Binədə 6 evdən oğurluq edən Hikmət Kərimov tutuldu - FOTO

img

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən oğurluq edən şəxs saxlanıb. Əməliyyat zamanı paytaxt sakini Hikmət Kərimov tutulub. Araşdırma zamanı onun Xəzər rayonu Binə qəsəbəsində 6 evdən pul və məişət əşyaları oğurladığı məlum olub.

Faktlarla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Hikmət Kərimov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hikmət Kərimovun paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Son xəbərlər