Bazar günü günü, 22 noyabr 2026
     

Azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri - Qərbi Azərbaycan mədəniyyəti...

Image


Bütöv Azərbaycanın bir qanadı da Qərbi Azərbaycandır. Tarixi mədəniyyətimizin yarandığı, xanlıqlarımızın pərvəriş tapdığı, mövcud olduğu məkandır. Meydan tamaşalarında xalqın tarixinə, bayram və mərasimlərə həsr edilən tamaşalar oynanılıb. Azərbaycanda peşəkar teatrın yaranması isə xalqımızın tarixinə, mənəviyyatına, mədəniyyətinə mükəmməl baxış sistemi formalaşdırdı.
Azərbaycan milli teatrı yalnız insanların estetik-bədii zövqünü formalaşdırmadı, eyni zamanda, xalqı maarifləndirmək, milli məfkurəni yaymaq vəzifəsini çiyinlərinə götürdü. Teatr tariximiz sübut edir ki, Azərbaycan teatrları həm də azərbaycançılıq ideologiyasının təmərküzləşdiyi, yayıldığı bir məkan olub. Milli teatrımızın əsasını qoyan şəxsiyyətlər özləri xalqın işıqlı ziyalıları olmaqla yanaşı, həm də böyük azərbaycançılar idi. O şəxsiyyətlər həyatı və fəaliyyəti boyu azərbaycançılıq ideologiyasına xidmət edib. Mirzə Fətəli Axundov da, Həsən bəy Zərdabi də, Nəcəf bəy Vəzirov da öz əsərləri və əməllərilə azərbaycançılar, milli ideologiya təəssübkeşləri idilər.
1873-cü il martın 10-da (köhnə stillə 22-də) Həsən bəy Zərdabinin və Nəcəf bəy Vəzirovun təşəbbüsü və iştirakı ilə Bakıda ilk tamaşa - Mirzə Fətəli Axundovun "Lənkəran xanın vəziri" komediyası realnı məktəbin şagirdləri tərəfindən göstərilib. Azərbaycan mədəniyyəti tarixində əbədi yadda qalan bir hadisəyə çevrilən ilk tamaşa milli ideologiyamızın dəyərli komponentlərindən biridir. Teatrlarda çalışan şəxsiyyətlər bir azərbaycançı kimi də özlərini göstərirdilər.
Azərbaycanda teatr ənənələrinin tarixinin keçmişdən başlandığını qeyd etdik. Bizim milli teatrlarımız yalnız Bakıda fəaliyyət göstərmirdi, Gürcüstanın Tiflis, Azərbaycanın İrəvan kimi qədim şəhərlərində də klassik ənənələrə, milli ideologiyaya söykənən teatrlarımız olub. Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrı azərbaycançılıq ideologiyasının formalaşmasında müstəsna xidmətləri olan bir ocaqdır. İrəvanın qədim, milli bir Azərbaycan şəhəri olduğunu həm bu şəhərin tarixini öyrənənlər, həm buradakı tikililərin əskiliyi və ululuğu sübut edir. Bu gün təəssüflər olsun ki, İrəvan şəhəri Qərbi Azərbaycanın digər şəhər və qəsəbələri, yaşayış məskənləri kimi erməni tapdağındadır. Amma buna baxmayaraq, o öz simasını erməni nəfəsindən mümkün qədər qoruya bilir. Qərbi Azərbaycanın soydaşlarımızın tarixi yaşayış məskəni, dədə-baba yurdu olması gün kimi ermənilərə bəlli olsa da, bu toplumun xislətində olan xəbislik, tamahkarlıq, özgə malına və torpağına hərislik Qərbi Azərbaycanın əzəli sakinləri olan azərbaycanlıları bu yerlərdən didərgin salıb. Onlar XX əsrdə bir neçə dəfə deportasiyaya məruz qalıb. Ermənilər öz havadarlarının gücündən və özlərinin məkrindən istifadə edərək soydaşlarımızı didərgin saldılar. Azərbaycanlılar tarixi vətənlərində özlərindən sonra həm böyük bir iz qoyub, həm də böyük bir tarix yaradıb. Qərbi Azərbaycanda azərbaycançılığın izlərini özündə saxlayan minlərlə abidə, toponim, qədim tikili, məkan və s. adları yaşayır. Ermənilər o adları saxtalaşdırsalar da, istədiklərinə tam şəkildə nail ola bilmir. Çünki o abidələr, bizə aid olan nə varsa, hamısının canında bir Azərbaycan nəfəsi yaşayır. O şeylərin ki, şəklini dəyişdirə bildilər, ruhunu, daxilini dəyişdirə bilmədilər.
Azərbaycanlılar bir neçə dəfə öz yurdlarından qaçaq düşdülər, amma orada öz yadigar izlərini əmanət qoydular. Qərbi Azərbaycanda xalqımızın mənəviyyatı, mədəniyyətilə bağlı çox şeylər var. Şəhərlər, mahallar, kəndlər azərbaycançılığın ünvanları kimi tarixdə yerini tutub. Burada xalçaçılıq, aşıq sənəti, xalq sənətinin müxtəlif növləri yüksək səviyyədə inkişaf edib. Milli xalq sənətimizin, teatrımızın, mətbuatımızın, ədəbiyyatımızın yükünü məsuliyyətlə alıb aparan azərbaycançıların sırasında qərbi azərbaycanlılar az deyil.
Qərbi Azərbaycanın baş kəndi hesab edilən İrəvan şəhəri bir Azərbaycan mərkəzi kimi mövcud olub. Tədqiqatçıların verdiyi bilgiyə görə, azərbaycanlıların sıx yaşadığı bu şəhərin sakinlərinin əsas tərkibi azərbaycanlılardan ibarət olub. Burada Azərbaycan mədəniyyəti çoxşaxəli formada inkişaf edib. Teatr, ədəbiyyat, mətbuat irəvanlıların həyatının bir parçasına çevrilib. Qərbi Azərbaycan ərazisi böyük olduğu üçün bu ərazilər haqda ayrı-ayrılıqda yazacağıq. Bu dəfə İrəvan Azərbaycan Teatrından və onun azərbaycançılıq ideologiyasının formalaşmasında oynadığı misilsiz roldan danışacağıq.
Məşhur teatr bilicisi, əməkdar incəsənət xadimi, professor İlham Rəhimlinin və sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi İsrafil Məmmədovun ayrı-ayrılıqda apardıqları elmi araşdırmalardan məlum olur ki, İrəvan şəhərində Məşədi İsmayıl və Nəzminin (Vasaq Mədətov) Azərbaycan dilində qələmə aldığı "Tamahkarlıq düşmən qazanar" adlı vodevili əsasında hazırlanan tamaşa ilk dəfə 1882-ci il fevral ayının 27-də oynanılıb. Kasıb tələbələrə kömək məqsədilə ikinci dəfə oynanılan elə həmin tamaşanın tarixi 1882-ci il aprel ayının 2-nə təsadüf edir. İrəvan Dram Teatrının bir azərbaycançılıq məktəbi olduğunu deyən teatr tənqidçiləri hesab edir ki, teatr yarandığı gündən bu sahədə böyük işlər görüb. İrəvan Teatrı hazırda Bakıda fəaliyyətini davam etdirir. 1988-ci il deportasiyasından sonra teatr Bakıya pənah gətirib. Teatr keçmişdən miras qalan azərbaycançılıq ideologiyasına bu gün də xidmət edir.
Məlum olduğu kimi, bu teatrın əzmkar və keçməkeşli tarixi, onun böyük yaradıcılıq qüdrəti ilə zəngin repertuarı diqqəti cəlb edir.
Tarixçilər bildirir ki, türk tayfalarının ilkin yaşayış məkanı olan İrəvan şəhəri altı yüz il bundan əvvəl Çuxursədd bəylərbəyliyində Əmir Səəd, Qara Yusif, Pirbudaq, Pirhüseyn, Yaqub bəy kimi azərbaycanlı türk oğulları tərəfindən hasara alınıb və qalaya çevrilib. Qalada imarətlər tikilib, abidələr ucaldılıb. Qala içinin ekzotik gözəlliyi üçün yaraşıqlı küçələr, bağ-bağatlar salınıb. Bir qədər sonra Səfəvilər dövlətinin hökmdarı Şah İsmayıl Xətai (1501-1525) Rəvanqulu xana qalanı yenidən qurmağı tapşırıb və Rəvanqulu xan qalanı yenidən qurub. Onu da qeyd etmək lazımdır ki, dəfələrlə yadelli işğalçıların basqınına məruz qalmasına baxmayaraq, qalanın igid sakinləri hər zaman düşmənlərlə qəhrəmancasına vuruşub, heç vaxt düşmənə boyun əyməyib.
1679-cu il iyul ayının 4-də İrəvan qalası təbii fəlakətə məruz qalır. Zəlzələ nəticəsində yerlə-yeksan olur. Əzmkeş irəvanlılar qalanı bərpa edir. Bu möhtəşəm qalaya 1679-1688-ci illərdə Zal xan, 1762-1773-cü illərdə Hüseynəli xan, 1796-1801-ci illərdə onun oğlu Məhəmməd xan və ən sonda, 1807-1827-ci illərdə Hüseynqulu xan və qardaşı Həsən xan başçılıq edib. Bütün dövrlərdə İrəvan xanlığı Azərbaycanın digər xanlıqlarından fərqli olaraq müdafiə olunub, öz alınmazlığı ilə şöhrət tapıb. Qürurla demək olar ki, İrəvan Teatrının fəaliyyətə başladığı və pərvəriş tapdığı qəhrəman İrəvan qalası, ümumən İrəvan xanlığı ilə bərabər dəfələrlə türk, fars, rus dövlətlərinin təəbəliyində olmasına baxmayaraq, tarixdə öz qəhrəmanlıq salnaməsini yaradıb və bu mənada digər xanlıqlarımıza da nümunə ola bilib. Fikrimcə, İrəvan Teatrının tarixinin araşdırılmasına ciddi ehtiyac olduğu kimi, İrəvan qalasının tarixinin dərindən öyrənilməsinə və təqdir edilməsinə də böyük ehtiyac var.
Bugünkü ictimai-siyasi durumun diqtə etdiyi mənzərə İrəvan xanlığı haqqında bədii əsərlərin yazılması, tamaşaların hazırlanması və kinofilmlərin çəkilməsi istiqamətində gecikmədən iş aparılmasını tələb edir. Bu məsələyə ali vətəndaşlıq mövqeyindən yanaşılmalıdır. Belə olan surətdə biz erməni şovinistlərinin bu gün bizə qarşı apardığı haqsız savaşa tutarlı zərbə endirmiş, dünya birliyi üçün, İrəvanı özününküləşdirmiş ermənilərin puç tarixinə də, bununla yanaşı, İrəvan qalasının tarixi həqiqətlərinin aydın mənzərəsinə də, bu həqiqətlər içində özünə mötəbər yer tutan İrəvan Teatrının məzmunlu tarixinə də aydınlıq gətirmiş olarıq.
Tədqiqatçılar qeyd edir ki, İrəvan Teatrı böyük bir mədəniyyətin, xanlıq tarixinin, bu möhtəşəmliyin yaratdığı bir azərbaycançılıq məfhumudur. Onlar hesab edir ki, teatrın mövcudluğu azərbaycançılığa xidmətdir. Bu teatrın tarixi XIX əsrin II yarısına aid sənədlər əsasında müəyyən olunub. Buna baxmayaraq, əslində bir çox əsaslı faktlarla sübut olunur ki, teatr bu gün bizə bəlli olan tarixdən daha qədim tarixi keçmişə malik olan bir sənət ocağıdır. Müxtəlif mənbələr bizə belə təqdim edir ki, bu teatrın peşəkar fəaliyyətinə qədər uzaq keçmişdə, İrəvan şəhərində qeyri-peşəkar aktyorların Novruz bayramı ərəfəsində, dini mərasimlərdə meydanlarda və ayrı-ayrı məhəllələrdə peşəkar teatrın başlanğıcına zəmin yaradan, xalq teatr nümunələri olan "Kosa-Kosa", "Cütcü oyunu", "Yel baba", "Qodu-qodu", "Güdül" və "Kəvsəs" oyunları oynanılırdı. Belə ki, İrəvan Teatrının tarixi göstərir ki, bu teatrın qeyri-peşəkar fəaliyyətinin səsi eramızın birinci minilliyinin əvvəllərindən gəlir. Çünki hörmətli alim İsrafil Məmmədovun gərgin və geniş araşdırmaları ilə İrəvan Teatrının tarixinə dair aşkarladığı çox vacib və maraqlı faktlar bu teatrın peşəkar fəaliyyətinin 1600-cü illərə təsadüf etdiyini sübut edə bilən səlis həqiqətləri üzə çıxarıb.
Qeyd edək ki, alimlər bu mənbəyə (Puteşestviye Şardena po Zakavkaziyu v 1672-1673 qq. Tiflis, 1902. s. 242) istinadən yazırlar ki, İrəvan qalasında, İrəvan sərdarının sarayında ulularımızın yüksək bədii-estetik zövq və tükənməz həvəslə tamaşaya qoyduqları səhnə əsərləri hələ üç-dörd yüz il bundan əvvəl də Avropa səyyahlarını valeh edib, heyran qoymaqda idi: "Fransadan gələn məşhur səyyah Şarden (1643-1713) də sərdarın bu sarayında olub, burada ulularımızın göstərdiyi tamaşalara məftunluqla baxıb və onların səhnələşdirdiyi hərəkətləri, ifaçılıq məharətini Avropadakı operaya bənzədib".
Teatrın direktoru İftixar Piriyevin bildirdiyinə görə, bu teatrın repertuarında Azərbaycan tarixinə, azərbaycançılığa aid əsərlər elə yarandığı illərdən mühüm yer tutub: "Azərbaycançılıq bu teatrın həmişə əsas dəst-xəttini təşkil edib. Burada elə böyük azərbaycançı şəxsiyyətlərin əsərləri səhnəyə qoyulub ki, XIX əsrin II yarısında Qafqazda baş qaldıran ədəbi-mədəni mühitin inkişafı, maarifçiliyin tərəqqisi sayəsində teatr özündə yeni güc toplayaraq digər Qafqaz teatrları ilə yanaşı, intibah mərhələsinə qədəm qoyur. Qori Müəllimlər Seminariyasını bitirərək İrəvana gələn və İrəvan Gimnaziyasında müəllimlik fəaliyyətinə başlayan Firudin bəy Köçərlinin 1886-cı il fevral ayının 4-də Mirzə Fətəli Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" əsəri əsasında hazırladığı tamaşa bu inkişaf mərhələsinin əsasını təşkil edir. İrəvan mühitində bizim teatr çox böyük rola malik olub. Əhali arasında böyük milli maarifləndirmə işi aparıb teatrımız. Burada Yunis Nuri, Kərim Əhmədov, Qənnadı Cabbar, Mirzəli, Cəfər Əhmədov, Hüseyn Salmanov, Rza Şeyxzadə, Mustafa və Məcid Rəcəbovlar, Mehdi Kazımov, Asəf bəy Şəfiyev, Məmmədağa Şahtaxtlı (Şahtaxtinski), Məşədi Hüseynqulu, Ayaqçı Sadıq kimi sənətkarlar nəsli yetişib. Həmin sənətkarlar İrəvan Teatrının inkişafına fədakarcasına xidmət göstərib. İrəvan Teatrı Azərbaycanı və azərbaycançılığı hər zaman təbliğ edir".
Bu gün Qərbi Azərbaycan mədəniyyətinin azərbaycançılığa bəxş etdiyi dəyərlərdən biri olan İrəvan Teatrı yaşayır və o yerlərə qayıdacağı günü gözləyir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ