İyulun 9-da saat 21 radələrində Şabran şəhər sakini Rəşid Əhmədov xəsarətlə xəstəxanaya yerləşdirilib.
Bu barədə daxil olmuş məlumatla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının keçirdiyi istintaq və əməliyyat tədbirləri nəticəsində şəhər sakini Ağayəhya Abbasovun münaqişə zəminində ona bıçaqla xəsarət yetirdiyi müəyyən edilib.
Həkimlərin səyinə baxmayaraq, R.Əhmədovun həyatını xilas etmək mümkün olmayıb.
Görülmüş tədbirlərlə A.Abbasov saxlanıb.
Faktla bağlı cinayət işi başlanıb. İstintaq aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı