Cümə günü, 27 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Milli mətbuatımıza dövlət qayğısı...
Tarix: 26.06.2015 / 02:44
Bölmə: Layihə
140 illiyini qeyd etməyə hazırlaşdığımız milli mətbuatımız çox uzun və şərəfli bir yol keçib. Azərbaycan mətbuatının əsas inkişaf dövrü dövlət müstəqilliyimizlə bağlıdır. Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra böyük çətinliklər və problemlər içində olan mətbuatımızın dirçəldilməsinə, inkişafına xüsusi önəm verildi. Onu da vurğulayaq ki, azad sözün inkişafına xidmət göstərən zəngin qanunvericilik bazası da Heydər Əliyevin dövründə formalaşmağa başladı.
Məlum olduğu kimi, ölkə Konstitusiyasında azad sözün müdafiəsi ilə bağlı təsbitlərin yer alması, müfəssəl müddəaların qeyd edilməsi, o cümlədən 1998-ci ildə senzuranın ləğvi, KİV haqqında qanunun qəbulu Azərbaycanın mətbuat tarixində mühüm hadisələrə çevrildi. Milli mətbuatımız Heydər Əliyevin timsalında öz himayədarını, dostunu tapdı. Milli mətbuatımızın tarixini, keçdiyi yolu incəliyinə qədər bilən Heydər Əliyevin 2000-ci ildə Azərbaycan milli mətbuatının 125 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncam bu gün də minnətdarlıq hissi ilə xatırlanır. Bu onu göstərirdi ki, Azərbaycan mətbuatı dövlətin diqqət mərkəzindədir. Milli mətbuatın müstəqillik dövründə ilk yubileyi-125 illiyi Heydər Əliyevin sərəncamı ilə qeyd edildi. Əlbəttə, mətbuat hər bir cəmiyyətin inkişafında xüsusi rol oynayır, dövlətin, dövlətçiliyin möhkəmlənməsində iştirak edir. Elə buna görə də mətbuat "dördüncü hakimiyyət" adlandırılır. Azərbaycan mətbuatının yaradılması, onun irəliləməsi dövlətin qarşıya qoyduğu əsas məqsədlərdəndir.
2000-ci il 22 iyul tarixində "Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi münasibətilə Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyev jurnalistlərlə görüşüb, onlarla maraqlı söhbət edib.
Rəsmi sənədlərlə qeyd edilir ki, Azərbaycanda milli mətbuatın yaranmasının 125 illiyi münasibətilə jurnalistlərlə görüşdə çıxış edən ümummilli lider Heydər Əliyev demokratik, hüquqi, dünyəvi, qanunlarla yaşayan dövlətdə jurnalistikanın çox vacib peşə olduğunu, mətbuatın çox vacib sahə olduğunu qeyd edib. O, hər zaman mətbuatın yanında olacağını da iştirakçıların nəzərinə çatdırıb.
Bildiyimiz kimi 22 iyul 1875-ci ildə Azərbaycanda görkəmli ictimai-siyasi xadim, jurnalist Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti nəşr olunmağa başlayıb. Azərbaycanın ilk milli qəzetinin işıq üzü gördüyü həmin gün hazırda respublikada Milli Mətbuat Günü kimi qeyd edilir.
Azərbaycan dövlətində insan hüquqlarının, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin mövcudluğu öz təsdiqini həm də demokratik institut kimi formalaşmış kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətində, onların inkişafı üçün yaradılmış hüquqi təminatlarda tapır. O da bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində ölkə vətəndaşlarının söz, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək və digər azadlıqları təsbit olunub. Bu azadlıqlar ölkə vətəndaşlarının qanuni üsullarla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək və yaymaq hüququna dövlət tərəfindən verilən təminata əsaslanır.
O da bəllidir ki, Azərbaycan Respublikası söz və mətbuat azadlığının təmin edilməsi sahəsində bir sıra beynəlxalq konvensiya və sazişlərə qoşulub. Ümummilli lider Heydər Əliyevin "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" 16 avqust 1998-ci il tarixli Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Mərhum Prezidentin bu fərmanı kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, cəmiyyət həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş dövlət proqramının əsas istiqamətlərini müəyyənləşdirib. Mətbuatımızın inkişafına böyük töhfə verən digər bir mühüm amil Azərbaycanın nüfuzlu beynəlxalq təşkilat olan Avropa Şurasına üzv qəbul edilməsi olub. Təşkilata üzvlükdən sonra ölkədə aparılan demokratik islahatlar söz və mətbuat azadlığının daha geniş bərqərar olmasına imkan yaradıb. Rəsmi məlumatlara görə, Mətbuat və İnformasiya Nazirliyinin ləğvi kütləvi informasiya vasitələrinin təsis olunmasını və onlardan istifadə qaydalarını qat-qat asanlaşdırıb, bu sahədəki bürokratik əngəlləri tamamilə aradan qaldırıb. Ölkədə ictimai televiziyanın yaradılması da adıçəkilən sahələrdə irəliyə atılmış addımlardan biridir.
Məlum olduğu kimi, respublikada mətbuatın problemlərini həll etmək, mətbuatla cəmiyyət, eləcə də dövlət arasında münasibətləri tənzimləmək məqsədi daşıyan Mətbuat Şurası yaradılıb. Şura yaradılarkən Avropa standartlarına önəm verilib, Avropa təcrübəsindən istifadə olunub. Qurumun tərkibində hüquq, dil, təhsil və şikayətlərlə bağlı komissiyalar fəaliyyət göstərir.
Azərbaycan mətbuatının inkişafına xüsusi qayğı göstərən Heydər Əliyev mətbuatın maddi-texniki bazasının təkmilləşdirilməsinə daim böyük əhəmiyyət verib. Bununla bağlı 2001-ci ildə KİV-lərə dövlət qayğısının artırılması üçün iki mühüm sənəd imzalanıb. KİV-lər əlavə dəyər vergisindən azad edilib. Onlara uzunmüddətli kreditlərin verilməsi qərara alınıb. Qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları beş il müddətinə dondurulub.
Heydər Əliyevdən sonra onun qoyduğu ənənələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev davam etdirib. 2000-ci ildə Heydər Əliyev Azərbaycan milli mətbuatının yaranmasının 125 illiyinin keçirilməsi barədə Fərman vermişdisə, 2005-ci ildə Prezident İlham Əliyev milli mətbuatımızın 130 illiyinin geniş miqyasda keçirilməsi haqqında sənəd imzaladı. 2000-2005-ci illərdə qəbul olunan dövlət sənədlərində və həyata keçirilən əməli işlərdə dövlətin mətbuata qayğısı özünü aydın göstərir. Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın 130 illiyi münasibətilə imzaladığı sərəncamlara əsasən, ölkənin aparıcı KİV-lərinin böyük bir qrupuna maddi yardım göstərilib. Eyni zamanda 140-dan artıq jurnalist orden, medal və digər fəxri adlara layiq görülüb. Daha sonra isə "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunub.
Rəsmi sənədlərə istinadən onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci il iyulun 31-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması məqsədilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası təsdiq edilib.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan dövlətinin son 15 ildə milli mətbuata göstərdiyi qayğıdan danışarkən mətbuatımızın yubiley tarixlərinə də toxunub: "Azərbaycan dünyada keçmiş mədəniyyəti yaşadan və bu gündə onu bəşəri dəyərlərlə zənginləşdirən inkişaf edən bir dövlət kimi tanınır. Və bu tanınmada da bizim ziyalılarımız, mətbuat orqanlarımız, onların apardığı təbliğat fəal rol oynayır. Həsən bəy Zərdabi də öz dövründə, zamanında o dövrdə ən ali məqsədli, ali təfəkkürlü ziyalının edə biləcəcyi işləri görürdü. Ona görə də haqlı olaraq ümummilli liderimiz Heydər Əliyev 1995-ci ildə Azərbaycanda milli mətbuatın ilk yubiley ənənəsini qoyaraq Həsən bəy Zərdabinin xatirəsini faktiki olaraq dövlət siyasəti səviyyəsində əbədiləşdirdi. 1995-ci ildə ilk dəfə Azərbaycanda milli mətbuatın yubiley tədbiri keçirildi. İlk dəfə Milli Mətbuat Gününün 22 iyul olmasının təsdiqlənməsi ilə bağlı prezident sərəncamı oldu və ondan sonra Azərbaycanda milli mətbuatın yubileylərinin keçirilməsi ənənəsi qoyuldu. 1995-ci ildə, 2000-ci ildə, 2005-ci və 2010-cu ildə yubiley tədbirlərini keçirdik. Prezidentin xüsusi sərəncamı ilə bir neçə mətbuat nümayəndəsi təltif olundu".
Qeyd edək ki, 2005-ci il 20 iyun tarixində Azərbaycan milli mətbuatının 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı milli mətbuatımıza göstərilən qayğının bariz nümunəsidir.
Sözügedən sərəncamda bildirilir ki, 2005-ci ildə zəngin tarixi, mütərəqqi və şanlı ənənələri olan Azərbaycan milli mətbuatının 130 ili tamam olur: "1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin nəşrə başlaması ilə böyük maarifçi, naşir Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş Azərbaycan milli mətbuatı ölkəmizdə həmişə qabaqcıl ideyaların carçısı, dövrün, ictimai-siyasi həyatın güzgüsü olmuşdur. XIX əsrin sonu - XX əsrin əvvəlində milli azadlıq ideyalarının, milli şüurun, mədəniyyətin, maarifçiliyin inkişafında Azərbaycan mətbuatının rolu danılmazdır. İctimai fikrin digər ifadə vasitələrinin kifayət qədər inkişaf etmədiyi bir zamanda mətbuat qabaqcıl ideyaları cəsarətlə təbliğ etmiş, xalqın geniş dairələrini düşündürən, zehnini məşğul edən problemləri diqqət mərkəzinə gətirmiş, ictimaiyyətin müzakirəsinə çıxarmışdır. Xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında və zənginləşməsində, Azərbaycan ədəbi dilinin inkişafında milli mətbuat müstəsna xidmətlər göstərmişdir. Azərbaycan Respublikasının müstəqillik qazandığı və suveren dövlət quruculuğu prosesini yaşadığı müasir dövrdə kütləvi informasiya vasitələri, o cümlədən milli mətbuatımızın qarşısında tamamilə yeni vəzifələr durur. Bu gün mətbuat müstəqil dövlət, sivil, demokratik vətəndaş cəmiyyəti quruculuğunda, iqtisadi və sosial islahatların həyata keçirilməsində, cəmiyyətdə sosial ədalət və şəffaflığın təmin edilməsində, insan hüquqlarının müdafiəsində, həmrəylik və tolerantlıq mühitinin yaradılmasında, milli şüurun, siyasi mədəniyyətin və bütövlükdə sağlam mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynamalıdır. Hazırda ölkəmizdə həyata keçirilən bütün bu proseslərin mətbuatın, kütləvi informasiya vasitələrinin iştirakı olmadan reallaşdırılması təsəvvür edilə bilməz.
Azərbaycanda demokratik, plüralist mətbuatın formalaşmasından, onun hüquqi-normativ bazasının yaradılmasından, azad sözün, fikir və məlumat azadlığının təmin edilməsindən danışarkən ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini ayrıca qeyd etmək lazımdır".
Sənəddə qeyd edilirdi ki, azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin, o cümlədən senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi, bu istiqamətdə verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ və prinsipial müdaxilə - bütün bunlar Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır: "Bu gün dövlət-mətbuat münasibətlərində Heydər Əliyevin siyasətini və ənənələrini davam etdirərək, Azərbaycan dövləti mətbuatın fəaliyyətinə normal şərait yaradılması, onun cəmiyyət həyatına təsirinin, demokratikləşmə proseslərində rolunun təmin edilməsi və artırılması, vətəndaşların və jurnalistlərin informasiya almaq hüququnun tam reallaşdırılması üçün ardıcıl tədbirlər görür. Qloballaşma və informasiya əsrində bütün dövlət orqanlarının fəaliyyətində professionallıqla yanaşı, şəffaflıq prinsiplərinin də tətbiq olunmasını təmin etmək zərurəti yaranır, onların ictimaiyyətlə əlaqələrinin fəallaşdırılması üçün təsirli tədbirlər görülür. İndiki şəraitdə dövlət qurumları qarşısında KİV-lə normal, işgüzar münasibətlərin qurulması, jurnalistlərin informasiya almaq hüquqlarına hörmətlə yanaşılması, mətbuatla hərtərəfli əməkdaşlıq edilməsi vəzifəsi qoyulmuşdur. Bundan başqa, mətbuatın müstəqilliyinin, maddi bazasının, maliyyə təminatının möhkəmləndirilməsində, jurnalistlərin peşəkarlıq səviyyəsinin, jurnalist nüfuzunun yüksəldilməsində dövlətin maraqlı olduğu bəyan edilir və bunun üçün konkret tədbirlər görülür. Mətbuat və informasiya sahəsində münasibətləri tənzimləyən dövlət qurumunun olmadığı şəraitdə ictimai özünütənzimləmə orqanı kimi Mətbuat Şurasının rolu artırılmalıdır. Mətbuat Şurası dövlət-mətbuat, vətəndaş-mətbuat münasibətlərinin sivil yolla nizamlanmasında, jurnalist etikasına əməl olunmasında, jurnalistlərin hüquqlarının müdafiəsində, informasiya almaq imkanlarının genişləndirilməsində getdikcə daha fəal rol oynamalıdır. Mətbuatdan və bütün kütləvi informasiya vasitələrindən daha çox obyektivlik, peşəkarlıq, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik, aktual problemlərə diqqət yönəldilməsi gözlənir".
Azərbaycan milli mətbuatının 130 illiyi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan milli mətbuatının 130 illik yubileyi ölkəmizin şəhər və rayonlarında geniş şəkildə qeyd edildi, Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlər mükafatlandırıldı.
Ardı var.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”
27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal
- Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...
26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq
- Aralıq dənizini müharibə zonasına çevrilməyin…
26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi
26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?)
- PJAK-la müharibə...
26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam
26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...
26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov
26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...
26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə
- Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…
26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir
26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır
- 3 noyabr dərs olmadı...
26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər
- FOTO
26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir
26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı -
Müəmma…
26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...
26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)
26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...
26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...
26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var
- nə baş verir...
26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri
26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...
26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı
26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...
26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat
- ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…
26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram
26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı”
- Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?
26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır
- Əliyevin Konqresə müraciəti...
26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab
- Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...
26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir
26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb
26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb
26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı
26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...
26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir
- 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...
26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə
– İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ