Bazar günü günü, 22 noyabr 2026
     

Heydər Əliyev mərkəzlərinin azərbaycançılıq ideyasının təbliğində rolu...

Image


Azərbaycançılıq ideyası elmi, mədəni mərkəzlərdə, təhsil müəssisələrində təbliğ edilir. Azərbaycanda bir sıra mərkəzlər var ki, o mərkəzlər müxtəlif profillər üzrə fəaliyyətini davam etdirir. Ancaq bu qurumları vahid mərkəzdə birləşdirən azərbaycançılığa xidmət, bu ideyanın yayılmasında, elmdə, mədəniyyətdə, ədəbiyyat və incəsənətdə, iqtisadiyyatda, siyasətdə və s. sahələrdə özünü ifadə etməsində oynadıqları əvəzsiz roldur.
Məlum olduğu kimi, bu mərkəzlərdə ən çox məşğul olanlar orta və gənc nəslin nümayəndəsi olduğundan, onların şüurunda azərbaycançılığın daha aydın şəkildə yer tutması vacibdir.
Ümumiyyətlə, Azərbaycan tarixində elə önəmli hadisələr olub ki, onları unutmaq olmaz. Biz təkcə şəxsiyyətlərimizlə deyil, həm də onların şərəfinə ucaldılan qalalarla, tikililərlə, məbədlərlə, türbələrlə fəxr edirik. Keçən əsrlərdən yadigar qalan çoxlu sayda tikili mövcuddur ki, onlar bu gün də öz əhəmiyyətini qoruyub saxlayır. Maraqlıdır ki, Azərbaycan ərazisində tikilən qalaların, binaların böyük əksəriyyəti ali missiyalar daşıyıb. Əksəriyyəti elm, mədəniyyət mərkəzi olaraq yaradılıb. Həmin tikililərdə dərslər keçilib, elm-incəsənət öyrədilib. Bu gün həm bu funksiyanı daşıyan, həm də torpaqlarımızı qorumaq üçün tikilən istehkam və qalalar tariximizin qürur səhifələridir. Babək qalası da, Cavanşir qalası da, Çıraq qala da, Möminə Xatun türbəsi də, Qız qalası da, Atəşgah da bizim milli düşüncəmizin formalaşmasında önəmli rol oynayır. Azərbaycançılığın qədim izlərini özündə saxlayan bu abidələr bizə keçmişdən çox şeylər danışır. Hər dövrün öz abidəsi, öz böyük şəxsiyyətləri, öz müsbət göstəriciləri var. Tarixdən tarixə yadigar qalan bu abidələrdə xalqımızın yaddaş səhifəsi vərəqlənir. Son illər Bakının siması dəyişir. Bu dəyişikliyə səbəb olan amillərdən biri yeni tikilən binalardır, aparılan abadlıq işləridir. Bu gün elə binalar qurulur ki, onların çağdaş tariximizdə rolu misilsizdir.
Sirr deyil ki, Azərbaycanın paytaxtı da daxil olmaqla, respublikamızın müxtəlif şəhər və rayonlarında Heydər Əliyev mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlər çağdaş dövrümüzün unikal memarlıq abidələri olmaqla yanaşı, həm də elmi, mədəni, ictimai-siyasi təfəkkür mərkəzidir. Heydər Əliyev mərkəzlərinin bölgələrdə fəaliyyətə başlamasının əhəmiyyəti böyükdür. Çünki onlar əsl azərbaycançılıq mərkəzləri kimi özünü təsdiqləyir. Bu azərbaycançılıq mərkəzlərində olduqca dəyərli tədbirlər keçirilir. Bu tədbirlər Azərbaycan dövlətinə, mədəniyyətinə, mənəviyyatına müsbət təsir göstərir. Bəllidir ki, son dörd-beş ildə yaradılan Heydər Əliyev mərkəzlərini ekspertlər müasir dövrümüzün abidəsi hesab edir. Onu da bildirək ki, dünyada böyük nüfuz qazanan beynəlxalq elmi, siyasi, humanitar, mədəni tədbirlərin əksəriyyəti də, böyük toplantıların bir çoxu da Bakıdakı Heydər Əliyev Mərkəzində keçirilir. Çoxlarımız yaxşı xatırlayır ki, hələ 2012-ci ildə II Beynəlxalq Bakı Humanitar Forumu da bu Mərkəzdə keçirildi və ənənəvi hal alan bu tədbir Azərbaycanın, azərbaycançılığın təbliğində xüsusi rol oynadı.
Məlum olduğu kimi, bir neçə il əvvəl Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Heydər Əliyev Mərkəzinin Əsasnaməsi"nin təsdiq edilməsi haqqında Fərman imzalayıb. Həmin fərmanda qeyd edilirdi ki, 2013-cü il və növbəti illərdə dövlət büdcəsinin layihəsində Heydər Əliyev Mərkəzinin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrıca sətirlə müvafiq vəsaitin nəzərdə tutulması da təmin edilsin. Sənəddə Mərkəzin fəaliyyət istiqaməti də aydın şəkildə göstərilir: "Mərkəzin fəaliyyət istiqaməti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı tarixi əşyaların və maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişi və təbliğidir. Həmçinin, Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin, irsinin dərindən öyrənilməsi, tədqiqi, geniş təbliği, qorunub saxlanması və hərtərəfli inkişaf etdirilməsi, bunun dövlət siyasətinin ayrı-ayrı sahələrində tətbiqi də Mərkəzin fəaliyyət istiqamətlərinə daxildir". Əsasnamədə yer alan diqqətçəkən məsələlərdən biri də Mərkəzin milli mədəniyyətimiz, incəsənətimiz, tariximizlə bağlı görəcəyi işlərin sıralanmasıdır: "Mərkəz, eyni zamanda, Azərbaycan tarixi, mədəniyyəti, dili və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliğində, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinə dəstək verilməsi və onların inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsində iştirak edəcək, yerli, regional və beynəlxalq tədbirlər keçirəcək".
Bu Mərkəzin az qala Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutundan çox iş görə bilmək iqtidarında olduğunu düşünən tarixçilər hesab edir ki, ortaya çox maraqlı elmi nəticələr çıxacaq. Tarixçilərin fikrincə, bu Mərkəzdə ciddi elmi araşdırmalarla məşğul olan alimlər çalışacaq. Bu alimlər azərbaycanşünaslıqla, Heydər Əliyev irsilə, ana dilimiz, tariximiz və mədəniyyətimizlə məşğul olacaq. Bu Mərkəz böyük bir azərbaycançılıq mərkəzidir: "Heydər Əliyev Mərkəzinin missiyası çox böyükdür. Prezident təsdiq etdiyi Əsasnamədə Mərkəzin fəaliyyət istiqamətlərini açıq göstərib. Burada, azərbaycançılıqla yanaşı, bir sıra vacib məsələlər araşdırılıb təbliğ ediləcək. Heydər Əliyev irsinin əsas xətlərindən birini azərbaycançılıq ideologiyası, ana dilimiz, tariximiz, mədəniyyətimiz, incəsənətimiz, ədəbiyyatımız, ictimai-fəlsəfi fikrimizlə bağlı məsələlər təşkil edir. Heydər Əliyev və azərbaycançılıq vəhdət təşkil edir. Bu Mərkəzdə tarixçi alimlər, ədəbiyyatşünaslar, filosoflar da işləyəcək. Onlar Heydər Əliyev Mərkəzinin missiyasını yerinə yetirməlidir. Prezident Heydər Əliyev Mərkəzinin görməli olduğu işləri planlı şəkildə göstərib. Mərkəz tərəfindən azərbaycançılıq həm ölkədə, həm də xaricdə təbliğ olunmalıdır. Azərbaycançılıqla bağlı bütün elmi-fundamental əsərlər, kitablar, tarixi faktlar yenidən araşdırılıb öyrənilməli, çap etdirilməlidir. Heydər Əliyevin azərbaycançılıq ideologiyası ilə vəhdəti, bu ideologiyanı təkmilləşdirməsi, müasir dövrün aparıcı ideoloji xəttinə çevirməsi məsələsi də geniş şəkildə təbliğ edilməlidir. Bura gələn xarici qonaqlar azərbaycançılıq ideologiyası ilə tanış olmalıdır".
Tarixçi alim Şeyda Yusifova bizimlə söhbətində Heydər Əliyev Mərkəzinin Əsasnaməsinin təsdiqlənməsindən məmnun qaldığını bildirdi. Ş.Yusifovanın sözlərinə görə, Əsasnamədə əks olunan bütün məsələlər həyata keçirilməlidir. Azərbaycançılıq ideologiyasının təbliğində, öyrənilməsində bu Mərkəzin böyük işlər görəcəyinə inanan Şeyda xanım hesab edir ki, ora gənc alimlər cəlb edilməlidir: "Azərbaycançılıq vahid milli ideologiya kimi Heydər Əliyev tərəfindən daha çox qabardılıb. O, tariximizi, mədəniyyətimizi dərindən bilən şəxsiyyət kimi azərbaycançılıq ideologiyasını ümumxalq düşüncə tərzinə çevirdi. Bu Mərkəzin Əsasnaməsində çox məsələlər var. Bu çox yaxşıdır. Azərbaycan dilinin, mədəniyyətinin öyrənilməsi və təbliğindən tutmuş, başqa məsələlərə qədər burada qeyd edilib. Heydər Əliyev Mərkəzi, göstərildiyi kimi, həm bir elmi tədqiqat, həm bir mədəniyyət, həm bir siyasət, həm də bir ictimai-fəlsəfi, dövlətçilik məktəbidir. Bu məktəbin daşıdığı funksiya çox böyükdür. Orada elə alimlər çalışmalıdır ki, həm Heydər Əliyev irsini dərindən bilsin, həm də azərbaycançılığı. Heydər Əliyev irsi azərbaycançılıqla bağlıdır. Azərbaycançılıq burada əsas yerlərdən birini təşkil edir. Ana dilimizin təbliği vacib məsələlərdən bir kimi qarşımızda durur. Bilirik ki, qloballaşan dünyada bu gün dünyada hökmranlıq edən dillərin belə məhv olması gözləniləndir. Heç bir dil qloballaşma dalğasından, onun gətirdiyi tufandan sığortalanmayıb. İstənilən dili ölüm gözləyə bilər. Bunu dilçi alimlər deyir. Odur ki, dilimizin ciddi mühafizə məsələsi, digər qurumlarla yanaşı, həm də Mərkəz tərəfindən həyata keçiriləcək. Tariximizin də qorunması, təbliğ edilməsi vacibdir. Mənə belə gəlir ki, bu Mərkəzə işləmək üçün daha çox gənclər cəlb edilməlidir. İndi Azərbaycan elmində bir neçə xarici dil bilən, savadlı, milli məfkurə ilə sıx bağlı olan gənclər ordusu formalaşıb. Onlar Heydər Əliyev irsi, azərbaycançılıq ideologiyası, dilimiz-mədəniyyətimizlə bağlı Əsasnamədə yer alan məsələləri daha uğurla həyata keçirə bilər. Çünki xarici dilləri bilirlər, azərbaycançılıq ideologiyasının çiçəkləndiyi, ayaq açıb yeridiyi məqamları öz gözlərilə görüblər. Məhz son 15 ildə azərbaycançılıq ideologiyası dünyaya yayıldı. Ondan əvvəl azərbaycançılıq bir neçə ürəkdə qərar tuturdu. Gənclər bu Mərkəzdə çox böyük işlər görə, layihələr həyata keçirə bilər. Düşünürəm ki, Mərkəzin fəaliyyət proqramında yer alan bütün göstəricilər yerini almalıdır. Bu Mərkəz artıq dünyanın diqqətini özünə cəlb edib. Bu, Humanitar Forumun burada keçirilməsilə baş verdi. İndi Mərkəz bir elm ocağı olaraq da maraq kəsb edəcək. Azərbaycançılığı öyrənmək istəyənlər Mərkəzlə əlaqə saxlamalıdır. Çünki bununla bağlı buradan böyük yer yoxdur. Çoxlu əcnəbi alimlərin də burada tədqiqat işi aparmasına Mərkəzdə şərait yaradılmalıdır. Azərbaycançılığın təbliğatı çoxşaxəli aparılsa, daha faydalı olacaq. Təbliğat işi elə qurulmalıdlır ki, davamlı olsun". Azərbayan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, tanınan alim, professor Məhərrəm Qasımlının fikrincə, Heydər Əliyev Mərkəzi azərbaycançılığın təbliğatı istiqamətində daha sistemli iş görməlidir. Professor Qasımlı hesab edir ki, Mərkəz azərbaycançılıq ideologiyasını layiqincə öyrənib təbliğ edəcək. M.Qasımlının sözlərinə görə, Heydər Əliyev Mərkəzinin ölkə başçımız tərəfindən təsdiq edilən Əsasnaməsində həyata keçirilməsi göstərilən məsələlərin hər biri aktualdır: "Mərkəzin Əsasnaməsində olan bütün məsələlər aktualdır və azərbaycançılıqla bağlıdır. Ana dilidir, tariximizdir, mədəniyyətimizdir, təsviri incəsənətimizdir - azərbaycançılıq ideologiyasına xidmət edən sahələrdir. Yaxud burada beynəlxalq tədbirlərin, elmi konfrans və simpoziumların keçirilməsilə əlaqədar qeyd edilən fikirlərə diqqət yetirək. Başqa dövlətlərlə, xalqlarla, mədəniyyətlərlə əlaqə qurmaq, sülh yaratmaq, isti-səmimi təmas azərbaycançılığın təbliğatını genişləndirən amillərdəndir. Beynəlxalq tədbirlər burada yüksək səviyyədə keçiriləcək, yüzlərlə qonaq gələcək bu Mərkəzə, hər şeyi öz gözlərilə gördükdən sonra ölkəmizi, mədəniyyətimizi, tariximizi təbliğ edəcəklər. Mənə belə gəlir ki, Əsasnamədə əks olunan bütün məsələlər detalına qədər öyrənilib araşdırılmalıdır. Heydər Əliyev irsinin əsas özəyi azərbaycançılıqdır, ana dilinə, mədəniyyətinə qayğıdır. Heydər Əliyev Azərbaycan mədəniyyətinə, elminə, tarixinə, ana dilinə çox böyük əhəmiyyət verib həmişə. Qoy onun ana dilimizə qayğısı ayrıca öyrənilsin. Alimlər araşdırıb görəcəklər ki, dilə qayğı azərbaycançılıq ideologiyasına böyük töhfədir. Heydər Əliyev bilirdi ki, doğma dil milləti formalaşdıran, onu beynəlxalq aləmdə söz sahibi edən məfhumdur. Tariximizlə bağlı Heydər Əliyev nə qədər işlər görüb bilirsiniz? Bunlar da ayrıca öyrənilməlidir. Yaxşı olardı ki, Əsasnamədə göstərilən və həllini gözləyən böyük məsələlərdə gənc alimlərə önəm verilsin. Onların deməyə sözü çoxdur. Azərbaycançılıq ideologiyasının təbliğində Heydər Əliyev Mərkəzinin görəcəyi işlərə gənclərin də fəaliyyəti əlavə edilsə, uğurlu işlər alınacaq. Gənclər xarici dilləri yaxşı bilir, onlar Mərkəz vasitəsilə mədəniyyətimiz, tariximizi və başqa sahələrimizi uğurla yaya bilər. Gənclərimiz də, yaşlı və orta nəsil alimlərimiz kimi, Heydər Əliyev irsini öyrənib təbliğ etməkdə maraqlıdır".
Mərkəzin yaxınlarda çox uğurlu layihələrlə ictimaiyyət qarşısına çıxacağına ümid edən Məhərrəm Qasımlının təklifinə görə, burada milli folklorumuz da azərbaycançılığı öyrənmək və təbliğ etmək baxımından yeni istiqamətdə araşdırılıb yayılmalıdır. Folklorumuzun da azərbaycançılığın təbliğində böyük rola malik olduğunu nəzərə çatdıran professor hesab edir ki, Mərkəz bu sahəyə də yer verəcək: "Ümummilli liderimiz Heydər Əliyev folklor irsimizə böyük dəyər verirdi. Bu Mərkəzdə ağız ədəbiyyatımız da öyrənilsə yaxşı olar. Düşünürəm ki, öyrəniləcək. Daha maraqlı layihələrin həyata keçiriləcəyinə ümid edirəm. Mərkəzə fəaliyyətində böyük uğurlar arzu edirəm. Ölkə başçısının bu cür mərkəzlərə diqqət yetirməsi təqdirəlayiqdir. Heydər Əliyev Mərkəzi bir elm məbədidir. Azərbaycançılıq bu məbəddən hər yana daha çox yayılacaq".
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ