Bazar günü günü, 22 noyabr 2026
     

Azərbaycançılığın tarixi kökləri...

Image


Azərbaycançılıq ideyasının nə zaman yarandığı, hansı mahiyyəti daşıdığı, həyatımızda, dövlətçiliyimizin inkişafında nə kimi rol oynadığını illərdir araşdırırıq. Sevindirici haldır ki, bu gün azərbaycançılıq ideyasının tarixi köklərini axtarıb onu sistemə salan tarixçilər, ədəbiyyatşünaslar, siyasətşünaslar az deyil. Hər birimizi, xüsusən də gənc nəsli azərbaycançılığın tarixi kökləri maraqlandırır. Məlumdur ki, elə bir xalq yoxdur ki, onun mənşəyi, kökü olmasın.
Sadəcə, xalqların bir qismi mənsub olduğu, kökündən pöhrələnib şaxələndiyi şəcərə ağacını tanıyır, bir qismi isə öz tarixi keçmişilə əlaqəni tamamilə itirib. Bu səbəbdən də soykök etibarilə hansı qədim tayfaya, dövlətə aid olduğunu bilmir. Azərbaycan xalqı öz mənbəyini neçə-neçə minilliklərin o üzündə qalan türk adlı bir soydan, tarixə çevrilən bir kökdən götürür. Ulu türk qövmünün ən qədim qolunu təşkil edən Azərbaycan-oğuz türkləri tarixdə öz layiqli yerini tuta bilib. Belə bir ifadə var ki, xalqlar mövcud olandan onların milli ideyası, ideologiyası artıq şüuraltı səviyyədə də olsa yaranır. Onlar tarixdə öz sözlərini deyə bilir. Azərbaycançılıq ideyası, ideologiyası da bir müqəddəs məfhum kimi, xalqımızın əbədi istinad və and yeri kimi çox-çox əski zamanlarda meydana çıxıb. Məlum olduğu kimi, bir neçə ildir respublika alimləri, ədəbiyyatşünas və tarixçiləri azərbaycançılıq ideologiyasının, ideyasının tarixi köklərini araşdırmağa, həqiqətləri üzə çıxarmağa başlayıb. Burada bir fikri vurğulamağımız yerinə düşərdi. Bəziləri çox yanlış olaraq deyir ki, azərbaycançılığın tarixi köklərini axtarmaq yersizdir, bu ideologiya XX yüzillikdə yaranıb və formalaşıb. Azərbaycan alimlərinin konkret tarixi mənbələr, sənədlər üzərində apardığı tədqiqat işindən əldə olunan nəticə bu iddiada bulunanların ortaya atdığı əsassız fikri alt-üst edir. Alimlərimizin gəldiyi nəticədən belə bəlli olur ki, azərbaycançılıq ilk Azərbaycan-türk icmasının, tayfasının formalaşdığı zamanlardan indiyə qədər böyük və şərəfli tarixi bir yol keçib. Artıq Azərbaycan tarixşünaslıq və ədəbiyyatşünaslıq elmində azərbaycançılıq deyilən bir elmi tədqiqat obyekti yaradılıb. Azərbaycançılıq indi bir elm kimi öyrənilir və öyrədilir.
Azərbaycançılıq ideyası, ideologiyası ilə bağlı alimlər qeyd edir ki, azərbaycançılıq ideyasının, ideologiyasının tarixi çox qədimdir. İdeologiya cəmiyyətdə milli birliyi və ümumxalq münasibətlərini qorumaq, millətin və onun dövlətinin mövqeyini izah və təsdiq etmək üçün yaradılır. O, xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindəndir. Xalqın kimliyini əks etdirən təfəkkür, adət və inanclar sistemidir. Dil, ərazi, din və ideoloji birlik xalqın, millətin və dövlətin tarixi varlığının əsas atributlarıdır. Bu baxımdan son zamanlar azərbaycançılığın tarixini XIX-XX əsrlərlə məhdudlaşdıran mülahizələrlə razılaşmaq olmaz. Hələ sovet ideologiyası olan marksizm-leninizmin süquta uğradığı XX əsrin 90-cı illərində, Azərbaycanda ideologiya boşluğu dövründə çap edilən "Azərbaycan ideologiyası" monoqrafiyasında belə nəticəyə gəlinir ki, ideologiyamızın təşəkkülü ən qədim çağlardan - mifik təfəkkürdən başlanır. Ən əski zamanlarda təbiəti dərk etməyə cəhd, cəmiyyət amili ilə hesablaşmaq zərurəti ideologiyanı yaradıb. Ona görə də ideologiyaya xas başlıca xüsusiyyət tarixilikdir. Hər bir ideologiyanın əsasında gerçəkliyə real münasibət amili dayanır. Bu münasibət tarixin təcrübəsinə əsaslanmalı, tarixi xarakter daşımalıdır. Onun dəyişməsi tarixin cəmiyyət qarşısında irəli sürdüyü tələblərə müvafiq olmalı və əslində həmin tələblər ideologiyanın ideya mənbəyi, hərəkətverici amilləridir. Beləliklə, ideologiya tarixin gedişi ilə meydana çıxaraq, həmin gedişi təsdiq edən və bu gedişin sonrakı istiqamətlərini müəyyənləşdirən, həmin prosesdə xalqın və millətin rolunu təyin edən, dövlətin tipini və tarixi simasını formalaşdıran ən parlaq və obyektiv ideyaların və sistemin məntiqi yekunudur. Azərbaycançılıq xalq tarixinin obyektiv izahına xidmət edir. Tarixin hərəkəti ilə təsdiq olunmayan ideologiya demokratik cəmiyyət strukturu, xalqı irəli aparan dövlətçilik üçün nəzəri zəmin ola bilməz.
Alimlər yazır ki, qədim xalqların, o cümlədən Azərbaycan türklərinin ideologiyası əvvəlcə mif, sonra isə din, daha doğrusu, əski inamlar olub. Onun fikrincə, mif sinifli mərhələyə qədərki çağların ideologiyasıdır. Sərhədsiz düşüncə tərzinin ifadəsi olan mif xalqın özü haqqında söylədiyi ən bakir, ən kamil həqiqətdir. Onda sonralar Azərbaycan xalqının təşəkkülündə rol oynayan tayfaların dünyaduyumu, əxlaq tərzi və gələcəyə münasibəti ifadə olunub. Hansı xalqın mifik təfəkkürü güclüdürsə, onun sonrakı taleyi aydın, tarixdəki mövqeyi möhkəmdir.
Alimlərin bildirdiyinə görə, azərbaycançılığın əsasında mükəmməl ailə kultu dayanır. Onun dediyinə görə, xüsusilə Şərqdə, türk-müsəlman arealında tarixin təcrübəsi göstərir ki, ailəsi möhkəm olmayan xalqın dövləti də möhkəm ola bilməz: "Çünki ordu müxtəlif ailələrdən çıxan fərdlərdən ibarətdir. Əsgərin tərbiyəsi, vətən eşqi ailədən, anaya məhəbbətdən başlanır. Azərbaycançılıqda ailə kultunun davamı olan şəxsiyyət kultu əsas yer tutur. Çünki Ziya Göyalp yazırdı: "Mədəni əxlaq fərdlərdə şəxsiyyətin yüksək olmasına söykənir. Əski türklərin dinində şəxsiyyəti göstərən simvollar var". Burdan da göründüyü kimi, azərbaycançılıqda zora yer yoxdur, bu xalqa zorla özünə hörmət etdirmək olmaz. Buna görə də azərbaycançılığın şərti xalqın ləyaqətini uca tutmaqdır. Azərbaycançılığın əsasında dayanan inanclardan biri də eramızdan əvvəl VII əsrdə yaranan zərdüştizm idi. Əməyi azadlığın mənbəyi qəbul edən zərdüştizm konsepsiyasındakı dual fəlsəfə zəminində azad iradəyə malik şəxsiyyət, ədalətli insan və dünya problemi üç prinsipə əsaslanır: "xeyir fikir, xeyir söz, xeyir iş". Biz buna sonralar "Məlik Məmməd" nağılında, dahi Nizami Gəncəvinin "Xeyir və Şər" poemasında, "Haqq mövcud" nağılında görə bildik".
Azərbaycançılığın istinad nöqtələrindən birinin də "Kitabi Dədə Qorqud" eposu olduğunu deyən Nizaməddin Şəmsizadə hesab edir ki, azərbaycançılığın, Azərbaycan dövlətçilik təfəkkürünün ən möhtəşəm qaynağı "Kitabi Dədə Qorqud" eposudur. "Azərbaycan təfəkkürünün (müştərək türk düşüncəsinin) ən böyük abidəsi olan "Kitabi Dədə Qorqud"un əsas ideyası türk tayfalarını - 24 oğuz tayfasını vahid xalq və dövlət halında birləşdirməkdən ibarətdir. Burada tayfa bizim indi anladığımız məhdud mənada deyil, müəyyən ərazi, maddi, mənəvi-əxlaqi birlik əlamətlərinə malik el mənasında işlənir. Əsasən VI-VIII əsrlərdə cərəyan edən hadisələri əhatə edən epos I minilliyin inanc, düşüncə və dövlətçilik təsəvvürlərini əks etdirən ideoloji sistemlər toplusudur. Tayfa və birliklərin erkən dünyaduyumu və düşüncə tərzini əks etdirən mifdə hələ dövlətçilik təsəvvürləri yox idi. Dövlətçilik haqqında ilkin təsəvvürə "Kitabi Dədə Qorqud"da rast gəlirik. Bunun atributları aşağıdakılardır: vətənçilik; Bayandır xanın başçılıq etdiyi siyasi-hərbi ierarxiya; ailə kultu ("Ana haqqı - Tanrı haqqı"- K.D.Q); ordu və özəl ənənələrə malik el kultu ("Qonşu haqqı Tanrı haqqıdır"). "Kitabi Dədə Qorqud" oğuz türkləri haqqında Azərbaycan ensiklopediyasıdır. Dədə Qorqud üzünü elə tutub "Dövlətimiz əbədi olsun!" - deyir. İslama qədərki dövrün ən böyük tarixi-ideoloji yekunu Azərbaycan xalqının yaranması idi. Bu həm də Azərbaycan dilinin və ideologiyasının təşəkkül dövrü idi. "Hər bir xalqın köklərinin ən qədim dövrlərə gedib çıxmasına baxmayaraq, tarixçilər bütün bu epoxaları xalqın yaranmasını müəyyənləşdirən vaxtdan başlamağı üstün tuturlar" - deyə Lev Qumilyov yazır. Hələlik Azərbaycan tarixçiliyinin mötəbər sözü olan mərhum akademikimiz Ziya Bünyadov və türkoloq, şərqşünas Yusif Yusifovun birgə ərsəyə gətirdiyi, 1994-cü ildə çap olunan "Azərbaycan tarixi" kitabıdır. Bu kitabda Azərbaycan xalqının tarixi kökləri haqda belə yazılır: "Azərbaycan xalqı Azərbaycan ərazisində təşəkkül tapıb. Xalqımızın yarandığı ərazi şimalda Dərbənddən tutmuş, cənubda Zəncan-Qəzvin bölgəsinədək (daxil olmaqla), şərqdə Xəzər dənizindən qərbdə İrəvan, Tiflis və Urmiya gölünün qərb sahillərini əhatə edir. Tarixi baxımdan "Azərbaycan dilinin və xalqının təşəkkülü III-VII əsrlərdə baş verib, VII-VIII əsrlərdə başa çatıb. Bu zaman Azərbaycanda gedən dini mübarizə artıq sona yetmişdi". Kitabda əks olunanlara istinad etsək, XIII-XIV əsrləri Azərbaycan ideologiyasının təşəkkülündə milli təmayülə keçid mərhələsi adlandırmaq olar. Alimlər deyir ki, islamiyyətin qəbulundan sonra ölkəmizin ərazisində dövlətçiliyin təkamülü baxımından ənənə və mərhələ yaradan dövlətlər- Şirvanşahlar, Atabəylər (Eldəgizlər), Hülakilər (Elxanilər), Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilər idi: "Şirvanşahlar, Atabəylər və Səfəvilər Azərbaycan dövlətçiliyinin zirvələri idi. Səfəvilər axırıncı böyük, mərkəzləşmiş Azərbaycan dövləti idi. Ondan sonra Azərbaycan dövlətçiliyinin tənəzzülü başlanır, bu proses Azərbaycan Demokratik Respublikası yaranana qədər davam edir".
N.Şəmsizadənin sözlərinə görə, təsadüfi deyil ki, ilk böyük ortaq türk abidələrindən olan Mahmud Kaşqarinin 1074-də yazdığı "Divani-lüğəti-türk" əsəri islamın baş qərargahında-Bağdadda ərəblərə türk dilini öyrətmək məqsədilə yazılıb: "Ta qədim dövrlərdən türklərdə iki cəhət güclü olub: dövlətçilik (fatehlik) və mədəniyyət. Bütün böyük türk yürüşləri islam bayrağı altında keçib, onlar dünyada islamın nüfuzunu qaldıran ən böyük millətdir. Türkün fatehliyi işğal deyil, öz sərhədsiz ərazilərini, dövlətçiliyi qorumaq məqsədi daşıyıb. Ərazi bütövlüyü və xalqın bütövlüyünü qorumaq - azərbaycançılığın tarixi qayəsi məhz budur. Vətəni zaman-zaman işğal olunan xalq üçün vətənçilikdən böyük ideal ola bilməz. Azərbaycançılıq türkəsilli Azərbaycan xalqının milli ideologiyası, türkçülüyün milli ideya və siyasi məslək kimi vətən əxlaqı müstəvisində dərkidir. Milyon il əvvəl ölkəmizin ərazisində hansı tayfanın, hansı qövmün, hansı xalqın yaşaması Adəmin və Həvvanın hansı millətdən olması kimi əbədi bir mübahisədir. Amma mübahisəsizi budur ki, o zaman da, indi də yaşadığımız vətən Azərbaycan olub. Bu mənada azərbaycançılıq türkçülükdən, şamançılıqdan da, şumerçilikdən də qədim və əzəli fikir formasıdır. Bir ideologiya forması, milli və dövlətçilik təlimi kimi azərbaycançılıq mədəniyyətlə sıx bağlıdır. Tarixi baxımdan ideologiya ilə mədəniyyətin vəzifələri eyni məqsəddə birləşir - gələcəyi formalaşdırmaq! Təhsil ideologiyanın təbliğ funksiyasını, mədəniyyəti təlqin vəzifəsini öz üzərinə götürür. İdeologiyada mədəniyyətin əsas vəzifəsi xalqda vətən əxlaqı tərbiyə etməkdir. Mədəniyyət dövlətin əlində kütləyə obrazlı ideoloji təsir vasitəsidir. Kütlə psixologiyası mədəniyyəti asanlıqla qəbul edir, burada obrazlı inandırma həlledici rol oynayır. Mədəniyyətin sərhədsiz imkanları milli siyasətin dünyaya inteqrasiyasına perspektivlər yaradır.
Professor Nizami Şəmsizadə haqlı olaraq yazır ki, azərbaycançılığın şah damarı Azərbaycan dilidir. Dilimiz azərbaycançılığın əsas hərəkətverici qüvvəsi, azərbaycançılıq isə xalqımızın qədim ideologiyasıdır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ