Cümə günü, 27 noyabr 2026
     

"Əkinçi"lər kimlər olub?

Image


(Əvvəli ötən sayımızda)
"Əkinçi" milli mətbuatımızın qaranquşu kimi qanadlarında uca bir amal daşıyırdı. Cəhalət içində qıvrılan millətini cahillik zəncirindən qoparıb aydın sabaha aparmaq idi Zərdabinin məqsədi. Tərəqqi edən xalqların sırasında öz həmvətənlərini də görmək istəyirdi "Əkinçi"ni bu millətə bəxş edən kişi. Zərdabi təlatümlü, ağrılı, qarışıq bir dövrdə yaşayıb fəaliyyət göstərirdi.
"Əkinçi" qəzeti ilə Azərbaycan mətbuatının bünövrəsini qoyan Həsən bəy Zərdabi xam torpaqlara-yaddaşlara əkdiyi xalis toxumların cücərib, göyərib, şaxələnəcəyinə, gül açıb bəhrə verəcəyinə inanırdı. İnamı olmasaydı, min bir əziyyətə, çətinliyə, mərhumiyyətə sinə gərib "Əkinçi"ni ərsəyə gətirə bilməzdi.
Keçən yazımızdan bəlli olduğu kimi Zərdabi "Əkinçi"də müxtəlif mövzuları gündəmə gətirir, problemlər haqda geniş yazırdı. "Əkinçi"nin böyük xidmətlərindən biri kimi onu qeyd edək ki, bu qəzet həmişə xalqın yanında olub və camaatı maraqlandıran məsələləri işıqlandırıb. Bu da bəllidir ki, "Əkinçi"nin 5 sayı Zərdabinin götürdüyü öhdəliklər mövzusunda olsa da, 6-cı nömrəsindən sonra qəzetdə məktublar şöbəsi də açıldı və "məktubat" rubrikası altında məqalələr dərc olundu. Bu da artıq qəzetə camaat arasında kütləvi marağın olduğuna dəlalət edirdi. Onu da vurğulayaq ki, "Əkinçi" Bakıda çap olunsa da, tezliklə ümumrusiya müsəlmanlarının qəzetinə çevrildi. Onu Dağıstanda və Volqaboyunda, Mərkəzi Asiya və Sibirdə oxuyurdular.
Hənifə xanım Ağayeva öz xatiratında "Əkinçi"nin yayıldığı geniş coğrafiyaya toxunaraq yazırdı: "Qəzet Rusiyadakı bütün müsəlmanları yerindən tərpətmişdi. O, bir elektrik cərəyanı kimi bütün müsəlman aləminin içərisindən keçmişdi. Qəzetin ilk abunəçiləri, onu birincilər sırasında salamlayanlar Omskdan, Tümendən, Çistopoldan olan sibirlilər, Orenburq, Ufa, Volqaboyu tatarları idilər". "Əkinçi"nin sorağı Londona da gedib çıxmışdı. Bakıya gələn bir fransız müxbiri isə H.Zərdabinin təkbaşına qəzet çap etdiyini öyrənib onun ziyarətinə getmiş və demişdir: "Siz həqiqi qəhrəmansınız. Bizdə belə bir kasıb qəzetdə işləməyə razı olan bir nəfər də tapılmazdı. Sizin enerjinizə heyranam. Görünür, öz xalqınızı ürəkdən sevirsiniz".
Tədqiqatçılar qəzetin başlıca mövzularını da araşdırıb. Məlumatlara görə, Rusiyada təhsil aldığı illərdə demokratik fikirli ziyalılarla ünsiyyət quran və dövrün mütərəqqi ideyalarını mənimsəyən Zərdabi "Əkinçi" qəzetinin nəşri ilə bu ab-havanı Azərbaycanda görmək istəyir, xalqın tərəqqisi məsələsini başlıca məqsəd kimi götürürdü.
Böyük Azərbaycan mütəfəkkiri, filosofu, ilk milli dramaturgiyamızın əsasını qoyan Mirzə Fətəli Axundov "Əkinçi"nin nəşrini ilk alqışlayan, ona xeyir-dua verərək məsləhətini bildirənlərdən idi. Bu mətbu orqanın çapı, nəşri, yayılması ilə bağlı Axundovla Zərdabi arasında məktublaşmalar olub. Tədqiqatçılar yazır ki, Axundov 1875-ci ilin aprel ayının 21-də Zərdabiyə göndərdiyi məktubunda deyirdi: "Göndərdiyiniz elanlardan şeyxülislama və müftiyə-hərəsinə 2 nüsxə verdim. Onların hər ikisindən mənə yazdığınız məktubda ifadə etdiyiniz xahişinizi yerinə yetirməyi rica etdim... Mənə göndərilən elanlara gəlincə, onlardan on dənəsini mənim xahişimə əsasən buradakı İran konsulu cənabları qəbul etdilər. Beləliklə, siz on nəfər abunəçinin pulunu orada alacaqsınız. Mən nəzərdə tutmuşam ki, savadlı tanışlarıma təsadüf etdikdə, bu elanlardan onlara təqdim edərək, sizin qəzetinizə abunəçi olmalarını xahiş edim". Tədqiqatçıların yazdığına görə, "Əkinçi"nin inkişafına öz töhfəsini verməyə çalışan və bu yöndə səy göstərən Axundov məktubunda nəşrin qarşısında bir neçə mühüm peşə qaydalarına əməl olunmasının vacibliyini irəli sürürdü. Tədqiqatçılar qeyd edir ki, Axundovun fikrincə, geniş oxucu auditoriyası üçün nəzərdə tutulan mətbu orqanın şriftləri gözəl, dili rəvan, üslub və orfoqrafiyası düzgün olmalıdır. "Əkinçi"nin kiçik bir elanında çoxlu orfoqrafiya səhvləri görüb yazmışdı: "Qəzetimizin şriftindən mən fövqəladə razıyam. Ancaq sizin azərbaycanca məktubları hazırlayan mühərrirdən çox narazıyam. O, Azərbaycan dilini bilmir. Buna görə də kiçik bir elanda bir çox bağışlanılmaz səhvlərə yol vermişdir. Həmin bu mühərriri ərəb qrammatikasını bilən, fars və türk dillərinə bələd olan başqa bir savadlı adamla əvəz etmək lazımdır". Qəzetin proqramının ona göndərilməsini xahiş edən Axundov "Əkinçi" ilə əməkdaşlığa razı olduğunu bildirirdi. "Əkinçi"nin ilk sayından sonra Axundovla Zərdabinin yaradıcılıq əlaqələri daha da genişlənir. O, qəzetdə əksini tapan dövrün mühüm ictimai-siyasi prosesləri ilə bağlı materiallara reaksiya verir, habelə "Vəkili-milləti-naməlum" imzası ilə məktublar yazırdı. Aşura mərasimlərində baş yarıb insanın özünə xəsarət yetirməsinin islama zidd olduğunu bildirən və bu mövzuda polemika açan "Əkinçi"də M.F.Axundov mütərəqqi cəbhədə dayanıb, cəhalətpərəstləri kəskin tənqid edib.
Tədqiqatçılar yazır ki, Seyid Əzim Şirvaninin yaradıcılığında "Əkinçi"nin müstəsna rolu var. Bu mətbu orqanın səhifələrində şairin 10-dan çox şeiri işıq üzü görüb. Azərbaycan xalqının həyatında "Əkinçi"nin böyük rolu olduğunu şeirlərində vurğulayan Şirvaninin nəzərində qəzetin xeyli üstünlükləri vardı. Dünyanın müxtəlif yerlərindən informasiyaları toplayıb oxucuya çatdırması, maarifçilik işi aparması, elm toxumu səpməsi, ana dilinin saflaşması uğrunda aparılan mübarizə Şirvani tərəfindən mətbuatın üstünlüyü hesab edilirdi. Qəzet onun əlində maarifçilik ideyalarının yayıldığı xitabət kürsüsünə çevrilmişdi.
Azərbaycan ədəbiyyatına mahir dramaturq kimi daxil olan Nəcəf bəy Vəzirov hələ tələbəlik illərindən "Əkinçi"nin səsinə səs verib, onun yaradıcı heyətinə qatılıb, publisist məqalələri ilə çıxış edib."Əkinçi"nin ilk sayı işıq üzü görəndə N.Vəzirov Moskvada Petrovski-Razumovski Kənd Təsərrüfatı Akademiyasında təhsil alırdı. Bakıda real gimnaziyada oxuyan vaxt Zərdabi onun müəllimi olmuşdu. Müəlliminin ana dilində qəzet nəşr etməsini Moskvada eşidən Vəzirov "Əkinçi"də yaxından iştirak etməyi qarşısına əsas məqsəd qoymuşdu. 1875-ci il avqust ayının 28-də Zərdabinin ünvanına göndərdiyi məktubunda N.Vəzirov yazırdı: "Əvvəlinci iki nömrəni aldım. "Əkinçi" mənim ana dili müəllimimdir. Tərcümə üçün orijinal bir şey tapmıram. Özümünkünü yazıram. Davamı da olacaq. Qəzetin proqramını göndərin ki, nədən yazacağımı bilim". Məktubla bərabər Zərdabiyə Şuşanın həyatından, mövhumatın və islam dəyərlərindən uzaq fanatizmin burada geniş yayılmasından bəhs edən "Ağıçı" adlı felyeton göndərən Vəzirovun bu yazısı "Əkinçi"də çap olunmadı. Bu onu ruhdan salmamış, öz yazıları üzərində çalışmış, "Əkinçi" ilə daim əlaqə saxlamışdı. "Əkinçi"də dərc etdiyi məqalələrdə N.Vəzirov ədəbiyyat və sənət məsələlərinə də toxunmuş, gerçəkliyi özündə ehtiva edən nümunələrin yerini həcvlərin, mədhiyyələrin tutmasına mənfi münasibət bildirmişdi.
Tədqiqatçılar yazır ki, Azərbaycanın ilk jurnalistlərindən olan, 1875-ci ildə "Tiflisskiy vestnik" qəzetində çalışan İsa Sultan Şahtaxtlı da "Əkinçi" ilə daim əlaqə saxlamış, Həsən bəy Zərdabi ilə məktublaşmışdı. İsa Sultan nəinki onun qəlbi üçün əziz olan "Əkinçi"nin müvəffəqiyyətindən sevinir, həmçinin "Tiflisskiy vestnik" qəzetinin oxucularını ilk Azərbaycan qəzetində dərc olunan məqalə və xəbərlərlə tanış edirdi. "Tiflisskiy vestnik"in təkcə 1876-cı il 18 noyabr tarixli 260-cı nömrəsində onun "Əkinçi"dən üç xəbəri dərc olunub.
Tədqiqatçıların bildirdiyinə görə, haqlarında müəyyən qədər məlumatlar verilən bu müəlliflərlə yanaşı, "Əkinçi"də bir neçə qələm əhli də öz yazılarını çap etmişlər. Məmmədtağı Əlizadə Şirvani, Əlimədəd Abdullahzadə, Məmnun Əlqədari, Ələkbər Elmizadə də "Əkinçi"nin milli özünüdərk və maarifçilik xəttini qəbul ediblər, öz məqalələrini bu istiqamətdə hazırlayaraq oxuculara çatdırıblar.
"Əkinçi"nin bağlanması səbəblərindən yazan tədqiqatçılar qeyd edir ki, 1877-ci ilin 20-ci sayında çıxan "Əkinçi"nin ilk səhifəsində belə bir elan vardı: "Biz xəstə olduğumuza görə ilin axırıncı nömrələri öz vaxtında çıxmayacaq və onların haçan çıxması məlum deyil". Məhz bu elanın çap olunduğu saydan sonra "Əkinçi" qapadıldı. Burada azərbaycanlı əhaliyə düşmən münasibətilə seçilən yeni Bakı qubernatoru Ruzinin də rolu vardı. Qəzetin 1875-ci ildə 12, 1876-cı ildə 24, 1877-ci ildə isə 20 sayı işıq üzü görmüşdü ki, bu da cəmi 56 say edir. Əslində, bir qəzetin 56 sayının çıxması elə də kiçik rəqəm deyil. "Əkinçi" dövrün ən populyar qəzeti olaraq müsəlman cəmiyyətində özünə böyük oxucu kütləsi toplaya bildi. Bu da bəllidir ki, qəzet yarandığı gündən öz əzəli məqsədinə nail olub və maarifləndirmə sahəsində böyük işlər görüb. Onu da vurğulayaq ki, bu qəzetdə cəmiyyətin bütün təbəqələri özünə uyğun məsələlər tapırdı.
"Əkinçi" və "əkinçilər" Azərbaycan xalqının, cəhalət içində olan millətin taleyində böyük rol oynadı. Onların gördüyü işlər özündə geniş missiyanı əhatə edirdi. "Əkinçi"dən sonra yüzlərlə qəzet, jurnal nəşr edildi, onların hamısı tarixdə "Əkinçi"nin övladları kimi qaldı. Ağsaçlı "Əkinçi" 140 ildir milli mətbuat tariximizdə işıq saçır. Daha neçə-neçə 140 illər yaşasın "Əkinçi"ni...
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ