Bazar günü günü, 22 noyabr 2026
     

Azərbaycançılıq ideyası - milli birlik simvolu...

Image


Dövlətin ətrafında birləşmək, dövlətçiliyimizi sevmək, milli mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi qorumaq xalq olaraq boynumuza biçilib. Azərbaycançılıq ideyası əsrlər boyu müxtəlif formalarda təzahür edib, özünü göstərib. Bu ruhda yüzlərlə əsər yazılıb. Millətin, dövlətin birliyi, ana dilimizin, mədəniyyətimizin, söz sənətimizin ucalığı tarixən diqqəti çəkib. Azərbaycançılıq dəyərlərimizdə özünü ehtiva edib və bu məqamlar indi də yaşayır.
Sözsüz ki, azərbaycançılıqdan danışdıqda yalnız son əsrlərlə kifayətlənməli deyilik. Bəziləri əsassız olaraq qeyd edir ki, guya azərbaycançılıq 20-ci əsrin sonu 21-ci əsrin əvvəlləri ilə bağlıdır. Əslində isə bu, milli məfkurəçilik hissinə yaddır və Azərbaycan xalqı, mədəniyyəti mövcud olandan azərbaycançılıq da var. Sadəcə, azərbaycançılıq vahid ideologiya olaraq indiki kimi dünya azərbaycanlılarını öz ətrafında birləşdirməyib. Bu gün hər bir azərbaycanlı bu ideyanın daşıyıcısı, onun təbliğatçısı olaraq aktivlik göstərməlidir.
Filologiya elmləri namizədi Allahverdi Məmmədli qeyd edir ki, azərbaycançılığın milli mədəniyyət, milli bədii fikir, ictimai dünyagörüşü istiqamətində qədim tarixi var: "Millətin formalaşma prosesi ilə tarixən üst-üstə düşən azərbaycançılıq fərddən cəmiyyətə, cəmiyyətdən dövlət səviyyəsinə qədər böyük bir inkişaf yolu keçib. Mədəniyyətin müxtəlif pillələri tədrici təkamülün mərhələləri hesab oluna bilər. Onların hər biri keçmişin bəhrəsi olduğu kimi, həm də gələcəyin formalaşmasında rol oynayır. Mədəniyyətin müxtəlif pillələri bizim kontekstdə həm də azərbaycançılığın çeşidli pillələrini özündə ehtiva edir. Bütün millətlərin milli mədəniyyəti onu təmsil edən xalqın milli dəyərləri üzərində inkişaf edir. Azərbaycan mədəniyyəti və bədii fikri, bədii söz sənəti tarixən vətən və xalq anlayışını özündə birləşdirən azərbaycançılıq ideologiyasının ifadəsinə xüsusi səy göstərib. Azərbaycançılıq vətən əxlaqının tərkib hissəsi kimi zaman-zaman ziyalıların inanc yeri olub. Bu ideyanın, ideologiyanın milli bədii söz sənətində daimi mövzu kimi qalması da həmin zərurətin dərk edilməsindən doğur. Ümummilli lider Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə şamil etməklə onu dövlət siyasəti səviyyəsinə qaldırıb. İndi azərbaycançılıq ideologiyası ölkəmizin bütün əhalisinin başlıca düşüncə tərzidir. Ölkəmizdə azərbaycançılıq rəsmi dövlət ideologiyasıdır. Bunu deyərkən ilk növbədə vətənçilik, torpaq sevgisi, siyasi dövlət millətçiliyi, Azərbaycanın maraqlarının hər şeydən üstün olması, güclü Azərbaycan dövlətinin yaradılması, inkişaf etməsi, dünyanın hər bir yerində yaşayan azərbaycanlıların maraqlarını lazımi qədər qoruya bilən güclü Azərbaycan dövlətinin qorunması və digər amillər nəzərdə tutulur".
Alim qeyd edir ki, Azərbaycan bədii fikir tarixində azərbaycançılıq sənətkarın estetik idealı səviyyəsinə yüksəlib və əbədi mövzu olaraq bədii söz sənətində özünə yer tapıb. Lakin bu mövzunun güclənməsi, xalqın birləşmək, azadlıq və müstəqillik uğrunda mübarizə ideyasının meydana gəlməsi ilə yeni təkanla üzə çıxması prosesi də həqiqətdir. Onun bildirdiyinə görə, XIX əsrin əvvəllərində güclənən bu proses bədii fikirdə və bədii söz sənətində Seyid Əzim Şirvanini, Mirzə Fətəli Axundovu, Qasım bəy Zakiri, Həsən bəy Zərdabini, Ünsizadə qardaşlarını, daha sonra Əli bəy Hüseynzadəni, Əhməd bəy Ağaoğlunu, Cəlil Məmmədquluzadəni və nəhayət, mollanəsrəddinçiləri meydana gətirdi. Qeyd edək ki, azərbaycançılıq bir ideoloji-estetik ideal kimi mükəmməl sənət əsərlərinin özəyindədir.
Tədqiqatçı yazır ki, Mirzə Fətəli Axundovdan tutmuş, mollanəsrəddinçilərədək dahi sənətkarların hər hansı biri "mən azərbaycançılıq ideologiyasını özümə əsas mövzu seçmişəm" iddiasında olmayıb və hətta bu anlayışın özü belə çox nadir hallarda işlədilib: "Azərbaycançılıq anlayışı bu ziyalıların əsərlərində birbaşa görünməsə də, onların ən böyük sənət nümunələrinin mayası azərbaycançılıqdan yoğrulub. Odur ki, Azərbaycan xalqının müstəqillik uğrunda ən yeni mübarizə tarixində azərbaycançılıq ideologiyasının klassik bədii nəsrdə, poeziya və dramaturgiyada ifadəsi yenidən və bu dəfə daha güclü yada düşdü. Bir tərəfdən bu mövzunu qələmə almış klassiklərin məktəbləri yeni sənətkarlara örnək rolu oynadı, digər tərəfdən həmin məktəblərin azərbaycançılıq ideologiyasına münasibəti elmi-tədqiqat sahəsinə çıxarıldı. Görkəmli ədəbiyyatşünaslar - İsa Həbibbəyli, Bəkir Nəbiyev, Yaşar Qarayev, Akif Hüseynov, Əflatun Saraclı, Şamil Vəliyev, Ofelya Bayramlı və başqa alimlər bu sahədəki tədqiqatlarını ortaya qoydular. Məşhur tədqiqatçı Yaşar Qarayev "Milli "mən" yaddaşı"nın bu unudulmaz səhifələrini canlandırır, azərbaycançılıq ideologiyasının əlimizdən alınmasının səbəblərini bir alim təfəkkürü, publisist-improvizator bacarığı ilə aşkarlayır".
Tədqiqatçı qeyd edir ki, Yaşar Qarayevin "Axundovla başlayan yaddaş - Azərbaycan türk intibahı", "Nəsrin və səhnənin ağrı yaddaşı - Cəlil Məmmədquluzadə", "Yaddaş özünü satirada dərk edir - Sabir" və başqa əsərləri klassik ədəbi məktəb sahiblərimizin azərbaycançılıq ideologiyasının ifadəsinə çevrilmiş əsərlərinə məhz bu rakursdan yeni baxış, yeni qiymət kimi dəyərləndirilir: "Akademik Ramiz Mehdiyevin bu sahədə çoxsaylı əsərlərinin yekunu kimi səslənən "Na puti k demokratii: razmışlyaya o nasledii" (2007), Anarın "Azərbaycançılıq haqqında düşüncələr" (2003), Sona Vəliyevanın "Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cumhuriyyəti dövründə azərbaycançılıq ideyası" (2003), "Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi" (2003), Yaşar Qarayevin "Milli "mən" şüuru və etnik yaddaş - azərbaycançılıq" ("Azərbaycan" qəzeti, 14-16 fevral 2002), Azad Nəbiyevin "Azərbaycançılıq - estetik dəyərdən milli ideologiyaya" (2003), Nizami Cəfərovun "Azərbaycanşünaslığa giriş" (2002), Rəhim Əliyevin "Azərbaycançılıq: dünən, bu gün, sabah" (2005), Akif Hüseynovun "Ədəbiyyat və ideologiya" (2004), İsa Həbibbəylinin "Azərbaycançılıq məfkurəsi yollarında" (2006), "Möhtəşəm azərbaycançılıq dərsliyi" (2006), Nazif Ələkbərlinin "Türkçülük, yoxsa azərbaycançılıq?" (2004), Səlahəddin Xəlilovun "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" (2005), Mir Cəlalın "Azərbaycanda ədəbi məktəblər" (2004), İslam Ağayevin "Tarixi yaddaşımızın böyük yadigarı" (2006) və sair fundamental tədqiqat əsərləri problemin elmi-nəzəri istiqamətdə xüsusi maraq doğurduğunu sübut etməkdədir. Azərbaycançılıq ideyası daha yetkin və kamil şəkildə böyük demokrat ədib Cəlil Məmmədquluzadənin 27 noyabr 1917-ci ildə "Molla Nəsrəddin" jurnalının 24-cü sayında dərc olunan "Azərbaycan" məqaləsində ifadə olunub. Bu məqalə Azərbaycan, onun dili, bütöv ərazisi barədə yazılmış ustadnamədir. Cəlil Məmmədquluzadənin anasına, elinə-obasına, dilinə olan sonsuz sevgisinin ən gözəl nümunəsidir. Akademik İsa Həbibbəyli qeyd edib ki, "Cəlil Məmmədquluzadə təkcə mətbuatda yox, həm də ədəbiyyatda azərbaycançılıq məfkurəsinin ideoloqudur". Qüdrətli ədib bu mövzunu ən parlaq şəkildə 1919-cu ildə qələmə aldığı "Anamın kitabı" dramında əks etdirib. "Anamın kitabı" Azərbaycanın milli istiqlalı haqqında XX əsr boyu yazılmış əsərlərin mənəvi anasıdır". Ümumiyyətlə, Cəlil Məmmədquluzadə başda olmaqla, "Molla Nəsrəddin" ədəbi məktəbinin görkəmli nümayəndələrinin - Mirzə Ələkbər Sabirin, Əbdürrəhim bəy Haqverdiyevin, Əli Nəzminin, Ömər Faiq Nemanzadənin, Məmməd Səid Ordubadinin, Əliqulu Qəmküsarın, Mirzəli Möcüzün və başqalarının ədəbi-bədii və publisist yaradıcılıqları Azərbaycan ədəbiyyatında vətənçilik, azadlıq, müstəqillik, bərabərlik, qardaşlıq, dostluq haqqında milli tale və istiqlal kitablarıdır. Elə azərbaycançılığın özü milli istiqlal ideologiyasıdır. Müstəqillik də azərbaycançılığın tərkib hissəsidir. Müstəqillik insan azadlığı kimi ən ciddi şəkildə məsuliyyət deməkdir. Öncə öz xalqının taleyi qarşısında məsuliyyətdir. Hər bir xalqın və hər bir vətəndaşın arzusudur və haqqıdır ki, vətənin sərhədləri daxilində, ərazi bütövlüyü və toxunulmazlığı şəraitində öz müstəqil suveren dövlətini qursun, yaşatsın və inkişaf etdirsin. Məhz bu səbəbdən milli müstəqillik uğrunda mübarizə azərbaycançılıq ideologiyasının əsas prinsipləri sırasındadır. Azərbaycançılıq məfkurəsi birləşdirici, vəhdətyaradıcı bir amala xidmət edir. Etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan bütün insanlar bərabərlik şəraitində, qardaşlıq və dostluq münasibətləri ilə yaşayır. Həmin yaşayışın əsasında hamının azərbaycançılığa xidmət və qulluq etməsi dayanır. Ona görə ki, bu ideya ətrafında birləşən insanlar özlərini sərbəst hiss edir, inkişaflarını ona xidmətdə görürlər. Xalq yazıçısı Anar azərbaycançılıq amalını həm də bərabərlik, qardaşlıq, dostluq sözləri ilə ifadə edir. Həqiqətən sözdə deyil, işdə, gerçəkdən əhalinin sinfi, milli, irqi, dini, cinsi bərabərliyi demokratik cəmiyyətin, elə azərbaycançılığın da təməl prinsiplərindəndir. Hər kəs bacardığı işlə məşğul olmalıdır. Tolerantlıq dönmədən həyata keçirilməlidir. Bu, milli və dini azlıqlara münasibətdə özünü daha aydın göstərməlidir. Qardaşlıq ifadəsində türk qardaşlığı - oğuz mənşəli türklərin "tarixi kökləri, dil qaynaqları, düşüncə və davranış tərzi, adət-ənənələri, sənət, gözəllik, əxlaq anlayışları bir olan türk xalqları"nın qardaşlığı nəzərdə tutulur. Çünki "azərbaycançılıq - türkəsilli Azərbaycan xalqının milli ideologiyasıdır". Azərbaycançılığın mühüm milli birlik rəmzi, dövlətçiliyin, müstəqilliyin bel sütunu kimi qəbul edilməsi bu günümüzün ədəbi, fəlsəfi, ictimai və hətta siyasi faktına çevrilib. Azərbaycan maarifçilərinin, demokratik hərəkat iştirakçılarının klassik məktəbləri və bu sıradan Molla Nəsrəddin ədəbi məktəbi yaradıcılıq sənətində - bədii sözdə, publisistikada və digər növlərdə azərbaycançılığın yeni istiqamətdə, yeni estetik dəyərlər səviyyəsində qavranılmasında önəmli məktəb rolunu oynamaqdadır".
A.Məmmədlinin bildirdiyinə görə, Azərbaycanda milli azadlıq məfkurəsi 1917-ci ilin fevralında çar istibdad rejiminin yıxılmasından sonra yeni bir mərhələyə qədəm qoyub. Alim qeyd edir ki, bu hadisə ədəbi hərəkata yeni bir nəfəs gətirib. Onun dediyinə görə, belə bir təlatümlü dövrdə Bakıda siyasi hakimiyyət uğrunda gedən çarpışmalar kəskinləşdikcə müxtəlif ideoloji cərəyanlara məxsus qəzet və jurnalların nəşri çoxalır: "Həmin illərdə bədii ədəbiyyatın operativ janrları və satirik publisistika bir aktuallıq kəsb edir. Məhz belə bir zərurətin nəticəsidir ki, xalqın azadlıq ideallarının böyük ifadəçisi olan satirik "Molla Nəsrəddin" jurnalı Tiflisdə yenidən nəşrə başlayır. Milli azadlıq məsələsi bu dövrdə "Molla Nəsrəddin"in əsas mövzusu olur. Cəlil Məmmədquluzadə 1917-ci ilin belə qarışıq məqamında xalqa milli nicatın harada olduğunu bu cür başa salırdı: "Gəlin, gəlin, ey unudulmuş vətənin cırıq-mırıq qardaşları! Gəlin görək beşikdə yad südünü əmmiş, vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar?! Niyə sakitsiniz, ey mənim lüt-üryan vətən qardaşlarım?!".
Azərbaycanda Xalq Cumhuriyyətinin qurulması ərəfəsində milli özünüdərk məfkurəsi M.Hadi, M.B.Məmmədzadə, C.Cabbarlı, Ə.Cavad, Umgülsüm, S.Mənsur, Ə.Mütəlliboğlu, Ə.Müznib, Əbdürrahman Dai, Əli Yusif kimi şair və publisistlərin əsərlərində böyük inamla ifadə olunurdu. Milli azadlıq, onun başlıca xətti olan azərbaycançılıq bədii-ictimai fikirdə öz tematik zənginliyi, ideya istiqaməti ilə diqqəti cəlb edir. Bu ideyaların gerçəkləşməsində və bədii-estetik fakta çevrilməsində mövzu ilə bağlı taktiki gedişlər mühüm əhəmiyyət kəsb edib. Azərbaycançılıq bu ideyaların zirvəsində dayanan vacib bir fakt kimi təkcə sənət adamlarını deyil, bütövlükdə ziyalı qüvvələrimizi həmişə düşündürüb. Hətta bu sahədə fəlsəfi, ictimai və bədii fikir zaman-zaman o qədər güclü olub ki, onun ətrafında azərbaycanşünaslıq kimi ciddi bir elm sahəsi meydana çıxıb. İstər azərbaycançılıq dünyagörüşü, istərsə də azərbaycanşünaslıq elmi son bir əsrdə xeyli inkişaf edib. Lakin azərbaycançılıq dünyagörüşü özünün formalaşmaya canatma prosesi tarixini çoxdan başlayıb. Bu prosesi xeyli sonradan izləyən və onun elmi əsaslarını işləyib hazırlamaqda olan azərbaycanşünaslıq bu gün özünün mühüm və vacib mərhələsini yaşayır. Azərbaycançılığın ən yeni mərhələsinin bütün parametrlərinin - azərbaycançılıq ideyasının yenidən gündəmə gəlməsi, bu sahədə klassik və müasir düşüncəyə qiymət, azərbaycançılığın köklərinin, mənbələrinin elmi araşdırmalara cəlb edilməsi birbaşa ulu öndər Heydər Əliyevin irəli sürdüyü müdrik fikirlərlə, tale yüklü təşəbbüslərlə bağlıdır və bu fikirlər, təşəbbüslər tədqiqatlar üçün xüsusi zəmin yaradıb. Ümummilli lider Heydər Əliyev azərbaycançılığın yeni dövrdə dayaq nöqtəsi oldu. XX əsrin əvvəllərindəki ziyalıların ana dilinə, cəmiyyətin kamilləşməsi, maariflənməsi prosesinə yetirdiyi diqqət bu gün də davam edir. "XX əsrin önlərində böyük realist ədib Cəlil Məmmədquluzadə, türkçü romantik şair Abdulla Şaiq, realist-demokratik tənqidin başçısı Firidun bəy Köçərli, böyük bəstəkar Üzeyir Hacıbəyov, görkəmli ədib, ictimai-siyasi xadim Nəriman Nərimanov ana dili uğrunda mübarizəyə birgə başladılar. Tezliklə ana dili uğrunda mübarizə ana vətən uğrunda mübarizəyə çevrildi". Bu mübarizəyə 1978-ci ildə Azərbaycanın rəhbəri olan Heydər Əliyev ana dilini dövlət dili kimi Azərbaycan SSR-in Konstitusiyasına salmaqla yekun vurdu. Ulu öndər Heydər Əliyev bütün həyatını doğma Azərbaycana, onun mədəniyyətinin, adət-ənənələrinin, dilinin inkişafına həsr edən böyük vətəndaş, böyük azərbaycançı olub. Xüsusi vurğulamaq lazımdır ki, ötən əsrin 90-cı illərində ümummilli liderimiz Heydər Əliyev azərbaycançılıq ideyasını yenidən canlandıraraq və milli dövlət ideologiyası səviyyəsinə qaldıraraq, onun birləşdirici rolundan məharətlə istifadə etməklə ölkənin dağılmasının, ərazisinin etnik əlamətlərə görə parçalanması təhlükəsinin qarşısını aldı. Böyük öndər Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən XX əsr ziyalılarının əsərlərində milli ideya kimi türkçülüklə paralel olaraq azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə saldı, ümummilli ideya, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırdı. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Xalq Cumhuriyyəti dövrünə, XX əsrin əvvəllərindəki ziyalıların yaradıcılığına obyektiv yanaşma tələbi azərbaycançılığa güclü təkan verdi".
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ