Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxslər saxlanıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Balakən rayonu Talalar kənd sakini Mikayıl Puçaxova məxsus həyətyanı sahəyə baxış keçirilən zaman orada istixanalarda aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 19 ədəd narkotik tərkibli çətənə bitkisi şitilləri, 24 ədəd eyniadlı bitkinin kökləri və 6,89 qram ağacın dibinə sərilmiş qurudulmuş marixuana aşkar edilib. Eləcə də onun yaşadığı evə baxış keçirilən zaman 1 ədəd süngü-bıçaq aşkar edilərək götürülüb. M.Puçaxov və onun ailə üzvləri şübhəli şəxs qismində saxlanaraq polis şöbəsinə gətirilib.
Faktla bağlı araşdırma aparılır.
Mahir MƏSİMOV
DİN Mətbuat Xidmətinin əməkdaşı