Cümə günü, 27 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
"Şərqi-rus" qəzetinin naşiri, ana dili təəssübkeşi Məmmədağa Şahtaxtlı...
Tarix: 04.07.2015 / 02:06
Bölmə: Layihə
Azərbaycan mətbuat tarixinin hər səhifəsi maraqlıdır. Elə mətbu orqanlar olub ki, onlar Azərbaycan Xalq Cumhuriyyəti dönəminə qədərki mərhələdə milli maarifləndirmə istiqamətində böyük işlər görüb. Əlbəttə, XIX əsrin sonu - XX yüzilliyin əvvəllərində Azərbaycan dilində müxtəlif qəzet və jurnallar nəşr olunub. "Əkinçi"dən şirə çəkən bu mətbu orqanların başında xalqımızın çox görkəmli ziyalıları, fikir adamları, qələm sahibləri dururdu.
Bu artıq o zaman idi ki, bütün dünya çalxalanırdı, xalqlar, millətlər özünü təsdiqləmək üçün mübarizə meydanına atılırdı.
Onu da qeyd edək ki, çar hökumətinin oktyabr bəyannaməsindən sonra ölkənin hər tərəfinə yayılan mətbuat böyük nüfuza sahib idi. O illərdə Azərbaycan ziyalıları arasında ictimai-siyasi fikrin istiqamətini, məslək mübarizələrini müəyyən etmək, bunların nə qədər ziddiyyətli, mürəkkəb şəraitdə getdiyini bilmək üçün 1917-ci ilə qədər çıxan, qapanan və yenidən çıxan, adını, ünvanını, hətta yolunu dəyişən müxtəlif qəzet və məcmuələri gözdən keçirmək kifayətdir. Bu barədə mətbuat tarixini araşdıran alimlər məlumat verir.
Məlumatlara görə, hələ 1917-ci ilə qədər Bakıda "Kaspi" mətbəəsindən əlavə Tiflisdə və Gəncədə kiçik mətbəələr yaranıb. Burada Orucov qardaşlarının bu sahədəki fəaliyyətini xüsusi qeyd etməliyik. Mətbuat tarixçiləri bildirir ki, onların fəaliyyəti nəticəsində mətbəələr genişlənir, istər qəzet, məcmuə və istərsə də kitab nəşri üçün böyük imkan yaranırdı. Şuşa, Naxçıvan kimi şəhərlərdə də zəif, məhdud imkanla olsa da, çapxana fəaliyyət göstərirdi.
Azərbaycan milli mətbuatının cığırdaşlarından biri Məmmədağa Şahtaxtlıdır (Şahtaxtinski) ki, onun adını heç zaman unutmamalıyıq. Bildirək ki, Məmmədağa Şahtaxtlının Tiflisdə çıxardığı "Şərqi-rus" (1903-1905) qəzeti o zaman məşhur yeganə Azərbaycan qəzeti olub. Mətbuat tarixçiləri yazır ki, bu qəzetdə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Məmməd Səid Ordubadi, Abdulla Sur, Həsən bəy Zərdabi kimi məşhur ədib və şairlər iştirak edirdilər. Qəzet maarif, mədəniyyət, əlifba və dil islahatı məsələlərinə böyük əhəmiyyət verirdi. Şahtaxtlı-Şahtaxtinski Məmmədağa Məhəmmədtağı Sultan oğlu 1846-cı ildə Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. 12 dekabr 1931-ci ildə isə Bakıda dünyasını dəyişib. Şahtaxtlı həm publisist, həm şərqşünas, həm dilçi, həm pedaqoq, həm də ictimai xadim kimi cəmiyyətdə böyük nüfuza malik olub. Onu da qeyd edək ki, Beynəlxalq Fonetika Cəmiyyəti (1899), Beynəlxalq Asiya Cəmiyyəti (1900) və Rusiya İmperator Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin (1903) həqiqi üzvü, Bakı Universitetinin professoru (1920) olan Şahtaxtlı Naxçıvan şəhər məktəbini və Tiflis klassik kişi gimnaziyasını (1863) qurtardıqdan sonra Peterburqda müstəqil yolla alman dilini öyrənir. Leypsiq Universitetinin fəlsəfə, tarix və hüquq fakültəsini bitirir (1869). 1873-1875 illərdə Parisdə Şərq dilləri məktəbində mühazirələr dinləyir, fransız dilini öyrənir. Azərbaycan, rus, alman, fransız, ingilis, ərəb, türk, fars dillərində ədəbi və elmi əsərlər yazıb.
Şahtaxtlı jurnalistika, publisistika fəaliyyəti ilə yanaşı, elmi fəaliyyətlə də məşğul olub. Belə ki, o, Almaniyada Şərq tarixinə dair tədqiqatlarla başlayıb. Şahtaxtlının tədqiqatçıları qeyd edir ki, XIX yüzilliyin 70-ci illərində dərc etdirdiyi ilk məqalələrində liberal xalqçılığın təsiri duyulur. Tədqiqatçılar burada daha çox Şahtaxtlının əlifba islahatı sahəsində gördüyü işlərə toxunur və qeyd edirlər ki, o, bu sahədə Mirzə Fətəli Axundovun ardıcıllarındandır. Qeyd edək ki, 1879-cu ildə Şərqdə əlifba islahatı tarixində ilk kitab -"Təkmilləşmiş müsəlman əlifbeyi"ni Tiflisdə nəşr etdirir. Bir müddət "Moskovskiye vedomosti" qəzetinin əməkdaşı və İstanbulda xüsusi müxbiri işləyir. 1891-1893-cü illərdə Şahtaxtlı "Kaspi" qəzetinin müvəqqəti redaktoru təyin edilir. 1898-ci ildə Azərbaycan dilində "Tiflis" adlı qəzet çıxarmağa çalışır, lakin çar senzurası buna icazə vermədiyi üçün Şahtaxtlı yenidən Avropaya gedir, 1902-ci ilədək Parisdə yaşayır, Fransa kollecində və Ali Təcrübi Təhsil Məktəbində Şərq dillərindən dərs deyir. Bu dövrdə fransız dilində nəşr etdirdiyi əsərlər Qərbi Avropa və Amerika mətbuatında müzakirə və mübahisələrə səbəb olur. Tədqiqatçılar bildirir ki, Şahtaxtlı Sorbonna Universitetində professor P.Passinin rəhbərliyi ilə fonetika sahəsində tədqiqat aparır, Fransa Maarif Nazirliyinin fəxri diplomunu (1901) alır.
Şahtaxtlının tədqiqatçıları yazır ki, 1902-ci ildə o, Tiflisdə xüsusi mətbəə açır (sonralar "Qeyrət" adlanır), 1903-cü ilin martında ictimai-siyasi, iqtisadi, elmi, ədəbi "Şərqi-rus" qəzetinin nəşrinə başlayır. Qəzetin Azərbaycanda ictimai fikir tarixinin inkişafında xüsusi xidməti olub. Onun səhifələrində dünyəvi elmlər, ana dili, qadın azadlığı ilə bağlı mütərəqqi fikirlər öz əksini tapırdı. Tədqiqatçılar yazır ki, "Şərqi-rus" qəzeti Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Ə.Nəzmi kimi açıq fikirli ədib və mühərrirləri öz ətrafında birləşdirirdi. Bu yaradıcı heyət Azərbaycanda mətbuatın inkişafının yeni mərhələsinin ("Molla Nəsrəddin") başlanmasına zəmin yaratdı. 1907-ci ildə İrəvan quberniyasından II Dövlət Dumasına deputat seçilən Şahtaxtlı Duma bağlandıqdan sonra "Rossiya" (Peterburq) qəzeti redaksiyasında işləyir, 1908-1918-ci illərdə xaricdə (əsasən Türkiyə, İran və İraqda) yaşayır. 1919-cu ildə vətənə qayıdır və Bakı Universitetinin yaradılmasında fəal iştirak edir, burada Şərq dilləri və ədəbiyyatından mühazirələr oxuyur. 1920-ci illərdə "Kommunist", "Bakinskiy raboçiy", "Qızıl Şərq" (Moskva) qəzetlərində məqalələr dərc etdirir, Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin işində yaxından iştirak edirdi. 1922-ci ildə Şahtaxtinskiyə fərdi pensiya təyin olunur.
Onu da vurğulayaq ki, elmi, tənqidi və publisist əsərlərində Şahtaxtlı müstəmləkəçilik, irqçilik, qadın əsarəti, dövlət quruluşu, demokratiya, xalq hakimiyyəti, din, şəriət məsələləri və s. haqqında dövrünə görə mütərəqqi fikirlər irəli sürürdü. Dövrünün qabaqcıl şəxsiyyətləri Şahtaxtlının ədəbi, elmi və jurnalistik fəaliyyətini yüksək qiymətləndirirdi.
Məmmədağa Şahtaxtlı irsini araşdıran Naxçıvan Dövlət Universitetinin əməkdaşı Taleh Xəlilov XIX əsrin sonu-XX əsrin əvvəllərində Naxçıvanda elmin-maarifin inkişafında görkəmli maarifçi Şahtaxtlının böyük əməyi olduğunu qeyd edir: "O, ömrünün 50 ildən çoxunu xalq maarifi, məktəb və milli mətbuat məsələlərinə həsr edib. Onun pedaqoji irsində təhsilin ana dilində aparılması fikri mərkəzi yerlərdən birini tuturdu. Ana dilinin təlim roluna ayrıca əhəmiyyət verən Şahtaxtlı təhsilin yalnız ana dilində aparılmasını zəruri hesab edirdi. O yazırdı ki: "...İbtidai məktəb yalnız təhsilin ana dilində aparıldığı zaman yaxşı nəticə verər". Şahtaxtlı qeyd edirdi ki, məktəbdə verilən elmi biliklərlə tanışlıq üçün ana dili əsas vasitədir. Şagird ana dili vasitəsilə birbaşa təlimin məzmunu ilə tanış olmağa, ona yiyələnməyə başlayır. Ana dilinin inkişaf etdirilməsi məqsədilə Məmmədağa Şahtaxtlı 1906-1907-ci illərdə Tiflisdə üç hissədən ibarət "Ana dili" adlı dərsliklərini də nəşr etdirir. Təkcə bununla kifayətlənməyən Şahtaxtlının təkmilləşmiş müsəlman əlifbası Azərbaycan ictimai pedaqoji həyatında mühüm hadisələrdən biri olub. Onun Tiflisdə Tomson mətbəəsində 1879-cu ildə Azərbaycan və rus dillərində çap olunan "Təkmilləşdirilmiş müsəlman əlifbası" kitabı bu sahədəki ilk təşəbbüsünün nəticəsi kimi meydana çıxıb. M.Şahtaxtlı hələ sovet hakimiyyəti illərində latın əlifbasının ən fəal tərəfdarlarından biri kimi mübarizə aparırdı. Onun XX əsrin əvvəllərində Azərbaycan dili haqqında irəli sürdüyü təkliflər günümüzə qədər öz aktuallığını saxlamaqdadır. Eyni zamanda o, dilimizin adı haqqında da dəyərli araşdırmalar aparıb. Bu baxımdan onun təkmilləşdirilmiş müsəlman əlifba layihəsini (1879) Azərbaycan xalqının maariflənməsinə xidmət edə biləcək münasib əlifbamızın təcəssümü hesab etmək olar. Şahtaxtlının beynəlxalq əhəmiyyətə malik olan "Şərq latın əlifbası"nı o dövrdəki hökumətə təqdim etməsi Azərbaycan xalqının inkişafına hesablanan böyük təşəbbüs kimi mühüm əhəmiyyətə malikdir. Ona görə də Azərbaycanda və Rusiya imperatorluğunda bu əlifbanın əleyhdarları tərəfdarlarından artıq idi. Məsələn, Peterburqda çıxan "Mir islama" ("İslam aləmi") jurnalında "T" imzası ilə çap olunmuş "Zaqafqaziya müsəlmanlarının öz əlifbalarını islah etmək səyləri" adlı məqalədə qeyd olunub: "O (Şahtaxtlı-T.X.) bu münasibətlə bir neçə əlifba layihəsini nəzərdən keçirib və müsəlmanların mövcud ərəb əlifbasının təkmilləşdirilməsinin əleyhinə deyil. Bizcə cənab Şahtaxtlının 5 əlifba layihəsi mövcuddur. Bir çap olunmuş broşürada o, hər hərfin 4 müxtəlif işarəsini verib. Bu onun 4 səsli əlifbasından ibarətdir, lakin cənab Şahtaxtinski bu əlifba layihələrinə müvəqqəti münasibət bəsləyib".
XX əsrin əvvəllərində Şahtaxtlı tərəfindən hazırlanaraq bir neçə variantda çap olunmuş əlifba layihələrində, özünün 23 il əvvəl tərtib etdiyi "Təkmilləşdirilmiş müsəlman əlifbası" layihəsində də xeyli irəli gedib. O bu layihədə sait səsləri tərsinə yazılmış rəqəmlərlə əvəz edib. Həmçinin hərflərin yazılı və çap variantları arasındakı fərq azaldılıb. Bunlarla yanaşı, birləşdirmə üsulları təkmilləşdirilib və hərfüstü işarələr ixtisar olunub. Ona görə də Şahtaxtlı bu fikirdə idi ki, savadsız adam mənim əlifbamı bir neçə günə, ərəb əlifbasını bilməyən, lakin hər hansı bir dildə savadlı olan şəxs isə bir neçə saata mənimsəyə bilər.
Şahtaxtlının aşağıdakı əlifba layihəsinə diqqət yetirək. Qeyd edək ki, bu əlifba 48 hərf, 33 səsdən ibarətdir. Buradakı hərflərin 7-si qoşa sait, 36 hərf isə samit səslər kimi təqdim olunurdu. Ümumilikdə götürüldükdə bu hərflər işlənmə yerinə, qalın və incəliyinə, söz ortası və söz sonunda tələffüz formalarına görə 12 və 3 hərf yazılışını aydınlaşdırmaq üçün təklif olunurdu".
Ardı var.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”
27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal
- Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...
26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq
- Aralıq dənizini müharibə zonasına çevrilməyin…
26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi
26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?)
- PJAK-la müharibə...
26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam
26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...
26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov
26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...
26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə
- Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…
26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir
26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır
- 3 noyabr dərs olmadı...
26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər
- FOTO
26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir
26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı -
Müəmma…
26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...
26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)
26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...
26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...
26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var
- nə baş verir...
26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri
26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...
26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı
26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...
26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat
- ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…
26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram
26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı”
- Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?
26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır
- Əliyevin Konqresə müraciəti...
26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab
- Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...
26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir
26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb
26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb
26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı
26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...
26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir
- 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...
26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə
– İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...
26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir
–Aerokosmik Qüvvələrin generalı da saxlanıldı
26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır
– Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...
26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi
– sanksiyalardan yayınma halları artır...
26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi
- vəziyyət ürəkaçan deyil...
26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi
– pulu dörd Avropa ölkəsi ödəyəcək...
26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb
26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır
– Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...
26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir
26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi
– qırıcılar anqarlarda gizlədilir...
26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır
– 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ