Zabratda gizli işləyən "Playstation" zalı aşkar edildi, 5 nəfər cərimələndi - FOTO/VİDEO

img

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Zabrat qəsəbəsində xidmət aparan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən oyun zalı aşkarlayıblar.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, obyektin fəaliyyəti dərhal dayandırılıb.

Baxış zamanı oranın sahibi vətəndaş Nurlan Əzizli və daha 4 müştəri saxlanılaraq ərazi üzrə Sabunçu PRİ-nin 15-ci Polis Bölməsinə gətirilib.Müştərilər barəsində inzibati qaydada tədbirlər görülərək hər biri 200 manat cərimə ediliblər və onlarla profilaktik söhbətlər aparılıb.

Oyun zalının sahibi N.Əzizlinin etdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəmə orqanına göndərilib.

Son xəbərlər