04/04/2020 14:03
728 x 90

Gəncədə qaçırılan avtomobil Mingəçevirdə tapıldı

img

Fevralın 20-də gecə saatlarında Gəncə şəhər Gülüstan qəsəbəsi ərazisindən şəhər sakini Turan Haciyevə məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə  müraciət daxil olub. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, dərhal polis əməkdaşlarının həyata keçirdiyi intensiv  əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus avtomobili qaçıran şəxsin əvvəllər məhkum olunmuş 32 yaşlı Mingəçevir şəhər sakini Məhəmməd Abbasov olduğu müəyyən edilib və o şübhəli  şəxs qismində tutulub, T. Hacıyevə məxsus “VAZ-2107” markalı avtomobil isə Mingəçevir şəhərində müəyyən edilərək maddi sübut qismində götürlüb.  İlkin dindirilmə zamanı M.Abbasov nəqliyyat vasitəsini qaçırdığını və özü ilə gətirdiyi saxta dövlət qeydiyyat nişanını avtomobilə bağlayaraq Mingəçevir şəhərinə apardığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər