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq
- YENİ QAYDA...
20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...
20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər
- Ombudsmandan təklif...
20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...
20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır
20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı
– nələrin baş verəcəyini görəcəyik…
20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...
20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir
20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi
- FOTO
20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə -
yalnız ərazi güzəşti qarşılığında…
20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi -
Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir
20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
- FOTO
20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi
20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür
- Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...
19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri
19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…
19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir
- Rusiyadan gələn izaha cavab...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ