Bazar günü günü, 22 noyabr 2026
     

Heydər Əliyev və Azərbaycan dili - azərbaycançılığa xidmət...

Image


Azərbaycan dövlətinin vahid ideologiyasını təşkil edən azərbaycançılıq xalqın, dövlətin ən böyük dəyərlərindən biridir. Heydər Əliyev və azərbaycançılıq ideologiyası bir-birilə vəhdət təşkil edir. Keçən yazımızda qeyd etmişdik ki, Heydər Əliyev və azərbaycançılıq mövzusuna bir neçə istiqamətdən yanaşmaq lazımdır. Görkəmli dövlət xadiminin böyük dəyər verdiyi və azərbaycançılığın formalaşmasında, özül prinsiplərinin qurulmasında önəmli rol oynayan ana dilimizdir.
Heydər Əliyev və ana dilimiz, ana dilimiz və azərbaycançılıq bir-birilə üzvü surətdə çuğlaşır. Əslində dilimizin inkişafı, təbliği, bu dilin ali mərtəbədə özünə yer tutması elə azərbaycançılığın özəyini təşkil edir. Azərbaycançılığın tərənnümçüsü Heydər Əliyev ana dilimizin inkişafını, onun gözəlliyini hər zaman ifadə edirdi: "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm". Heydər Əliyevin bu fikri hər bir azərbaycanlıya örnəkdir və azərbaycançılıq ideyasının, ideologiyasının, xəttinin inkişafına yönəlib.
Heydər Əliyev və Azərbaycan dili, azərbaycançılıq ideyası həqiqətən də hər bir azərbaycanlıda qürur yaradır. Dilimizdən torpağımıza, bayrağımızdan dövlətimizə qədər hər bir müqəddəs məfhum azərbaycançılığa xidmət edir.
Milli Məclisin deputatı, filologiya elmləri doktoru Jalə Əliyeva mövzu ilə bağlı bildirir: "...Tarixi minilliklərin sınağından, hakim rejimlərin işğalından, yadelli təcavüzlərin təzyiqindən, yabançı dəblərin axınından, müxtəlif dillərin təsirindən qalib çıxan, bu günümüzə qədər saflığını, təmizliyini, zənginliyini qoruyaraq gələn dilimiz - Azərbaycan dili haqqında düşünərkən, bu dil haqqında əlimə qələm alıb yazmaq istəyərkən gözlərimin önündə Dədə Qorqud, Nəsimi, Füzuli, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə, Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Hüseyn Cavid, Aşıq Ələsgər, Şəhriyar canlanır. Bunlar Azərbaycan söz sənətinin, Azərbaycan təfəkkür dünyasının, Azərbaycan dil xəzinəsinin, Azərbaycan ictimai-siyasi fikrinin təməl daşları, bünövrəsi, ən dəyərli inciləridirlər. Əlbəttə ki, bu siyahını davam etdirmək olar. Azərbaycan ədəbiyyatını, Azərbaycan ədəbi dilini yaradanların və onu milli varlıq kimi sonrakı nəsillərə - bizlərə olduğu kimi çatdıranların hər birinə, heç şübhəsiz, borcumuz və ehtiramımız sonsuzdur. Çünki məhz onların sayəsində Anamızın-Azərbaycan adlı cənnət vətənimizin doğma dili olan Azərbaycan dili əsrlərin keşməkeşlərindən alnıaçıq, üzü ağ çıxaraq mükəmməl, şirin, axıcı, işlək və zəngin bir dilə çevrilib. Yuxarıda sadaladıqlarım Azərbaycanın böyük mütəfəkkirləri, ədəbiyyat tariximizin nəhəngləri, şair və yazıçıdırlar. Lakin mən bu sıraya bir ismi də əlavə etmək istəyirəm. Düzdür, o nə şairdir, nə yazıçıdır, nə də dilçidir. Onun şeirləri, romanları, hekayələri yoxdur. Bir sözlə, o əlinə qələm alıb əsər yazmayıb. Lakin o, ən istedadlı yazıçının, şairin belə yarada bilməyəcəyi, qüdrətli bir əsər yaradıb. Bu misilsiz əsərin adı - Azərbaycan, yazarı, banisi və yolgöstərəni isə xalqının çox haqlı olaraq ulu öndər adını verdiyi Heydər Əlirza oğlu Əliyevdir. Bir az əvvəl yuxarıda qeyd etdim ki, dilimiz haqqında yazmaq istəyərkən gözlərim önündə simalar canlanır. Bu mövzunu düşünərkən yaddaşımın səhifələrində yer alan fikirlər, toxunmaq istədiyim məsələlər, qısacası, dilimizin dünəni, bu günü və sabahı haqqındakı kiçik qeydlərim məni bu yazıya məhz Heydər Əliyev kontekstində yanaşmağa çağırır. Mən də ürəyimin səsinə qulaq asaraq yola çıxıram...
Ölkəsinin başı üzərində qara buludların dolaşdığı, xalqının ölüm-qalım sualıyla qarşılaşdığı, torpaqlarının düşmən tapdağı altında qaldığı bir zamanda bir Simurq quşu kimi qanadlarını açaraq Vətəninin səmasında görünən Heydər Əliyev ona doğru uzanan milyonlarla azərbaycanlının ümidsiz əllərini öz qüdrətli əlləriylə tutdu, onu çağıran, onu səsləyən milyonlarla azərbaycanlının həyəcanlı səsinə öz güclü səsiylə səs verdi. Qarşısındakı bütün sədləri, maneələri öz dərin zəkasıyla, iti ağlıyla, ancaq nadir şəxsiyyətlərə xas olan parlaq istedadıyla, ən əsası isə, xalqına və Vətəninə bəslədiyi tükənməz sevgisiylə, doğulub böyüdüyü torpağa sədaqəti və bağlılığıyla aşaraq, müstəqil Azərbaycanı yaratdı... Əslində düşünürəm ki, onun şəxsiyyətini, kimliyini, böyüklüyünü, Vətəni, xalqı üçün etdiklərini tam olaraq anlada biləcək ən mükəmməl əsər hələ yazılmayıb, ən dəyərli söz hələ deyilməyib. Onun şəxsiyyətinin ölçüsü, bizə göründüyündən, bizim onun üçün etmək istədiklərimizdən daha böyükdür və heç şübhəsiz ki, illər keçdikcə biz onun nəhəngliyini daha dərindən anlayacağıq. Əminik ki, bu ölkə Heydər Əliyevin onu bizə əmanət etdiyi kimi qalacaq - bütöv və sabit, demokratik və sivil, dünya birliyində layiqli yer tutmuş bir ölkə kimi. Əlbəttə ki, bu gün möhtərəm Prezidentimiz İlham Əliyevlə birlikdə gələcəyə doğru getdiyimiz yolda Azərbaycan daha güclü olacaq. Buna inamımız şəksizdir. Çünki bu gələcəyin müqəddəs təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və hər bir azərbaycanlının Prezidenti olan, xalqına yaxşı Prezident olmağı bacaran ölkə Prezidenti İlham Əliyev bu müqəddəs yolu öz nurlu əməlləri ilə işıqlandırır".
J.Əliyeva qeyd edir ki, 1969-cu ilin iyul ayında respublikanın rəhbəri seçilən Heydər Əliyev cəmi bir neçə aydan sonra o vaxtkı Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində nitq söyləyib. O yazır ki, həmin dövrdə belə bir addım, bir dövlət xadiminin öz ana dilində danışması həqiqətən böyük bir cəsarət istəyirdi və ən başlıcası, millilik, soykökə bağlılıq anlamına gəlirdi: "Həmin tarixi günü Heydər Əliyev tam 25 ildən sonra, BDU-nun 75 illiyinə həsr edilən iclasda artıq müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi belə xatırlayırdı: "Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, ana dilimdə, Azərbaycan dilində danışdım. Bu böyük sensasiya kimi qarşılandı. Nə cür olur ki, respublikanın rəhbəri Azərbaycan dilində çıxış edir və bu dildə heç də pis danışmır. Bəziləri məni bu hadisə münasibətilə təbrik etdilər. Minnətdarlıqlarını bildirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar doğrudan da bunu böyük bir hadisə kimi qəbul etdilər".
Böyük öndər yenə həmin dövrdə ölkədə keçirilən bütün tədbirlərdə doğma dilində danışmaqdan çəkinmirdi. Uzun illər boyu sıxışdırılan dilimizin sabahına işıq salır, cəsarəti, şəxsi nümunəsi ilə milyonlarla insanın ürəyindən keçənlərin ifadəçisinə çevrilir, haqq sözünü deyir, dilimizin ən ali mərtəbəyə layiq olduğunu bəyan edirdi. Sovetləşmə isə bütün SSRİ məkanında sürətlə davam edirdi. Belə bir zamanda - 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyası hazırlanarkən, respublikanın rəhbəri Heydər Əliyev şəxsən özü yaradıcı ittifaqlara xəbər göndərməli olmuşdu ki, Konstitusiyaya Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması barədə xüsusi maddə salınmasını tələb etsinlər. Nəticədə Konstitusiyada "Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir" maddəsi təsdiq olundu. Mən bir daha çox əhəmiyyətli və həssas bir məqamı qabartmaq istəyirəm. Bu addım, bu cəsarətli addım müstəqil bir ölkədə deyil, milli hüquq və azadlıqların məhdudlaşdırıldığı, milli köklərin unutdurulmağa çalışıldığı, totalitar imperiyaya bağlı olan bir ölkədə, sovet respublikası olan Azərbaycanda atılırdı. İllər keçəcək, 1995-ci ilin oktyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasında dilimizlə bağlı olaraq keçirilən ümumrespublika müzakirəsində ulu öndər o gərgin mübarizəni və qələbəni belə xatırlayacaqdı: "Xatirimdədir, o vaxt başqa respublikaların rəhbərləri ilə kəskin danışıqlarımız oldu. Ukraynanın rəhbəri Şerbitski ilə mənim kəskin danışıqlarım oldu. O, buna çox etiraz edirdi, belə əsaslandırırdı ki, siz belə yazdığınız halda, gərək biz də yazaq ki, Ukraynanın dövlət dili Ukrayna dilidir. Mən ona dedim ki, sizə heç kəs mane olmur. Siz bizdən də böyük respublikasınız və Sovetlər İttifaqında sizin çəkiniz bizimkindən qat-qat artıqdır. Siz istəsəniz, bunu yaza bilərsiniz. Siz nə üçün bizə mane olursunuz? Ancaq biz buna nail olduq. Hesab edirəm ki, bu, o dövrdə, o zamanın şəraitində respublikamızda, ümumiyyətlə, ölkəmizin tarixində çox böyük hadisə oldu".
Bu tarixi nitqin söyləndiyi binada - Milli Elmlər Akademiyasında ulu öndərin rəhbərliyi altında dilimizin adı ilə bağlı aparılan gərgin müzakirələr də həmin gün tarixilik qazandı. Həmin gün bütün Azərbaycan ziyalılarının ürəyi, qəlbi həmin məkanla döyünürdü. Dilimizin müstəqil respublikamızda ilk dəfə qəbul ediləcək Konstitusiyada necə adlandırılması məsələsi gündəliyə çıxarılmışdı. Bugünkü kimi xatırlayıram. Ölkənin çox nüfuzlu, tanınan alimləri, yazarları həmin toplantıda idi. Ulu öndər hər kəsə danışmaq, öz mülahizələrini ifadə etmək, təkliflər irəli sürmək və bu təkliflərini müdafiə etmək imkanı və şəraiti yaratmışdı. Hər zaman olduğu kimi, müdrikcəsinə, diqqətlə çıxışları dinləyirdi. Dilimizin türk dili, azəri-türk dili, türkcə, azəri türkcəsi, Azərbaycan türk dili və b. kimi adlandırılmasını təklif edənlər və bu mülahizələrini xalqın etnosu, etnik mənşəyi, etnik mənsubiyyəti ilə əlaqələndirənlər var idi və bunu da deyim ki, özlüyündə onlar da haqlı idilər. Lakin bu mülahizələr Azərbaycan adlı böyük bir coğrafi məkanın varlığını, bu məkanda yaşayan qədim bir xalqın kimliyini, keçmişini, tarixini şübhə altına alırdı. Eyni zamanda, bu mülahizələr Azərbaycanın tarixən guya heç mövcud olmadığına, bu torpaqların guya erməni torpağı olduğuna dair sərsəm bir ideyanı irəli sürmüş və bu xəstə təxəyyülə bütün dünyanı inandırmaq eşqilə yaşayan, böyük Ermənistan xəyallarını həyata keçirmək üçün hər an tətikdə oturub, uyğun bir məqam gözləyən üzdəniraq qonşularımızın dəyirmanına su tökmək anlamına gəlirdi. Ulu öndər hər kəsi dinlədikdən sonra ayağa qalxdı və dedi: "Tarixi köklərimizə, tarixi keçmişimizə böyük hörmət və ehtiramımızı bildirərək, eyni zamanda, bu gün deməliyik ki, XX əsrdə bizim dilimiz öz inkişaf dövrünü keçib, formalaşıb və gəlib dövlət dili səviyyəsinə çatıb. İndi bunun adını dəyişdirib başqa ad qoymaq heç bir nöqteyi-nəzərdən, həm fəlsəfi, həm Azərbaycanın dövlətçiliyi nöqteyi-nəzərindən, ölkəmizin bu günü və gələcəyi nöqteyi-nəzərindən düz deyil". Həmin gün keçirilən müzakirələri diqqətlə izləyən Azərbaycan vətəndaşları öndərin çıxışını düzgün qiymətləndirməyi bacardılar və bir neçə gündən sonra keçirilən referendumda Azərbaycan Respublikasının ilk Konstitusiyasına və bu Konstitusiyada Azərbaycan üçün, Azərbaycan dili üçün təsbit olunan taleyüklü məsələlərə "hə" dedilər.
Heydər Əliyevin dövlət quruculuğunda əhəmiyyətli bir yerdə duran dil siyasəti və onu inkişaf etdirməyin yolları haqqında söylədiyi fikirlər bizə Azərbaycan dilini xalqın mənəvi varlığı kimi sevməyi, dilin zəngin söz xəzinəsindən bacarıqla istifadə etməyi, dilin qayğısına qalmağı, onun saflığını qorumağı, onunla fəxr etməyi, onu dərindən bilməyi, mükəmməl mənimsəməyi, ana dilimizin gözəlliyini duymağı, bu gözəlliyi hər zaman hər yerdə təbliğ etməyi, bu dildə düzgün danışmaqla hamıya nümunə olmağı öyrətdi. Göründüyü kimi, Heydər Əliyev qurub-yaratdığı Azərbaycanda xalqın mədəni, intellektual, milli-mənəvi inkişafının təməllərindən biri kimi milli dil siyasətinə böyük əhəmiyyət verirdi, bu yolda bir əsgər kimi mübarizə aparırdı. Ulu öndərin 18 iyun 2001-ci il tarixində imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman da həmin mübarizənin davamı idi. Onun bu mövzudakı çoxsaylı fikirlərindən birini xatırlayaq: "Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, bu həm də azərbaycançılıq məsələsidir".
H.Əliyevin gördüyü işlərin, milli ədəbiyyatımızın, ana dilimizin keşiyində durmasının azərbaycançılığa xidmət olduğunu qeyd edən J.Əliyeva bildirir ki, Heydər Əliyev "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" verdiyi Fərmanda Azərbaycan Respublikasının onillik inkişaf təcrübəsi haqqında danışarkən deyirdi: "Ana dilimizin öyrənilməsi və tətbiqi sahəsində də hələ görüləsi işlər çoxdur. Ölkəmizin orta və ali məktəblərində Azərbaycan dilinin müasir dünya standartlarına, milli-mədəni inkişaf tariximizin tələblərinə cavab verən tədris işinin təkmilləşdirilməsinə ehtiyac vardır. Bir çox kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda, kargüzarlıq və sair sahələrdə Azərbaycan ədəbi dilinin normalarına lazımınca əməl edilmir. Azərbaycan dilinin reklam işində istifadə edilməsində ciddi qüsurlar müşahidə edilir. Əcnəbi dilli lövhələr gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir".
J.Əliyeva qeyd edir ki, Heydər Əliyev ana dilinə münasibətdə olduqca həssas olub və böyük şəxsiyyət, dövlət xadimi dilimizin azərbaycançılıq ruhunun inkişafına təsir etməsini irəli sürüb. Azərbaycançılıq məfhumunun bir ideologiya, dəst-xətt kimi yaranması, yayılması və bu gün də dövlətçiliyimizin əsasını təşkil etməsi təqdir ediləsidir. Azərbaycançılığın ən böyük tərənnümçüsü Azərbaycan Respublikasının sabiq Prezidenti mərhum Heydər Əliyev olub, bu gün də onun yolu dövlət səviyyəsində davam etdirilir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ