şənbə günü, 21 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycançılıq və multikulturalizmin vəhdəti - müxtəlif mədəniyyətlilik və tolerantlıq...
Tarix: 28.04.2016 / 00:41
Bölmə: Layihə
Azərbaycançılığın vacib istiqamətlərindən olan multikulturalizm və tolerantlıq cəmiyyətimizdə dərindən kök salıb. Sağlam mədəniyyətlərə, dinlərə, düşüncələrə açıq olan Azərbaycan cəmiyyəti bu dəyərləri hər zaman təqdir edir. Azərbaycan dünyanın elə bir ölkəsidir ki, burada milli, dini, irqi baxımdan heç kəs təpki ilə üzləşmir, əksinə, hər kəs burada özünü evindəki kimi hiss edir.
3 gün idi ki, dünyanın ən müxtəlif ölkələrindən gələn dövlət başçıları, nazirlər, "beyin mərkəzləri"nin nümayəndələri, mədəniyyət xadimləri, humanitar qurumların təmsilçiləri, qələm adamları Bakıda toplaşmışdı. Aprelin 25-27-də Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu dünən başa çatdı. Şərqlə Qərbin qovuşduğu məkanda yerləşən məmləkətimiz bütün cəhətləri ilə qonaqların diqqətini özünə cəlb etdi. Müsafirlər forumun təşkilindən, ölkəmizin belə nüfuzlu tədbirə yüksək səviyyədə ev sahibliyi etməsindən məmnuniyyətlə söhbət açdılar.
Dünyanın nüfuzlu siyasət adamlarının da qatıldığı forumda dünyaya olduqca vacib mesajlar ünvanlandı. Erməni terroruna, onların Azərbaycan torpaqlarını işğal etməsinə etiraz da bildirildi.
Qeyd edək ki, Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ölkənin birinci xanımı Mehriban Əliyeva da iştirak edib.
Mətbuat yazır ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna Bakının ev sahibliyi etməsi təsadüfi deyil. Çünki tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir.
Forumun açılış mərasimində səsləndirilib ki, 2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Ötən ilin iyul ayında Prezident İlham Əliyev Forumun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.
"İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd" devizi altında keçirilən foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, xarici işlər nazirləri, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla, çoxlu qonaq qatılıb. Onların arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan da var idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etmək bizim üçün böyük fəxrdir. Biz bunu mədəniyyətlərarası dialoq və multikulturalizm dəyərlərinin təşviqi sahəsində fəaliyyətimizin yüksək qiymətləndirilməsi əlaməti kimi qəbul edirik...Fərəhlənirik ki, bu gün 140-dan artıq ölkənin nümayəndəsi Sivilizasiyalar Alyansı ilə bağlı mühüm məsələlərin müzakirəsi üçün Bakıda toplaşıb. Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb.
Bunun nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əminamanlıq şəraitində yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik. Biz müxtəlif mədəniyyətləri özündə əks etdirən tarixi abidələrimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri Azərbaycanın qədim şəhəri olan Şamaxıda 743-cü ildə inşa edilmişdir. Bununla yanaşı, ən qədim kilsələrdən biri - qədim Qafqaz Albaniyası dövrünə aid kilsə də məhz Azərbaycanda, daha bir qədim şəhər olan Şəkinin yaxınlığında yerləşir. Hökumətimiz məscidlərin, pravoslav və katolik kilsələrinin, habelə sinaqoqların inşası və təmirinə maliyyə vəsaiti ayırır. Bu, bizim siyasətimiz və həyat tərzimizdir. Əsrlər boyu Azərbaycan ölkəmizdə mövcud olan siyasi və sosial vəziyyətə baxmayaraq, bu sərvəti qoruyub saxlamışdır. Ölkəmiz yalnız 25 ildir ki, müstəqil dövlətdir. Lakin bu, qədim dövlətdir, dərin tarixi və mədəni köklərə malikdir. Bizim üçün multikulturalizm dövlət siyasətidir. Biz bu vacib məsələlərin müzakirə edilməsi üçün müxtəlif tədbirlər təşkil edirik. Biz hər iki ildən bir Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumunu təşkil edirik. Mütəmadi olaraq biz Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi edirik. Burada da əsas məqsəd müxtəlif dinlərin nümayəndələrinin bir araya gətirilməsindən, aramızda daha mühüm qarşılıqlı anlaşmanın yaradılmasından ibarətdir. Azərbaycan dinlərarası dialoq kimi vacib məsələyə həsr edilmiş Dünya Dini Liderlərinin zirvə toplantısına ev sahibliyi etmişdir. Hesab edirəm ki, bu mövzu bu gün dünyanın gündəliyində duran ən mühüm məsələlərdəndir və Sivilizasiyalar Alyansının rolu artmaqdadır. Əfsuslar olsun ki, biz, eyni zamanda, regionumuzda, Avropada, Yaxın Şərqdə, keçmiş Sovet İttifaqı ərazisində böyük narahatlıq doğuran meyllərin şahidi oluruq. Etnik və ya dini zəmində baş verən qarşıdurma və toqquşmalar çox təhlükəli meyllərdir.
Hesab edirəm ki, Bakıda keçirilən belə bir toplantı-VII Qlobal Forum bu məsələlərin müzakirəsinə həsr ediləcək və həmrəylik, sülh, qarşılıqlı anlaşma və tərəfdaşlıq işinə öz töhfəsini verəcək"-deyə bildirib.
Prezident İlham Əliyevin çıxışından da aydın görünürdü ki, ölkəmiz sülhün, barışın, birgəyaşayışın tərəfdarıdır. Ölkə başçımız qeyd edirdi ki, bizim aramızda bölüşdürəcəyimiz heç nə yoxdur. Hamımız eyni planetdə yaşayırıq: "Bütün xalqlar sülh, əminamanlıq və təhlükəsizlik şəraitində yaşamağı, ailələrini qorumağı, övladlarını böyütməyi arzulayır. Bütün dinlər eyni dəyərləri - insanlıq, mərhəmət, həmrəylik və sülhü təbliğ edir. Bu gün dünyanın tələb etdiyi səylərimizin birləşdirilməsidir. Bugünkü toplantı, bu forum multikulturalizm ideyasının beynəlxalq ictimaiyyət tərəfindən güclü dəstəklənməsinin aydın göstəricisidir. Dediyim kimi, bu gün burada 140-dan artıq dövlətin nümayəndəsi iştirak edir. Multikulturalizmin alternativi yoxdur. Əlbəttə, bizə məlumdur ki, bununla bağlı müxtəlif fikir və baxışlar var. Bəziləri multikulturalizmin iflasa uğradığını iddia edirlər, ancaq müsbət nümunələr var. Bizim üçün multikulturalizm dövlət siyasətidir və bizim həyat tərzimizdir".
Azərbaycanın beynəlxalq aləmdəki nüfuzundan danışan ölkə başçımız qeyd edib ki, Azərbaycan nisbətən gənc dövlətdir, bu il biz müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd edəcəyik. Ölkə başçısı vurğulayıb ki, Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu üzvünə çevrilib. Azərbaycan BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı və bir sıra digər beynəlxalq qurumların üzvüdür. Biz güclü beynəlxalq dəstəyə malikik: "2011-ci ildə 155 dövlətin dəstəyi ilə Azərbaycanın ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi məhz bunun təzahürü oldu. Bu, ölkəmizin böyük qələbəsi və Azərbaycana böyük ehtiramın əlaməti oldu. Olduqca qısa zamanda, 25 il içərisində biz özümüzü etibarlı beynəlxalq tərəfdaş, müstəqil xarici siyasətə malik, regional inkişafa, təhlükəsizliyə, sabitliyə və multikulturalizmə töhfə verən ölkə kimi təqdim etməyə müvəffəq olmuşuq. Müstəqillik illəri bizim siyasi sistemimizin transformasiyası, demokratik təsisatların yaradılması illəri olmuşdur. Biz buna nail olmuşuq, Azərbaycanda bütün azadlıqlar təmin edilir, o cümlədən media və internet azadlığı. Ölkə əhalisinin 70 faizdən çoxu internet istifadəçisidir. Toplaşma və din azadlığı, yəni bütün azadlıqlar təmin edilir. Bu isə, öz növbəsində, sürətli iqtisadi inkişaf üçün yaxşı zəmin yaradır. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar siyasi islahatlarla paralel şəkildə aparılmışdır.
Təəssüflər olsun ki, dövlətçiliyimizin yaranması zamanı qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü dominant amil olmuşdur. Həmin təcavüz ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsinin işğalı ilə nəticələnmişdir. Dağlıq Qarabağ Azərbaycanın tarixi parçasıdır, hüquqi baxımdan da bu belədir. Azərbaycan BMT-yə üzv olarkən Dağlıq Qarabağ ölkəmizin tərkib hissəsi kimi qəbul edilmişdir. Lakin həmin təcavüz nəticəsində Dağlıq Qarabağ Ermənistan tərəfindən tamamən işğal edilmişdir. Nəinki Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, Dağlıq Qarabağın ətrafında yerləşən digər yeddi rayonu da işğal altındadır. İşğal nəticəsində bizim 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz yaranıb. Ermənistan bizə qarşı etnik təmizləmə aparmışdır və ərazimizin 20 faizi 20 ildən artıqdır ki, işğal altındadır. İşğal edilmiş ərazilərimizdə hər şey dağıdılmışdır. ATƏT oraya iki dəfə faktaraşdırıcı missiya göndərmişdir və onlar dəhşətli hesabatlar təqdim etmişlər. Bütün tikililərimiz, tarixi abidələrimiz, məscidlərimiz, məzarlıqlarımız dağıdılmış vəziyyətdədir. Burada, Bakının mərkəzində siz erməni xalqının dini mirasının tərəfimizdən necə qorunduğunun şahidi ola bilərsiniz. Erməni kilsəsi bərpa edilmiş və ilk gündən inşa edildiyi yerdə yerləşir. Lakin işğal edilmiş torpaqlarda bizim bütün məscidlərimiz viran edilmişdir. Bu işğala son qoymaq üçün beynəlxalq ictimaiyyət müvafiq qətnamə və qərarlar qəbul etmişdir. Ən ali beynəlxalq qurum olan BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, Ermənistan sadəcə bu qətnamələrə məhəl qoymur və onlara əməl etmir...".
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir də çıxışında Azərbaycanda hökm sürən sağlam mühitdən danışıb: "Prezident Əliyevin bu məsələ ilə bağlı liderliyi xüsusi qeyd edilməlidir. 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi ilə əlaqədar onun irəli sürdüyü təşəbbüs dünya xalqları arasında münasibətlərin gücləndirilməsinə yönəlmiş mühüm addım kimi geniş şəkildə təşviq edilir. Bu baxımdan hesab edirik ki, Bakı bu tədbirin keçirilməsi üçün ən münasib bir yer idi. Çox sağ olun, cənab Prezident. Son bir neçə il ərzində mən multikulturalizm və tolerantlığı təşviq etmək şərəfinə nail oldum. Alyans radikallaşma və qütbləşmənin qarşısını almaqla, daha böyük mədəniyyətlərarası anlaşmanı həvəsləndirməklə, eləcə də bu məqsədləri irəliyə doğru aparan layihə və proqramlarda iştirak etməklə daha təhlükəsiz dünyanın qurulmasına töhfə vermək üçün formalaşdırılmış zərif qüvvə mexanizmi rolunu oynayır. Bu gün bizim hamımızın əldə edilmiş nailiyyətləri nəzərdən keçirmək, üzləşdiyimiz çağırışları və qarşımızda duran vəzifələri araşdırmaq imkanımız olacaq. Bu ilin şüarı "İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd" mövzusudur. Bu şüar BMT-nin sülh və təhlükəsizlik, insan haqları, qanunun aliliyi və davamlı inkişaf kimi dörd əsas prinsipinə uyğun gəlir. Daha dəqiq desək, bu şüar 2030-cu il üçün davamlı inkişaf gündəliyinə uyğundur. Davamlı inkişafın 16-cı məqsədində xüsusi olaraq deyilir: "Davamlı inkişaf naminə sülhsevər və inklüziv cəmiyyətlər təşviq edilməli, hamının ədalətə çıxışı təmin olunmalı və bütün səviyyələrdə səmərəli, məsuliyyətli və inklüziv təsisatlar qurulmalıdır". Davamlı inkişaf sülh və təhlükəsizlik olmadan həyata keçirilə bilməz. Eyni zamanda, sülh və təhlükəsizlik davamlı inkişaf olmadan risqə məruz qalır".
Mətbuat yazır ki, Nasir Əbdüləziz Əl-Nasir zorakı ekstremizm, terrorçuluq, işsizlik və digər problemlərin həllinə gənclərin də yaxından cəlb edilməsinin vacibliyini diqqətə çatdırıb. O, qarşıya qoyulan ümdə vəzifələrə nail olmaqda dialoqun çox vacib rol oynadığını vurğulayaraq bildirib: "İnklüziv cəmiyyətlərin qurulması dialoq və inteqrasiya, təhsil, gənclər, mədəni müxtəliflik, miqrasiya, media və ünsiyyət kimi sahələrdə çətinliklərin aradan qaldırılmasını tələb edir. Bu sahələrin hamısı Sivilizasiyalar Alyansının mandatı daxilindədir. Zorakı ekstremizmin araşdırılması, qarşısının alınması və vaxtında tədbirlərin görülməsi bəşəriyyətin üzləşdiyi ən mürəkkəb məsələlərdən biridir. Zorakı ekstremizm BMT-nin məqsəd və prinsiplərinə qarşı çıxan bir çağırışdır. Baş katib BMT-nin müxtəlif qurum və təşkilatlarına müraciət edərək onlardan birgə işləməyi, "birgə nail olaq" adlı inklüziv yanaşma vasitəsilə zorakı ekstremizmin qarşısının alınması ilə bağlı tədbirlər planını həyata keçirməyi tələb edib".
BMT rəsmisinin sadaladığı məqamların heç biri Azərbaycanda yoxdur. Mədəni və dini müxtəliflik, o cümlədən zorakı ekstremizm baxımından problemlərin həlli üçün inklüziv yanaşmalar üzərində çalışan fikir, siyasət adamları buna nail olmaq üçün Azərbaycan nümunəsindən bəhrələnə bilər. Çünki ölkəmizdə həqiqətən də sağlam mühit, multikultural mədəniyyət, tolerant mühit var. Bu forumda da Azərbaycanın maraq doğuran bu tərəfləri təqdir edilib. Azərbaycandan dünyaya çağırış edənlərin bir niyyəti olub-əminamanlığa, sülhə nail olmaq, ayrıseçkiliyə, ksenofobiyaya, zorakılığa qarşı səyləri birləşdirmək. Hesab edirik ki, bu forumun əhmiyyəti hələ uzun illər hiss ediləcək.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
- RƏSMİ AÇIQLAMA...
20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı
20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu
- Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...
20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq
20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI:
DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS
20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib
20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb
20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...
20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı
- körpülər vuruldu...
20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi
- sonra ondan üzr istəyirəm...
20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...
20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi
20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…
20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib
20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır
– nəzarət gücləndirilə bilər...
20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi
20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir
20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq
- YENİ QAYDA...
20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...
20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər
- Ombudsmandan təklif...
20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...
20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır
20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı
– nələrin baş verəcəyini görəcəyik…
20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...
20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir
20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi
- FOTO
20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə -
yalnız ərazi güzəşti qarşılığında…
20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi -
Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir
20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
- FOTO
20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi
20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür
- Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...
19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri
19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…
19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir
- Rusiyadan gələn izaha cavab...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ