Bazar günü günü, 22 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Müstəqillik dövründə azərbaycançılıq ideyasının inkişafı...
Tarix: 22.01.2016 / 01:31
Bölmə: Layihə
XX əsrdə Azərbaycan Respublikası ikinci dəfə müstəqillik əldə etdi. Məlum olduğu kimi, 1991-ci il oktyabrın 18-də müstəqil dövlət olaraq elan edilən Azərbaycan Respublikası tarixi inkişaf yolunun yeni mərhələsinə qədəm qoydu. 25-ci ildönümünü yaşayan Azərbaycan Respublikası dünyada suveren dövlət olaraq tanınır və qəbul edilir. Dünyanın ən qabaqcıl, inkişaf yolunda olan dövlətləri ölkəmizlə əməkdaşlıq edir, ən böyük, strateji layihələrin həyata keçirilməsində Azərbaycanı özlərinə tərəfdaş seçir.
1991-ci ildən üzü bəri Azərbaycan həddindən artıq inkişaf edib, bir sıra nailiyyətlərə imza atmaq baxımından 50-60 illik müstəqillik tarixi olan bəzi dövlətləri də arxada qoyub. Müstəqil Azərbaycan dövləti sürətlə irəliləyir. Deyərdik ki, bu illərdə Azərbaycan Respublikasının dünya azərbaycanlılarına təqdim etdiyi ən böyük iş azərbaycançılıq ideologiyasını daha dolğun, əhatəli, məzmunlu, müasir səviyyədə yenidən işləyərək gündəmə gətirməsi oldu. Azərbaycançılıq ideologiyası inkişaf yolunda olan Azərbaycan Respublikasının ana xəttinə çevrildi.
Tarixçilər bildirir ki, müstəqillik dövrü azərbaycançılıq ideologiyasını daha da zənginləşdirərək onu mükəmməl bir mənəvi sənəd kimi meydana çıxardı. Azərbaycançılığın müstəqillik dövründə daha çox inkişaf etdiyini deyən tarixçilər hesab edir ki, tarixi əski dövrlərə dayanan azərbaycançılıq ideologiyası yenidən hazırlanarkən öz əzəli məramından, kökündən və təməl prinsiplərindən qoparılmayıb. Əksinə, öz təməlinə uyğun formada inkişaf yoluna çıxarılıb.
Tarixçilər qeyd edir ki, müstəqil Azərbaycan dövlətinin qurulması azərbaycançılığı daha çox zənginləşdirdi və onun öz adı ilə təqdim edilməsinə böyük zəmin yaradıb. Azərbaycançılıq bir ideologiya kimi çox uzaq zamanlarda formalaşıb. Azərbaycanda böyük ənənəsi olan bir sıra müstəqil dövlət olub. Həmin dövlətlərin də ana xəttini bu ideologiya təşkil edib. Sadəcə, adı başqa cür olub. Azərbaycan Demokratik Cumhuriyyəti (ADC) dövründə artıq azərbaycançılıq bir ideologiya kimi mövcud idi və dövlətin əsasında dururdu. Azərbaycan Demokratik Cumhuriyyətinin başçısı Məhəmməd Əmin Rəsulzadə azərbaycançılıq ideologiyasını işləyib hazırlayıb. Hətta o konsepsiyanı çap da etdirib. Amma onu tam olaraq həyata keçirmək bizə müstəqilliyin şirinliyini dadızdıran dahilərə nəsib olmayıb. Sovet dövründə də bu ideologiyanı yaşadanlar çox olub. İnsanların ürəyindəki azərbaycançılıq qığılcımı 1991-ci ildə alova çevrildi və dövlətimiz yenidən müstəqil oldu. Azərbaycanın dövlət müstəqilliyini qazandığı, müasir dünya ilə çoxşaxəli əlaqələr qurub inkişaf etdirdiyi bu dövrdə azərbaycançılığın iqtisadi, sosioloji və politoloji aspektləri diqqəti daha çox cəlb edir. Azərbaycançılığın bir ideologiya olaraq məqsədi bir sıra elmlərin nəticələrindən istifadə etməklə Azərbaycan və azərbaycanlılar haqqında elmi təsəvvür yaratmaq və onun dünyadakı universal mövqeyini müəyyənləşdirməkdir. Bu istiqamətdə ulu öndərimiz Heydər Əliyevin apardığı məqsədyönlü, uzaqgörən siyasət tariximizin silinməz şanlı səhifələrinə və dövlətçilik ideologiyasının əsas bazasına çevrilib. Müxtəlif dövrlərdə görkəmli elm və mədəniyyət xadimlərimiz azərbaycançılıq ideyasını əsərlərində özgün tərzdə ifadə ediblər. Əsrin əvvəllərindən azərbaycançılıq ətrafında gedən ideya və fikir mübarizələrinə nəzər saldıqda aydın olur ki, azərbaycançılıq ideyasının təkamül prosesi çoxşaxəli və ziddiyyətli olub. Azərbaycan milli dövlətçilik hərəkatının qabaqcıl nümayəndələrinin və Xalq Cumhuriyyətinin qurucularının konsepsiyasına görə, müstəqillik ideyası ölkədə yaşayan bütün xalqların hüquq bərabərliyinin tanınmasına əsaslanırdı. Onun fəlsəfi əsası azərbaycançılıq, islamçılıq və müasirləşmə şüarından ibarət idi. Bu şüar Azərbaycan Xalq Cumhuriyyətinin rəsmi doktrinasını təşkil edirdi. Onun varisi olan müstəqil Azərbaycan Respublikasında da azərbaycançılığa xüsusi önəm verilir. Müstəqillik azərbaycançılığa çox şey verib. Birincisi, bir dövlət olaraq müstəqilliyimizi elan etməyimiz azərbaycançılığın inkişafına böyük təkan oldu. Digər bir məsələ isə, XX əsrin sonlarına qədər bir çox milli əhəmiyyətli problemlər kimi, latın qrafikalı əlifba məsələsi də öz aktuallığını itirməyərək həllini gözləyirdi. Məsələni ümummilli liderimiz Heydər Əliyevin tarixi qətiyyəti həll etdi. Məlumdur ki, Heydər Əliyev latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi ilə bağlı 18 iyul 2001-ci il tarixli Fərman imzalamaqla iki əsrə qədər uzun bir zaman ərzində həll olunmayan bu problemin aradan qaldırılmasında, həmişə olduğu kimi, qətiyyətli mövqeyini nümayiş etdirdi. Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmanı çox dəyərli bir hadisədir. Başqa tərəfdən də, latın qrafikalı əlifbaya keçid, Heydər Əliyevin özünün dediyi kimi, "milliliyimizi, azərbaycançılığımızı göstərən çox mühüm bir amil kimi" qiymətləndirilməlidir. Dövlətimizin qurucusunun həmin ilin 9 avqustunda "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" növbəti Fərmanı ilə 1 avqust günü əlifbamızın və dilimizin bayramı kimi rəsmiləşdirildi ki, bu da azərbaycançılığın yeni bir bayramı oldu. Azərbaycanın böyük tarixi şəxsiyyətlərinin hər biri azərbaycançılığı bir ideya olaraq görürdü. Heydər Əliyevin isə onlardan böyük fərqi ondan ibarət oldu ki, o, azərbaycançılığı dövlət ideologiyasına çevirdi. O deyirdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir". Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi də çox böyük bir hadisə oldu. Bilirik ki, 1995-ci ilin 12 noyabrına qədər müstəqil Azərbaycan Respublikasının Konstitusiyası yox idi. Konstitusiyamıza görə, hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqları Azərbaycan dövləti tərəfindən qorunur. Doğrudan da bu gün Konstitusiyamızda əksini tapan bu məsələ yüksək səviyyədə özünü göstərir. Bizim ölkədə insan hüquq və azadlıqları aparıcı mövqeyə malikdir. Azərbaycanda insan haqlarının qorunması sahəsində aparılan islahatlar, görülən böyük işlər bu sahədə heç bir problemin olmadığını göstərir. Bu gün Azərbaycanda insan haqları dövlət səviyyəsində qorunur. Dövlətimiz bu sahədə bir sıra beynəlxalq konvensiyalara qoşulub. Hesab edirəm ki, götürdüyü öhdəliklərin də hamısını lazımi səviyyədə yerinə yetirir. Azərbaycançılığın təməlinə aid olan insanpərvərlik, sülhpərvərlik, insanlara hörmət etmək kimi məsələlər müstəqillik dövründə özünü daha əhatəli göstərir. Azərbaycançılıq ideologiyasına müstəqilliyimizin bəxş etdiyi diqqətçəkən məsələlərdən biri də ulu öndərimiz Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılması olub. Tarixçilərin sözlərinə görə, Azərbaycanın müstəqillik dövrü azərbaycançılığın humanist bir ideologiya, dövlətçilik konsepsiyası olduğunu meydana çıxardı. Müstəqil Azərbaycanın dövlət atributları, rəmzləri var. Bayraq, gerb, himn bizim böyük nailiyyətimizdir. Çox zaman azərbaycançılıq ideologiyası deyiləndə onları xatırlayırıq. Azərbaycan çoxmillətli, çoxdinli bir ölkədir. Dünən olduğu kimi, bu gün azərbaycançılıq ideologiyasının içində bu müxtəlifliyə böyük dəyər verilir. Azərbaycançılıq ideologiyasının verdiyi imkanlar sayəsində dinlər və millətlərarası sülhə, bərabərliyə, mükəmməl əlaqələrə nail olduq. 25 ildir Azərbaycan dövləti bu ideologiyanın zənginləşdirilməsi sahəsində işlər görür. Bundan başqa, biz tariximizin, milli yaddaşımızın öyrənilməsi baxımından çox işlərə şahidlik edirik. Tariximiz azərbaycançılıq prinsiplərinə uyğun səviyyədə öyrənilir. Tarixi-mədəni irsimizin dövlət səviyyəsində qorunması istiqamətində böyük işlər görülür. Azərbaycan dövlətinin UNESCO kimi böyük mədəniyyət təşkilatına üzv seçilməsi, qədim tikililərimizdən tutmuş, musiqi alətlərimizə qədər UNESCO-nun müvafiq siyahısına salınması böyük işdir. Bakının gözü sayılan İçəri Şəhər, onun qoynunda məskən salan Qız qalası, Qobustan tarix-mədəniyyət qoruğu, muğam və aşıq sənəti, milli bayramımız olan Novruz bayramı artıq UNESCO-nun qorunan maddi və qeyri-maddi irs siyahısına salınıb. Azərbaycan xalçalarının da həmin siyahıya salınması bizim ən böyük nailiyyətlərimizdən biri sayılır. Bütün bunlar müstəqillik dövrünün azərbaycançılığa qazandırdığı uğurlar deyilmi?! Tarixi irsimizin həm Azərbaycan dövləti, həm də UNESCO tərəfindən çox ciddi şəkildə qorunması azərbaycançılığa verilən dəyərdən qaynaqlanır.
Müasir dövrdə azərbaycançılığın inkişafı, elmə, mədəniyyətə, siyasətə, ictimai həyata sirayət etməsi müsbət haldır. Tədqiqatçılar qeyd edir ki, xaricdə yaşayan soydaşlarımızla bağlı xüsusi qanunun olması, Azərbaycan Respublikasının bütün dünya azərbaycanlılarının Vətəni elan edilməsi azərbaycançılığa hörmətdən, bağlılıqdan qaynaqlanır.
Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalan azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində Heydər Əliyevin müstəsna xidmətləri var.
O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən-müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim əzmlə səy göstərib, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul edib. Bu sənədlərin hər biri böyük əhəmiyyətə malikdir və azərbaycançılığın təməl prinsiplərini, məqsəd və qayəsini ehtiva edir. Bu sənədlərin hər biri haqqında növbəti yazılarımızda ayrıca bəhs edəcəyik.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb
22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək
22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi
22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”
22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”
22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"
22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib
22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir -
“Üçüncü eşelon” kim(lər)dir?
22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi
– “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”
21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir
– Pentaqondan açıqlama gəldi...
21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə
RƏSMİ REAKSİYA...
21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib
- FOTO
21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...
21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır
– dekabrın 1-dən hər addımları izlənəcək...
21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi
– Londondan gözlənilməz açıqlama...
21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı
21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı
- VİDEO
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....
21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...
21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ