şənbə günü, 28 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Babaların izi ilə...
Tarix: 14.05.2015 / 02:09
Bölmə: Layihə
Azərbaycan misgərlərinin, sənətkarlarının yaratdığı möcüzəli əsərlər tarixin özü ilə yaşıddır. Sənətşünaslar qeyd edir ki, Təbrizlə yanaşı, bu dövrdə və sonralar Azərbaycanın başqa şəhərlərində də bədii metal sənətkarlığının inkişaf etdiyini göstərən çoxlu faktik nümunələr var. Azərbaycan ustalarının hazırladığı sənət nümunələri dünyanın dörd bir yanına aparılıb, muzeylərə, kolleksiyalara daxil edilib.
Sənətşünasların verdiyi bilgiyə görə, hazırda Amerikada Hararinin şəxsi kolleksiyasında XV əsrə aid çox orijinal bir bürünc istirlab saxlanmaqdadır. Astronomiya elmində istifadə edilən bu cihazı, üzərindəki qeydlərə görə, 1468-ci ildə məşhur Şirvan ustası Şükrullah Müxis hazırlayıb. Bu istirlab öz dövrünə görə yüksək texniki bir cihaz olmaqla bərabər, üzərindəki bəzəkləri ilə də nəzəri cəlb edir. XVI-XVII əsrlərdə metaldan ev avadanlığı, silah və bəzək nümunələri düzəltmək Təbriz, Ərdəbil, Marağa, Naxçıvan, Gəncə, Şamaxı və Bakı şəhərlərində xüsusilə geniş inkişaf edib. Bu dövrdə xaricdə Azərbaycan sənətkarları tərəfindən hazırlanmış silah (xəncər, qılınc, topuz, qalxan) və zirehli geyimlər (başlıq, dirsəklik, dizlik və s.) xüsusilə geniş şöhrət tapıb. Rus mənbələrində bu əsrlərdə Şamaxıda düzəldilmiş silahların adlarına tez-tez təsadüf edilir. Belə mənbələrin birində rus çarı Boris Qodunova məxsus, Şamaxı sənətkarlarının düzəltdiyi 8 ədəd bəzəkli zirehli başlıqlardan bəhs olunur. Hazırda Kremlin silah palatasında saxlanan XIV əsrə aid bir qalxan xüsusilə diqqəti cəlb edir. Misli görünməyən gözəlliyi olan bu qalxan, deyildiyinə görə, rus çarı M.F.Romanovun müharibə vaxtı özünü qoruduğu silahlardan olub. Sonra bu qalxan məşhur rus sərkərdəsi F.İ.Mstislavskidə olub, 1622-ci ildən isə o öldükdən sonra daimi olaraq rus çarlarının xəzinəsinə verilib. Diametri 50,8 sm olan bu qalxan bütöv qırmızı poladdan döyülərək üzəri xatəmkarlıq üslubunda qızılla bəzədilib. Sənətşünaslar Azərbaycanda düzəldilən bu dövrə aid iki maraqlı əsər haqqında xüsusi danışır. Bunların ikisi də müharibə zamanı zadəganların istifadə etdiyi baş geyimləridir. Bunların biri hazırda Moskvada Silah palatasında, o biri isə İstanbulda saxlanır. İkinci başlığın üzərində onun 1528-ci ildə Şah Təhmasib üçün düzəldildiyi qeyd olunub. Birinci zirehli başlığa ilk dəfə Şamaxıdan rus çarı Boris Qodunova gətirilən silahların siyahısı arasında rast gəlirik. Sonralar bu dəbilqə də bədii qalxan kimi knyaz F.Mstislavskidə olub.
Başlığın bəzəkləri içərisində xəttatlıq sənəti nümunələri də var. Onlar başlığın alın hissəsində enli qurşaqla yerləşdirilib. Burada "Qadir və mərhəmətli Allah naminə" sözləri yazılıb. Azərbaycanda bu əsrlərdə elə yerlər var idi ki, nəinki bir-iki küçə, hətta əhalinin əksəriyyəti misgərlik sənəti ilə məşğul olurdu. Belə mərkəzlərdən biri o vaxtlar Şamaxı xanlığına daxil olan Lahıc idi.
Lahıcda bu əsrlərdə külli miqdarda məişət əşyası və ev avadanlığı (dolça, satıl, aftafa, sərnic, məcməyi, sərpuz və s.) hazırlanırdı. Lahıcda istehsal olunmuş məhsullar həm kəmiyyət və həm də keyfiyyət etibarilə heç də o dövrün mərkəzi şəhərlərində hazırlanan məhsullardan geridə qalmırdı. XVIII əsrdə Şəki şəhəri də metaldan ev avadanlığı, bəzək nümunələri düzəltməkdə görkəmli yerlərdən birini tuturdu. Bu əsrlərdə Azərbaycan qadınlarının istifadə etdiyi bəzək nümunələrindən ən geniş yayılanı boyun bəzəkləri idi. Bunlardan: sinəbənd, boğazaltı, çəçik, qarabatdaq və s. göstərmək olar. Zərgərlik nümunələrimizin keçmiş ənənələrlə sıx əlaqəsini bu dövrdə düzəldilmiş qadın və kişi kəmərləri xüsusilə əyani bir şəkildə təsdiqləyir. Qeyd etmək lazımdır ki, ümumiyyətlə, kəmər keçmişdə qadın və kişi geyimlərinin ayrılmaz bir hissəsini təşkil edirdi. Araşdırmalar göstərir ki, keçmişdə kəmərlə onu gəzdirən şəxsin vəzifəsini, var-dövlətini, dini əqidəsini, milliyyətini və hətta yaşını belə bilmək olurdu. Sənətşünasların yazdığına görə, XVIII əsrdə Azərbaycanda kəməri həm kişilər, həm də qadınlar taxardılar. Adətə görə, qadınlar enli, kişilər isə nazik kəmərlər taxardılar. Bu əsrlərdə kəmərlər fiqurlu və bəzəkli bürünc, gümüş və ya qızıl hissələrindən düzəldilərdi. Onların ən gözəl hissəsini toqqalar təşkil edirdi. Toqqalar, adətən, üzəri şəbəkə, qələm işi, bəzən isə daş-qaşla bəzədilmiş enli dördkünc metal hissəsindən ibarət olurdu. Əksər hallarda kəmərin aşağı hissəsinə qadınlarda 23 cərgə qızıl-gümüş pullar və ya paxlavavari, buta formalı bəzəklər, kişilərdə isə ətəyə qədər uzanan hissəsinin üzərinə müxtəlif fiqurlu metal hissəcikləri taxılmış bir neçə qayış bənd edilirdi.
XVIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri əsas etibarilə 6 texniki üsulla bəzədilirdi. Bunlar: döymə, basma, qarasavad, şəbəkə, xatəmkalıq və minaçılıqdır. XIX-XX əsrin əvvəllərində isə Azərbaycanda metalişləmə sənətkarlığının əsas etibarilə 3 növü inkişaf edib. Bunlar dəmirçilik, misgərlik və zərgərlik sənəti idi ki, həmin sənət sahələri də öz-özlüyündə ölkənin bədii metal yaradıcılığının inkişafında misilsiz rol oynayıb.
Misgərlər ovlağı - Lahıc...
Misgərlik sənətindən danışarkən, yazımızın digər hissələrində qeyd etdiyimiz kimi, Lahıcı unutmalı deyilik. Dünən də, bu gün də Lahıc misgərlər ovlağıdır.
Sənətşünasların bildirdiyinə görə, XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Sənətşünaslar yazır ki, Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb. 1980-ci ildən muzey-qoruğa çevrilən Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir.
Burada yaşayıb-yaratmış misgərlərin, zərgərlərin, sərracların, ahəngərlərin, dülgərlərin, xalçaçıların, həkkakların, nəqqaşların, dabbaqların, çəkmə və çarıq tikənlərin və s. ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri hazırda da dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarını bəzəməkdədir.
1717-1718-ci illərdə usta Nəcəfqulunun düzəltdiyi samovar mütənasibliyi, formasının gözəlliyi, üzərindəki bəzəkləri ilə şöhrət qazanıb. XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib. Lahıc ustaları odlu (tüfəng, müxtəlif tipli tapançalar və sair) və soyuq (xəncər, beybut, qılınc, bıçaq və sair) silah hazırlamaları ilə də tanınır. Bu silahlar ornamentlərlə bəzədilir, onlara sənətkarların möhürü vurulurdu.
Qədim tarixə malik misgərlik sənəti Azərbaycanda bir vaxtlar geniş yayılıb və sənətkarlar tərəfindən nəinki məişətdə istifadə etmək üçün əşyalar, həmçinin rəngarəng əl işləri, sənət nümunələri də ərsəyə gəlib. Bu gün Masallıda da bu sənəti yaşadanlar var. Çətinliklərə baxmayaraq, misgərliyi qoruyub yaşadanlar da az deyil. Çəkicin mis üzərində çıxardığı bu musiqili səsin sorağına təkcə Masallıdan deyil, qonşu rayonlardan da Boradigah qəsəbəsinə üz tutanlar var. Misgər Füzuli Quliyev əslən bu sahədə daha çox sənətkarların yetişdiyi Lahıcdandır. Artıq 40 ildən çoxdur Masallıya köçən misgər elə o vaxtdan bu ətrafda sənətinin dəqiqliyi və gözəlliyi ilə seçilən sənətkarlardan sayılıb. Emalatxanasında əsasən misdən qazan, məcməyi, tava, teşt və digər qablar hazırlayan misgər deyir ki, əvvəllər bu sahəyə də, elə mis qabların özünə də maraq çox idi. O deyir ki, indi sifarişlər əsasən xeyir-şər məclisləri üçün olur. Lakin, istənilən halda, əvvəlki illərlə müqayisədə maraq yenə də azdır. Elə misgərliyi öyrətdiyi oğlu da sifariş az olduğundan daha bu işlə məşğul deyil.
Elxan adlı misgər yerli mətbuata bildirib ki, misgərlik sənəti onların ailəsində nəsildən-nəsilə ötürülür: "Bu sənətin tarixi, deyilənlərə görə, 500 il əvvələ qədər gedib çıxır. Amma mənim ulu babalarım da 350 il bundan əvvəl bu sənətlə məşğul olub və misgərlik sənətini nəsildən-nəsilə ötürüblər. O zamandan indiyə qədər biz bu peşəni yaşadırıq. Hətta 1993-cü ildə ailəlikcə İsmayıllıdan Bakıya köçdükdən sonra da atam öz sənətinə sadiq qalaraq burada emalatxana açdı. Qardaşlarımla birlikdə mən də atamın əl işlərinə baxaraq misgərlik sənətini öyrəndik. İndi isə bu emalatxanada atama kömək edirəm". Misgər deyir ki, bu sənətin ən gözəl tərəfi 100-150 yaşı olan hər hansı bir əşyaya yenidən can verməkdir: "Əlimdə gördüyünüz bu samovar qədim tarixə malikdir. Söküb yenidən ona həyat vermişəm. Bu, insana xüsusi zövq verir. Samovar hazır olduqdan sonra antik əşya olduğu üçün qiyməti ucuz olmur. Hər hansı mis qabı qalaylamaq çox asandır. Lakin qabı bünövrədən hazırlamaq və onun üzərinə zərif naxışlar salmaq üçün böyük yaradıcılıq və səbr lazımdır".
Mis qazanların əhəmiyyətindən danışan misgər qeyd edib ki, misgərlik sənətinə daha çox Lahıcda qiymət verilir, Bakı əhalisinin çox az hissəsi mis qablar sifariş verir: "Şəhər əhalisi daha çox samovar sifariş verir. Mis qazan sifariş verənlər isə ancaq yaşlı nəslin nümayəndələridir. Gənclərin 95 faizi mis qazanın nə olduğunu bilmir, onun əhəmiyyətini dərk etmir. Amma İsmayıllıda hər evdə mis qazan var. Onlar bilirlər ki, mis qazanda bişən yeməyin dadı da fərqli olur. İsmayıllı əhalisi mis qazanda bişən yeməyi heç nəyə dəyişmir. Çünki mis qabların həm də böyük şəfası var. Mis çaydanlarda içilən sular insanlar üçün şəfalıdır. Çünki mis mikrobların insan orqanizminə keçməsinin qarşısını alır. Su qaynadıqca bu qablar suda olan artıq mikrobları özünə çəkir. Belə qablarda saxlanan su da ləzzət dadır. Lahıclılar alüminium qazanda bişən yeməklərin dadını bəyənmir".
Onu da vurğulayaq ki, Bakıda artıq uzun müddətdir misgərlər məhəlləsi var və bura gəlib-gedənlər çox olur.
Qədim xalq sənəti növü olan misgərliyin bu gün də yaşamasına, müasir misgərlərin hazırladığı, bərpa etdiyi qablara indi də ehtiyac var. Onlar evləri, muzeyləri, şəxsi kolleksiyaları bəzəməlidir. Babalarımızdan əmanət qalan misgərlik sənətinə dövlət səviyyəsində qayğı var. Hesab edirik ki, xalq sənəti növlərinin daha geniş səviyyədə yayılması vacibdir. Ulularımızın əmanətini yaşadaq ki, tariximiz, milli-mənəvi, maddi dəyərlərimiz də yaşasın.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”
27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal
- Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...
26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq
- Aralıq dənizini müharibə zonasına çevrilməyin…
26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi
26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?)
- PJAK-la müharibə...
26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam
26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...
26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov
26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...
26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə
- Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…
26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir
26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır
- 3 noyabr dərs olmadı...
26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər
- FOTO
26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir
26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı -
Müəmma…
26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ