Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, satışı ilə mübarizə tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə , Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Dağlı kənd sakini, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş Elxan Yusifov saxlanılıb. Belə ki, o, 1 kiloqram 815 qram narkotik vasitə olan qurudulmuş marixuananı satarkən elə iş başında yaxalanıb.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.
Mahir Məsimov DİN Mətbuat Xidmətinin əməkdaşı