Cümə günü, 27 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Məmmədağa Şahtaxtlı milli əlifba islahatçısı kimi...
Tarix: 07.07.2015 / 02:29
Bölmə: Layihə
(Əvvəli ötən sayımızda)
Azərbaycan mətbuat tarixinin hər səhifəsi maraqlıdır. Elə mətbu orqanlar olub ki, onlar Azərbaycan Xalq Cumhuriyyəti dönəminə qədərki mərhələdə milli maarifləndirmə istiqamətində böyük işlər görüb.
Əlbəttə, XIX əsrin sonu, XX yüzilliyin əvvəllərində Azərbaycan dilində müxtəlif qəzet və jurnallar nəşr olunub. "Əkinçi"dən şirə çəkən bu mətbu orqanların başında xalqımızın çox görkəmli ziyalıları, fikir adamları, qələm sahibləri dururdu. Bu artıq o zaman idi ki, bütün dünya çalxalanırdı, xalqlar, millətlər özünü təsdiqləmək üçün mübarizə meydanına atılırdı.
Məmmədağa Şahtaxtlının Azərbaycan əlifbasının yaradılması haqda təşəbbüsləri, hazırladığı əlifba layihələri arxivdə qalır. Milli mədəniyyətimizin, milli mətbuatımızın, ana dilimizin görkəmli təbliğatçısı Mirzə Fətəli Axundovun yolunu davam etdirməsi, mənəvi ustadının çəkdiyi işıqlı yolla getməsi gerçəkdən təqdir ediləsidir. Yazımızın birinci hissəsində iki il nəşr edilən "Şərqi-rus" qəzetinin fəaliyyətindən və M.Şahtaxtlının əlifba ilə bağlı fikirlərindən, bu istiqamətdə gördüyü işlərdən danışdıq. Bu sayımızda da əlifba ilə bağlı tədqiqat nümunələrinə yer ayırırıq. Naxçıvan Dövlət Universitetinin əməkdaşı Toğrul Xəlilovun yazdığına görə, Məmmədağa Şahtaxtlının əlifba layihələri olduqca diqqətçəkən olub. Tədqiqatçı Şahtaxtlının bu sahədə fəaliyyətini tədqiq edən digər tədqiqatçı alimlərdən biri olan filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin fikirlərinə istinad edərək yazır ki, M.Şahtaxtlı hazırladığı əlifba layihəsində a, k, z, s səsləri üç, d, n, l, g, q, h, v, c, u, t, r səslərini iki, ü, b, y, p, j, ç, ə, e, i, o, ö, ı, b, ş, f, x, m hərflərini isə bir işarə ilə göstərib: "Qeyd edək ki, əlifba islahatı sahəsində Məmmədağa Şahtaxtlı "yeni əlifba hərəkatının atası" kimi dəyərləndirdiyi Mirzə Fətəli Axundovdan da irəli gedib. Şahtaxtlının əlifba çalışmalarını müvəffəqiyyətlə başa çatdıra bilməsi üçün bir sıra çətinliklər vardı. Ona görə də ilk öncə onların aradan qaldırılması lazım idi. Bu çətinlikləri şərti olaraq aşağıdakı kimi qruplaşdıra bilərik:
1. Azərbaycan dilində qəzet və jurnalların nəşrinə icazə verilməməsi məsələsi.
Bu dövrdə Naxçıvan ziyalılarının mətbuata ehtiyacını görən Şahtaxtlı ana dilində qəzet və jurnalların çıxması üçün dəfələrlə hökumət dairələrinə müraciət edirdi. Ancaq çar hökumətinin milli təzyiq və müstəmləkəçilik siyasəti,
Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da mətbuatın inkişafına mane olurdu.
2. Qəzet və jurnalları nəşr etmək üçün mətbəə bazası və avadanlıqların olmaması.
Maarifpərvər ziyalı Şahtaxtlı bu çətin vəziyyəti aradan qaldırmaq məqsədilə öz doğma kəndinə gedir və oradakı atadan qalma mülkünü satır. O buradan qazandığı məvaciblə lazımi avadanlıqları almaqla yanaşı, qəzet üçün ərəb əlifbasının şriftlərinin tökülməsində və yeni fonetik əlifbanın hərflərinin hazırlanmasında istifadə edirdi. Həmçinin o, bu pulla mətbəənin işçilərini də maliyyələşdirirdi. Çünki yeni əlifba şriftləri ilə cümlələr tərtibi bu işçilər vasitəsilə həyata keçirilirdi.
M.Şahtaxtlının ana dili məktəbinin təşkili üçün qabartdığı mühüm məsələlərdən biri də ərəb əlifbasından xilas olmaq idi. O yazırdı: "Azərbaycan dilində müvafiq dərsliklərin olması, mollaların pedaqoji təhsil almış xalq müəllimləri ilə əvəz edilməsi də məsələni tamamilə həll etmir. Çünki ərəb əlifbasının qüsurları üzündən ana dili məktəbləri təlim-tərbiyə işinin nəticəsinə görə lazımi səviyyəyə qalxa bilməz". Şahtaxtlı ərəb əlifbasını dəyişdirməyi bütöv müsəlman aləminin işi hesab edirdi. Akademik Hüseyn Əhmədovun qeyd etdiyi kimi, onun 1902-ci ildə "Sövti şərq əlifbası" və 1903-cü ildə isə "Xətti-Məmmədağa" başlıqları altında nəşr etdirdiyi əsərləri ərəb əlifbasını sadələşdirmək yolunda çəkdiyi zəhmətin bariz nümunəsi idi. O, milli sözləri yazmaq üçün ana dilində əlifba tərtib etməyi vacib sayırdı, ərəb əlifbasını yalnız Quranı və digər kitabları oxumaq üçün saxlamağı isə təlim işini çətinləşdirən bir iş hesab edirdi. O yazırdı: "Bu vaxt şagirdlərə iki əlifba öyrətmək lazım gələr ki, bu da işi asanlaşdırmaq əvəzinə daha da mürəkkəbləşdirər". M.Şahtaxtlı təlimin xarici dillərdə aparılmasını böyük qüsur hesab edərək yazırdı: "Tədrisin xarici dildə aparılması isə ayrı şeydir. Burada müəllim əvvəlcə şagirdləri özünün fikrini anlamağa, sonra isə dərsliklərdə olan elmi biliklərlə tanış olmağa hazırlamalıdır. Şagird xarici dildə mənimsəməyi bacarmaq və müəllimin sualına həqiqi cəldliklə cavab vermək
üçün ona yad olan dili əsaslı surətdə bilməlidir. Bunun üçün, yəni başqa dildə fikirləşmək qabiliyyəti əldə etmək üçün isə minlərlə söz, çoxlu qrammatik qaydalar öyrənmək, fikri xarici dil ilə əvəz etmək üzərində uzun vaxt çalışmaq lazımdır".
Tədqiqatçının bildirdiyinə görə, buna isə yalnız təlim keçilən dildə uzun zaman şifahi çalışmalar aparmaq yolu ilə nail olmaq olardı. T.Xəlilovun sözlərinə görə, şagird ibtidai savad məktəblərində ana dilinə yad olan bir dilin sözlərini yalnız sinifdə müəllimdən eşidir. Elə bu səbəbdən də heç vaxt müəllimin dilini düzgün başa
düşə bilmir. Buna görə də ona kifayət qədər məlum olmayan metodlarla verilən elmi bilikləri də düzgün mənimsəyə bilmir. Beləliklə, məktəb illəri gəlib keçir, şagird ona yad olan dili pis mənimsəyir və məktəbi tərk edir: "Təhsilin xarici dillərdə aparılmasının zərərini sübut edən Şahtaxtlı buna görə də "ibtidai təhsil ana dilində olmalıdır" ideyasını geniş təbliğ edirdi. O düzgün təşkil edilmiş ana dili məktəbi üçün lazım olan qaydaları da müəyyən edib. Şahtaxtlı Avropa qaydasında məqsədəuyğun təşkil edilən Azərbaycan məktəbləri üçün ana dilində dərsliklər tərtib etmək fikrini irəli sürürdü. Hətta müvafiq rus məktəblərində istifadə edilən dərslikləri də ana dilinə tərcümə etməyi təklif edən M.Şahtaxtlı təlimdə səs üsulunun tətbiqi məsələsinə də toxunurdu. O, savad təlimini ərəb dilində deyil, ana dilində başlamağı zəruri hesab edirdi. Bu haqda "Məlum olmayan ərəb dilində Quranı oxutmaq şagirdin marağını zəiflədir, onları oxuduqlarının və tələffüz etdiklərinin məzmununa biganə qoyur"-deyə yazırdı. Şahtaxtlı təlimin yeganə yolunu ana dilində Azərbaycan kitablarını oxumaqda görürdü. O belə hesab edirdi ki, təlimin ana dilində olan sadə kitablardan aşılanması şagirdlərdə təlimə həvəsi söndürməz. Əksinə olaraq ana dilində oxunan kitablar şagirdlərdə təlimə qarşı olan marağı artırar. Buna görə də Şahtaxtlı uşaqlarda oxuya həvəs oyatmaq üçün şifahi xalq yaradıcılığından da istifadə edilməsini faydalı hesab edib. O, şifahi xalq yaradıcılığının ağızlarda gəzən, xalqın ağlını və ictimai həyatını öyrənən zəngin bir mənbə olduğunu qeyd edib. Bu mənbədə dərin məzmuna malik olan nağıllar, hekayələr, zərb-məsəllər, atalar sözləri, nəsihətlər və s. toplanırdı. Buna görə də Şahtaxtlı bunlardan məktəblərdə qiraət üçün vəsait kimi tərtib edilməsini faydalı hesab edirdi. Bununla əlaqədar olaraq maarifçi alim o zamanlar latın əlifbasının təbliği ilə geniş məşğul olan "Yeni yol" qəzetində və Moskvada cəmi 5 nömrəsi işıq üzü görən "Qızıl Şərq" məcmuəsində bir neçə məqalə çap etdirir və 1902-ci ildə tamamladığı 55 səhifədən ibarət bir əsər yazır. Bütün bunlara görədir ki, onun tərtib etdiyi əlifba layihəsi "Xətti Məmmədağa" adı ilə tarixə daxil olub".
Tədqiqatçı qeyd edir ki, ana dili təlimi ideyasının inkişafında, xüsusilə də onun təcrübi olaraq həyata keçirilməsi işində Şahtaxtlının mühüm əməyi olub. Ərəb əlifbasının islahatı ilə əlaqədar Şahtaxtlı 1879-1902-ci illər arasında çox səmərəli fəaliyyət göstərirdi. Demək olar ki, bütün elmi və publisistik məqalələrində bu məsələyə toxunub. Tədqiqatçının yazdığına görə, hətta həmin dövrdə Şahtaxtlı Azərbaycan, rus və fransız dillərində 5 əsər çap etdirib. Lakin bütün bunlara baxmayaraq, o, əlifba layihəsini konkret bir şəkildə reallaşdıra bilməyib: "Əvəzində Şahtaxtlı ruhdan düşməyib və dəfələrlə "Şərqi-rus" qəzetinin səhifələrində ərəb əlifbasının islahatı fəaliyyətini davam etdirib, Azərbaycan dilində dərsliklər tərtib edib və bu dərsliklər vasitəsilə ana dilinin yeni üsulla tədrisini yaxşılaşdırıb. Digər tərəfdən də nəzəri məqalələri ilə ana dilinin təlim və tərbiyəvi rolunu da müdafiə və inkişaf etdirib".
Qeyd edək ki, M.Şahtaxtlının 1903-1905-ci illərdə nəşr etdirdiyi "Şərqi-rus" qəzetindən sonra meydana bir sıra qəzet və jurnallar çıxdı.
Tədqiqatçılar yazır ki, 1906-cı ildə Azərbaycan dilində ilk fəhlə qəzetlərindən biri kimi "Təkamül" nəşr edildi. Qəzetin birinci nömrəsində naşir öz məsləkini belə ifadə edirdi: "Bizim xidmət etdiyimiz, yolunda can qoyub, onun hər bir mənafe və hüququnun qarovulunda durduğumuz işçilər həmin füqarayi-kasibədir. Biz hər bir surət və şəkildə, zülm, cəbr və zorun əleyhinə iş görəcəyiz. Biz insaniyyətin və hər millətin qismi-əzəmi olan fəqirlər və məzlumlar tərəfindəyiz. Onların mənafe və hüquqlarının xidmətçisi və gözətçisiyiz. Bir millətin, bir qurumun, bir sinfin, bir heyətin və yaxud bir şəxsin üstünə edilən ədalətsizlikləri, təəddi və təcavüzləri biz həmişə qaytarmağa çalışacağız, özü də cəmi insanları bir nəzərdə tutub ümum insaniyyət naminə olaraq zülmün hər bir tərz və qisimdə olsa da, büruz və zühuruna sədd çəkəcəyiz...".
Tədqiqatçıların verdiyi məlumata görə, "Təkamül" ilk nömrəsini Məhəmməd Hadinin "El fəryadı" adlı azadpərəst şeiri ilə başlayır. Şair millətin səadətini hürriyyətdə görür. "Təkamül" uzun müddət davam edə bilmədi. 1907-ci ildə onun əvəzinə "Yoldaş" nəşr olundu, o da tez bağlandı. Bu dövrdə müxtəlif dünyagörüşləri təmsil edən qəzet və jurnallar nəşr olunur, sürətlə bir-birini əvəz edirdilər ki, bunlardan "Molla Nəsrəddin", "Dəvət-Qoç", "Bakinskiy raboçiy", "Dəbistan", "Hilal", "Tərəqqi", "Tuti", "Kəlniyyət", "Babayi Əmir" və s. göstərmək olar (Bu nəşrlər haqqında növbəti yazılarımızda ətraflı danışacağıq-İ.S). Tədqiqatçılar qeyd edir ki, qəzetlər arasında az-çox ardıcıl demokratik xətti Haşım bəy Vəzirovun nəşr etdirdiyi "Tazə həyat" (1907-1908), "İttifaq" (1908-1909), "Səda" (1909-1911), "Sədayi-vətən" (1911-1912), "Sədayi-həqq", "Sədayi-Qafqaz"da (1915-1916) görmək olar. Məlumatlara görə, Haşım bəy məşhur məzhəkə jurnalı olan "Məzəli"nin də mühərriri idi. Bu jurnal "Molla Nəsrəddin"dən sonra mətbuat tarixində ən görkəmli məzhəkə jurnalıdır. Burada günün siyasi həyatı kəskin bir qələmlə əks olunur. "Məzəli" yalnız ümumi məsələlərdən yox, ölkənin daxili vəziyyətindən, şəhər həyatından da bəhs edirdi. Burada köhnə pərəstlər, avamlar, maarif və mədəniyyət düşmənləri, rüşvətxorlar, yalançı ruhanilər şiddətlə tənqid olunurdular. "Məzəli"də Əli Nəzmi, Məmməd Səid Ordubadi, Əliağa Vahid, Cənnəti və s. qüvvətli qələm sahibləri iştirak edirdilər.
"Dəbistan" (1906-1907), "Rəhbər" (1906), "Məktəb" (1911-1918) isə tərbiyə və məktəb məsələlərindən bəhs edən pedaqoji məcmuələr idi. Burada sadə dildə şeirlər, hekayələr, nağıllar, məsəllər çap olunurdu. Süleyman Sani Axundovun "Qorxulu nağıllar"ı, bir sıra müəlliflərin (Abdulla Şaiq, M.A.Əliyev, Ə.M.Mustafayev və b.) yazdığı "Gülməli nağıllar" bu nəşrlərin ən faydalı yazılarındandır.
Tədqiqatçıların bildirdiyinə görə, vaxtilə ancaq Tiflisdə olduqca məhdud miqdar və tirajla Azərbaycan dilində kitabçalar buraxılırdısa, həmin dövrdə Bakıda mükəmməl və güclü Azərbaycan mətbəələri düzəlmişdi. Tarixə, ədəbiyyata, coğrafiyaya, hifzi-səhiyyəyə və elmin başqa sahələrinə aid kitabçalar buraxılırdı. Rus ədəbiyyatından (Aleksandr Sergeyeviç Puşkin, Lev Nikolayeviç Tolstoy, Maksim Qorki) tərcümələr olunurdu. Tədqiqatçılar yazır ki, bu mətbu orqanlarda gözüaçıq, mütəşəbbüs ədiblər, mühərrirlər əldə olan maddi və mənəvi imkanlardan geniş istifadə edir, ədəbiyyatımızın əsas əsərlərini nəşrə hazırlayırdılar.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”
27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal
- Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...
26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq
- Aralıq dənizini müharibə zonasına çevrilməyin…
26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi
26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?)
- PJAK-la müharibə...
26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam
26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...
26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov
26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...
26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə
- Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…
26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir
26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır
- 3 noyabr dərs olmadı...
26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər
- FOTO
26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir
26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı -
Müəmma…
26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...
26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)
26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...
26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...
26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var
- nə baş verir...
26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri
26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...
26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı
26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...
26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat
- ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…
26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram
26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı”
- Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?
26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır
- Əliyevin Konqresə müraciəti...
26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab
- Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...
26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir
26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb
26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb
26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı
26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...
26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir
- 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...
26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə
– İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...
26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir
–Aerokosmik Qüvvələrin generalı da saxlanıldı
26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır
– Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...
26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi
– sanksiyalardan yayınma halları artır...
26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi
- vəziyyət ürəkaçan deyil...
26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi
– pulu dörd Avropa ölkəsi ödəyəcək...
26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb
26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır
– Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...
26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir
26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi
– qırıcılar anqarlarda gizlədilir...
26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır
– 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...
26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi
26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ