Bazar günü günü, 22 noyabr 2026
     

20 Yanvar azərbaycançılığın simvollarından birinə çevrilib

Image


(Əvvəli ötən sayımızda)
Azərbaycan tarixinin müxtəlif mərhələlərində ağır sınaq dövrləri olub, xalqımız öz azadlığı, müstəqilliyi uğrunda şəhidlər verib. XX yüzillikdə də Azərbaycan xalqı çoxlu bəlalarla, ağrı-acı ilə qarşılaşıb, torpaqlarımız təcavüzə məruz qalıb, respublikamızın paytaxtında daşnak və rus birləşmələrinin əli ilə nahaq qan tökülüb.
XX əsrin 1990-cı ilinin ilk ayında baş verən faciə başımıza gətirilən növbəti bəla olmaqla, həm də xalqımızın ellikcə birləşib düşmənə müqavimət göstərməsinin nişanəsidir.
Bildiyimiz kimi, 20 Yanvar şəhidlərinin xatirəsi xalqımız, dövlətimiz tərəfindən yüksək ehtiramla yad edilir, hər zaman onların ruhuna dualar oxunur, ailələrinə qayğı-diqqət göstərilir.
Bakıda Şəhidlər Xiyabanında uyuyan 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə "20 Yanvar" dairəsində böyük bir abidə-kompleks qoyulub. Yasamal rayonunda yerləşən abidə-kompleksin tikintisinə 2009-cu ilin oktyabrında başlanıb. Azərbaycan paytaxtında "20 Yanvar abidə-kompleksi"nin açılışı 20 yanvar 2010-cu ildə olub. Abidənin açılışını Azərbaycan Prezidenti İlham Əliyev edib.
Bildirək ki, kompleksin ümumi sahəsi 1500 kvadratmetrdir. Xatirə kompleksinin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılıb. Abidənin ətrafındakı meydana mərmər qranit döşənib. Kompleksin qarşısında 17 metr uzunluğunda 3 pilləli pilləkan və müasir işıqlandırma sistemi quraşdırılıb. Bu möhtəşəm abidənin memarı Ədalət Məmmədov, heykəltəraşları Cavanşir Dadaşov və Azad Əliyevdir. Kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı, habelə mərhum prezident Heydər Əliyevin "1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur" sözləri qızılı hərflərlə həkk edilib. 2010-cu il yanvarın 20-də keçirilən açılış mərasimində Prezident İlham Əliyev bildirirdi: "20 Yanvar" abidəsinin yerləşdiyi ərazinin yaxınlığında bir vaxtlar 11-ci sovet ordusunun şərəfinə ucaldılmış abidə var idi. Bakıda kütləvi qırğından sonra bu abidə kompleksi götürülüb".
Onu da bildirək ki, abidə kompleksi 20 Yanvar hadisəsinin 20 illiyində açılıb. "O dəhşətli gündən 20 il keçir. İyirmi il ərzində şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində yaşayır. Məhz hər il yanvarın 20-də Şəhidlər Xiyabanına insan axını bunu aydın göstərir. İyirmi il ərzində Azərbaycan xalqı əziz şəhidlərimizin ruhu qarşısında baş əyir. Bu qanlı faciə, deyə bilərəm ki, Sovet İttifaqı zamanında dinc əhaliyə qarşı törədilən ən amansız qanlı cinayət idi. O vaxtadək sovet ordusu dinc əhaliyə qarşı heç vaxt bu qədər qəddarlıqla, vəhşiliklə cəlb edilməmişdi. Yüzlərlə insan həlak oldu, itkin düşdü, yaralandı. Bu cinayəti törədənlər Sovet İttifaqının o vaxtkı rəhbərliyi və Azərbaycanın o vaxtkı yerli rəhbərliyi idi. Ancaq dərd orasındadır ki, faciə günündən keçən 3-4 il ərzində Azərbaycanda heç kim, heç bir vəzifəli şəxs, heç bir dövlət qurumu bu faciəyə siyasi qiymət verməmişdi.
Lakin Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra onun təşəbbüsü ilə Milli Məclis siyasi qərar qəbul etdi, cinayətkarları öz adları ilə adlandırdı və ədaləti bərpa etdi. Hamımız yaxşı xatırlayırıq ki, pensiyada olan Heydər Əliyev faciə baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmişdi, öz etiraz səsini ucaltmışdı. O vaxt Sovet İttifaqının çökməsinə hələ iki il vaxt qalırdı. Biz o vaxt Sovet İttifaqının rəhbərliyinə qarşı açıq ittihamları, demək olar ki, çox nadir hallarda görürdük. Bu böyük cəsarət tələb edirdi. Heydər Əliyev, həmişə olduğu kimi, o ağır günlərdə də xalqla bərabər, birlikdə idi. 20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı öz iradəsini göstərdi. O gündən keçən müddət ərzində Azərbaycan, demək olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu. Sovet İttifaqının dağılmasından sonra biz çox ağır və çətin vəziyyətdə idik, həm iqtisadi cəhətdən, eyni zamanda, Ermənistanın Azərbaycana etdiyi təcavüz nəticəsində torpaqlarımız işğal altına düşmüşdü. Buna baxmayaraq, biz bütün çətin sınaqlardan çıxa bildik. Bu gün ölkəmiz dünyada ən sürətlə inkişaf edən ölkədir. Azərbaycan sübut etdi ki, xalqının iradəsinə əsaslanaraq müstəqil, azad ölkə kimi uğurla inkişaf edir.
20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Şəhidlərimizin əziz ruhu daim yaşayacaq, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Mən o dəhşətli gündə yaxınlarını itirmiş bütün insanlara bir daha başsağlığı verirəm. Şəhidlərimizin ruhu əbədi yaşayacaq və yaşamalıdır"-deyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirirdi.
Bu, 20 Yanvar şəhidlərinin xatirəsinə göstərilən ehtiramın ən yüksək göstəricisidir. Keçən il 20 Yanvar faciəsinin 25 illiyi dövlət səviyyəsində keçirildi, şəhidlərimizin xatirəsi yad edildi, ailələrinə dövlət qayğısı göstərildi.
Bildiymiz kimi, bu il 20 Yanvar hadisəsinin 26-cı ildönümüdür. Onu da vurğulayaq ki, hadisədən keçən illər ərzində bu faciənin qurbanlarının xatirəsi Azərbaycanın bütün bölgələrində, o cümlədən də xarici ölkələrdə qeyd edilir.
Bir məqamı da qeyd edək ki, 20 Yanvar hadisələrində Azərbaycan türkləri ilə yanaşı, respublikamızda yaşayan qeyri-millətlərin də nümayəndələri şəhid olub. Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Vidadi Rzayev "Olaylar"a yazdığı məqaləsində bildirib. 20 Yanvar hadisəsi və azərbaycançılıq, bu hadisənin dövlətçilik tariximizdə oynadığı roldan bəhs edən Mərkəz əməkdaşı maraqlı faktları önə çəkib. Mərkəz əməkdaşı yazır: "Bu il o müdhiş, qanlı yanvar gecəsinin 26-cı ildönümünü anacağıq. Günlər yaxınlaşdıqca elə bil hamıda yenidən bir gərginlik, sarsıntı, bununla yanaşı, həm də bir daxili qürur hissi canlanır. Çox qəribədir... Adətən böyük itkilər, faciələr insanlar tərəfindən hüznlə, kədərlə anılır. 20 Yanvar faciəsi isə nəticə etibarilə müstəqil Azərbaycanın yaranmasına aparan şanlı yolun bir hissəsi olduğuna görə həm də qürur günümüzdür. Bilirik ki, həmin gün televiziya və radio efirlərində yenə də Habil Əliyevin səsləndirdiyi "Zabul-segah" parçası, Kamil Cəlilovun qaboyundan çıxan "Zəminxarə" sədası, Alim Qasımovun qəlbləri riqqətə gətirən "Humayun" muğamı bizlərə bir daha xatırladacaq ki, bu gün şənlənmək, deyib-gülmək, nə də ağlamaq-sızlamaq günü deyil, baş verən hadisələri bir daha təhlil etmək, ölkəmizin müstəqilliyini daha da möhkəmləndirmək, hakimiyyət-xalq birliyinin sarsılmazlığını qorumaq barədə düşünmək günüdür.
Düz 26 il bundan əvvəl gözəl Bakımız qan çanağına döndü. Bir gecədə onilliklər boyu formalaşmış sovet ordusuna və Kommunist Partiyasına olan inam tamamilə qırıldı. Həmin gecə yalnız Bakıda 131 nəfər qoca, qadın, uşaq, alim, həkim, milis qətlə yetirildi. Bizə bir ibrət dərsi olan həmin faciəli gecənin bir xüsusiyyəti ondan ibarət idi ki, yüz illər, bəlkə də min illər boyu bu ərazidə məskunlaşmış, qardaşlaşmış müxtəlif xalqların nümayəndələri yalnız xoş gündə deyil, faciəli anlarda belə bir olmağı, dinindən, milli mənsubiyyətindən, inancından asılı olmayaraq, bu Vətən yolunda şəhid olmağa hazır olduqlarını sübut etdilər.
Budur azərbaycançılıq məfkurəsi, multikulturalizmi, budur Azərbaycan gerçəkliyi. Ümummilli liderimiz Heydər Əliyev haqlı olaraq deyirdi ki, "Azərbaycan Respublikasının ən böyük, bəlkə də ən birinci sərvəti yüz illər boyu bu ərazidə yaşayan, dostlaşan, qardaşlaşan xalqların sarsılmaz birliyidir".
V.Rzayev qeyd edir ki, baş vermiş bu böyük faciənin detallarını təhlil etdikcə bir daha aydın olur ki, 1990-cı il 20 Yanvar faciəsi uzun zaman çərçivəsində ona doğru gedən yolun dayanacaqlarından sadəcə biri idi. Bir tərəfdən qondarma Dağlıq Qarabağ probleminin "çözülməsi", digər tərəfdən isə imperiyanın əyalətlərdəki hegemonluğunu nümayiş etdirmək üçün belə bir qanlı cinayət törədildi: "M.Qorbaçov rejimi üçün Azərbaycan xalqının milli iradəsini qırmaq yolu üzərində başlıca maneə Heydər Əliyev idi. 1987-ci ilin oktyabrında SSRİ hökuməti və Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosu Heydər Əliyevin vəzifədən kənarlaşdırılmasına nail oldu. Lakin o zamankı iqtidar anlamırdı ki, Heydər Əliyevi vəzifədən çıxarmaq olar, lakin ruhunu, əzmini, doğma Azərbaycanına və xalqına bağlılığını qıra bilməz. 1988-ci ildə M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyindəki havadarlarına arxayın olan Ermənistan SSR hakimiyyət qurumları tarixi Azərbaycan torpaqlarında qərarlaşmış 185 Azərbaycan kəndindən 230 min azərbaycanlının zorla qovulmasına nail oldu. Ermənistanın əsassız ərazi iddiaları və Dağlıq Qarabağdakı separatçılıq respublikamızın ərazi bütövlüyünün müdafiəsi uğrunda kütləvi xalq hərəkatının yaranmasına gətirib çıxardı. 1990-cı ilin əvvələrində Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşdi, hökumət böhranı başladı, bir sıra rayonlarda sovet və partiya orqanları devrildi, İranla sərhəddəki istehkamlar dağıdıldı. 1990-cı il yanvarın 13-də Bakıda təxribat törədildi. Yanvarın 19-u üçün 300-ə qədər rus ordu generalının rəhbərliyi altında 60 min nəfərdən artıq qoşun hissələri Bakı və ətraf ərazilərdə yerləşdirildi. M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu və Azərbaycan SSR Konstitusiyasının 71-ci maddəsini kobud surətdə pozaraq yanvarın 20-də Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Fərmanın elan olunmasına maneə törətmək üçün Azərbaycan televiziyasının enerji bloku partladıldı. SSRİ-nin Krasnodar, Rostov və Stavropol vilayətlərindən toplanmış və əsasən də erməni əsilli könüllülərdən ibarət təşkil olunmuş başıpozuq orduya izah edilmişdi ki, sizə müqavimət göstərəcək insanlar islam radikalizmi ilə silahlanmış azərbaycanlılar olacaq. Halbuki, həmin gün silahlı ordu qarşısında dayanan xalq nümayəndələri tərkibində yüzlərlə rus, yəhudi, talış, kürd, ləzgi, tatar və digər xalqların nümayəndələri var idi. Onlar öz bədənlərini ümumi vətənimiz olan Azərbaycan uğrunda sipər edərək azadlıq yolunda şəhid olmağa hazır olduqlarını nümayiş etdirirdilər. Həmin gün və daha 2 gün sonra respublika üzrə 147 nəfər vəhşicəsinə öldürüldü, 612 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs edildi, yüzlərlə bina dağıdıldı. Şəhidlər arasında azərbaycanlılar ilə yanaşı, 11 talış, 6 rus, 3 tatar, 3 yəhudi, 2 ləzgi, 2 kürd, 2 tat, 1 avar, 1 ukraynalı var idi. Azərbaycanlı Cəbrayıl Xanməmmədova 23, rus Boris Yefimtsevə 21 güllə vurulmuşdu. Bu onu göstərirdi ki, silahlı sovet ordusu Azərbaycan xalqının iradəsindən qorxurdu. 20 Yanvar faciəsi bir daha sübut etdi ki, Azərbaycanda tarixən formalaşmış və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən deyildiyi kimi, həyat tərzinə çevrilmiş multikulturalizm bağlılığını heç bir qüvvə sarsıda bilməz.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2016-cı ilin "Azərbaycanda multikulturalizm ili" elan edilməsi, eyni zamanda 20 Yanvar faciəsində dini əqidəsindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Vətən uğrunda şəhid olan azərbaycanlıların ruhuna ən böyük hörmətdir".
Gördüyümüz kimi, 20 Yanvar faciəsindən ölkəmizdə yaşayan xalqların nümayəndələri də zərər çəkib. Bu da o anlama gəlir ki, bizim cəmiyyətdə birlik, bərabərlik, qardaşlıq, xalqların bir-birinə arxa-dayaq olması ilə bağlı nümunələr çoxdur. Azərbaycanda bütün xalqlar birləşərək imperiya tanklarına meydan oxuyub, xalqımızın azadlığı, respublikamızın suverenliyi uğrunda mübarizə aparıblar. Azərbaycançılığa bağlı olan və bu ideyaya, ideologiyaya sadiqlik göstərən çoxrəngli, çoxmillətli, çoxdinli Azərbaycan cəmiyyəti bundan sonra da əsrlər uzunu birliyini, bərabərliyini qoruyub saxlayacaq. Buna heç kəsin şübhəsi olmasın!
Allah şəhidlərimizə rəhmət eləsin!
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ