şənbə günü, 28 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Şuşa Tarix-Mədəniyyət Qoruğu erməni işğalında...
Tarix: 12.05.2015 / 02:35
Bölmə: Layihə
Şuşa həm mədəniyyətimizin beşiyidir, həm də tarixi abidələr məskənidir, eləcə də nadir fauna və floraya sahib olan bir diyardır. Hazırda erməni işğalında olan Şuşada xalqımızın qədim mədəniyyət nümunələrinin hansısa bir elementinin saxlandığına inanmaq çətindir. Çünki ermənilər yerli əhaliyə-Azərbaycan türklərinə aid olan bütün mədəniyyət abidələrini dağıdıb, yerlə yeksan edib. Əsrarəngiz Şuşa təbiətinin yaratdığı qiymətli nə varsa, çoxu yad nəfəsindən boğulur.
Bəlkə indi xarıbülbül də açmır, torpağın ürəyinə qısılıb günəşin doğmağını, yəni öz doğmalarının, azərbaycanlıların ora qayıtmasını gözləyir ki, həvəsə gəlib pardaxlanıb açsın.
Şuşa öz qədimliyi və möhtəşəmliyi ilə ucadır, hər bir daşının, qayasının, kəsəyinin belə qorunması vacib olan diyar kimi hələ 1988-ci ildə Şuşa Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib. Şuşa Azərbaycan Respublikasının Dövlət Tarix-Memarlıq Qoruğu elan edilsə də, bir neçə il sonra erməni fitnəsinin qurbanı olub.
Tarixi mənbələrin verdiyi məlumata görə, XVIII əsrdə Azərbaycan şəhərsalma sənətinin ən mühüm özəlliyi ölkənin siyasi-ictimai durumu ilə bağlı xanlıq mərkəzlərinin formalaşmasıdır. Yeni yaranmış xanlıq mərkəzləri içərisində Qarabağ xanlığının paytaxtı Şuşa şəhəri salındığı yerin qeyri-adi təbiəti və üstün strateji göstəriciləri ilə seçilir. Qarabağ xanlığının yaradıcısı Pənahəli xan Sarıcalı Cavanşir 1747-ci ildə müstəqillik əldə etdikdən sonra özü üçün etibarlı iqamətgah düzəltməyə girişdi. Əvvəlcə tikdirdiyi Bayat (1748) və Şahbulağı (1752) qəsrləri dövrün müdafiə tələblərinə tam cavab vermədiyindən, Pənah xan yeni şəhər-qala tikdirmək qərarına gəlir. Şuşa yaylası yeni iqamətgah yeri seçildi. Şuşa qalasının salınma tarixi hələlik tam dəqiqləşdirilməyib. Şuşa qalasının inşa tarixini aydınlaşdırmaq baxımından araşdırıcı E.Avalovun XIX əsrin rus mənbələrindən aşkar etdiyi məlumat çox dəyərlidir. Həmin məlumatda bildirilir ki, Şuşa məscidlərinin birinin divarına quraşdırılmış kitabədə Pənah xanın 1167-ci il Hicridə Şuşa şəhərinin əsasını qoyduğu yazılıb. Şuşanın Cümə məscidinin divarında olmuş bu daş kitabə sonrakı yenidənqurma işləri zamanı aradan götürülüb. Həmin itmiş kitabəyə görə, Şuşa qalasının əsası 1753-cü ildə qoyulub. Şuşa yaylasının dəniz səviyyəsindən ən hündür yeri 1600, ən alçaq yeri 1300 metrə yaxındır. Bu yüksək dağlıq yaylanın çevrəsi Daşaltı və Xəlfəli çaylarının yataqlarına enən dərin uçurumlarla əhatə edilib. Yaylanın yalnız təbii müdafiə imkanları zəif olan şimal-şərq hissəsində qala divarları tikilməsinə ehtiyac vardı. Beləliklə, dövrün strateji tələblərinə uyğun çox uğurlu yer seçilməsi nəticəsində az məsrəflə möhkəm müdafiəsi olan geniş ərazili şəhər (350 hektar) yaratmaq mümkün oldu. Salındığı ilk illərdə şəhər-qalanın qurucusunun adı ilə Pənahabad adlandırılıb. Ancaq qısa bir müddətdən sonra onu yerləşdiyi ərazinin təbii formasına uyğun Şuşa qalası adı ilə əvəzləyiblər. Tarixçilər yazır ki, Azərbaycanın o çağdakı xanlıq mərkəzləri içərisində Şuşa «şəhər qala» anlayışına cavab verən ən sanballı şəhər idi. «Əlçatmaz qaya üzərində ucalan» (Q.Keppel) Şuşa bütün quruluşu ilə qədim Midiyanın eradan əvvəl IX əsrin divar rəsmlərindən bəlli olan şəhər qalalarına bənzəyirdi. Tikildiyi vaxtdan bir sıra güclü hücum və mühasirələrə dözmüş Şuşa Qarabağın baş qalası idi və elə bu funksiyasına görə də bu şəhər xalq arasında həmişə «Qala» adı ilə tanınıb. Şuşa qalasının Azərbaycanın yeni salınmış orta əsr şəhərsalma ənənəsinə uyğun dörd qapısı olub. Baş qala qapısı şimalda olub Gəncədən gələn yola açıldığından, Gəncə qapısı adlanırdı. İrəvan qapısı isə Şuşa qalasını Azərbaycanın qərb bölgələri ilə birləşdirirdi. O biri iki qala qapısı Şuşaətrafı dağ kəndləri ilə əlaqələr üçün yararlı olub. Şuşanın içqalası Gəncə qapısı yaxınlığındakı iri təpədə idi. Çağdaş tarixçilər tarixçi Mir Mehdi Xəzaninin əsərlərinə istinad edərək qeyd edir ki, Pənah xanın tikdirdiyi içqala «divar və bürcləri olan kiçik qalaya bənzər saray» (qəsr) idi və xan öz iqamətgahının yanındakı təpədə böyük oğlu İbrahim xan üçün də «gözəl saray» tikdirib. Tarixçilər bildirir ki, rus mühəndislərinin çəkdikləri planlardan göründüyü kimi, təpənin relyefinə uyğun mürəkkəb formalı planı olan içqalada saray binaları, divanxana və başqa binalardan ibarət kompleks vardı. Şuşanın bir çox abidələri kimi bu saray kompleksi də rus işğalından sonra sökülüb məhv edilib. Saray kompleksi dairəvi bürcləri olan qala divarları ilə hasarlanıbmış. Şəhər qalanın üstün strateji yerlərində dördbucaq planlı, iç həyətli qəsrlər tikilmişdi. Bu qəsrlər hər şeydən öncə içərisində müdafiə alayı yerləşən qala tikililəri idi. Həm də şəhər qalasının kənarlarında, hündür yerlərdə tikilmiş bu qəsrlər şəhər çevrəsini tam nəzarət altında saxlamaq və qalaya olan hücumların xarakter və istiqamətini müəyyənləşdirərək müdafiəni təşkil etmək məsələlərində həlledici rol oynayırdı. Xəzani yazırdı ki, onlardan indiyə yalnız ikisi - Pənah xan qəsri və Qara Böyük xanım qəsri qalıb. Giriş qapısı üstündəki kitabəyə görə, Qara Böyük xanım qəsri 1768-ci ildə tikilib. Yerin dinamik landşaftı qala divarları və bürclərin düzülüşünü müəyyən etməkdə həlledici rol oynayıb. Qala divarı sərt dağlıq relyefə uyğun tikildiyindən, onun planı sınıq xətli mürəkkəb forma alıb. Bürclərin əsas divardan irəli çıxarılması divar dibinin müdafiəsini xeyli gücləndirib. Qala divarı və bürclərin silueti səviyyə fərqinə görə çox eniş-yoxuşludur. Qala divarları, bürclər, qəsr qüllələri Şuşa yaylasının meşəli və yalçın qayalı landşaftı ilə birləşərək çox əzəmətli görünüş yaradırdı. Şuşa möhkəm şəhər qala olmaqla yanaşı, həm də XVIII-XIX əsrlərdə Azərbaycanın mühüm siyasi-iqtisadi və mədəniyyət mərkəzlərindən biri olub. Şuşa qalasının ilk 9 yaşayış məhəlləsi indiki şəhərin nisbətən sakit relyefli aşağı hissəsində tikildiyindən, aşağı məhəllələr adlanır. İbrahim xanın hakimiyyəti illərində (1759-1806) şəhər ərazisinin şərq hissəsində 8 yuxarı məhəllə formalaşır. Şəhərin daha sərt relyefli qərb hissəsində əsasən rus işğalından (1805) sonra isə 12 məhəllə salınır. Aşağı məhəllələr Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Dərdlər qurdu, Hacı Yusifli, Dörd Çinar və Çöl qala (Cuhudlar), yuxarı məhəllələr isə Mərdinli, Saatlı, Köçərli, Mamayı, Xoca Mircanlı, Dəmirçi, Hamam qabağı və Təzə məhəllə adları daşıyır. Dağlıq qərb hissəsinin Mehrulu, Qazançili, Əklisu, Çilləbord, Dərə və s. bir-birindən dar, əyri küçələr ayırır. Gözəl təbiət və ağ daşdan tikilmiş qala divarları fonunda terraslar şəklində yerləşmiş məhəllələr ifadəli görünüşlər əmələ gətirir. Öz inkişafının sonrakı mərhələlərində əsaslı yenidənqurma və tikinti işləri aparılmadığından, Şuşa tarixən formalaşmış memarlıq-planlaşma quruluşunu saxlayıb. Başqa orta əsr Azərbaycan şəhərləri kimi Şuşanın məhəllələri də qapalı quruluşu olan həyətli evlərdən-mülklərdən ibarət idi. Şuşa evlərinin çoxu ikimərtəbəli olub but daşlardan tikilib. İri eyvanların vitrajlı pəncərələri (şəbəkə) və interyerlərdə çoxrəngli divar bəzəkləri olan ənənəvi Şuşa evləri Azərbaycanın başqa bölgələrinin evlərindən fərqlənmirdi. Bu evlərin bir neçə dəyərli örnəkləri qalıb. Hacı Quluların malikanəsi, Natəvanın evi, Uğurlu bəyin evi, Əsəd bəyin evi, Mehmandarovların evi və s. yaşayış evləri arasında xan və bəylərin saray tipli evləri daha zəngin bədii-memarlıq həlli ilə seçilirdi. Ancaq təəssüflər olsun ki, bu binaların əksəriyyəti dövrümüzə çatmayıb. Tarixçilər qeyd edir ki, Şuşa məhəllələrinin hər birində onu formalaşdıran yaşayış evlərindən başqa lokal ictimai-dini mərkəz var. Bu mərkəz məhəllə meydanı ətrafında qruplaşan binalar-məscid, mədrəsə, hamam, dükan və bulaqdan ibarətdir. Şuşanın düzbucaq planlı məhəllə məscidlərinin (Culfalar, Çuxur, Hacı Yusifli və s.) bayır görünüşləri yaşayış evlərinə bənzəsə də, interyerləri tam dini memarlıq tələblərinə uyğun tərtib edilib. İbadət salonunun üçnəfli bölgüsü olan məhəllə məscidləri (Çöl qala, Təzə, Saatlı, Mamayı) daha kamil plan-məkan quruluşları ilə seçilir. Məhəllə məscidlərinin çoxunda azançı (müəzzin) üçün damda kiçik köşklər quraşdırıldığı halda, Saatlı məscidinin kərpic naxışlı bəzəyi olan minarəsi var. Şuşa məscidləri içərisində ən monumentalı XIX əsrin böyük memarı Kərbəlayi Səfi xan Qarabağinin 1883-cü ildə tikdiyi Yuxarı Gövhər ağa məscididir.
İbrahim xanın 1768-ci ildə tikdirdiyi məscidin yerində Gövhər ağanın yenidən tikdirdiyi bu abidə Şuşanın Böyük Cümə məscididir. Cümə məscidi Şuşanın baş meydanı olan Meydanın dominantıdır. Şuşa şəhərinin baş meydanından 150 metr şimal-şərqdə Aşağı Gövhər ağa məscidi ətrafında formalaşmış memarlıq kompleksi yerləşir. Kompleksə məscid, mədrəsə, dükanlar və yaşayış evləri daxildir. Memar Kərbəlayi Səfi xanın 1868-1870-ci illərdə tikdiyi Aşağı Gövhər ağa məscidi ümumi plan-məkan quruluşuna görə Ağdam və Şuşa Cümə məscidlərinə bənzəyir. Ancaq Aşağı Gövhər ağa məscidindəki iki minarə ön fasadda deyil, arxa fasadın künclərində yerləşdirilib. Şuşanın, demək olar, bütün məhəllə məscidləri memar Kərbəlayi Səfi xan Qarabağinin iştirakı ilə tikildiyindən, onların hamısında ümumi memarlıq üslubu hiss olunur. Şuşa şəhəri XVIII-XIX əsrlərdə beynəlxaıq ticarətdə çox aktiv iştirak edib. Onun Şərq və Qərb ölkələri ilə apardığı ticarət əməliyyatları şəhər quruluşunda inkişaf etmiş ticarət mərkəzinin yaranmasına səbəb olur. Bütün şəhərin planlaşma özəyi olan Meydan Şuşanın baş ticarət kompleksinin də özəyidir. Meydandan Şuşanın üç ticarət küçəsi şaxələnir-şimala Rasta bazar, şərqə Aşağı bazar, cənuba Şeytan bazar. Yanlarında dükanlar sıralanan bu ticarət küçələrində həm də Şuşanın əsas dini binaları, karvansaraları və ticarət meydanları yerləşirdi. Qədim yaşayış məskəni yerində Qarabağ xanı Pənahəli xanın saldırdığı Şuşa Azərbaycanın son orta əsr şəhərsalma mədəniyyətinin nadir abidəsi, Qarabağ memarlığının canlı ensiklopediyasıdır.
1988-ci ildə Azərbaycan Respublikasının Dövlət Tarix-Memarlıq Qoruğu elan edilən Şuşa şəhəri təəssüf ki, bu gün işğaldadır və bu qoruğa məxsusi nə varsa, hamısı erməni vandalizminin qurbanı olub. Ermənilər bu qoruğun bütün varidatını ya məhv edib, ya da saxtalaşdıraraq öz adlarına çıxıblar. Əfsanəvi məscidləri, kəhrizləri, abidələri, möhtəşəm evləri, muzeyləri erməni işğalındadır. Şuşa torpağı xilas gününü gözləyir! O gün uzaqda olmasın!
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”
27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal
- Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...
26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq
- Aralıq dənizini müharibə zonasına çevrilməyin…
26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi
26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?)
- PJAK-la müharibə...
26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam
26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...
26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov
26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...
26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə
- Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…
26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir
26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır
- 3 noyabr dərs olmadı...
26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər
- FOTO
26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir
26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı -
Müəmma…
26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ