Bazar günü günü, 22 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Müasir tariximizdə azərbaycançılıq ruhu...
Tarix: 09.01.2016 / 02:23
Bölmə: Layihə
Azərbaycançılıq ideyası, ideologiyası milli dövlətçiliyini, milli tarixini sevən, dövlətinin müstəqilliyinin əbədi olmasını istəyən hər bir azərbaycanlı üçün müqəddəs məfhumdur. Sözsüz ki, Heydər Əliyevin azərbaycançılığın yayılmasında, geniş miqyasda təbliğ edilməsində əməyi böyükdür.
Təbii ki, ölkənin perspektiv inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi əsas vəzifə kimi qarşıda durur və bu istiqamətdə addımlar atılır. Professor Fəxrəddin Səfərli Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövründən yazarkən bildirir ki, H.Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi vaxt, həmçinin Azərbaycanda siyasi hakimiyyətinin II dövründə də Naxçıvanın tarixinə, tarix-mədəniyyət abidələrinə böyük diqqət və qayğı göstərib, MR-də genişmiqyaslı abadlıq və quruculuq işləri aparılıb: "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 1993-1998-ci illərdə Naxçıvanda aparılan abadlıq və quruculuq işlərini ümumiləşdirərək qeyd edib ki, Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra, Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da quruculuq və bərpa işləri genişlənib. Bu dövrlərdə Muxtar Respublikada 20 məktəb binası, uzunluğu 240 olan 30 körpü tikilərək istifadəyə verilib. Yusif Məmmədəliyevin, M.S.Ordubadinin və Cəmşid Naxçıvanskinin ev muzeylərinin, Zərifə xanım Əliyeva adına Naxçıvan şəhər poliklinikasının, Naxçıvan Dövlət Dram Teatrının, Respublika Mədəniyyət Sarayının, tarixi Əshabi-Kəhf ziyarətgahının və İmamzadə kompleksinin binalarının əsaslı şəkildə bərpa olunaraq yenidən istifadəyə verilməsi, Hüseyn Cavidin monumental abidəsinin tikintisi, C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının fəaliyyətə başlaması və onun üçün müasir tələblərə cavab verən yeni binanın istifadəyə verilməsi 70-ci illərdən başlanan quruculuq tədbirlərinin məntiqi davamıdır. Nəzərə alsaq ki, sadalanan bu işlər müstəqil Azərbaycan dövlətinin yenicə qurulduğu, hələ möhkəmlənmədiyi, iqtisadi çətinliklər içərisində olduğu bir zamanda yerinə yetirilib, onda bu işlərin miqyası və böyük çətinliklərin dəf olunması hesabına həyata keçirilməsi haqqında aydın təsəvvür yaranar. Qeyd etmək lazımdır ki, Naxçıvanın tarixi məsələləri, Naxçıvanın maddi-mədəniyyət abidələri müstəqil Azərbaycan dövlətinin Prezidenti kimi də daim ulu öndərin diqqət mərkəzində olub. Naxçıvanın muxtariyyət statusuna böyük əhəmiyyət verən Heydər Əliyev 4 fevral 1999-cu ildə "Naxçıvan Muxtar Respublikasının 75 illiyinin keçirilməsi haqqında" xüsusi Sərəncam imzalamışdı. 11-14 oktyabr 1999-cu ildə Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının 75 illiyində iştirak etmək üçün Naxçıvana gələn ulu öndər Muxtar Respublikada bu münasibətlə keçirilən tədbirlər çərçivəsində milli memarlığımızın möhtəşəm abidəsi, XII əsrdə görkəmli memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaratdığı Möminə xatın türbəsini ziyarəti zamanı çıxış edərkən tarix-mədəniyyət abidələrimizə Naxçıvan Muxtar Respublikasında göstərilən diqqət və qayğı məsələsinə də toxunub və deyib: "Hesab edirəm ki, son illərdə gördüyünüz iş yüksək qiymətə layiqdir. Mən bunu çox yüksək qiymətləndirirəm, çox məmnun olduğumu bildirmək istəyirəm. Bu işi davam etdirmək lazımdır. Bu işi davam etdirmək üçün nə qədər vəsait lazım olsa-Naxçıvanın başçısına, Ali Məclisin sədrinə deyirəm-mən bunu əsirgəməyəcəyəm. Çünki bu, bizim müstəqil dövlətimiz üçün, gələcək nəsillər üçün çox lazımdır". Ulu öndərin tapşırığı ilə bundan az sonra 2003-cü ildə Möminə xatın türbəsi və Qarabağlar memarlıq kompleksində xaricdən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə əsaslı şəkildə bərpa və təmir işləri aparılıb. Naxçıvanın maddi mədəniyyətinin, xüsusən Gəmiqaya abidəsinin ümumbəşəri dəyərini və xalqımızın tarixinin öyrənilməsində elmi əhəmiyyətini yüksək qiymətləndirən Heydər Əliyev 2001-ci ildə Muxtar Respublikanın ərazisində geniş arxeoloji tədqiqatlar aparılmasını bir vəzifə kimi qarşıya qoyub".
Tarixçi alimin qeyd etdiyinə görə, tariximizə, mədəniyyət abidələrimizə diqqət və qayğı ulu öndərin Azərbaycanda siyasi hakimiyyətinin ikinci dövründə özünü daha qabarıq şəkildə büruzə verib. Onun bildirdiyinə görə, ilk növbədə, tarix və mədəniyyət abidələrinin tədqiqi, təbliği və qorunması məsələlərinin qanuniləşdirilməsi, bu məsələnin qanunla tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının Konstitusiyasını hazırlayan komissiyanın sədri kimi dahi şəxsiyyətin tövsiyəsi əsasında 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsi ilə tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşılması, ona qayğı göstərilməsi, tarix və mədəniyyət abidələrinin qorunması hər bir vətəndaşın konstitusiya vəzifəsi kimi təsbit olundu: "Ulu öndər Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" və "Arxeoloji irsin qorunması haqqında Avropa Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə" qanunları təsdiq etmişdi.
Ümummilli liderin Azərbaycanda hakimiyyətə qayıdışından sonra da onun fəaliyyətində Azərbaycan tarixinin bir sıra problemlərinin yaranmış şəraitdən istifadə edərək yenidən işlənməsi, sovet hakimiyyəti illərində yasaq olunmuş mövzuların tədqiqi diqqət mərkəzində olub. Bu cəhətdən Heydər Əliyevin 18 dekabr 1997-ci ildə imzaladığı "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" və 26 mart 1998-ci ildə imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" sərəncamları xüsusilə qeyd etmək lazımdır. Məhz bu sərəncamlardan sonra XX yüzillikdə tədqiqinə yasaq qoyulmuş, üstündən sükutla keçilmiş ermənilərin XX əsr boyu başımıza gətirdiyi müsibətlər, xalqımıza qarşı həyata keçirdiyi soyqırımları və s. sistemli tədqiqat obyektinə çevrildi, bu məsələ ilə əlaqədar dissertasiyalar müdafiə olundu, çoxlu monoqrafiya, kitab və məqalələr nəşr edildi. Bu iş indi də davam etdirilməkdədir. Həmçinin, ulu öndərin səyləri nəticəsində Azərbaycan tarixində böyük xidmətləri olan bir sıra görkəmli şəxsiyyətlərin (Fətəli xan Xoyski, Nəriman Nərimanov və s.) üzərindən yasaq götürüldü. Bəzi şəxsiyyətlərin həddindən artıq ideallaşdırılması, bəzilərinin isə kölgədə qalması ilə barışmayan ümummilli lider hər bir şəxsiyyətin layiq olduğu qiyməti alması üçün bir sıra tədbirlər həyata keçirdi. O, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı sahəsində xidməti olan şəxsiyyətlərin xalqa tanıdılması, adlarının əbədiləşdirilməsi məqsədilə onların heykəllərini qoydurdu. O illərdə müasirlərinin əməyi yüksək səviyyədə qiymətləndirildi, hətta Sovet İttifaqının ən yüksək mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adı və digər orden-medallarla təltif olundu. Orta əsrlərdən üzü bəri görkəmli şair və yazıçılarımızın, tarixi və ədəbi abidələrimizin yubileyləri keçirildi, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayan kinofilmlər çəkildi, bədii əsərlər yazıldı. Dahi şəxsiyyət bu dövrdə XIX-XX əsrlər tarixinin öyrənilməsinə xüsusi diqqət yetirir və qeyd edirdi ki, başqa dövrlərdən fərqli olaraq XIX-XX əsr tariximiz daha çox təhrif edilib. Ona görə də o, 1997-ci il yanvarın 31-də EA-nın həqiqi və müxbir üzvləri ilə görüşündə tarixçilərin qarşısında Azərbaycanın XIX-XX əsrlər tarixinin obyektiv, olduğu kimi yazılmasını təxirəsalınmaz vəzifə kimi qoymuş və demişdir: "İndi Akademiyanın qarşısında duran vəzifələrdən biri də Azərbaycan xalqının XIX-XX əsrlər tarixinin yazılmasıdır". XX yüzilliyin əvvəllərində Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyətinə çox yüksək qiymət verən ulu öndər onu yaradan şəxsiyyətlərə də çox rəğbətlə yanaşırdı. Məhz buna görə də dahi şəxsiyyət 30 yanvar 1998-ci ildə "Azərbaycan Xalq Cumhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında" Sərəncam imzaladı. Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 29 dekabr 2000-ci ildə "Yeni il, yeni əsr və üçüncü minillik" münasibətilə Azərbaycan xalqına müraciət edib. Bu müraciətdə Azərbaycan tarixinə, Azərbaycan xalqının keçdiyi tarixi yola ulu öndər səriştəli bir tarixçi kimi nəzər salıb, XIX-XX yüzilliyin tarixinə xüsusi diqqət yetirib".
Tədqiqatçının bildirdiyinə görə, Heydər Əliyevin həmin müraciətini "Azərbaycanın tarixi salnaməsi" kimi səciyyələndirən akademik İ.Hacıyev yazır ki, burada yaxın tarixə yığcam şəkildə və müdrikcəsinə baxılıb, baş verənlərə düzgün və obyektiv qiymət verilib. Bu mühüm siyasi sənəddə Azərbaycan gerçəkliyi dünyada gedən proseslərin fonunda və onun bir hissəsi kimi məharətlə təhlil olunur: "Keçmişimizin və müasir tariximizin elmi-nəzəri proqnozlarını verən bu müraciətdə xalqımızın keçdiyi tarixi yola dərindən nəzər salınır, mühüm tarixi proseslərə, hadisələrə, tarixi şəxsiyyətlərə obyektiv qiymət verilir, prinsipial münasibət bildirilir. Ulu öndər müraciətdə kamil tarixçi səriştəsi ilə dərin elmi-nəzəri təhlil aparmış, XX yüzillikdəki tariximizi dövrləşdirmiş və onu dörd mərhələyə (1. Azərbaycan Xalq Cumhuriyyətinin qurulması üçün münbit zəminin yaranması mərhələsi; 2. Çar Rusiyası dağılandan sonra ölkəmizin ilk dəfə müstəqilliyi əldə etdiyi dövr-Azərbaycan Xalq Cumhuriyyəti mərhələsi; 3. 1920-ci ilin aprelindən 18 oktyabr 1991-ci ilə qədər olan mərhələ; 4. 18 oktyabr 1991-ci ildə "Müstəqillik haqqında Konstitusiya Aktı"nın qəbul olunması ilə başlanan mərhələ) ayırmışdır. Heydər Əliyev xalqımızın XX yüzillikdəki tarixini elə dövrləşdirmişdir ki, bu tarixi başqa cür etmək, ümumiyyətlə, mümkün deyil. Azərbaycan tarixçiləri yüksək dövlət qayğısına cavab olaraq öz qüvvələrini səfərbər edəcək, xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixçilər qarşısında qoyduğu vəzifələrin, həmçinin Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarının uğurla yerinə yetirilməsi, Azərbaycanın tarix və mədəniyyətinin tədqiqini gözləyən problemlərinin öyrənilməsi üçün səylə çalışacaqlar".
Azərbaycan tarixşünaslığının müasir dövrü, onun azərbaycançılıq ideyasının tərənnümündə, təbliğində, insanlara aşılanmasında rolu haqqında daha ətraflı araşdırmalar aparacağıq. Azərbaycançılıq müasir Azərbaycan dövlətinin əsas xəttini təşkil etdiyindən, yazılan hər bir əsər, aparılan hər bir tədqiqat işi azərbaycançılıq ruhundan qaynaqlanmalıdır. Buna zəmin böyükdür, bu ideya xalqımızın, dövlətimizin özəyidir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb
22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək
22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi
22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”
22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”
22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"
22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib
22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir -
“Üçüncü eşelon” kim(lər)dir?
22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi
– “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”
21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir
– Pentaqondan açıqlama gəldi...
21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə
RƏSMİ REAKSİYA...
21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib
- FOTO
21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...
21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır
– dekabrın 1-dən hər addımları izlənəcək...
21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi
– Londondan gözlənilməz açıqlama...
21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı
21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı
- VİDEO
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....
21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...
21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ