şənbə günü, 21 noyabr 2026
     

Dini tolerantlıq mədəniyyəti və azərbaycançılıq...

Image


Azərbaycan cəmiyyətində yüzillərdən bəri mövcud olan və bu gün də öz simasını qoruyan tolerantlıq ənənəsi gələcək nəsillər üçün də bir örnəkdir. Tarixən Azərbaycanda dövlət səviyyəsində tolerantlıq işinə xüsusi əhəmiyyət verilib və dövlət rəhbərləri dini, milli tolerantlığa riayət edib. Tarixdən bəllidir ki, Azərbaycan ərazisində qurulan bütün dövlətlərdə, xanlıq və sultanlıqlarda, türklərlə yanaşı, qeyri-millətlərə də sayğı göstərilib.
Millətlər və dinlər arasında heç bir ayrıseçkilik edilməyib. Son illər ölkəmizdəki tolerant mühitə qısqanclıqla yanaşanlar belə bizə müsbət fikir bildirir. Bütün dünya Azərbaycanda baş verən prosesləri yaxından izləyir. Tarixən mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu Azərbaycanda bu ab-hava var.
Tədqiqatçı Sakit Hüseynov "Azərbaycanda dini tolerantlıq mədəniyyəti:tarix və müasirlik" kitabında (Kitab Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilib) müstəqil Azərbaycan dövlətinin, xüsusən də Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyevin tolerantlığa münasibəti haqqında fikirləri yer alıb.
"Tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O, həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir... O, təkcə dinlərin bir-birinə dözümlülüyünü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir"-deyirdi Heydər Əliyev.
S.Hüseynov yazır ki, mədəniyyətin mühüm elementi olan ümumi tolerantlıq bu gün müxtəlif inanc, mədəni ənənə, siyasi məslək daşıyıcısı olan insanların ictimai vəhdətləşməsinin zəruri şərti kimi etiraf olunub: "Tolerantlıq vətəndaş cəmiyyətinin əsas əxlaqi prinsipidir. Eyni zamanda, təcrübə göstərir ki, mütləq dözümlülük də, öz növbəsində, özbaşınalıq və zorakılığa yol açır: heç bir halda tolerantlıq şərə fürsət verməyə çevrilməməlidir. Azərbaycana gəldikdə isə, qeyd etmək lazımdır ki, ölkəmiz tarixən milli və dini baxımdan həmişə tolerant bir ölkə olub. Azərbaycan xalqının tolerant bir xalq olduğunu həm tarixi mənbələr, həm də müxtəlif vaxtlarda ölkəmizə gələn xarici qonaqlar təsdiq etmiş və etməkdədir. Azərbaycanda tarixən çoxsaylı etnosların və müxtəlif dinlərin birlikdə yaşamasına baxmayaraq, (Azərbaycan ərazisində yaşayan ermənilərin zaman-zaman azərbaycanlılara qarşı qaldırdığı torpaq iddiaları ilə bağlı münaqişələri çıxmaq şərtilə) indiyə kimi heç vaxt bu ərazidə milli ayrıseçkilik baş verməmiş və dini qarşıdurma olmayıb. Qeyd etmək lazımdır ki, həm islama qədərki dövrdə, həm də islam dininin Azərbaycanda yayılmasından sonra müxtəlif etnosların yaşadığı bu ərazidə uzun illər qarşılıqlı etimada əsaslanan milli-mədəni və dini münasibətlər sistemi formalaşıb, insanlar əminamanlıq şəraitində yaşayıb, burada yüksək tolerantlıq mühiti hökm sürüb. Bu ərazidə tarixən müxtəlif dinlər və etnoslar arasında tolerantlıq mədəniyyətinin indiyə kimi qorunub saxlanmasında Azərbaycan xalqının və islam dininin mühüm rolu olub. Azərbaycanda dini və milli tolerantlığın tarixən mövcud olduğunu və bu tolerantlığın indiyə kimi qorunub saxlanmasında Azərbaycan xalqının və islam dininin misilsiz rol oynadığını vurğulayan Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev bu fikri aşağıdakı kimi şərh edərək deyib: "Tarixən dünya dinlərinin yayıldığı və dinc yanaşı fəaliyyət göstərdiyi qədim Azərbaycan torpağında yüz illərlə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər sistemi formalaşmışdır. Diqqətəlayiq faktdır ki, ölkəmizdə həmişə yüksək tolerantlıq mühiti hökm sürmüş, heç vaxt milli və dini zəmində ayrıseçkilik və qarşıdurma halları baş verməmişdir. Ayrı-ayrı etiqad və inanclara malik etnosların əsrlərlə əminamanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqının və islam dininin misilsiz tarixi rolu danılmazdır". Azərbaycanın təşəbbüsü ilə din və mədəniyyətlə bağlı çoxsaylı beynəlxalq konfransların ölkəmizdə keçirilməsi və dini tolerantlıq sahəsində Azərbaycanın başqa ölkələr üçün nümunə olması, elmi-nəzəri və praktiki əhəmiyyət kəsb edən bu konfranslarda dini tolerantlıqla bağlı yeni müddəaların hazırlanıb təşviq edilməsi diqqətəlayiq addımlar olub". Tədqiqatçı son illərdə respublikada keçirilən konfranslar, tədbirlər haqqında da danışır. O bildirir ki, "İslam sivilizasiyası Qafqazda" mövzusunda beynəlxalq elmi-praktik konfrans (10 dekabr 1998), Azərbaycanda fəaliyyət göstərən dini icma başçıları ilə ulu öndər H.Əliyevin genişmiqyaslı görüşü keçirilib (16 noyabr 1999), "Demokratik cəmiyyətdə dinin və əqidənin rolu: terrorizm və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması" mövzusunda beynəlxalq elmi-praktik konfrans (10-11 oktyabr 2002), "Din və demokratiya: nəzəriyyə və təcrübə" mövzusunda beynəlxalq elmi-praktik konfrans (21 iyun 2004), "H.Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər" mövzusunda beynəlxalq elmi-praktik konfrans (3-4 aprel 2007), "Dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafında KİV-lərin rolu" mövzusunda elmi-praktik konfrans (26-28 aprel 2007), "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda beynəlxalq elmi-praktik konfrans (6 noyabr 2009), "Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu" mövzusunda beynəlxalq elmi-praktik konfrans (27-28 sentyabr 2007), "Mədəniyyətlərarası dialoq-Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda beynəlxalq elmi-praktik konfrans (2-3 dekabr 2008), "İslam mədəniyyəti və müasir dünyada dialoq" mövzusunda beynəlxalq elmi-praktik konfrans (30 aprel 2009), QMİ-nin təşəbbüsü ilə Moskva şəhərində "MDB müsəlmanları millətlərarası həmrəylik uğrunda" adlı beynəlxalq konfrans (18 iyun 2009), Dünya dini liderlərinin Bakı sammiti (26 aprel 2010), "Azərbaycan: Sivilizasiyalararası dialoqun keçmişi və bu günü" mövzusunda beynəlxalq elmi-praktik konfrans (19 aprel 2006), "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq Forum (10 iyun 2008), Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu (7-9 aprel 2011), "İslamda mədəniyyət və gözəllik amili" mövzusunda beynəlxalq elmi-praktik konfrans (9-10 noyabr 2009), "Dəyişən dünyada tolerantlığın gücləndirilməsi" mövzusunda I Beynəlxalq Bakı Forumu (19-21 dekabr 2012) və digər tədbirlər keçirilib.
Vurğulayaq ki, 2012-ci ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransının birgə təşkilatçılığı ilə Gənclər Forumu təşkil edilib. Tədqiqatçı yazır ki, bu forumda iştirak edən Misirin tanınmış "Əl-Əhram Əl-Arabi" adlı həftəlik jurnalının baş redaktor müavini Süzi Əl-Qineydi Bakıdan Misirə qayıtdıqdan sonra Azərbaycanda mövcud dini tolerantlıq vəziyyətini işıqlandırmaq üçün çalışdığı jurnalda "Bakı tolerantlıq və günəş şəhəridir" adlı məqalə çap etdirib. Süzi Əl-Qineydi Bakıda olduğu müddətdə Azərbaycanda mövcud dini durumla şəxsən tanış olub, xalqımızın tarixi, mədəniyyəti və iqtisadi inkişafı ilə maraqlanıb, eyni zamanda torpaqları-mızın Ermənistan tərəfindən işğal olunduğunu önə çəkib, lakin bütün bunlara rəğmən, hazırkı şəraitdə Azərbaycanın dini tolerantlığa örnək olan bir ölkə olduğunu çalışdığı jurnalda aşağıdakı kimi qeyd edib: "Azərbaycan kimi ölkədən yaxşı örnək götürə bilərik. Azərbaycan xalqı 1990-cı illərdə daxili parçalanmalarla dolu ağır mərhələni uğurla qət etməyə müvəffəq olub. Eyni zamanda, həmin mərhələdə Azərbaycanın 20% torpaqları Ermənistan tərəfindən işğal olunub. Ermənistanın separatçı rejimi Dağlıq Qarabağ regionunun müstəqilliyini elan edib. Buna baxmayaraq, bu müstəqillik heç bir dövlət tərəfindən tanınmayıb və həmin region beynəlxalq hüquqa görə Azərbaycanın ayrılmaz hissəsi hesab olunur. Bu regionun erməni silahlı qüvvələri tərəfindən işğalı hələ də davam edir. Bütün bunlara rəğmən, Azərbaycan dini və irqi tolerantlığın nümunəsi olmağı bacarıb".
Tədqiqatçı qeyd edir ki, din və mədəniyyətlə bağlı yuxarıda göstərilən möhtəşəm beynəlxalq konfransların respublikamızda keçirilməsi bir tərəfdən beynəlxalq aləmdə ölkəmizin siyasi nüfuzunun yüksəldiyini göstərir, digər tərəfdən də Azərbaycanın beynəlxalq aləmdə dinlərarası, mədəniyyətlərarası dialoqun səmərəli inkişafına töhfə verən bir ölkə olduğunu dünyaya tanıdır.
Tədqiqatçı Qafqazda islam sivilizasiyası və Azərbaycan mövzusuna da toxunur. S.Hüseynov qeyd edir ki, Azərbaycanda bütün sağlam dinlərin nümayəndələrinə yer var. Heydər Əliyev "Azərbaycanda islam dini ilə yanaşı, xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır.
Qafqazda da bu mənzərə var. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar. Dini nöqteyi-nəzərdən ədavət, münaqişə, müharibə yolverilməzdir"-deyə bildirirdi.
S.Hüseynov bildirir ki, Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan islam dünyasının bir parçası olaraq Qafqazda ən böyük müsəlman respublikası sayılır: "Digər Qafqaz xalqları kimi Azərbaycan xalqı da tarixən həmişə öz milli-mənəvi və dini dəyərlərinə sadiq olub, öz adət-ənənələrinə ehtiramla yanaşıb. Son illərdə islam dini, islam sivilizasiyası haqqında yeni-yeni tədqiqat əsərlərinin sayı çoxalıb, bu sahədə keçirilən beynəlxalq konfrans və simpoziumların coğrafiyası genişlənib. Xüsusən, islam mədəniyyətinə diqqətin artması ABŞ-da baş verən 2001-ci il sentyabr hadisəsindən sonra daha da mühüm əhəmiyyət kəsb etməyə başlayıb. Araşdırmalar göstərir ki, son illərdə xüsusən islamın tarixi mahiyyəti, dünya mədəniyyət tarixində islamın oynadığı rol, onun bəşər sivilizasiyasına verdiyi töhfələr beynəlxalq miqyasda keçirilən elmi konfransların və simpoziumların müzakirə obyektinə çevrilib.
Belə beynəlxalq simpoziumlardan biri də 8-9 dekabr 1998-ci il tarixində ulu öndər H.Əliyevin təşəbbüsü ilə Bakı şəhərində keçirilib. "İslam sivilizasiyası Qafqazda" mövzusuna həsr olunmuş bu beynəlxalq tədbir öz məzmun və mahiyyətinə görə mühüm əhəmiyyət kəsb edib və Qafqazda islam sivilizasiyasının rolunun elmi cəhətdən araşdırılmasında sanki vacib bir mərhələ rolunu oynayıb. Digər tərəfdən, bu simpoziumun praktiki cəhətdən də müəyyən əhəmiyyət kəsb etməsi-regionda münaqişə ocaqlarının (Şimali Qafqaz, Qarabağ, Cənubi Osetiya və s.) mövcud olması və bəzi "tədqiqatçıların" bu münaqişələrə dini don geyindirməsi baxımından elmi aktuallıq daşıması ilə şərtlənib. "İslam sivilizasiyası Qafqazda" adlı simpoziumda çıxış edən ulu öndər H.Əliyev bu tədbirin təkcə Azərbaycan üçün yox, həm də Qafqaz və bütün islam aləmi üçün mühüm əhəmiyyət kəsb etməsindən bəhs edərək deyib: "Məmnuniyyətlə qeyd edirəm ki, belə simpoziumun keçirilməsi ilə əlaqədar mənim qəbul etdiyim qərar artıq həyata keçrilib, beynəlxalq simpozium bu gün öz işinə başlayıb. Ümidvaram ki, simpozium çox dəyərli işlər görəcək və Qafqazda islam sivilizasiyasının rolunu və bu sahədə gələcək elmi-tədqiqat işlərinin proqramlarını müəyyən edə biləcək. Bu, təkcə Azərbaycan üçün yox, bütün Qafqaz xalqları, bütün islam aləmi üçün çox əhəmiyyətli işdir". Ulu öndər Qafqazda yaşayan xalqların, o cümlədən Azərbaycan xalqının zəngin coğrafi mövqeyi, tarixi kökləri, qədim mədəniyyəti haqqında çox fəxrlə danışaraq Qafqazda islamın yayılmasına diqqət yetirib və islamın Qafqazda yayılmasında Azərbaycanın mühüm rol oynadığını önə çəkib. H.Əliyev Qafqazda yaşayan və islam dininə etiqad edən xalqların həyat və fəaliyyətində, yaşayış tərzində islam dininin mühüm əhəmiyyətini qeyd edib və bu xalqların milli-mənəvi dəyərlərinin zənginləşməsində islam dininin böyük rol oynadığını xüsusi vurğulayaraq deyib: "Biz qafqazlılar özümüzün qafqazlı olmağımızla fəxr edirik. Bu nə deməkdir? Qafqazın təkcə məğrur dağları, onun gur çayları, gözəl bulaqları, meşələri, gül-çiçəkləri deyildir. Qafqazlı olmaqla fəxr etmək Qafqaz xalqlarının tarixi kökləri ilə, Qafqaz xalqlarının bəşər mədəniyyətinə verdikləri töhfələrlə bağlıdır. Bu baxımdan Qafqazda islamın yayılması və inkişaf etməsi Qafqaz xalqlarının tarixinin böyük bir hissəsini təşkil edir, eyni zamanda islam sivilizasiyasının Qafqaz xalqlarına bəxş etdiyi dəyərli töhfələrin olmasını əks etdirir. Qafqaz xalqlarının, demək olar ki, əksəriyyəti islam dininə itaət edir.
İslamın Qafqazda yayılması tarixini siz alimlər yaxşı bilirsiniz. Mən, sadəcə, bir nöqtəni vurğulamaq istəyirəm ki, Azərbaycan bu sahədə mühüm yer tutur".
Qeyd edək ki, Qafqazda islamın yayılması əsasən Azərbaycandan başlayır və Azərbaycan tarixinin böyük bir hissəsini təşkil edir. Bu baxımdan Azərbaycan Qafqazda islam dəyərlərinin, islam sivilizasiyasının yayılması və inkişaf etməsində xüsusi rol oynayıb. İslam dininin qədim Qafqazda yayılmasının Azərbaycandan başladığını vurğulayan ulu öndər islamın Qafqaza yeni sivilizasiya, yeni mədəniyyət gətirdiyini xüsusi qeyd edərək deyib: "Məlumdur ki, Qafqazda islamın yayılması və inkişaf etməsi Azərbaycandan başlayır. İslam Qafqaz xalqlarına səadət, xoşbəxtlik gətirib, inkişaf, islami dəyərlər gətirib. Bu dəyərlər, müqəddəs kitabımız Qurani-Kərimdən gələn islami dəyərlər Qafqaz xalqlarının milli-mənəvi dəyərlərinin əsasını təşkil edib. Məlumdur ki, Qafqazda yaşayan xalqlar islam dinini qəbul edənə qədər də böyük mədəniyyətə, tarixə və özlərinə məxsus adət-ənənələrə malik olmuşlar. İslamın dini-mənəvi dəyərləri Qafqaz xalqlarının qədimdən yaranmış və inkişaf etmiş mənəvi dəyərləri ilə birlikdə xalqların yüksək milli-mənəvi dəyərlərini təşkil edib".
Azərbaycanda islamın, eləcə də başqa dinlərin insanların mənəvi əhvalına göstərdiyi təsir böyükdür. Bütün dinlərin, mədəniyyət və sivilizasiyaların qovuşduğu Azərbaycanda azərbaycançılıq ruhu hər bir vətəndaşın dayağına çevrilib.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ