İsmayıllı sakini narkotik satışından göz altına alındı - FOTO

img

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Göytəpə kənd sakini N.Baratov saxlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin şəxsin yaşadığı ünvana da baxış keçirilib. Oradan sellofan torbada ümumi çəkisi 415 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər