“İnstagram”da narkotik qəbulunu təbliğ edən Ayşən Atakişiyeva və Kamran Cəfərli həbs edildi - VİDEO

img

Sosial şəbəkələrdə profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan 2 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində “İnstagram” sosial şəbəkəsində özünə məxsus səhifə yaradaraq narkotik vasitələrin təbliği ilə məşğul olan Ayşən Atakişiyeva və onun tanışı Kamran Cəfərli tutulub.

Həmin şəxslər ifadələrində sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ etdiklərini etiraf ediblər və əməllərindən peşman olduqlarını bildiriblər.

Qeyd edək ki, bu şəxslərin yaydığı videoda guya K.Cəfərlinin Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı olması barədə düzgün olmayan, özündə həqiqəti əks etdirməyən qeydlər də yerləşdirilib.

Saxlanılan A.Atakişiyeva və K.Cəfərli barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və qərar verilməsi üçün məhkəməyə təqdim edilib.

Son xəbərlər