şənbə günü, 21 noyabr 2026
     

Monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq komplekslərində azərbaycançılıq izləri...

Image


Azərbaycanda monumental heykəltəraşlıq abidələrinin tarixi və yaşı çox qədimdir. Minillər əvvəldən Azərbaycan sənətkarları monumental abidələr düzəldib və ölkəmizin, demək olar ki, hər yerində belə abidələr var. Azərbaycan torpaqlarında ən çox rast gəlinən qoç heykəlləridir. Bildiyimiz kimi, qoç heykəllərinə Azərbaycanın hər yerində rast gəlinir və bu abidələr xalqımızın dünyagörüşünün təcəssümüdür.
Azərbaycan dövləti milli mədəniyyətimizin daş obrazı olan bu abidələrlə bağlı genişmiqyaslı tədbirlər həyata keçirir. Milli-mənəvi, tarixi-mədəni dəyərlərimizin qorunması, onların qayğı ilə əhatə olunması üçün sənədlər qəbul edir. Bəllidir ki, 2007-ci il 2 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdəki monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında Sərəncam imzalayıb. Burada milli-mənəvi dəyərlərimizə, qədim və zəngin mədəniyyətimizə, xalqımızın tarixi keçmişinə ehtiramın ifadəsi olan, böyük öndər Heydər Əliyevin dövlətçilik irsinin əsasını təşkil edən azərbaycançılıq məfkurəsinin təbliğini ön plana çəkən bu mühüm sənəd memarlıq incilərimizin qorunması, onların bədii-estetik səviyyəsinin yüksəldilməsi sahəsində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Sərəncamda qeyd edilir ki, ölkəmizin müxtəlif guşələrində ucaldılan monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri bu gün artıq şəhər və kəndlərimizin görkəminin ayrılmaz hissəsinə çevrilib. Yüksək estetik dəyərə malik olan, milli-mədəni irsə və tarixi keçmişə dərin ehtiram duyğusu oyadan bu əsərlər Azərbaycan heykəltəraşlıq və memarlıq sənətinin gözəl nümunələridir: "Azərbaycanda ilk elementləri Qobustan qaya təsvirlərində öz əksini tapmış heykəltəraşlığın qədim tarixi var. Ayrı-ayrı dövrlərdə milli heykəltəraşlıq və memarlıq komplekslərinin qiymətli inciləri yaradılmışdır. Öz dəst-xətti, zəngin bədii ənənələri ilə seçilən Azərbaycan heykəltəraşlığının müasir siması ötən əsrin 20-ci illərindən etibarən formalaşmış və sürətli inkişaf yolu keçmişdir. Bu müddət ərzində şəhər və park heykəltəraşlığının diqqətəlayiq abidələri, mühüm ictimai hadisələrin və tanınmış şəxsiyyətlərin şərəfinə bir sıra monumentlər ucaldılmışdır. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Cəfər Cabbarlı, Səməd Vurğun və digər sənətkarların milli heykəltəraşlıq xəzinəsini zənginləşdirən möhtəşəm abidələri Bakının memarlıq mənzərəsini ahəngdar şəkildə tamamlamış və ona xüsusi görkəm vermişdir.
Öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikasında ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Respublikamızın hər bir bölgəsində şəhidlərin xatirəsinə abidə-komplekslər ucaldılmışdır. Monumental heykəltəraşlıq xəzinəmizin qızıl fonduna daxil olmuş bütün bu abidələr, xatirə-memorial və memarlıq kompleksləri öz plastik forma rəngarəngliyi, koloriti və estetik təsir gücü ilə səciyyələnir. Həmin əsərlər insanların tarixi-mənəvi dəyərlərə hörmət və məhəbbət ruhunda tərbiyə olunmasında, onlarda vətənpərvərlik hisslərinin gücləndirilməsində böyük əhəmiyyət kəsb edir.
Bununla yanaşı, azərbaycançılıq məfkurəsinə keçid istiqamətində bu sahədə görülən işlərin hazırkı səviyyəsi qənaətbəxş sayıla bilməz".
Sənəddə bildirilir ki, əsasən XX əsrdə ucaldılmış və görünüşü bir sıra hallarda ənənəvi memarlıq üslubu ilə həmahəng olmayan abidələrin, xatirə komplekslərinin azərbaycançılıq fəlsəfəsinin meyarlarına uyğunlaşdırılması zərurəti meydana çıxıb. Həmçinin, zaman keçdikcə, müxtəlif təbii proseslərin təsiri abidələrə diqqət göstərilməsini və qayğı ilə yanaşılmasını tələb edir.
Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb ki, Bakı Şəhər İcra Hakimiyyəti və digər yerli icra hakimiyyəti orqanları ilə birlikdə Bakı şəhərində, digər şəhər və kəndlərdə ucaldılmış monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq komplekslərinin ümumi görkəminin qorunub saxlanması və ətrafının abadlaşdırılması üçün müvafiq tədbirləri həyata keçirərək görülən işlər haqqında hesabatı və bu istiqamətdə gələcək fəaliyyət proqramının layihəsini ölkə Prezidentinə təqdim etsin. Azərbaycan Dövlət İncəsənət Muzeyi nəzdində açıq səma altında heykəl və abidələrin kiçik formalarından ibarət xüsusi park-muzeyin yaradılmasını təmin etsin, yerli icra hakimiyyəti orqanları ilə birlikdə respublikanın park, bağ və digər istirahət zonalarındakı abidə, büst, barelyef və digər heykəltəraşlıq və xatirə-memorial əsərlərinin vəziyyətini araşdırıb müvafiq təkliflər hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə müvafiq yaradıcılıq ittifaqlarının təklifləri əsasında azərbaycançılıq məfkurəsinin tələblərinə uyğun ucaldılması zəruri sayılan abidələr və komplekslərlə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin "Dədə Qorqud heykəli və "Dədə Qorqud dünyası" tarix-etnoqrafik kompleksinin yaradılması haqqında" fərmanının icrasını təmin etmək üçün müvafiq tədbirlər görməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməli idi. Bəllidir ki, artıq Dədə Qorqud heykəli Bakının mərkəzi yerlərindən birində qoyulub və ətrafı abadlaşdırılaraq böyük park salınıb.
Qeyd edək ki, Azərbaycanda çox peşəkar, istedadlı heykəltəraşlar olub, indi də var. Bunlar Abid, Cavanşir Dadaşov, Cəlal Qaryağdı, Elmira Hüseynova, Fuad Əbdürəhmanov, Hüseynqulu Əliyev, Katib Məmmədov, Mirəli Mirqasımov, Mirələsgər Mirqasımov, Tokay Məmmədov, Yakov Keylixis, Zivər Məmmədova, Ömər Eldarov və başqaları respublikamızın adlı-sanlı heykəltəraşlarıdır. Onların bəziləri dünyasını dəyişsə də, özlərindən sonra silinməz izlər qoyub gediblər.
Sənətşünaslar qeyd edir ki, heykəltəraşlıq təsviri sənətin növlərindən biridir. Heykəltəraşlıqda insan və ya hər hansı təsvir obyekti həcmli formada yaradılır. Adətən insan, bəzən isə heyvan təsvir edən (animalistik janr) heykəltəraşlığın imkanları boyakarlığa nisbətən bir qədər məhdud olur. Heykəllər əsasən 2 növə ayrılır: həcmli və ya dəyirmi heykəllər; relyef heykəllər. Heykəlin daha yaxşı alınması üçün əsas plan, işıq müstəvisi, kütlə və həcm böyük rol oynayır. Heykəllərin hazırlanmasında müxtəlf materiallardan istifadə olunur: daş (mərmər, əhəng daşı, qum daşı, qranit və s.), taxta, sümük, metal (bürünc, dəmir, tunc və s.), gil, yanmış gil, keramika (terrakota, mayolika, saxsı, çini və s.) gips və s. Ənənəvi materiallarla yanaşı, müasir heykəltəraşlıqda tamamilə fərqli materiallardan da istifadə olunur: şüşədən, buzdan, qardan, kağızdan da abidə hazırlayanlar var.
Ümumilikdə, heykəltəraşlıq sənətinin 3 sahəsi məlumdur:
1. Monumental,
2. Dekorativ,
3. Dəzgah heykəltəraşlığı.
Heykəltəraşlığın ən ibtidai forması daşdan hazırlanan fiqurlardır. Orta əsrlərə aid edilən, Şamaxı və Ağdam şəhərləri ətrafında tapılan daş insan fiqurları heykəltəraşlığımızın daha təkmilləşmiş nümunəsi hesab edilir. Bayıl qəsrindəki daşoyma nümunələri (XIII əsr), məzarlar üzərinə qoyulan at və qoç fiqurlarını (XV-XIX əsrlər) da heykəltəraşlığın yeni və yaddaqalan səhifəsi saymaq mümkündür. Naxçıvanın Ordubad bölgəsinin Biləv kəndində hicri 1088-ci ildə (miladi 1677-1678 illər) vəfat edən Səfərəlinin xatirəsinə hazırlanmış daş qoç fiquru var. Abidə üzərində qoyulan imzadan belə məlum olur ki, qoç heykəlini Abid hazırlayıb. İndiyədək kənddəki qəbiristanlıqda qalan və XVII yüzilliyə aid olan çoxsaylı daş qoç fiquru tipli qəbirüstü xatirə abidələrinin bir hissəsini də həmin yüzillikdə yaşamış bu heykəltəraş - Abid hazırlayıb.
Heykəltəraşlıq sənətinin ən məşhur nümunələri arasında XIII əsrdə Bakı limanında tikilən Şirvanşahların "Bayıl qəsri", yaxud "Səbail" adlanan memarlıq abidəsini göstərmək olar. Bu abidələr üzərindəki yazı və qabartma təsvirləri binanın dekorativ tərtibində həlledici rol oynayıb. "Bayıl daşlarında" yazılarla birlikdə insan və heyvan (pələng, dəvə, at, öküz, quş) təsvirləri dərin oyma üslubunda işlənib. Friz xarakteri daşıyan "Bayıl daşları" vaxtilə quruda yerləşən möhtəşəm memarlıq abidəsinin dekorativ elementini təşkil edib.
Azərbaycanda heykəltəraşlığın inkişafı, Heykəltəraşlığın bugünkü mənzərəsinin yaranmasında Bakıda açılan rəssamlıq məktəbi və yerli kadrların SSRİ-nin müxtəlif mərkəzi şəhərlərində heykəltəraşlıq sənətinə yiyələnməsi böyük rol oynayıb. Azərbaycan heykəltəraşlarının bir araya gətirilməsi və onların bir təşkilat ətrafında birləşdirilməsi sovet dövrünün payına düşüb. Lakin bundan qabaq da Azərbaycanda plastika sənətinin biliciləri olub. Son illərin araşdırmaları sübut edir ki, 1920-ci ilə qədər də Azərbaycanda heykəltəraşlıq əsərləri yaradılıb. Bu nümunələr həm xalq sənətkarları, həm də Rusiyada və Avropada təhsil almış peşəkar heykəltəraşlar, sənətşünaslar tərəfindən hazırlanıb.
Sənətşünaslar bildirir ki, Azərbaycan Xalq Cumhuriyyəti (AXC) dövründə də hələlik adları məlum olmayan heykəltəraşlar fəaliyyət göstərib. Qısa müddətdə fəaliyyət göstərən AXC-də bütün layihələrin həyata keçirilə bilməməsi səbəbindən nə əsərlərin özü, nə də müəlliflər barədə dəqiq məlumatlar yoxdur. Lakin bu layihələrin mövcudluğu haqqında mənbələrdə kifayət qədər informasiyalar gedib. Məsələn, dövlət gerbinin, bir sıra orden və medalların hazırlanmasında ilk peşəkar heykəltəraş Zeynal Əlizadənin fəal iştirakı olub. Azərbaycan müasir peşəkar heykəltəraşlığının təşəkkülü ilə bağlı Bakıda bir sıra monumental abidələr qoyulub, milli heykəltəraşlıq kadrları yetişib. 1920-30-cu illərdə ilk azərbaycanlı heykəltəraşlardan İbrahim Quliyev, eləcə də Azərbaycanda yaşayan Yelizaveta Tripolskaya, Pinxos Sabsay və b. heykəltəraşların iştirakı ilə Bakıda heykəllər qoyulmağa başlandı.
Diqqətçəkən məqamlardan biri odur ki, bu abidələrin hər birində milli çalarlar özünü göstərir. Xalqımızın tarixinə, mədəniyyətinə, tarixi qəhrəman və şəxsiyyətlərinə həsr edilən abidələrdə, sözün əsl mənasında, bir azərbaycançılıq ruhu var. Çünki bu əsərləri yaradanlar qəlbən, ruhən azərbaycançılığa bağlı olan, bu ideyaya xidmət edən şəxslərdir. Azərbaycançılığı var edən, yaşadan amillərdən biri də sənətin azərbaycançılığa xidmət etməsidir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ