Bazar günü günü, 22 noyabr 2026
     

Tolerantlıq azərbaycançılıq ideologiyasının mühüm istiqaməti kimi...

Image


Tolerantlığın beşiyi olan Azərbaycan diyarı tarixən müxtəlif xalqların, ayrı-ayrı dinlərə tapınan insanların məkanı olub. Uzun əsrlərdir ölkəmiz tolerantlığın, multikultural dəyərlərin mövcud olduğu bir yaşayış məskəni kimi tanınır. Azərbaycanda tolerantlıq siyasətinin tarixi qədimdir və keçmiş çağlardan üzü bəri tolerantlıq inkişaf edir. Bu da məlumdur ki, Azərbaycanın sosial tolerantlıq siyasətinin tarixi çox-çox əvvəllərə təsadüf edir.
Tolerantlıq nədir? Bu termin necə meydana çıxıb? Sual bu gün hər kəsi maraqlandırır. Termin kimi cəmiyyətdə intensiv şəkildə işlədilən tolerantlıq anlayışının, ümumiyyətlə, bu terminin meydana gəlməsi tarixi səbəbinin özü maraqlıdır.
Tədqiqatçılar yazır ki, bəşər tarixində tolerantlıq problemi ilk dəfə olaraq Qərb sivilizasiyasında dini qarşıdurmalar zəminində yaranıb. "Tolerantlıq" termini isə 1572-ci ilə təsadüf edir. Belə ki, termin həmin il avqustun 24-də baş verən qanlı Varfolomey gecəsindən sonra, protestant və katoliklərin öz inancları çərçivəsində ortaq bir yol tapmaları və bununla bağlı Nant fərmanının imzalanması ilə əlaqələndirilir. Fəlsəfi anlayış və prinsip kimi "tolerantlıq" Otuzillik müharibənin nəticələrinin dərk edilməsi kontekstində formalaşıb. Hakimiyyət uğrunda bir-birilə düşmənçilik edən xristian məzhəbləri öz ehkamlarını müdafiəetmə bəhanəsi ilə faktiki olaraq opponentlərinə qarşı inkvizisiya siyasəti yürüdüblər. Dini tolerantlıq Qərbin azad cəmiyyətdə nail olduğu bütün digər azadlıqların təməlini qoydu. Lakin tolerantlıq tarixində həlledici dövr XVII əsr İngiltərəsində Kromvel dövrü oldu. Buna səbəb həmin dövrdə İngiltərədə dini plüralizm və tolerantlıq mühitinin yaranması, vətəndaş sülhü, şəfqət və etimadın əldə edilməsi idi.
Tədqiqatçılar bildirir ki, tolerantlıq islam sivilizasiyasının da əsas humanist prinsiplərindən biridir. İslam insanların bir-birilə qarşılıqlı ünsiyyət, digər dinlərin nümayəndələri ilə ortaq insani münasibət qurduğu dindir. Tolerantlıq nəzəriyyəsini qeyd-şərtsiz ədalət prinsipi üzərində quran islam dininə görə, hər bir müsəlman çalışmalıdır ki, insanlar arasında münasibətlər yüksək səviyyədə olsun.
Tədqiqatçılar qeyd edir ki, tolerantlıq müxtəlif dillərdə xalqların tarixi təcrübəsindən irəli gələrək fərqli məna çalarlarına malikdir. İngilis dilində tolerantlıq "hazırlıq və bir şeyi və ya şəxsiyyəti etiraz etmədən qəbul etmək", fransız dilində "başqasının azadlığına, onun düşüncə tərzinə, davranışına, siyasi və dini baxışlarına hörmətlə yanaşmaq", ərəb dilində "bağışlama, yumşaqlıq, dözüm, mərhəmət, xeyirxahlıqdır. Azərbaycan dilində isə tolerantlıq "dözümlülük, müxtəlif konfessiyalar, siyasi, etnik və digər sosial qruplar arasında dayanıqlı ahəngdarlığın olması və birgəyaşayış" mənasını daşıyır.
Tolerantlıq tarixini öyrənən tədqiqatçılar qeyd edir ki, bu anlayışlar 12 noyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Konstitusiyasının 3-cü fəslinin 48-ci maddəsində ("Vicdan azadlığı") aşağıdakı şəkildə öz əksini tapıb: "Hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyilsə, sərbəstdir. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz". BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli "İnsan hüquqları haqqında Ümumi Bəyannamə"sində bəşəriyyətin bütün üzvlərinə məxsus olan ləyaqətin etirafı və hər kəsin bərabər, ayrılmaz hüquqları - azadlıq, ədalət və s. ümumi dünyanın əsasını təşkil edir, xalqlar arasında dostluq münasibətlərinin inkişafına kömək etməyin vacibliyi qeyd olunur.
Tədqiqatçılar bildirir ki, tolerantlıq prinsipləri əsas hüquq və azadlıqlar kimi qanunvericilik aktlarında, beynəlxalq bəyannamələrdə təsbit edilir. Bunlardan BMT Baş Assambleyasının qeyd etdiyimiz Ümumi Bəyannaməsini, 16 dekabr 1966-cı il tarixli "Mülki və siyasi hüquqlar haqqında" və 16 dekabr 1966-cı il tarixli "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" beynəlxalq paktları nümunə göstərmək mümkündür. Etnik, irqi, dini ayrıseçkiliyə yol verməmək məsələləri isə BMT Baş Assambleyasının 1965-ci il 21 dekabr tarixli "İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyasında, 1948-ci il 9 dekabr tarixli "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyasında, 1992-ci il 18 dekabr tarixli "Milli və ya etnik, dini və dil azlıqlarına mənsub şəxslərin hüquqları haqqında" Bəyannaməsində təsbit olunur. "İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyada qeyd olunur ki, "irqi ayrıseçkiliyə əsaslanan hər bir nəzəriyyə elmi baxımdan əsassızdır, mənəvi baxımdan çirkindir, sosial baxımdan ədalətsiz və təhlükəlidir və harada olursa-olsun, nə nəzəriyyədə, nə də təcrübədə irqi ayrıseçkilik üçün bəraət qazanıla bilməz".
Tədqiqatçılar qeyd edir ki, Azərbaycan da beynəlxalq prinsiplərə istinad edərək öz milli adətlərinə uyğun şəkildə sosial tolerantlıq siyasətini həyata keçirir. Burada "tolerantlıq" termini çoxəsrlik tarixə malik dinlərarası və millətlərarası birgəyaşayış təcrübəsinə əsaslanır.
Əsrlər boyu müxtəlif xalqların, millətlərin, dinlərin mövcud olduğu, mədəniyyətlərin birləşdiyi bir ölkə olmasına baxmayaraq, Azərbaycanda heç bir zaman dini zəmində qarşıdurmaya, qarşılıqlı nifrətə yer verilməyib. Bu amillər Azərbaycanın müasir həyatında da öz əksini tapır. Azərbaycan Qərb və Şərq, Qərb və İslam dünyası arasında bir körpü rolunu oynayaraq, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa böyük əhəmiyyət verir.
Məlumdur ki, Azərbaycan Respublikasının ərazisində islam, xristianlıq və iudaizm kimi ənənəvi dinlər mövcuddur.
Teoloqlar deyir ki, VII əsrin əvvəllərində Ərəbistan yarımadasında yaranmış islam dini tezliklə dünyanın böyük bir hissəsinə yayılmışdı. Azərbaycanın islamlaşması erkən islam fütuhatları ilə başlayıb. Bu tarix hicrətin 18-ci ilinə aiddir. Burada islam cərəyanları şiə-imamlar, sünni-hənəfi və şafilər kimi təmsil olunub. Ölkədə 1800-ə yaxın məscid - "Heydər", "Təzəpir", "Bibiheybət", "Ağdam", "Əjdərbəy", "Buzovna", "İmam Hüseyn", "Maştağa" və s. mövcuddur. Ən məşhur məscid isə dünyanın ən qədim məscidlərindən biri hesab edilən və 1270 yaşı olan Şamaxı Cümə məscididir. Müsəlmanlar ölkə əhalisinin 96%-ni təşkil edir.
Tarixçilər yəhudilərin Azərbaycanda yaşamasının təxminən iki min il yaşı olduğunu qeyd edirlər. Azərbaycanda məskunlaşmış yəhudilərə qarşı nə tarixən, nə də müasir dövrdə heç bir düşmən münasibəti faktı aşkarlanmayıb. Bu da yerli əhalinin tarixi ənənəyə əsaslanan etnik konfessiyalara dözümlülüyündən irəli gəlir. Buna sübut kimi Quba rayonunda yerləşən məşhur "Qırmızı qəsəbə"də 1920-ci ildə 11 sinaqoqun olması faktıdır. Burada indiyədək təxminən 4000 dağ yəhudisi yaşayır. Bu qəsəbə bütün postsovet məkanında yəhudilərin kompakt şəkildə yaşadığı yeganə yerdir.
Rəsmi mənbələrdə və mətbuatda qeyd edilir ki, bu gün Azərbaycanda üç yəhudi icması - dağ yəhudiləri, əşkinazi (avropalı) yəhudilər və gürcü yəhudiləri icmaları mövcuddur. Dini icmaların verdiyi məlumata görə, bütövlükdə ölkədə yəhudilərin sayı 16.000-dir. Bunlardan 11.000-ni dağ yəhudiləridir ki, təxminən 6.000-ni Bakıda, 4.000-ni Qubada, min nəfəri isə başqa şəhərlərdə yaşayır. Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti Bakıda və Sumqayıtda yaşayır. Gürcü yəhudilərinin sayı isə təxminən 700 nəfərdir. Hazırda Azərbaycanda 5 sinaqoq fəaliyyət göstərir (o cümlədən Bakıda 3, Quba və Oğuzda hər birində 1).
Xristianlığa gəldikdə isə, demək olar ki, Azərbaycanda xristianlıq təxminən 1700 il bundan əvvəl yaranıb. 313-cü ildə Urnayr çarın başçılığı ilə alban xalqının xristianlığı qəbul etməsi nəticəsində bu din Qafqaz Albaniyasında dövlət dini olub. Sonralar ölkə əhalisinin əksəriyyətinin islam dinini qəbul etməsinə baxmayaraq, Azərbaycanda müxtəlif konfessiyaların sülh içində yaşamaq ənənəsi davamlı xarakter alıb.
Tədqiqatçılar yazır ki, SSRİ-nin süqutundan sonra rusdilli əhalinin ölkədən köçməsi ilə Azərbaycanda pravoslav xristianların sayı azalıb. Lakin xristianlığın bu istiqamətinə etiqad edən əhalinin sayı 2.5 %, yəni 200 min nəfərdir. Onlar müxtəlif millətlərin - rusların, ukraynalıların, belarusların, yunanların və s. nümayəndələridir. Qeyd edək ki, indiki dövrdə mövcud olan və fəaliyyətini 28 dekabr 1998-ci il tarixində bərpa etmiş rus pravoslav məbədləri ölkənin Bakı-Xəzəryanı Yeparxiyasında birləşdirilib. Azərbaycan ərazisində mövcud olan məbədlər bunlardır: Bakı şəhərində "Müqəddəs Məryəm Ananın Miladı" kilsəsi, "Müqəddəs Pravoslav" kilsəsi, "Mixail Arxangel" məbədi, Gəncədə "Aleksandr Nevski" məbədi, Xaçmazda "Nikolski" məbədi. Tədqiqatçıların verdiyi məlumata görə, "Müqəddəs Pravoslav" kilsəsindən başqa ölkədə "Gürcü Pravoslav" kilsəsinin yurisdiksiyasına aid olan gürcü-ingiloyların məskunlaşdığı Qax rayonunun Qax-İngiloy kəndində "Müqəddəs Georgi" kilsəsi, həmçinin qədim imanlara etiqad edən 11 molokan icması fəaliyyət göstərir. Azərbaycanda dünya dinləri arasında katoliklik XIX əsrin ikinci yarısında, Bakıda ilk neft bumundan sonra yaranıb. XX əsrin əvvəlində şəhərin mərkəzində katolik icması yaradılıb və memarlıq baxımından maraqlı olan kilsə inşa edilib. 1990-cı illərin ortalarında ikinci neft bumunun baş verməsi, xüsusilə də 2002-ci ildə Azərbaycana Roma Papası II İohan Pavelin səfəri ilə 1999-cu ildə Bakıda qeydə alınan icma canlandı. Bu, 70 illik ateist rejimi ərzində azərbaycanlı katoliklərin ilk icması oldu. Dövlət həmin icmaya kilsə tikmək üçün icazə verib, bu məqsədlə torpaq ayırıb və nəticədə 2007-ci ildə Bakıda "Müqəddəs Məryəm" kilsəsi istifadəyə verilib.
Məlum olduğu kimi, Azərbaycan dövləti tolerantlığın inkişafı siyasətini ölkəmizin hüdudlarından kənarda da davam etdirir. Əsasən də bu işləri xarici ölkələrdə fəaliyyət göstərən diaspor və dünyaya yayılan tələbə gənclərin yaratdığı qeyri-hökumət təşkilatları vasitəsilə həyata keçirir. Ən mühüm təşkilatlardan biri kimi Rusiyada fəal işləyən AMOR, həmçinin, UNESCO, DHƏF və digər beynəlxalq humanitar təşkilatlarda da Azərbaycan öz ərazisində yaşayan digər xalqların irsinin qorunub saxlanması məsələlərinin müzakirəsində fəal iştirak edir.
Tədqiqatçılar yazır ki, mehriban qonşuluq, tolerantlıq və dini dözümlülük sahəsində beynəlxalq təcrübə mübadiləsi naminə 2010-cu ilin aprel ayında Bakıda, Ermənistan belə daxil olmaqla, dünyanın 35 ölkəsindən təxminən 150 dini liderin toplaşdığı dinlərarası sammit keçirilib. Yerli mətbuatda gedən məlumata görə, sammitdə bütün ermənilərin katolikosu II Qaregin də iştirak edirdi. Erməni tərəfi Qərbə və Rusiyaya Azərbaycandan "islam təhlükəsi"nin gəldiyini təlqin etməyə, dəfələrlə din amilindən istifadə etməyə cəhd etsə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi heç bir zaman dini çalara sahib olmayıb. Sammitin gedişatı və qəbul edilmiş qərarlar bir daha sübut etdi ki, Azərbaycanda dünyanın müxtəlif ölkələri ilə tarixən formalaşmış mədəni-mənəvi əlaqələrin yalnız qorunub saxlanmasına deyil, həm də bu əlaqələrin yeni keyfiyyət müstəvisində inkişafına nail olunub. Eyni zamanda, tolerantlıq siyasətinin həyata keçirilməsində əsas məqsəd ölkənin gənc nəsli ilə işdir. Hazırda "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" adlı Dövlət Proqramının bu məsələ ilə bağlı müxtəlif bəndləri üzrə işlər icra olunur.
Mətbuatda yazılanlara görə, Azərbaycanın tolerantlığın inkişafı sahəsində əldə etdiyi təcrübə bir sıra dünya ölkələrinin də marağına səbəb olub. Məsələn, 2007-ci ildə Küveyt və Belarus Azərbaycan nümayəndə heyətini dinlərarası dialoq mövzusunda keçirdikləri tədbirlərə dəvət ediblər. Dəvətin məqsədi dünya konfessiyalarının birlikdə dinc yaşamaq təcrübəsini bölüşmək idi.
Bildiyimiz kimi, dünyada dözümsüzlük faktlarının sayı artır, müxtəlif yerlərdə dini, irqi, sosial bərabərsizlik halları müşahidə edilir. Xarici ölkələrdə, xüsusən də Amerika və Avropa dövlətlərində insanlara qarşı xoşagəlməz hadisələr baş verir, insanlar dininə, irqinə, sosial statusuna görə təpki ilə qarşılanır, hətta güllələnir də. Bu ölkələrdən fərqli olaraq, Azərbaycanda mədəni və dini müxtəlifliyin unikal tarixi harmoniyası formalaşıb. Azərbaycanın dini və mədəni tolerantlığının dövlət siyasətinin mühüm elementinə çevrildiyi faktdır. Bu gün Azərbaycan dünyaya dini tolerantlığı, multikulturalizmin inkişaf modelini, millətlərarası münasibətlərin bariz örnəyini nümayiş etdirir və dinlərarası dialoqu aktivləşdirir.
Azərbaycanda həm mədəni, həm sosial, həm milli, həm dini baxımdan münbit tolerantlıq mühiti mövcuddur və burada heç kəs özünü yad saymır. Xalqlar qardaşlaşır, dostlaşır, azad-dinc, dözümlülük şəraitində Azərbaycan adlı böyük evdə yaşayırlar. Bu ev xoşbəxtliyin, mehribançılığın, azərbaycançılığın məkanıdır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ