Bazar günü günü, 22 noyabr 2026
     

Heydər Əliyevin Azərbaycan tarixşünaslığına töhfələri - azərbaycançılığın müasir dövrü...

Image


Azərbaycançılıq ideologiyası milli dövlətçiliyini, milli tarixini sevən, dövlətinin müstəqilliyinin əbədi olmasını istəyən hər bir azərbaycanlı üçün müqəddəs məfhumdur. Sözsüz ki, Heydər Əliyevin azərbaycançılığın yayılmasında, geniş miqyasda təbliğ edilməsində əməyi böyükdür.
Təbii ki, ölkənin perspektiv inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi əsas vəzifə kimi qarşıda durur və bu istiqamətdə addımlar atılır. Azərbaycan tarixinin öyrənilməsi, yenidən araşdırılması, azərbaycançılıq ruhunda yazılması müasir tarix elmimiz qarşısında duran əsas vəzifələrdən biridir. Bildiyimiz kimi, Azərbaycanın sabiq Prezidenti mərhum Heydər Əliyev tarix elmi qarşısında yeni tələblər qoyurdu. Bu tələblər ondan ibarət idi ki, Azərbaycan dövlətinin, Azərbaycan xalqının real tarixi yazılmalıdır. Bilirik ki, Sovet illərində bizim gerçək tariximizin öyrənilməsi yasaq edilib və bizə saxta tarix öyrədilib. Bu fakt, təbii ki, hər bir azərbaycanlını, azərbaycançılıq ideologiyasına bağlı olan insanları narahat edib. Azərbaycan tarixinin yeni istiqamətdə öyrənilməsində Heydər Əliyevin verdiyi qərarların, etdiyi çıxışların, göstərdiyi yolun böyük dəyəri var. Azərbaycan tarixi bu gün yenidən öyrənilir, təbliğ edilir.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Fəxrəddin Səfərli Heydər Əliyev və Azərbaycan tarixi məsələləri haqqında qeyd edir ki, Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin ilk günlərindən onun genişmiqyaslı fəaliyyətində Azərbaycan tarixi və mədəniyyətinin öyrənilməsi, öyrədilməsi, müxtəlif problemlərinin tədqiqi və təbliği məsələləri ön planda durub: "...Azərbaycan tarixinin bir sıra aktual məsələlərinin, o cümlədən xalqımızın mənşəyi, dövlətçiliyimizin təşəkkülü və formalaşması, şanlı keçmişimizin ümumdünya tarixində yeri və sair bu kimi mühüm tarixi problemlərin hərtərəfli, dərindən, ən başlıcası, obyektiv tədqiqini ulu öndər ölkəmizə rəhbərliyinin hər iki dövründə tarixçilər qarşısında aktual və təxirəsalınmaz vəzifə kimi qoyub. Hakimiyyətə gəlişi ilə tariximizə və tarix-mədəniyyət abidələrinə böyük diqqət və qayğı göstərən ulu öndərin birbaşa rəhbərliyi ilə bir sıra tədbirlər həyata keçirilir, ilk növbədə, ən yüksək səviyyədə görüləcək işlərin istiqamətlərini müəyyən edən müzakirələr aparılır, qanunlar, qərarlar qəbul edilirdi. Bu cəhətdən Azərbaycan SSR Ali Sovetinin 1973-cü ilin sentyabrında keçirilən sessiyasının gündəliyinə ərazidəki mədəniyyət abidələrinin vəziyyəti və onların qorunması tədbirləri haqqında məsələnin daxil edilməsi və müzakirə olunması diqqəti cəlb edir. Bunun ardınca Azərbaycan KP Mərkəzi Komitəsinin I katibi kimi Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan KP MK-nın 10 sentyabr 1976-cı ildə qəbul etdiyi "Azərbaycan SSR-də tarix və mədəniyyət abidələrinin mühafizəsi və bərpası işini yaxşılaşdırmaq haqqında" qərar bu istiqamətdə mühüm işlər aparmaq üçün geniş üfüqlər açdı. Məxsus olduğu xalqın tarixinə dərindən maraq göstərən Heydər Əliyev bu sahədə aparılan genişmiqyaslı işlərin qanun çərçivəsində yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycan SSR Ali Sovetinin 21 iyul 1978-ci il tarixli sessiyasında "Tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə haqqında Azərbaycan SSR Qanunu"nun qəbul olunmasına, 27 yanvar 1982-ci ildə isə Azərbaycan Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi Cəmiyyətinin Nizamnaməsinin Azərbaycan SSR Nazirlər Sovetində təsdiq edilməsinə nail oldu. Beləliklə, ölkə ərazisindəki tarix və mədəniyyət abidələrinin bərpası, tədqiqi və qorunması məsələsi qanun və qərarlarla rəsmiləşdirildi, bu sahədə cavabdeh təşkilatların vəzifələri müəyyənləşdirildi, məsuliyyəti artırıldı.
Burada qeyd etmək yerinə düşər ki, ulu öndər abidələrin qorunmasında hamının, xüsusilə rəhbər işçilərin rolunu həmişə ön plana çəkib və qeyd edib ki, abidələrin qorunması hamının, xüsusilə rəhbər işçilərin diqqət mərkəzində olmalıdır. Tariximiz üçün müəyyən əhəmiyyət kəsb edən və yer altından tapılmış hər bir xırda əşya belə qızıl qədər dəyərlidir. 1969-cu ilin sentyabr ayında "Kommunist" (indiki "Xalq qəzeti") qəzetinin, 1969-cu il noyabrın 1-də Azərbaycan Dövlət Universitetinin (indiki BDU) 50 illik yubileylərində Azərbaycan dilində çıxış edən respublikanın yeni rəhbəri Heydər Əliyev bir il sonra Azərbaycan Pedaqoji İnstitutunun (indiki APU) yarıməsrlik yubileyində Azərbaycan tarixinin tədrisi məsələsindən bəhs edib, bununla əlaqədar tapşırıqlar verib. Bundan sonra aparıcı ali məktəblərdə "Azərbaycan tarixi" kafedraları yaradılıb, fənnin tədrisinə ayrılan saatların miqdarı artırılıb. Bu məqsədlə ali və orta məktəblər üçün dərsliklər, proqramlar hazırlanmağa başlanıb. Məhz həmin vaxtlar-ulu öndərin Azərbaycanda siyasi hakimiyyətinin birinci dövründə müdrik rəhbərin yaxından köməkliyi və qayğısı ilə Azərbaycan tarixinin 3 cildliyinin nəşri başa çatdırılsa da, bu nəşr onu qane etməmiş, Azərbaycan tarixinin yeni və mükəmməl çoxcildliyinin hazırlanması haqqında tapşırıqlar verib. Ancaq həmin vaxt Azərbaycan tarixinin çoxcildliyinin əsas hissəsi əlyazma şəklində hazırlansa da, I cilddə müəyyən məqamlar, xüsusilə Azərbaycan xalqının etnogenezi məsələsi ümummilli liderimizi razı salmadığı üçün onun çapı baş tutmamışdı. Ulu öndərin 1982-ci ildə Sov. İKP MK Siyasi Bürosuna üzv seçilməsi və Moskvada məsul vəzifəyə irəli çəkilməsi, 1987-ci ilin oktyabrında Siyasi Büro üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin I müavini vəzifəsindən istefa verməsi, bundan az sonra ermənilər tərəfindən ortaya atılan Dağlıq Qarabağ problemi ilə yaranan böhranla əlaqədar bu məsələ unudulmuş və arxa plana keçmişdi. Heydər Əliyev 31 yanvar 1997-ci ildə Azərbaycan Elmlər Akademiyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və aparıcı alimləri ilə görüşdə bu münasibətlə demişdi: "Xatırlaya bilərsiniz, 70-ci illərdə mən dəfələrlə Elmlər Akademiyasının qarşısında vəzifə qoymuşdum ki, Azərbaycanın tarixi yazılmalıdır. Amma bu gün mənim haqqım var deyəm ki, tarixçilərimiz bu vəzifəni yerinə yetirmədilər. Bizim tarixçilərimiz, bir tərəfdən, çəkişmə ilə məşğul oldular, hərə öz konsepsiyasını irəli aparmağa çalışdı. Başqa respublikalarda tarixçilər, pis də, yaxşı da olsa, hər halda öz xalqlarının tarixini yaza bildilər. Biz bunu edə bilmədik. Ancaq indi, bir tərəfdən, bəlkə yaxşıdır ki, bunu edə bilməmişik. Çünki etsəydik də, onu yenidən yazmalıydıq. İndi vəzifə bundan ibarətdir ki, Azərbaycanın tarixi yazılmalıdır". Ulu öndərin Azərbaycan Prezidenti kimi bu birbaşa tapşırığı ilə çoxcildliyin düz bir il sonra, 1998-ci ildə başlanan nəşri 2003-cü ildə başa çatdı. Görünür, bu da taleyin bir qisməti imiş ki, Azərbaycan tarixinin çoxcildliyinin keçən yüzillikdə baş tutmayan nəşri Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra gerçəkləşdi. Ulu öndərin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il, "Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında" 9 avqust 2001-ci il və "Azərbaycan Respublikasında Dövlət dili haqqında" 2 yanvar 2003-cü il tarixli sərəncamlarından sonra çoxcildlik Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə latın əlifbası ilə 2007-2008-ci illərdə yenidən işıq üzü gördü".
F.Səfərli qeyd edir ki, Azərbaycan xalqının zəngin tarixi keçmişi, mədəni irsi daim Heydər Əliyevin diqqət mərkəzində olub. Professor bildirir ki, o, bu abidələrin qorunmasına, bərpasına, təbliğinə və gələcək nəsillərə çatdırılmasına böyük önəm verir və diqqət yetirirdi. Tədqiqatçının qeyd etdiyinə görə, XX yüzilliyin 70-ci illərində Qəbələ RLS tikilərkən erməni mühəndislərinin hazırladığı plana əsasən, Azərbaycanın qədim paytaxt şəhərlərindən və mədəniyyət mərkəzlərindən olan Qəbələ yaşayış məskəni dağıdılmalı idi: "Bundan xəbər tutan ümummilli liderimiz məsələyə dərhal reaksiya vermiş, Kreml səviyyəsində danışıqlar apararaq Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Qəbələ şəhər yerinin dağıdılmasının qarşısını almışdı. Azərbaycanın tarixi coğrafiyasının öyrənilməsini yüksək qiymətləndirən Heydər Əliyevin hakimiyyətinin ilk illərində bilavasitə onun tapşırığı ilə Azərbaycan və rus dillərində "Azərbaycan SSR xəritələri" adlı atlas nəşr edildi. Həmin vaxt əleyhdarlarımız tərəfindən böyük səs-küylə qarşılanan atlas "Azərbaycan SSR xəritələri" adlansa da, orada Azərbaycan tarixinin qədim dövrlərindən başlayaraq 70-ci illərədək olan zaman çərçivəsinin xəritələri əks olunub. Sovet hakimiyyəti illərində orta əsr şəhəri, həmin dövrün şəhərsalma prinsiplərini və ənənələrini çox gözəl şəkildə qoruyub saxlayan Ordubad şəhərində tikinti işləri aparılarkən şəhərin memarlıq üslubu pozulur, görkəminə xələl gətirilir, hətta bəzi tarix-mədəniyyət abidələri dağıntıya məruz qalırdı. Beləliklə, ulu öndər tərəfindən "Azərbaycanın incisi" kimi dəyərləndirilən Ordubad şəhəri müasirlik adı altında inşa edilən tikintilər hesabına öz əvvəlki görkəmini itirirdi. Bundan xəbər tutan Heydər Əliyev 1977-ci ildə Ordubadı "qoruq-şəhər" elan etmişdi. Bununla da şəhərin toxunulmazlığı təmin edilib. Azərbaycan arxeoloji irsinə və maddi-mədəniyyət nümunələrinə böyük maraq göstərən, onlara hörmət və ehtiramla yanaşan, diqqət və qayğısını əsirgəməyən ümummilli lider Heydər Əliyev Moskvada, SSRİ-nin ali rəhbərliyində işlədiyi zaman doğma yerlərə-Azərbaycana gələndə, vaxtının məhdud olmasına baxmayaraq, ölkə ərazisində indiyədək qalan tarix-mədəniyyət abidələrini də ziyarət edirdi.
1983-cü ilin sentyabrında Azərbaycanda olarkən qədim mədəniyyət, elm, təhsil, ticarət və sənətkarlıq mərkəzlərindən biri olan Şabran şəhərinə getmiş, orada arxeoloji tədqiqatlarla tanış olmuş və bu işin genişləndirilməsini tövsiyə etmişdi. Bundan sonra Şabranda bir neçə arxeoloji ekspedisiya fəaliyyətə başlamışdı. Həmçinin, həmin vaxt respublika rəhbərliyinə Azərbaycanın orta əsr şəhərlərinin tarixinin hərtərəfli öyrənilməsinin gücləndirilməsi haqqında tapşırıqlar verilib. Tapşırıqlara uyğun olaraq, bir sıra Azərbaycan şəhərlərinin (Gəncə, Bərdə, Naxçıvan, Qəbələ və s.) qədim və orta əsrlər dövrü tarixinin sistemli şəkildə öyrənilməsi üçün arxeoloji ekspedisiyalar işə başlamış, aparılan tədqiqatların nəticəsi olaraq monoqrafiya və məqalələr yazılıb. Heydər Əliyevin həyatının Naxçıvan dövrü də qeyd olunan istiqamətdə aparılan işlərlə zəngin olub. Məhz onun təşəbbüsü və sədrliyi ilə Naxçıvan MSSR Ali Sovetinin 17 noyabr 1990-cı ildə keçirilən sessiyasında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "Sovet" və "Sosialist" sözləri çıxarılmış, Muxtar Respublikanın ali hakimiyyət orqanı olan "Ali Sovet" "Ali Məclis" adlandırılıb. Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli bayrağı isə Naxçıvan MR-in dövlət bayrağı kimi qəbul edilmişdi. Sessiyada həmçinin sıravi xalq deputatı Heydər Əliyevin işləyib hazırladığı "1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar layihəsi əsasında 20 Yanvar faciəsinə ilk dəfə siyasi qiymət verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 dekabr 1991-ci ildə Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında 1989-cu ilin dekabrında "Sərhəd hərəkatı"nın baş verdiyi gün - 31 dekabr "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" elan olunub. Naxçıvanda işlədiyi dövrdə Heydər Əliyev Naxçıvanın muxtariyyət statusuna qarşı yönəlmiş hücumları dəf edib, onu qoruyub saxlayıb. 1992-ci ilin martında Türkiyədə olarkən ulu öndər 1921-ci ildə bağlanmış Moskva və Qars müqavilələrinə əsasən "Türkiyə Naxçıvanın ərazi bütövlüyünün təminatçısıdır" fikrinin bir daha vurğulanmasına nail olmaqla, həm ölkə daxilində Naxçıvanın muxtariyyət statusunun ləğv olunmasına çalışanlara, həm bu işdə marağı olan xarici dövlətlərə, həm də düşmən Ermənistana sərt mesaj göndərmişdi. Beləliklə, həyata keçirilən bu tədbirlər nəticəsində Naxçıvanın muxtariyyət statusu qorunub saxlanmışdı".
(Ardı var)
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ