şənbə günü, 21 noyabr 2026
     

XX əsrin əvvəllərində Bakı multikulturalizm məkanı kimi...

Image


Azərbaycançılıq məfkurəsinə, ideyasına bağlı olan hər bir kəs yaxşı bilir ki, zəngin və dəyərli mədəniyyətimiz bütün dünyada yüksək səviyyədə qəbul edilir. Azərbaycançılıq ideyası özündə dərin mənaları, böyük fikir və ideyaları birləşdirir. Bu da məlumdur ki, mədəniyyətimiz, memarlığımız, incəsənətimiz ölkəmizdə yaşayan insanların əməyinin təzahürüdür.
Araşdırmalarımız göstərir ki, azərbaycançılıq qədim bir ideyadır və ölkəmizdə yaşayan xalqları eyni axarda birləşdirir. Azərbaycanda tolerantlıq və multikulturalizm izləri hələ əski çağlardan olub. Sadəcə adı başqa olub. Bunu xalqlar öz münasibətləri ilə tənzimləyib. Azərbaycanda multikulturalizm ideyasının geniş şəkildə təbliği həyata keçirilir. Bu da ondan irəli gəlir ki, bunun tarixi kökləri var və həmin ideyalar da bu kökdən rişələnir.
"Multikulturalizmə giriş" dərslik vəsaitində multikulturalizmin, tolerantlığın tarixi kökləri, müxtəlif dövrlərdə onların inkişafı, yayılması məsələləri araşdırılıb. Azərbaycan və başqa respublikaların alimlərinin fikirləri, rəsmi sənədlər, çıxış və görüşlər, geniş tədqiqat materialları əsasında yazılan vəsaitdə olduqca ciddi məsələlər yer alıb.
"Multikulturalizm nədir" sualına cavab olaraq qeyd edilir ki, multikulturalizm bir sosial hadisə, ideologiya, siyasət, həyat tərzi kimi anlaşılır.
Vəsaitdə qeyd edilir ki, multikulturalizm 1960-cı illərin sonunda Kanadada meydana gəlib. Termin kimi o, 1970-ci illərdə ədəbiyyatda əks olunub. "The Harper Colins sosiologiya lüğətində" (1991) multikulturalizmin belə bir tərifi verilir: "Multikulturalizm-bir çox cəmiyyətlərin xüsusiyyəti kimi plüralizmin mövcudluğunun etiraf olunması və inkişafı deməkdir. Multikulturalizm mədəni müxtəlifliyin, məsələn, azlıqların dilinin müdafiəsi məsələsini öz qarşısına qoyur. Eyni zamanda o, azlıqların mədəniyyəti ilə əsas mədəniyyətin qeyri-bərabər münasibətlərini nəzərdə saxlayır".
Qədim və zəngin mədəniyyətimiz özünü bir neçə sahədə əks etdirib. Azərbaycan, xüsusən də paytaxt Bakı şəhəri özünün memarlığı, əzəmətli tikililəri ilə diqqəti cəlb edir.
Bakının memarlığı, burada inşa edilən binalar, bu binaların müxtəlif memarlıq məktəblərinin üslubunda tikilməsi maraq doğurur. Bakı memarlığı olduqca unikal bir memarlıqdır və burada həm qədim, həm də müasir dövrün izlərini tapmaq olur.
"Multikulturalizmə giriş"də qeyd edilir ki, XX əsrin əvvəllərində Bakı memarlığı-multikulturalizmin nümunəsidir.
Müəlliflər yazır ki, Bakı XX əsrin əvvəllərində multkultural mədəniyyətə yaxınlaşmaqda davam edirdi: "Rusiyanın müstəmləkə siyasətinin ağırlığını daşısa da, kapitalizmin inkişaf mərhələsinə qədəm qoymuş Şimali Azərbaycan Qərb mədəniyyətinin dəyərləri ilə tanış olur, Şərq sivilizasiyasının daşıyıcısı olan ölkə öz mənəviyyatını zənginləşdirir, multikultural dünyaya yaxınlaşır. Məhz bu dövrdə Rusiya və Avropa mədəni-ictimai cərəyanlarının təsiri nəticəsində yeni dövr rəssamlıq sənəti, realist rəsmlər yaranır. Azərbaycanın karikatura, şarj məktəbinin banisi isə Əzim Əzimzadə olur. Bu dövrdə kapitalist Bakısında tikililər Qərb memarlığı üslubunda salınır. Bu memarlığın formalaşmasında alman memarlarının da yeri olmuş, N.A.fon der Nonne, F.A.Lemkul, İ.V.Edel, A.Eyxler Bakının yeni memar üslublu şəhərə çevrilməsində xüsusi xidmət göstərmiş, qiymətli əsərlər yaratmışlar. Bu illərdə Bakıda teatr binaları, kino salonları, əyləncə evləri də artırdı.
Azərbaycanda ilk milli teatr binasının tikilməsi Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Teatr binası 1883-cü ildə Hacının pulu ilə memar Koqnovitskinin layihəsi əsasında tikilib. Milli teatr ölkədə multikulturalizmin inkişafında özünəməxsus rol oynayır. Belə ki, kapitalist Bakısı Qərb mədəniyyətinin komponentlərindən olan teatrı qəbul etsə də, öz milli mentalitetindən imtina etməmişdi. Belə ki, tamaşaya baxa bilməsi üçün qadınlar xüsusi salınmış lojalarda yerləşdirilir, xalqın milli davranış qaydaları qorunurdu. Beləliklə, cəmiyyət Qərb mədəniyyətini qəbul edərək, şərqli davranışından imtina etmirdi. Bu teatrda 1908-ci ildə "Leyli və Məcnun" operası oynanılmışdı. Azərbaycan mədəni həyatında xüsusi yer tutan bu hadisə ölkəni multukultural dünyaya aparırdı. İlk dəfə olaraq Şərqdə, Azərbaycanda Qərb mədəniyyətinin komponenti - opera qəbul edilir və böyük Üzeyir Hacıbəyov tərəfindən Şərq motivləri əsasında yazılır".
"Multikulturalizmə giriş"də o da vurğulanır ki, 1909-cu ildə Bakının incisi olan bulvarın salınması istedadlı mühəndis, vətənpərvər Məhəmməd Həsən Hacınskinin rəhbərliyi ilə başlanır və multikultural əsər olan Bakı bulvarının layihəsində alman memarlarından A.Eyxler öz aktivliyi ilə seçilir: "Yuxarıda göstərilənlər belə bir reallığı açıqlayır ki, əgər qəzalarda tarixi tolerantlıq ənənələrini və xalqın tarixi yaddaşını qoruyan Azərbaycan xeyriyyəçiləri islam ənənələrini inkişaf etdirməyə daha çox meylli idilərsə, kapitalist Bakısının Azərbaycan xeyriyyəçiləri islam dəyərlərini qorumuş və paralel olaraq, Qərb mədəniyyətini köhnə Bakıya aşılayaraq, Qərb-Şərq mədəniyyətinin sintezini apararaq, bəşər tarixinə təkraredilməz bir multikultural mədəniyyət gətirmiş və 1907-ci ildə H.Z.Tağıyevin tikdirdiyi "Jon Mironosets" kilsəsi buna bariz nümunədir. Ümumən Azərbaycan xeyriyyəçilərinin fəaliyyəti Azərbaycan sosial-mədəni həyatında özünəməxsus bir tolerantlıq ansamblı yaratmış, multikulturalizmin inkişafına xidmətlər göstərmişlər".
Dərslik vəsaitində yazılana görə, Azərbaycan Xalq Cumhuriyyəti dövründə Azərbaycan xalqının etnik tolerantlıq ənənələrinin inkişaf etdirilməsinə böyük fikir verilib.
Tədqiqatçılar yazır ki, 1918-ci il mayın 28-də Azərbaycanın "İstiqlaliyyəti haqqında Aktı"nı qəbul edən AXC dövlətin ərazisində yaşayan bütün insanlara hüquq bərabərliyi verdi: "Yarandığı zamandan etibarən ölkənin ərazi bütövlüyü uğrunda mübarizə aparan AXC Azərbaycan xalqının tolerantlıq ənənələrindən imtina etməyərək, dövlətin qanunverici orqanını - parlamenti formalaşdırarkən, ölkənin sosial-siyasi həyatında xidməti olan azsaylı xalqlara, eyni zamanda Rusiya imperiyası dövründə əhalinin etno-konfessional tərkibində müəyyən çəki yükü əldə edə bilmiş rus və ermənilərə də yer ayırmışdı. Belə ki, etnik proporsiyaya görə, parlamentdə nəzərdə tutulan 120 deputat yerindən 80-i müsəlmanlara, 21-i ermənilərə, 10-u Bakı Rus Milli Şurasına 1-i Alman Milli Təşkilatına, 1-i Yəhudi Milli Şurasına, 1-i Gürcü Milli Şurasına, 1-i Polyak Milli Komitəsinə və s. verilmişdi. Azsaylı xalqların nümayəndələri parlamentə seçilərkən onun işində də aktiv fəaliyyət göstərmişlər. Belə ki, alman icmasını təmsil edən L.Kun parlamentin aqrar komissiyasının tərkibinə daxil edilmiş, qanunların hazırlanmasında iştirak etmişdi. Qeyri-müsəlman etnosların tarixinə və mədəniyyətinə hörmətlə yanaşan AXC multikultural mühitin formalaşmasının demokratiyanın inkişafına müsbət təsir edəcəyini nəzərə alaraq, ölkədə alman koloniyalarının salınmasının 100 illik yubileyinin təntənəli şəkildə keçirilməsi üçün şərait yaratmış və bu yubiley 1919-cu il iyunun 9-da təntənəli şəkildə Yelenendorf koloniyasında keçirilmişdi. L.Kun bu bayram tədbirində çıxış edərək bildirmişdi ki, Azərbaycan torpaqlarında məskunlaşan kolonistlər Azərbaycan xalqının onlara bəslədiyi hörmət və ehtiramı unutmur və Azərbaycanı özlərinin ikinci vətəni kimi qəbul edirlər. Azərbaycan xalqının almanlara olan xoş münasibətini belə bir fakt təsdiqləyir. Birinci Dünya Müharibəsi illərində mütləqiyyət alman-kolonistlərə qarşı məhdudlaşdırma qanunlarını elan etdikdə, Ə.Rəfibəylinin başçılığı ilə bir qrup Gəncə ağsaqqalı Yelizavetpol quberniyasının qubernatoru Kovalyevskidən Azərbaycanda məskunlaşan kolonistlərə bu qanunların tətbiq edilməməsini xahiş etmişlər. Və bu öz kökündən, dilindən, dinindən olmayan xalqlara Azərbaycan xalqının multikultural baxışdan yanaşdığını, bəşəri dəyərlərə əsaslandığını sübut edir. Bu ənənələr özünü ailə-nikah münasibətlərində də göstərirdi. AXC hökumətinin üzvü olmuş Əbdül Əli bəy Əmircanovun qızı Məryəm xanım Almaniyada mühacirətdə olarkən məşhur kolonist Y.Qurrun oğlu Emil Qurrla ailə qurmuşdu. Azərbaycan-alman xalqlarının multikultural münasibətləri hərbi-siyasi sahədə də diqqət çəkib. Azərbaycan xalqına varlığı ilə bağlı olan, vermaxt zabiti Emil Qurr Azərbaycan legion tarixi üçün xidmətlər göstərmiş, 1920-ci il Gəncə üsyanının rəhbərlərindən olmuş C.Kazımbəylini gestapodan qurtararaq, onun həyatını xilas etmişdi".
Gördüyümüz kimi, XX əsrin əvvəllərində Azərbaycanda olduqca maraqlı bir multikultural mühit mövcud olub. Alimlərin tədqiqatından göründüyü kimi, AXC dövründə də, ondan əvvəlki illərdə də Bakıda bütün xalqların özünü təqdim etməsinə şərait yaradılıb. XX əsr Bakısının mədəniyyətinin formalaşmasında, memarlığının inkişafında milli memarlarla yanaşı, respublikamızda yaşayan xalqların memarları da, incəsənət xadimləri də fəaliyyət göstərib. Bakı memarlığı həm ənənəvi Şərq memarlıq üslubunu daşıyan binalarla, həm də Qərb, Avropa memarlığında inşa edilən tikililərlə zəngindir.
Azərbaycanda multikultural dəyərlərin təbliği hər zaman olub və bu ənənələrin bu gün də davam etdirildiyi göz önündədir. Azərbaycan təhsilində, incəsənətində, musiqisində, ədəbiyyatında Bakıda yaşayan qeyri-azərbaycanlıların böyük əməyi var. Əlbəttə, bunlar inkaredilməz faktdır və düşünürük ki, bu adamlar Azərbaycanı sevən, azərbaycançılığa bağlı olan insanlar olub. Çünki Azərbaycanı, Bakını sevmədən belə gözəlliklər yaratmaq mümkün deyil. Bütün xoş əməllərin kökündə, ana axarında sevgi durur - Azərbaycana, azərbaycançılığa bəslənən tükənməz sevgi...
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ