05/07/2020 05:46
728 x 90

Səbaildə silsilə soyğunçuluqlar edirdi... Polis imkan vermədi - FOTO

img

Səbail rayonu ərazisində qadına qarşı soyğunçuluq edilib. Hadisə zamanı naməlum şəxs Bayıl qəsəbəsi ərazisində paytaxt sakini olan bir xanımın çantasını soyğunçuluq yolu ilə ələ keçirib.

Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinın Sabunçu rayon sakini  Bəhruz Muradov tutulub. Saxlanan zaman onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitələr olan heroin və marixuana da aşkar edilib.  Qeyd edək ki, hadisə zamanı B.Muradov zərərçəkən qadının bankomatdan pul çıxardığını gördüyü üçün onu izləyib və  içərisində 300 manatdan çox pul olan çantanı ələ keçirib.

Saxlanılan şəxsin ətrafında keçirilən əlavə əməliyyat tədbiri zamanı onun Bayıl qəsəbəsi ərazisində açıq qalmış qapıdan avtomobilin salonuna daxil olanaraq içərisində 2000 manat olan çantanı və daha bir mənzildən iki ədəd mobil telefon oğurladığı da məlum olub.

B.Muradov ifadəsində, həmçinin, bir müddət paytaxtın müxtəlif yerlərində avtodayanacaqlarda işlədiyi və nəqliyyat vasitələri saxlayan sürücülərin ona xırdalamaq üçün verdiyi pul vəsaitlərini də ələ keçirdiyini etiraf edib.

Faktlarla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb. Bəhruz Muradovun  əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə mməlumat verə bilərlər.

Son xəbərlər