şənbə günü, 21 noyabr 2026
     

I Türkoloji Qurultayın Azərbaycanla digər türkdilli ölkələrin mədəni inteqrasiyasına töhfəsi...

Image


Multikulturalizm, tolerantlıq ənənələrinin mövcud olduğu Azərbaycan eyni zamanda bir türk yurdudur. Ulu babalarımızın əmanəti olan Azərbaycan zaman-zaman türk xalqının sevdiyi, dəyər verdiyi məmləkət olub. Türk soykökünə aid olan hər bir toplum, xalq Azərbaycanı özünün doğma vətəni bilib. Keçmiş SSRİ məkanında Azərbaycan türk respublikaları arasında həmişə türkçülüyün mərkəzi kimi tanınırdı.
Tarixdə bir neçə dəfə dünya türkləri Bakıya toplaşıb. Türk dünyasının taleyüklü məsələlərinin çözüldüyü bu toplantılar böyük tarixi əhəmiyyətə malikdir.
Məlum olduğu kimi, belə möhtəşəm tarixi tədbirlərdən biri olan I Türkoloji Qurultaydır ki, bu il onun 90 illiyi tamam oldu. Onu da vurğulayaq ki, 18 fevral 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sənəddə vurğulanırdı ki, 2016-cı ildə Bakı şəhərində Birinci Türkoloji Qurultayın keçirilməsinin 90 illiyi tamam olur. Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələnin təməlini qoymuş diqqətəlayiq hadisələrdəndir. Qurultayda əsaslı müzakirə obyektinə çevrilmiş problemlərlə bağlı böyük perspektiv əhəmiyyətə malik qərarlar qəbul edilib, latın qrafikalı yeni əlifbaya keçidin elmi-metodik prinsipləri işlənib hazırlanıb. Həmin əlifbanın ilk kütləvi tətbiqinə türkdilli respublikalardan məhz Azərbaycanda başlanması hələ XIX əsrdən etibarən burada mütərəqqi ziyalıların əlifba islahatı uğrunda fəal şəkildə apardığı mübarizənin nəticəsi idi. Lakin sovet idarə üsulu çox keçmədi ki, bütün bunların ardıcıl gerçəkləşdirilməsinin qarşısını müxtəlif vasitələrlə aldı. XX yüzilliyin sonlarına doğru Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini bərpa etməsi ilə Azərbaycan dilinin rəsmi dövlət dili statusu qəti surətdə təsbit edildi və Türkoloji Qurultay tərəfindən vaxtilə irəli sürülmüş tövsiyələrin müasir şəraitdə uğurla həyata keçirilməsi üçün əlverişli zəmin yarandı. Bir əsr boyunca üçüncü dəfə dəyişdirilməyə məruz qaldıqdan sonra latın qrafikalı yeni əlifbaya keçildi və ölkənin ictimai-siyasi həyatının, xalqın yazı mədəniyyəti tarixinin taleyüklü məsələlərinin həlli istiqamətində mühüm addımlar atıldı.
Qurultaydan bəri ötən dövr türkologiyaya dair araşdırmalar sahəsində yeni konsepsiyaların formalaşdırılması, Azərbaycanın türkoloji araşdırmaların nüfuzlu mərkəzlərindən biri kimi tanınması və türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılması ilə əlamətdardır. Qazanılan nailiyyətlər eyni zamanda qurultayın təşkili işinə töhfələr vermiş, totalitar rejimin qurbanı olan görkəmli alimlərin xatirəsinə ehtiramın ifadəsidir.
Birinci Türkoloji Qurultayın 90 illiyi ilə bağlı silsilə tədbirlər keçirilir. Aprelin 13-də AMEA Naxçıvan Bölməsində Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan elmi konfrans keçirilib. Digər bir yığıncaq isə İstiqlal Muzeyində keçirilib. Birinci Türkoloji Qurultaya həsr olunan tədbirdə muzeyin şöbə müdiri Sədi Mirseyibli bildirib ki, türkdilli xalqlar arasında ilk dəfə ölkəmizdə keçirilən qurultayda, Azərbaycanla yanaşı, Türkiyə, Macarıstan, Tatarıstan, Almaniya və digər ölkələrdən geniş tərkibdə nümayəndə heyəti iştirak edib. Ədəbiyyat, tarix, folklor, etnoqrafiya və başqa məsələlər ətraflı şəkildə türkoloji baxışın tərkib hissəsi kimi müzakirəyə çıxarılıb".
AMEA-nın müxbir üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu özünün "I Türkoloji Qurultay - tarixə düşmüş əlamətdar hadisə" məqaləsində yazır ki, 1926-cı ilin 26 fevral-6 mart tarixlərində - doqquz gün ərzində ölkəmizin paytaxtı Bakı şəhərində keçirilmiş I Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının, o cümlədən, Azərbaycan xalqının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri kimi tarixə düşüb: "Türk xalqlarının mədəni inteqrasiyasında xüsusi və mühüm bir mərhələnin əsasını qoymuş bu möhtəşəm qurultay ilk növbədə geniş vüsəti və böyük bir coğrafi məkanda yaşayan çoxsaylı türk xalqları üçün bir sıra taleyüklü məsələlərin qoyuluşu, işlənib hazırlanması və ardıcıl şəkildə gerçəkləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Belə ki, məhz bu mötəbər məclisdə keçmiş Sovetlər Birliyi məkanında yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra mühüm və əhəmiyyətli qərarlar qəbul edilib, latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ətraflı şəkildə işlənib hazırlanıb.
I Türkoloji Qurultayın Bakıda keçirilməsi tamamilə qanunauyğun idi, çünki həmin dövrdə, bir sıra sahələrdə olduğu kimi, türkologiya elmində də Azərbaycan öndə gedirdi, birinci idi. Ölkədə bu istiqamətdə tanınmış və nüfuzlu söz sahibləri, elm adamları çoxdan bəri səmərəli fəaliyyət göstərirdi. Təsadüfi deyil ki, keçən əsrin 70-ci illərində də nüfuzlu "Sovetskaya Türkologiya" jurnalı məhz Bakıda nəşr edilməyə başladı. Bu fakt Azərbaycanın və onun paytaxtı Bakı şəhərinin postsovet məkanında türkologiyanın mərkəzi kimi məşhurluğunun və təsdiqinin ifadəsidir. Onu da qeyd etmək yerinə düşər ki, sözügedən jurnal hazırda da "Türkologiya" adı ilə Bakıda öz işini uğurla davam etdirir.
I Bakı Türkoloji Qurultayın nə dərəcədə möhtəşəm və mötəbər bir tədbir kimi tarixi əhəmiyyət daşıması haqqında əyani təsəvvür əldə etmək üçün aşağıdakı bilgilər xüsusilə diqqətçəkicidir: Qurultayda 131 nəfər nümayəndə iştirak etmiş, 17 iclas keçirilmiş, türklərin, bütövlükdə türk dünyasının dili və tarixinə, etnogenezisi və etnoqrafiyasına, ədəbiyyat və mədəniyyətinə dair 38 məruzə dinlənilmişdi. İclasa Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlu sədrlik etmiş, qurultayın rəyasət heyətinə aşağıdakı şəxslər seçilmişlər: Səməd Ağamalıoğlu, Azərbaycandan Ruhulla Axundov, Həbib Cəbiyev, tanınmış şərqşünas-tarixçi alim akademik Bartold, akademik Oldenburq, Avropa alimlərinin nümayəndəsi professor Mensel, RSFSR Xalq Maarif Nazirliyindən Naqovitsin, professor Bəkir Çobanzadə, professor Samoyloviç, Qazaxıstandan Bəytursun, Yakutiyadan Barahov, Şərqşünaslıq Assosiasiyasından Borozdin və Pavloviç, Tatarıstandan Qəlimcan İbrahimov, Başqırdıstandan İdelquzin, Türkiyədən Fuad Köprülüzadə, Dağıstandan Qorqmasov, Özbəkistandan Nahamov, Qara-Qırğızıstandan Tunstanov, Türkmənistandan Berdiyev, Krımdan Akçökraklı, Şimali Qafqazdan Əliyev Umar. Bundan əlavə, Azərbaycan nümayəndə heyəti və digər respublikalar adından Əli bəy Hüseynzadə, Banq, Mustafa Quliyev, akademik Marr, Lunaçarski və Tomsen qurultayın rəyasət heyətinə fəxri üzv seçiliblər".
M.Nağısoylu qeyd edir ki, iclasda SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri Qəzənfər Musabəyovun təbrik nitqi ilə çıxış etməsi də qurultayın mötəbərliyini təsdiqləyir. Qeyd edək ki, qurultay məşhur türkoloq Radlovun və İsmayıl bəy Qaspıralının şərəfinə keçirilib: "Qurultayda Bartold, Köprülüzadə, Ə.Hüseynzadə, Krımski, Poppe, Aşmarin kimi tanınmış türkoloq-şərqşünas alimlərin iştirakı da onun böyük əhəmiyyəti və mötəbərliyindən xəbər verirdi. Qurultayda olan məruzələr sırasında aşağıdakılar xüsusilə diqqətçəkicidir:
V.V.Bartold "Türk xalqlarının tarixinin müasir vəziyyəti və öyrənilməsinin yaxın vəzifələri", S.F.Oldenburq "Türk xalqları arasında ölkəşünaslıq işlərinin metodları", A.A.Müller "Türk xalqlarının təsviri sənəti haqqında", F.Köprülüzadə "Türk xalqlarının ədəbi dillərinin inkişafı", A.N.Samoyloviç "Türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və yaxın vəzifələri", B.Çobanzadə "Türk ləhcələrinin yaxın qohumluğu haqqında", H.Zeynallı "Türk dillərində elmi terminologiya sistemi haqqında", S.Y.Malov "Qədim türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və perspektivləri", Fərhad Ağazadə "Türk dillərində düzgün yazı", N.F.Yakovlev "Türk millətlərinin sosial və mədəni şəraitləri ilə bağlı əlifba sisteminin qurulması problemləri", C.Məmmədzadə "Türk xalqlarının əlifba sistemləri haqqında", Kemanov "Türk dillərinin tədrisi metodikasının əsasları", N.N.Poppe "Türk dillərinin Altay dillərinin qarşılıqlı qohumluğu məsələsinin tarixi və müasir vəziyyəti", H.Şərəf "Ərəb və latın sistemli şriftlər və onların türk-tatar xalqları üçün tətbiqi məsələləri", T.Mensel "Balkan türkləri ədəbiyyatının öyrənilməsinin yekunları və perspektivləri". Qurultayda fonetika üzrə görkəmli alim L.V.Şerbanın "Orfoqrafiyanın əsas prinsipləri və onların sosial əhəmiyyəti" adlı məruzəsi nəzəri baxımdan olduqca diqqətəlayiq idi. Maraqlıdır ki, erməni dilçisi R.Y.Açaryanın "Türk və erməni dillərinin qarşılıqlı təsiri" mövzusunda məruzəsi türk dilinin erməni dilinə tarix boyunca bütün dil səviyyələri üzrə təsirinin açıqlanması üzərində qurulmuşdu. Məruzədə əski ermənicədən (qrabardan) yeni ermənicəyə (aşqrabara) keçidin əsas səbəbi və dil stimulu türkcədir ideyası başlıca yer tuturdu. Qeyd edək ki, obyektivliyi ilə seçilən bu məruzə yaşadığımız günlərdə zərərli erməni şovinist millətçi ideologiyasına qarşı güclü elmi arqumentdir. I Bakı Türkoloji Qurultayında türk dillərinin aşağıdakı yeddi böyük problemi müzakirə obyekti oldu və müvafiq qərarlara imza atıldı:
1. Əlifba məsələsi; 2. İmla-orfoqrafiya problemi; 3. Termin məsələsi; 4. Tədris-metodika məsələsi; 5. Qohum və qonşu dillərin qarşılıqlı əlaqəsi və interferensiya problemləri; 6. Türk dillərinin ədəbi dil problemləri, o cümlədən, ortaq ədəbi dil məsələsi; 7. Ulu dil nəzəriyyəsi və türk dillərinin tarixi problemləri.
1. Məlum olduğu kimi, Yaxın Şərqdə əlifba islahatı məsələsi ilk növbədə görkəmli Azərbaycan mütəfəkkiri, böyük maarifçi Mirzə Fətəli Axundzadənin adı ilə bağlıdır. İsmayıl bəy Qaspıralı, Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Məmmədağa Şahtaxtlı, Firidun bəy Köçərli, Vəli Xuluflu da bu yöndə səmərəli fəaliyyət göstərmişlər. Onu da qeyd edək ki, Azərbaycanda hələ qurultaydan öncə - 1922-ci ildə Cəlil Məmmədquluzadənin rəhbərliyi altında "Yeni yol" qəzeti latın əlifbası ilə nəşr olunurdu. Eləcə də həmin il "Yeni türk əlifbası" komitəsi yaradılaraq ona Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlu rəhbərlik edirdi. Hətta 20 oktyabr 1923-cü ildə Azərbaycan hökuməti yeni türk əlifbasının dövlət əlifbası kimi qəbul edilməsi adlı qərar da çıxarmışdı. Bununla belə, Azərbaycanda bütünlüklə latın əlifbasına keçid məsələsi bir neçə il sonra gerçəkləşdi.
2. İmla-orfoqrafiya məsələsində fonetik prinsipə üstünlük verilməsinə baxmayaraq, morfoloji və tarixi-ənənəvi prinsip məsələləri də nəzərə alınırdı.
3. Termin məsələsində başlıca qaynaq olaraq türk dillərinin öz daxili imkanlarına və beynəlmiləl səciyyəli sözlərə üstünlük verildi.
4. Tədris-metodika məsələlərində ana dilinin tədrisində Avropa standartları ilə yanaşı, milli ənənəyə də əhəmiyyət verilməsi ayrıca olaraq qeyd olundu.
5. Qohum və qonşu dillərin elmi metodlarla öyrənilməsi ilə bağlı müzakirələr zamanı altayşünaslıq və komprativistikanın perspektivlərinin əhəmiyyəti önə çəkildi".
İnstitut direktoru qeyd edir ki, I Türkoloji Qurultayda türk ədəbi dillərinin norma və üslub xüsusiyyətləri, eləcə də türk xalqlarının ana yurdu məsələsi də müzakirə obyekti oldu: "Qurultay nümayəndələri böyük özbək şairi Əlişir Nəvainin 500 illik yubileyində də iştirak etdilər. Qurultayın qərarına görə, II Türkoloji Qurultayın 1927-ci ildə Səmərqənd şəhərində keçirilməsi nəzərdə tutulsa da, bu qərar məlum səbəblər üzündən baş tutmadı.
Qeyd edək ki, I Türkoloji Qurultayın qəbul etdiyi qərarlar sırasında ortaq əlifba, ortaq ədəbi dil, ortaq terminologiya kimi məsələlər xüsusilə mühüm yer tuturdu. Məlum olduğu kimi, həmin məsələlər və onlarla bağlı problemlər bu gün də öz aktuallığı ilə seçilir və böyük əhəmiyyət daşıyır.
Azərbaycan XX əsrdə ikinci dəfə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra I Bakı Türkoloji Qurultaya dövlət səviyyəsində hüquqi qiymət verildi və 2005-ci ilin noyabr ayının 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin tarixi hadisənin 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı. Həmin sərəncama uyğun olaraq 2006-cı ildə Bakıda I Türkoloji Qurultayın 80 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirildi. Yaşadığımız günlərdə isə, məlum olduğu kimi, I Türkoloji Qurultayın 90 illik yubileyi tamam olur.
XX yüzilliyin sonlarına doğru Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini bərpa etməsi ilə Azərbaycan dilinin rəsmi dövlət dili statusu qəti surətdə təsbit edildi və Türkoloji Qurultay tərəfindən vaxtilə irəli sürülmüş qərar və tövsiyələrin müasir şəraitdə uğurla həyata keçirilməsi üçün əlverişli zəmin yarandı. Qurultaydan bəri ötən dövr ilk növbədə türkologiyaya dair araşdırmalar sahəsində yeni konsepsiyaların formalaşdırılması, Azərbaycanın dünya miqyasında aparılan türkoloji araşdırmaların nüfuzlu mərkəzlərindən biri kimi tanınması və türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılması ilə əlamətdardır. Qazanılan nailiyyətlər eyni zamanda qurultayın təşkili işinə töhfələr vermiş və az müddət sonra günahsız repressiya qurbanları olmuş görkəmli türkoloq alimlərin xatirəsinə ehtiramın ifadəsidir".
AMEA-nın müxbir üzvü qeyd edir ki, Türkoloji Qurultayın 90 illik yubileyi ilə bağlı tədbirlər sırasında görüləcək işlərin mühüm bir hissəsi ölkəmizdə dilçilik sahəsində fundamental tədqiqatların mərkəzi sayılan AMEA Nəsimi adına Dilçilik İnstitutunun payına düşür: "Həmin planlar və görüləcək işlər sırasında bu ilin oktyabr ayında AMEA Nəsimi adına Dilçilik İnstitutunda I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş Beynəlxalq Türkoloji Konfransın keçirilməsini qeyd etmək olar. Tariximizə öz əbədi möhürünü vuran, dəyərli töhfələrini verən I Türkoloji Qurultayda qaldırılan ortaq türk dili, ortaq türk tarixi, ortaq türk ədəbiyyatı, ortaq türk terminologiyası kimi qlobal məsələlər bu gün də olduqca aktualdır, əhəmiyyətlidir və bu sahədə artıq müəyyən işlərə start verilib. Bir sözlə, I Bakı Türkoloji Qurultayının işıqlı və gələcəyə yönələn ideyaları bu gün də yaşayır və həyata keçir".
Bakıda Birinci Türkoloji Qurultayın yubileyinin böyük uğurla keçiriləcəyinə əminik, çünki artıq təntənəli tədbirə qədər keçirilən konfransların, seminarların səviyyəsi ürəkaçandır. Türkoloji Qurultayın işığına bütün türk elləri gələcək.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ