şənbə günü, 28 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycan xalqının ənənəvi neməti - lavaş...
Tarix: 05.05.2015 / 02:06
Bölmə: Layihə
Azərbaycan kulinariyasında önəmli yeri olan lavaşın ilk dəfə nə zaman bişirildiyi haqqında məlumat yoxdur. Bu da ona dəlalət edir ki, türk xalqı var olandan onun əsas qida vasitəsi kimi lavaş da mövcud olub. Yəni insanların çörəyi kəşf etdiyi uzaq çağlara aiddir lavaşın tarixi. Bu gün də süfrələrimizin əziz neməti olan lavaş (fətir, yuxa, yayma-İ.S) tarix boyu xalqımızın azuqə torbasında əsas yeri tutub.
Azərbaycan elat mədəniyyəti olduqca qədim tarixə malikdir. Türk babalarımızın, tərəkəmə-elat tayfalarının arandan dağa, dağdan arana köç etməsi bu gün bir xəyal, şirin bir nağıl kimi gəlir adama. Zaman olub ki, insanlar arandan dağa köçüb, yayı yaylaqda, qışı qışlaqda keçirib. Uzun yolların damarını qıran dəvə karvanları, alma gözlü, qız bir birçəkli bədöy atlar köçün əsas vasitəsi olub. Bir neçə həftə davam edən elat köçü yorulanda dincəlmək üçün münasib yer seçərdi, nənələr, analar ocaq qalayıb, sac asıb lavaş-yuxa salardı, bişmiş bişirərdilər...
O vaxt tərəkəmələrin əsas azuqəsi, qidası çörəyin lavaş növü olardı. Biz özümüz də belə görmüşdük. Uşaqlığı, yeniyetməliyi elat köçlərinə şahidlik edən bizlər o günləri bu gün də qəlbimizdə, xəyalımızda yaşadırıq. Arandan yaylağa köç edən baba-nənələrimiz milli dəyərlərimizin, adət-ənənələrimizin, qədim qida sərvətimizin həm bilicisi, həm də qoruyucusu olublar. Onlardan bizə çox böyük bir xəzinə miras qalıb, bizim də borcumuz onu qorumaq, nəsillərdən nəsillərə ötürməkdir. Müstəqil Azərbaycan dövləti babalarımızın mənəvi-maddi mirasına sahib çıxır, onları qoruyur, mühafizə edir, yaşaması üçün tədbirlər görür, şərait yaradır.
Son illər lavaş mövzusu bədnam qonşularımızın mənimsəmə iddiasından sonra daha çox gündəmə gəlib. Ancaq xam xəyalda olan qonşularımız özləri də yaxşı bilirlər ki, lavaş Azərbaycan xalqına, ümumilikdə türklərə aiddir, onların icad etdiyi, süfrələrə gətirdiyi nemətdir.
Azərbaycan xalqı, Azərbaycan dövləti hər zaman öz dəyərlərinə sahib durmaqla onu yad nəzərlərdən hifz edə bilib. Bəlli olduğu kimi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi lavaşın UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınması üçün artıq bir ildən artıqdır genişmiqyaslı işlər görüb.
Onu da qeyd edək ki, Ermənistan tərəfindən UNESCO-ya təqdim edilən lavaş erməni çörəyi kimi qələmə verilib. Bəlli olduğu kimi, ermənilər lavaşın yalnız onlara məxsus olmasını iddia edirdilər. Məlumat üçün deyək ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, AR UNESCO yanında Daimi Nümayəndəliyi, UNESCO üzrə Milli Komissiyanın birgə apardıqları qabaqlayıcı tədbirlər nəticəsində lavaşın erməniləşdirilməsinin qarşısı alınıb. UNESCO öz qərarında bu elementin Ermənistan ərazisində də mövcud olması ilə razılaşıb. Halbuki, Ermənistan tərəfi həm iclasdan öncə, həm də iclas zamanı israrla lavaşın erməni çörəyi adı altında UNESCO-nun Reprezentativ Siyahısına daxil edilməsinə cəhd göstərirdi. Belə ki, Ermənistanın lavaşı erməni çörəyi kimi təqdim etmək cəhdlərinin Azərbaycan və Türkiyə tərəfinin birgə səyi ilə qarşısı alınıb və Komitə tərəfindən qəbul edilməyib. İlkin olaraq baxılması üçün təqdim olunan faylın adı "Lavash, the preparation, meaning and appearance of traditional Armenian bread as an expression of culture" ("Lavaş, ənənəvi erməni çörəyinin hazırlanması, məzmunu və görüntüsü mədəniyyətin ifadəsi kimi") olduğuna baxmayaraq, son qəbul edilən faylın adı "Lavash, the preparation, meaning and appearance of traditional bread as an expression of culture in Armenia" ("Lavaş, ənənəvi çörəyin hazırlanması, məzmunu və görüntüsü Ermənistanda mədəniyyətin ifadəsi kimi") olub. Bununla da UNESCO qərarında bildirib ki, lavaş bütün regionda hazırlanır və bu element ermənilərin eksklüziv çörəyi deyil. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin bir il əvvəl yaydığı açıqlamada bildirilib.
Nazirlik rəsmilərinin sözlərinə görə, ümumiyyətlə qeyd edilməlidir ki, UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması Konvensiyasına əsasən, Reprezentativ Siyahıya təqdim edilən mədəni elementlər həmin elementin hər hansı xalqa və yaxud dövlətə məxsus olmasını müəyyən etmir və əslində həmin elementin həmin ölkənin ərazisində mövcudluğunu göstərir: "Yəni bir ölkənin ərazisində müəyyən qrup insan həmin elementin daşıyıcısıdırsa, həmin ölkənin hüququ var ki, onu qorumaq üçün UNESCO-ya təqdim etsin. Belə ki, UNESCO siyahısı mədəni irsin mənsubiyyətini təyin etmir, onu qorumaq üçün qəbul edir. Əgər bir neçə ölkədə həmin mədəni irs nümunəsi varsa, bu ölkələr hər hansı bir elementi UNESCO-ya birlikdə çoxmillətli fayl kimi və yaxud ayrı-ayrılıqda təqdim edə bilər. Komitə çərçivəsində Azərbaycanın təşəbbüsü ilə region ölkələrinin nümayəndələrinin birgə görüşü keçirilib və qərara alınıb ki, növbəti ildə lavaş region ölkələrinin birgə mətbəx irsi kimi UNESCO-ya təqdim edilsin".
Onu da bildirək ki, 2014-cü il noyabrın 23-də Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin türkiyəli həmkarı Ömər Çelikin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bu məsələ ətrafında da geniş müzakirə aparılıb.
Ömər Çelik həmin görüşdə bildirirdi ki, Azərbaycan və Türkiyə lavaş başda olmaq üzrə bir çox məhsullarını və mədəni irsini UNESCO-nun Mədəni İrs Siyahısana salmalıdır: "Koroğlu mövzusunda da birgə iş görürük. Biri mədəniyyət, digəri turizm sahəsində davamlı çalışan iki komitə quracağıq. Bu komitələr altı aydan bir nazir müavinlərinin rəhbərliyi altında bir araya gələcəklər. Biz də ildə bir dəfə bir araya gələrək onların işlərini nəzərdən keçirəcəyik. Tarixi İpək Yolu və Dədə Qorqudun tarixi irsinin canlandırılması mövzusunda birgə layihələr həyata keçirəcəyik".
Onu da bildirək ki, Azərbaycan Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov dəfələrlə lavaşın Azərbaycan milli mətbəxinə aid olduğunu bildirib.
Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov da lavaşın Azərbaycana aid olduğunu mətbuata verdiyi açıqlamada ifadə edib: "Erməni lavaşı"nın UNESCO-nun Mədəni İrs Siyahısına salınması cəhdi ilə bağlı hadisə dünya ictimaiyyətinin gözünü bir həqiqətə açmağa imkan verir. Nə lavaş, nə də erməni sözünün özünün özlərini erməni adlandıran haykan xalqı ilə əlaqəsi yoxdur. Ən əsası odur ki, indiki ermənilərin, əslində isə haykan xalqının (və ya hay xalqının) əcdadları Qafqazda yerləşərək həm türklərin lavaşını ("lay aş" sözündən yaranıb, lay-lay yemək deməkdir), həm dolmalarını, kabablarını və digər türk yeməklərini özününküləşdirdilər, hətta onlar özlərinə məxsus üslubda erməni məzhəbindən götürdükləri sözlə özlərini ermənilər adandırmağa başladılar".
Daha sonra PA rəsmisi bildirib ki, bu, islam xalqlarından hansınınsa öz dinini millətin adı kimi istifadə etməsi və məsələn, özbək və ya azərbaycanlı deyil, müsəlman adlanması qədər absurddur.
Qeyd edək ki, lavaş sözünün etimiologiyasına tarixçi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Haqları İnstitutunun elmi işçisi, Qafqaz Tarixi Mərkəzinin əməkdaşı Elşad Əlili aydınlıq gətirib: "...Xatırladım ki, lavaş sözünün mənşəyinin qondarma erməni versiyasının ilkin variantında aşağıda sizə təqdim etdiyim gülünc bir cümlə yer almışdı: "Erməni Sovet Ensiklopediyasına görə, lavaş sözü qədim erməni mənşəli "lav" (yaxşı) və "(xaş" (yemək) kök sözlərindən ibarətdir". Görünür, Erməni Sovet Ensiklopediyasında, həqiqətən, belə gülüş doğuran məlumatlar əks olunub. Lakin lavaşın erməni mənşəli olması barədə uydurmanı ifşa edən "yalan detektoru" layihəmizin təqdimatından sonra həmin cümlə oradan silindi, əvəzinə isə oxucuları bu sözün mənşəyi barədə yanıltan yeni uydurma erməni versiyaları təqdim edildi. Məsələn, məqalədə belə bir cümlə keçir: "Orta əsrlər erməni ədəbiyyatında lavaş daha çox (laws) və ya ondan törəyən (los) variantında işlənsə də, ilkin forma, şübhəsiz, lawa olmalıdır". Guya ki, ilkin variant lawa olmalıdır, amma ona nədənsə 1698-ci il ilə 1908-ci illər arasındakı erməni mətnlərində və ya sözlüklərində rast gəlinmir. Halbuki, lavaş sözünə türkcə mətnlərdə, ən azı, XIII əsrdən etibarən rast gəlinir! Üstəlik, bu söz Türküstan və Volqa boyundan Balkanlara qədər bütün türk dilləri və ləhcələrində qədim dövrlərdən geniş yayılıb!"
Məlumat üçün qeyd edək ki, artıq Daşkənddəki saytlardan birində qədim Azərbaycan çörəyi lavaş haqqında məqalə çap olunub. AzərTAC-ın məlumatında bildirilir ki, Daşkənddəki sharh.uz saytında qədim Azərbaycan çörəyi lavaş haqqında rus dilində məqalə yerləşdirilib: "Materialda deyilir ki, ta qədimdən lavaş buğda unundan hazırlanır, xəmirə yalnız duz vurulur, sonra oxlovda çox nazik yayılaraq oval formaya gətirilir və təndirə yapılır. Lavaşın uzunluğu 35-90 santimetr, bəzən bir az da artıq olur. Deyilir ki, Azərbaycanda təndirin "Çala", "Doyma", Şirəli", "Qoyma", "Kürə" və digər növlərindən istifadə edilir. Qeyd olunur ki, kürədə də lavaş bişirilir və belə çörək dəyirmi formada olur. Tarixçilərin gəldiyi qənaətə görə, lavaşın 6 min ildən çox yaşı var. Məqalədə qeyd edilir ki, lavaşı tək qadın bişirə bilməz, bu çox çətindir. Ona görə də qonşulardan ən azı üç qadın yığılır, biri kündə tutur, o biri yayır, üçüncüsü isə təndirə yapır. Növbəti gün o biri qonşuya çörək bişirilir. Hər ailə iki, bəzən üç aya çatacaq qədər lavaş bişirir. Təzə bişiriləndə yumşaq olan lavaş qaldıqca quruyur, istifadə edilməzdən 15-20 dəqiqə əvvəl sulanır.
Məqalədə deyilir ki, Mahmud Kaşğarinin məşhur "Divani Lüğəti-Türk" əsəri, Yusif Balasaqunlunun "Kutatqu bilik" kitabı, Nizami Gəncəvi, Məhsəti Gəncəvi və Xaqani Şirvaninin əsərlərində lavaşın adı çəkilir".
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, AR UNESCO yanında Daimi Nümayəndəliyi, UNESCO üzrə Milli Komissiyanın birgə apardıqları qabaqlayıcı tədbirlər nəticəsində lavaşın erməniləşdirilməsinin qarşısı alınıb. Artıq uzun əsrlər tarixi olan lavaş bizim öz nemətimiz kimi, halallıq simvollarından biri olaraq Azərbaycanın, türk dünyasının adına tanınır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”
27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal
- Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...
26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq
- Aralıq dənizini müharibə zonasına çevrilməyin…
26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi
26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?)
- PJAK-la müharibə...
26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam
26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...
26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov
26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...
26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə
- Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…
26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ