şənbə günü, 28 noyabr 2026
     

İpəkçiliyə dövlət qayğısı və ipəkçiliyin tarixi şöhrəti...

Image


İpəkçiliyin ilkin ünvanlarından olan və ipək kimi insanları, zəngin mədəniyyəti, xalq sənəti, çoxçalarlı ağız ədəbiyyatı, hazırcavab insanları ilə məşhurdur Şəki, Gəncə, Şamaxı, Şuşa. Bütün bunlar öz yerində, ancaq Şəki ipəyinin şöhrəti əsrlərdir bütün dünyanı, yer üzünü dolaşır. Şəkinin ipəkçiliklə bağlı olduğunu minillərdən bəri yaranıb formalaşan bayatı örnəkləri də ifadə edir.

Palıdın ipək qurdu,
Dörd min il yollar yordu.
Qızıl sırğa, qurd fiqur,
Tarixə şahid durdu.

Şəbəkəm var qurama,
Puşdu döşək sırama.
İpəyin soyköküdür,
Qurdla, cabal, barama.

Bir vaxtlar zınqırovlu dəvələr, yorğun sarvanlar keçərdi bu yerlərdən. "İpək yolu"nun üstündə yerləşən qədim Azərbaycan minlərlə, miyonlarla səyyahın, dəvə karvanının izlərini yaşadır. Kimlərin ayaq izləri qalmayıb ki, bu torpağın yaddaşında, kimlərin heyranlığı, heyrətdən doğan nidası daşların qulağına çökməyib ki... Yaşı minillərlə ölçülən dövlətçilik tarixim, onun qədər də qədim və zəngin olan mədəniyyətimiz, yeraltı və yerüstü sərvətlərimiz yadellilərin marağına səbəb olub həmişə.
İpəkçilik tarixini öyrənən tədqiqatçıların verdiyi məlumata görə, Azərbaycanda ipəkçilik dünyanın bir çox ölkələri üçün əlçatmaz olan əlverişli iqlim və münasib təbii-coğrafi şərait əsasında yaranıb və inkişaf edib.
Tədqiqatçılar qeyd edir ki, tut yarpağının atlas - ipək parça halına gəlməsi üçün ipəkçilik təsərrüfatı və sənəti deyilən peşə həm incə, həm də olduqca çətindir. Yazılanlara görə, ipək halına gələnə qədər ipəkqurdu bir sıra mərhələlərdən keçir. Şəki İpək Cəmiyyətinin laboratoriyasında ipəkqurdu toxumlarının müayinəsi aparılır. Yerli şəraitə uyğun məhsuldar ipəkqurdu cinsləri yetişdirilir. Sağlam ipəkqurdu toxumları aprel ayına kimi qışlama kamerasında saxlanır. Bu dövr estivasiya dövrü adlanır. Aprel ayındasa çəkil ağacları yarpaqlayanda, ipəkqurdu toxumlarını oyatma və yemləmə prosesi başlanır. İpəkqurdu toxumu əsasən tut yarpağı ilə qidalanır.
Baramalar yığılaraq müəssisəyə təhvil verilir. Əgər baramalar vaxtında boğulmazsa, ipəkqurdu kəpənəyə çevrilir və baramanı deşərək uçur. Bu da məhsulun ziyan olmasına gətirib çıxarır. Kəlağayıya, köynəyə, çeşidli libaslara çevrilən ipək parçanın bir məhsul kimi ortaya çıxması insan oğlunun bir çox zəhmətlərə qatlaşmasını tələb edir. Son mərhələdə ecazkar bir gözəllik, zəriflik, incəlik örnəyi kimi insanı valeh edən ipək əslində gərgin və məşəqqətli zəhmətə bağlıdır. Şəkinin təbiəti və əhalisi qədər həssas və ecazkar olan ipəyin - Şəki ipəyinin də yeri bənzərsiz və özünəməxsusdur.
Azərbaycanın ipəkçilik tarixindən bəhs edən məlumatlarda bildirilir ki, Azərbaycan qədim zamanlardan bəri Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınıb və Şirvan əyaləti Azərbaycanda ən iri ipəkçilik rayonu olub. Bundan başqa, Azərbaycanın Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa bölgələrində da ipəkçilik istehsalı çox inkişaf edib. Bu rayonlarda ipəkdən çox qəşəng, bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal olunub. Azərbaycanda ipəkçiliyin həm qədim vaxtlarda, həm də müasir dövrdə əhalinnin əsas fəaliyyət növlərindən biri olduğunu vurğulayan tədqiqatçılar qeyd edir ki, fərziyyələrə görə, ipəkçiliklə bağlı işlərlə burada təxminən 2000 ildən artıqdır məşğul olurlar. Artıq V-VI əsrlərdə Azərbaycanın iqtisadiyyatında ipəkçilik mühüm yer tutub. Tədqiqatçılar qeyd edir ki, antik dövr alban tarixçisi M.Kalankaytuklu özünün "Alban tarixi" kitabında Kür çayı sahillərində çoxlu tut ağacının bitdiyini, ondan, əsasən, ipək parça istehsalında xammal kimi istifadə olunduğunu göstərib. Azərbaycanın təbii şəraiti bu ölkəni bir çox əsrlər boyu dünyanın ipəkçilik mərkəzlərindən birinə çevirib. Şamaxıda, Şəkidə və Azərbaycanın digər guşələrində istehsal olunan ipək parçalar zəngin təbiətli diyarın bütün rənglərinin coşqunluğunu özündə əks etdirib.
İpəkçiliyin geniş yayıldığı bölgələrimizin təsnifatını verən alimlər yazır ki, ipəkçiliyin ünvanlarından biri Qarabağ olub. Qeydlərə görə, Qarabağın ipəkçilik müəssisələri əsasən Şuşa və Cəbrayıl qəzalarında yerləşib. XX əsrin əvvəllərində Şuşa qəzasında 12, Cəbrayıl qəzasında isə 5 ipəkəyirən fabrik var idi. Bu fabriklərin bəziləri maşınla, buxar qazanları ilə təchiz edilən iri fabriklər idi. Qarabağın ipəkçilik sənayesində hətta səhmdar cəmiyyətlər də fəaliyyət göstərirdi. Belə səhmdar cəmiyyətlərdən biri hələ XX əsrin başlanğıcında Şuşa qəzasında yaradılıb. Bu səhmdar cəmiyyətin 6 ipəkəyirən, 2 ipəkeşən və 3 baramaboğan fabriki var idi. Bu fabriklər əsas etibarilə Şuşa qəzası ərazisində yerləşirdi. Yalnız iki baramaboğan fabrik - biri Yelizavetpol quberniyasının Güzlər kəndində və o biri Zaqafqaziya dəmir yolunun Samtredi stansiyasında idi. Bütün fabriklər o dövr üçün müasir olan texnika əsasında qurulmuşdu. Səhmdar cəmiyyətin əsas kapitalı 500 min manata bərabər idi.
Şirvanda ipəkçiliyin inkişafı ilə bağlı maraqlı məlumatlar var. Tədqiqatçıların qeydlərinə görə, XI əsrin 70-ci illərində Şamaxı şəhərində olmuş İtaliya səyyahı Kontarini yazırdı ki, bu şəhərdə yüksək keyfiyyətli ipək parçalar hazırlanır. Həmin dövrlərdə Şamaxıdan Rusiyaya, İraqa, Suriyaya və başqa ölkələrə daha çox ipək aparılırdı. XVI-XVII əsrlərdə də Şirvan ipək istehsalına görə Yaxın Şərqdə öz üstünlüyünü saxlaya bilib. Şirvan ipəyinin xeyli hissəsi yenə də Asiya və Avropanın bir çox ölkələrinə göndərilirdi. Xarici ölkələrə satışa göndərilən ipəkdən əlavə məhsulun xeyli hissəsi daxildə ipək toxuculuğunu təmin etmək üçün istifadə edilirdi. XVII əsrin 30-cu illərində Azərbaycanda olmuş Adam Olearinin verdiyi məlumata görə, burada hər il 10-20 min tay xamna toplanırdı. Ondan 3000 tay Şirvanın, 2000 tay Qarabağın payına düşürdü (hər tay təxminən 5,5 pud idi). Deməli, hər il Şirvanda 16,5 min pud, Qarabağda isə 11 min puda qədər xamna istehsal olunurdu.
Şəki haqda da tədqiqatçıların maraqlı qeydlərinə rast gəlmək olur. Bəlli olduğu kimi, vaxtilə Şəkidə ipəkçiliyin qədim tarixə malik olması, respublikada ən iri ipək fabriklərinin burada fəaliyyət göstərməsi nəzərə alınaraq ilk növbədə Elmi Mərkəzdə ipəkçiliklə əlaqəli tədqiqatlara başlandı. Yeni, yüksək məhsuldar, xəstəliyə davamlı və istehsalatın bütün tələblərinə cavab verə bilən tut ipəkqurdunun xətt, cins və hibridlərinin yaradılması qarşıya məqsəd qoyuldu. Ona görə də SSRİ-nin bütün ipəkçilik rayonlarından, eləcə də xarici ölkələrdən ipəkqurdu toxumları gətirilib, hər biri ayrı-ayrılıqda bəslənərək damazlıq üçün baramalar seçilib götürüldü. Həmin cinslərin bioloji və texnoloji göstəriciləri müəyyən edilərək, çox yüksək keyfiyyətli xətlər gələcək cinsdaxili seleksiya işlərində tətbiq edildi. Nəticədə tut ipəkqurdunun yüksək yaşama qabiliyyətli, baramaları asan açılan, ipək çıxımı çox olan UN, UF, Şəki-1, Şəki-2 kimi dörd yeni xətti yaradıldı. Uzun illər əlaqəli aparılan tədqiqatlar nəticəsində dörd yeni cinsi yaradıldı. Qeyd edim ki, yerli şəraitə uyğunlaşdırılmış bu toxumların baramalarının yüksək texnoloji göstəriciləri var. Son illərdə Şəkinin ipəkçilikdə qazandığı keçmiş şöhrətini özünə qaytarmaq məqsədilə xeyli işlər görülür, müəyyən tədbirlər həyata keçirilir. Şəhər İcra Hakimiyyəti tərəfindən 2006-cı ilin avqust ayında keçirilən İpək bayramında nəinki keçmiş ittifaqın, hətta bir sıra xarici dövlətlərin nümayəndələrinin iştirak etməsi bu tədbirin möhtəşəmliyindən xəbər verir. Bu tədbirin yaddaqalan xoş təəssüratı bu istiqamətdə daha əhəmiyyətli bir addımın atılması ilə nəticələnib. 2008-ci ildə nəşr edilmiş "Şəki ipəyi uzaq karvan yollarında" kitabı (Z.Əlizadə, N.İbrahimov) çapdan çıxıb və çox böyük oxucu marağına səbəb olub.
Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlı dövlətin də dəstəyi var. Milli-mənəvi dəyərlər sistemimində, milli istehsal sahəsində mövcud olan bütün xətlərin tərəqqisinə dövlət diqqət göstərir.
Onu da qeyd edək ki, hələ 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev "Şəki-İpək" Açıq Səhmdar Cəmiyyətində olub və öz tövsiyələrini verib. Prezident İlham Əliyev müəssisənin indiki vəziyyətindən razılığını ifadə edib, tövsiyə və tapşırıqlarını verib. Bildirib ki, bu müəssisənin məhsullarına həm daxili, həm də xarici bazarda tələbat böyükdür və ona görə də istehsalın genişləndirilməsi məqsədəuyğundur.
Onu da vurğulayaq ki, "Şəki-İpək" ASC-nin əsası 1929-cu ildə qoyulub və 86 il ərzində istehsal sahələri genişləndirilib, mərhələ-mərhələ elm və texnikanın ən son yenilikləri olan avadanlıqlar, maşınlar, dəzgahlar və sairə quraşdırılıb.
Bəlli olduğu kimi, ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ipək sənayesi bərpa olundu və bu sahədə yaranan böhran aradan qaldırılmağa başladı.
Rəsmi mətbuatın yazdığına görə, ipək şirkətləri Heydər Əliyevin tapşırığı və sərəncamı ilə ayağa qalxıb. Belə ki, 2001-ci ildə "Şəki-İpək" ASC-nin istehsal fəaliyyətinin bərpasına köməklik məqsədilə dövlət büdcəsindən 400 000 manat vəsait ayrıldı və müəssisə işə salındı.
Hazırda "Şəki-İpək" ASC-nin rəhbərliyi tərəfindən müəssisə texniki cəhətdən yenidən qurulub, xaricdən baramaaçan avadanlıqları alınaraq quraşdırılıb və istifadəyə verilib, müəssisənin gücü artaraq bir növbəli iş rejimində 45 ton xam ipək istehsalına çatıb, xammala olan tələbatı isə 130 ton quru, yaxud 400 ton yaş barama ödəyəcək. "Şəki-İpək" ASC-nin rəhbərliyi müəssisənin istehsal fəaliyyətinin dayanmaması üçün 2005-2009-cu illərdə xaricdən bir neçə yüz ton quru barama almağa məcbur olub. Bu isə iqtisadi cəhətdən sərfəli deyil. Respublikamızda bu gün ipəkçiliyin inkişafı ilə əlaqədar əsaslı islahatlar aparılmalı, barama istehsalı artırılmalı, "Şəki-İpək" ASC-nin xammala olan ehtiyacı ödənilməli, Azərbaycan ipəyinin əvvəlki şöhrəti özünə qaytarılmalıdır. İpəkçiliyin inkişafı ilə əlaqədar "Şəki-İpək" ASC-nin mütəxəssisləri tərəfindən "Azərbaycan Respublikasında ipəkçiliyin inkişafı konsepsiyası" hazırlanıb, İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim edilib. Hazırda "Şəki-İpək" ASC-də təbii ipək sapdan müxtəlif növ təbii parçalar, baş örtükləri, şərflər, xalçalar və sair hazırlanır. Bu günümüzdə də təmiz təbii ipəkdən hazırlanan bu məhsullar dəbdədir və qadınlar onları sevə-sevə istifadə edir. Azərbaycanın ən qədim ipəkçilik mərkəzi olan "Şəki-İpək" ASC-də yüz faiz təbii ipəkdən hazırlanan saya və güllü müxtəlif çeşidli milli baş örtüklərinin-kəlağayıların istehsalı böyük şöhrət qazanıb.
Azərbaycanda ipəkçiliyin inkişafına dövlət səviyyəsində dəstək verilir və hesab edirik ki, bu sahə tam gücü ilə inkişaf edəcək. Azərbaycan dövlətçilik tarixində, milli-mənəvi dəyərlər sistemində özəl rolu olan bu sahə inkişaf etməlidir ki, Azərbaycanın yenə də ipəkçilik məkanlarından biri olduğu dünyaya yayılsın.
Çox arzu edərdik ki, keçmiş çağlarda olduğu kimi, bu gün də Azərbaycan bütün dünyaya ipək ixrac etsin və Azərbaycan torpağının əzəməti yenidən heyrət yaratsın.
Qeydlərdən də gördüyünüz kimi, artıq bu sahədə irəliləyişlər var və dövlət bu sahəyə ciddi qayğı, dəstək göstərir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ