Bazar günü günü, 22 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Bədii irsə dövlət qayğısı böyük azərbaycançılıq ideyasının tərkib hissəsidir
Tarix: 16.01.2016 / 01:21
Bölmə: Layihə
Azərbaycançılıq ideyasının tərənnümçüsü olan bədii nümunələr, bədii külliyyat olduqca böyük təsirə malikdir. Son illər yazılan, nəşr edilən bədii əsərlərin böyük əksəriyyətinin mayasını azərbaycançılıq təşkil edir. Bədii irsimizin nə qədər zəngin olduğu hər kəsə məlumdur. Bədii irsə göstərilən qayğı əslində elə azərbaycançılıq kimi böyük ideyaya xidmətdir. Bilirik ki, son 20 ildə Azərbaycan dövləti bədii irsə xüsusi diqqət yetirir.
Keçən əsrlərdə yaradılan bədii irs nümunələri bu gün yüksək səviyyədə qorunur, yenidən çap olunur, tirajlanır, təbliğ edilir.
Professor Gülşən Əliyeva-Kəngərli bədii irsə dövlət qayğısı haqqında dəyərli fikirlər bildirib. Alimin araşdırdığı mövzu olduqca maraqlıdır və birbaşa azərbaycançılıqla bağlıdır. O şəxsiyyətlərin ki, fəaliyyətindən danışılır, onlar azərbaycançılıq ideyasına bağlı olan, bu ideyanı öz əsərlərində təbliğ edən mütəfəkkirlərdir.
G.Əliyeva-Kəngərli qeyd edir ki, klassik bədii irs hər bir xalqın milli sərvətidir. Bu baxımdan Azərbaycan xalqı zəngin və tükənməz imkanlara malikdir: "Bizim mənşəyi ilk insanın yarandığı dövrlərə gedib çıxan mif və əsatirlərimiz, ortaq türk epos mədəniyyətimiz, nağıllarımız, habelə anadan olmasının 1000 illiyi bu il tamam olan Q.Təbrizidən tutmuş, Xaqani, Nizami, Məhsəti, Nəsimi, Xətai, Füzuli, Vaqif, M.F.Axundov kimi dahilərimizə qədər möhtəşəm bədii-fəlsəfi irsimiz bütün dünyada məşhurdur. Bədii irsimiz təkcə yüksək estetik zövq mənbəyi, bədii gözəllik xəzinəsi deyil.
Qədim və ulu xalqımızın fəlsəfi düşüncəsi, dünyagörüşü, adət və ənənələri, mənşəyi, ideologiyası, həyat tərzi, psixologiyası, milli xarakteri kompleks şəklində ən aydın və ali səviyyədə məhz bədii ədəbiyyatımızda öz əksini tapıb. Buna görə də hələ müstəqilliyimizin ilk illərində böyük Heydər Əliyev bu misilsiz milli sərvətə xüsusi qayğı ilə yanaşdı, irsə münasibətin nəzəri-metodoloji və dövlət konsepsiyasını işləyib hazırladı. O, bədii ədəbiyyata və ana dilinə milli ideologiyanın - azərbaycançılıq məfkurəsinin ideya-fəlsəfi məxəzi kimi yanaşdı, ədəbi-nəzəri nailiyyətləri dövlət mənafelərinə tabe tutmağa nail oldu. İkinci mühüm cəhət bundan ibarətdir ki, Heydər Əliyev klassik irsə türk xalqlarını birləşdirən bir amil kimi dəyər verdi. Xüsusilə "Kitabi Dədə-Qorqud"un 1300, dahi M.Füzulinin 500 illik yubileylərinin ümumdünya və ümumtürk hadisəsi kimi keçirilməsi bu istiqamətdə mühüm əhəmiyyətə malik idi. Heydər Əliyevin mədəni siyasətində ədəbiyyata bütöv bədii sistem kimi nəzər salınır, həmişə klassiklərlə müasirlər arasında tarixi-mənəvi əlaqələrin, varislik münasibətlərinin qorunmasına diqqət yetirilirdi. Elə buna görə də o, klassik bədii irsimizin dünya şöhrəti qazanması naminə bu irsi yaradanların yubileylərinin təntənəli tarixi hadisə kimi qeyd olunmasına həssaslıqla yanaşır, böyük önəm verirdi. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 70-80-ci illərdə dahi Nizaminin 840, Nəsiminin 600, M.F.Axundovun 170, böyük romantik və filosof şair H.Cavidin 100 illik yubileyləri keçirilib. H.Əliyevin nəzəri-metodoloji əsaslarını formalaşdırdığı bədii irs təlimi Azərbaycan dövlətinin bugünkü siyasətində möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bunu ölkəmizdə aparılan mədəni-maarifçilik siyasəti, xüsusilə vaxtlı-vaxtında verilmiş tarixi sərəncamlar əyani tərzdə sübut etməkdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son beş ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870, Mirzə Fətəli Axundovun 200, M.Ə.Sabirin 150, Cəlil Məmmədquluzadənin 140, Xurşudbanu Natəvanın 180, Əhməd Cavadın 120, M.S.Ordubadinin 140, M.Müşfiqin 100, Almas İldırımın 100, Mirzə İbrahimovun 100, Nəsrullah İmanquliyevin 100, Mehdi Hüseynin 100, Ü.Hacıbəyovun 125, R.Rzanın 100, Abbas Zamanovun 100, UNESCO xətti ilə Mir Cəlalın 100, "Leyli və Məcnun" operasının 100 illik yubileylərinin keçirilməsi haqqında dəyərli tarixi sərəncamlar imzalayıb və təntənəli şəkildə həyata keçirilməsinə nail olub. Prezident sərəncamları əsasında keçirilən təntənəli yubileylər Azərbaycanda mənəvi həyatın zənginləşməsinə, klassik və çağdaş bədii irsin gənclər arasında təbliğinin mənimsənilməsinə, tənqid və ədəbiyyatşünaslıq elmimizin vüsətli inkişafına səbəb olub. Təqdirəlayiq cəhətlərdən biri də budur ki, tədbirlər formal xarakter daşımır, sərəncamlarda irəli sürülən konsepsiyaya uyğun olaraq ədəbi hadisə kimi qeyd olunur. Nizami haqqında sərəncam nizamişünaslığın, M.F.Axundov haqqında sərəncam axundovşünaslığın bir elm kimi inkişafına təkan verir, faktiki olaraq onun yeni mərhələsinin yaranmasına səbəb olur. Bu hər şeydən öncə dövlət sənədində sənətkar şəxsiyyətinə, onun yaradıcılığına verilən nəzəri-metodoloji dəyərləndirmə ilə bağlıdır. Bu sərəncamlarda cəmiyyətin və xalqın tarixi durumu, mənəvi ehtiyacları diqqət və həssaslıqla nəzərə alınır. Bu sərəncamlarda istiqlal dövründə ilk dəfə adı çəkilən sənətkarların irsinə, ədəbi-tarixi mövqeyinə obyektiv tarixi dəyər verilib".
Alim qeyd edir ki, Azərbaycan ədəbiyyatında yeni - modern mərhələnin yaranması dahi mütəfəkkir-filosof, milli dramaturgiyanın, professional ədəbi tənqidin banisi M.F.Axundovun adı ilə bağlıdır. Maarifçi ədibin anadan olmasının 200 illiyinin təntənəli surətdə keçirilməsi barədə sərəncamda (13 aprel 2010) ədib "bütün həyatı boyu doğma vətəninin və xalqının tərəqqisi yolunda yorulmadan çalışaraq, yeni dövrün irəli sürdüyü mühüm elmi, mədəni və ictimai-siyasi məsələlərə daim fəal münasibət ifadə edən və zamanın qabaqcıl ideyalarından bəhrələnməyə çağıran yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin tarixində parlaq səhifə açan" tarixi şəxsiyyət kimi yüksək qiymətləndirilir: "Həqiqətən də M.F.Axundov Azərbaycan maarifçilik hərəkatının banisi, maarifçi realizmin bədii nümunələrini və estetikasını yaratmış mütəfəkkir filosof idi. M.F.Axundovun maarifçi realizm məktəbi XX əsrin əvvəllərinə qədər davam edib. Azərbaycan ədəbiyyatı tarixinin mühüm bir mərhələsi M.F.Axundovun adı ilə bağlanır, çünki o özü bütöv bir epoxa idi. M.F.Axundov teatrı bu gün də öz müasirliyini qoruyub saxlayır. Xalqa və tarixə xidmət edir. M.F.Axundova verilən qiymət obyektiv tarixi həqiqəti əks etdirir. O böyük reformator idi. O bizim bədii-estetik düşüncəmizi Avropaya yönəltdi. Bəlkə belə demək daha doğru olar: Mirzə Fətəli Avropanı Azərbaycana gətirdi. Bölünmüş vətənin faciəsinə dünyaya - Avropaya çıxış adı ilə bəraət qazandırdı. Bu gün 35 milyonluq iranlı-azərbaycanlının ana dilində məktəbi yoxdur. "Kəmalüddövlə məktubları" traktatında bu faciənin fəlsəfi-tarixi mənasını ilk dəfə açan məhz M.F.Axundov oldu.
İstiqlal şairləri, Azərbaycan Dövlət himninin müəllifi Əhməd Cavadın 120, Almas İldırımın 100 illik yubileylərinin keçirilməsi barədə sərəncamlar onlara verilən siyasi-fəlsəfi qiymətin bariz ifadəsidir. Sərəncamda deyilir: "Xalqımızın müstəqillik ideallarına bütün həyatı boyu sadiq qalan Əhməd Cavad Azərbaycan poeziyasında yeni bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Şairin zəngin yaradıcılığı milli azadlıq və istiqlal uğrunda mübarizə motivlərinin aparıcı mövqeyi ilə səciyyələnərək dövrün ictimai-siyasi mənzərəsini dolğun əks etdirir". Etiraf edək ki, misal gətirdiyimiz fikirlərin hər biri əsasında müstəqil fundamental monoqrafiya yazmaq olar. Olduqca zəngin və ziddiyyətli XX əsr ədəbiyyatı həm öz bədii mahiyyətinə, həm də ictimai-siyasi və tarixi əhəmiyyətinə görə həmişə dövlətimizin diqqət mərkəzində olub. İki cahan müharibəsi, üç siyasi inqilab (və çevriliş!), 1937-nin qanlı repressiyalarını görmüş, nəhayət, 70 il dünyanı vahimə içində saxlamış sovet imperiyasının biabırçılıqla çökməsinə qərar vermiş XX əsrin Azərbaycan ədəbiyyatı yekcins deyil və o, əsrin özü kimi, mürəkkəb, keşməkeşli inkişaf yolu keçib. Əsrin ilk 20 ili milli intibah dövrü, sonrakı 70 il yeni siyasi işğal dövrü və son on ili istiqlalın yenidən bərpası dövrü idi. C.Məmmədquluzadə, Ü.Hacıbəyov, M.Ə.Sabir, C.Cabbarlı, H.Cavid əsrin əvvəllərində milli özünüdərki hazırlayan dahi sənətkarlar idi. Möhtərəm Prezidentimiz İlham Əliyevin bu sənətkarların yubileylərinin ədəbi-tarixi dəyərlərinə layiq təntənə ilə keçirilməsi barəsində verdiyi sərəncamlarda onların xidmətləri çox müxtəsər və dəqiq formulə olunur. Sərəncamda (6 fevral 2009) deyilir: "Qüdrətli qələm ustası Cəlil Məmmədquluzadənin zəngin irsi bədii-estetik düşüncə tariximizin parlaq səhifələrindəndir. Ədibin 100 il əvvəl yazdığı "Ölülər", milli vəhdət ideyasının carçısına çevrilmiş "Anamın kitabı", eləcə də digər dramaturji, nəsr və publisist əsərləri Azərbaycanın çoxəsrlik söz xəzinəsinin qiymətli incilərini təşkil edir".
Sərəncamda "Molla Nəsrəddin" "milli məfkurəni formalaşdıran məcmuə" kimi yüksək qiymətləndirilir, Mirzə Cəlil irsinin Qafqaz və Şərq alimlərinə böyük müsbət, bədii-fəlsəfi təsiri qeyd olunur".
Gülşən xanımın fikrincə, XX əsr milli mədəniyyətin, xüsusilə musiqi sənətinin inkişafında dahi bəstəkar, musiqişünas, dramaturq və publisist Ü.Hacıbəyovun rolu misilsizdir. Professor qeyd edir ki, o, milli musiqinin özünü, muğam nəzəriyyəsini və görkəmli musiqiçilər-bəstəkarlar məktəbini yaradıb. "Azərbaycan mədəniyyətinin inkişafı naminə misilsiz töhfələr verərək müstəsna xidmətlər göstərmiş Üzeyir Hacıbəyovun 125 illik yubileyinin layiqincə keçirilməsi barəsində sərəncam bütövlükdə milli mənəviyyatımızın tarixi varlığının təsbitinin ifadəsidir.
XX əsr Azərbaycan ədəbiyyatı dünya ədəbi-tarixi prosesində parlaq səhifədir: bu əslində növbəti intibah dövrüdür. İmzalara diqqət yetirin: C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Hüseynzadə, H.Cavid, Ü.Hacıbəyov, C.Cabbarlı... Bu hələ əsrin önləridir və çox mənalıdır ki, cənab Prezident İlham Əliyevin sərəncamlarında dahi şəxsiyyətlər - Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Hüseyn Cavid - bu iftixara layiq imzalar dəyərli yer alır. Yaxın keçmişimizdə - ötən əsrin 90-cı illərində tarixi bir yanlışlıq olaraq bəzi gənc tənqidçilər millətçilik eyforiyasına qapılaraq Mirzə Cəlili, M.Ə.Sabiri gözdən salmağa çalışdılar. Onlar xüsusilə XX əsrin 20-90-cı illər dövründə yazıb yaratmış ədib və şairləri kommunist-sovet şairləri, yazıçıları kimi inkar etmək mövqeyini tutmuşlar. Vaxtilə ulu öndər Heydər Əliyevin böyük səyləri sayəsində o dövrün ən ali dövlət mükafatına - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş - S.Rüstəm, S.Rəhimov, R.Rza, M.İbrahimov və başqaları az qala istiqlal dövrü üçün yararsız elan olundu. Belə bir dövrdə uzaqgörən tənqidçilərimiz sovet ədəbiyyatı və sovet dövrü milli ədəbiyyatımızı ayrıca təhlil edərək obyektiv tarixi qiymətini verdilər. H.Əliyev İ.Əfəndiyevə, İ.Şıxlıya, B.Vahabzadəyə, Anara, Elçinə, M.Araza, Qabilə, Y.Səmədoğluna xüsusi qayğı göstərdi, onların qiymətini verdi, müstəqil Azərbaycanın milli mükafatları ilə mükafatlandırıb layiqli yubileylərini keçirdi.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları sırasında da M.Müşfiq, M.S.Ordubadi, M.İbrahimov, R.Rza, M.Hüseyn kimi sovet dövrü sənətkarlarının adları böyük hörmətlə yer alır. M.Müşfiqin 100 illiyinin qeyd olunması barəsində sərəncamda deyilir: "Mikayıl Müşfiqin yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Ədəbi fikir tariximizə yenilikçi şair kimi daxil olmuş dövrün yüksək bədii dəyərə malik, romantik ruhlu və dərin ictimai məzmunlu zəngin poeziyasını yaratmışdır". M.Müşfiq bizim poeziyanın əbədi gənclik simvoludur. Onun büllur və şəffaf poeziyası başdan-başa həyat eşqi, milli qürur duyğusu ilə aşılanıb".
Tədqiqatçı yazır ki, Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci ildə verdiyi sərəncamda Məmməd Səid Ordubadi "Azərbaycan ədəbiyyatında tarixi romanın banisi" kimi yüksək dəyərləndirilir, onun 140 illik yubileyinin keçirilməsi nəzərdə tutulur: "Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə keçirilən hər bir yubiley ölkəmizin mənəvi həyatını zənginləşdirən təntənəli söz-sənət bayramına çevrilir. Bu sərəncamlar dövlətimizin mədəni siyasətini əks etdirən tarixi sənədlərdir. Bu sənədlərdə irsə dövlət qayğısı əksini tapıb. Qədirbilən xalqımız, ziyalılarımız Prezidentin qərar və təkliflərini dəstəkləyərək klassik və müasir bədii irsimizi nəzəri səviyyədə tədqiq edir, gələcək nəsillər üçün dəyərli monoqrafiyalar yaradır, bədii sərvətlərimizi təbliğ edərək xalqa çatdırır".
O vurğulayır ki, Prezident İlham Əliyevin klassik və müasir bədii irsimizin tədqiq və təbliğinin nəzəri metodologiyasını əks etdirən sərəncamları azərbaycançılıq qayəsi ilə aşılanıb: "Çünki bədii ədəbiyyat, ana dilimiz dövlətimizin əsas ideologiyası olan azərbaycançılığın əsas məxəzi, fəlsəfi təməl daşıdır. Klassik və müasir bədii irsə dövlət qayğısı həm keçmişimizə, həm də gələcəyimizə yönəlmiş tarixi-siyasi baxışlar sistemidir. Hər bir dövrün tarixi dəyəri onun öz zəmanəsinin tələblərinə verdiyi cavabla müəyyən olunur. Zaman isə təkcə vaxt ölçüsü deyil, ədəbiyyat üçün bəlkə daha çox insan meyarı - zəka və qəlb ölçüsüdür. Tarixin-zamanın necəliyi barədə həqiqətləri gələcək nəsillər həmin zamanda yaşamış insanların əməlləri ilə müəyyən edəcəklər. Bu baxımdan xalqımızın misilsiz sərvəti olan klassik və müasir sənətkarlar haqqında Prezident sərəncamları dövlətimizin tarixin-zamanın tələblərinə verdiyi ən mənalı cavablardır. İnanırıq ki, gələcək nəsillər onları oxuyub öz keçmişləri ilə öyünəcək, milli iftixar duyğusu yaşayacaqlar".
Alim haqlıdır, azərbaycançılıq ideyasının təbliğatçısı olan, dilimiz, mədəniyyətimiz, mənəviyyatımızla bağlı olan əsərlər, bədii irs örnəkləri dövlət tərəfindən mütəmadi olaraq qayğı ilə əhatə olunub. Hesab edirik ki, bu, azərbaycançılıq ideyasına birbaşa xidmətdir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb
22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək
22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi
22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”
22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”
22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"
22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib
22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir -
“Üçüncü eşelon” kim(lər)dir?
22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi
– “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”
21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir
– Pentaqondan açıqlama gəldi...
21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə
RƏSMİ REAKSİYA...
21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib
- FOTO
21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...
21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır
– dekabrın 1-dən hər addımları izlənəcək...
21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi
– Londondan gözlənilməz açıqlama...
21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı
21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı
- VİDEO
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....
21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...
21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ