Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanan Əmircan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ramil Əliyevdən çıkisi 1 kiloqram 102 qrama yaxın narkotik vasitə olan heroin götürülüb.
Sumqayıt ŞPİ-nin 3-cü və 4-cü Polis bölmələri əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdiyi tədbirlərlə saxlanan H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elbrus Hümmətovdan 430 qram, şəhər sakini, əvvəllər məhkum olunmuş Səfər Əliyevdən isə 485 qram marixuana aşkar edilərək götürülüb.
Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı